Layihələr / Qadın taleyi

3 uşağı ilə birgə tarladan qırıntı toplayır...Tərk edilmiş bir qadının dramı

Banu. | 30-04-2019, 17:57
304 0

Adanada 3 uşağı ilə birgə həyat yoldaşı tərəfindən tərk edilən bir qadın uşaqlarının qarnını doyurmaq üçün tarladan qırıntıları toplayır.
Təxminən 20 gün əvvəl məhsuldar Adana torpağında kartof yığımı başlayıb. Yüksək məhsul həm istehsalçını, həm də sahədə artıqları toplayan vətəndaşları sevindirib.

Türk mediası məlumat verir ki, onlardan biri də, ərinin 3 övladı ilə tərk etdiyi Songül Ağquş olub. Ağquş, həyat yoldaşından ayrılandan sonra, həm gəlin köçüdüyü ailə, həm də öz ailəsi tərəfindən qəbul edilmədiyi üçün tarla-tarla gəzib sahədəki artıqları toplayır.

Sahədə artıqları yığmağa uşaqlarını da gətirən Ağquş, ərinin başqa qadınla yaşadığına görə, evə bir tikə çörək belə apara bilmədiyini söyləyib. Tarlada kilosu 1manat 17 qəpiyə (4 lirə) satılan kartof artıqlarını toplayaraq çörək pulu çıxarmağa çalışan Ağquş, “Ərim məni tərk etdiyi üçün məcbur qalıb kartof artığı toplayıram. Mənə kimsə sahib çıxmadığı üçün və bazara gedib ala bilmədiyim üçün məcburən tarlalardan kartof qırıntısı toplayıram. Bir gün haqq yerini tapacaq. Allah cəzasın verəcək, başqa bir şey istəmirəm” deyib.

AzadQadin.az

Bu xəbərləri də oxuyun:

Qızın “BakuBus”Da Itirdiyi Pul Qabıdan Görün Nə Çıxdı – FOTO

Evi olmayanlara ŞAD XƏBƏR - Artıq hamı ev tikə bilər-Ev tikmək üçün rüsum və icazəyə EHTİYAC YOXDUR

Arvadını başqa kişi ilə tutdu və... - Bakıda HAMAMDA DƏHŞƏTLİ HADİSƏ

Xəyanəti sevən, bacısının sevgilisi ilə eşq yaşayan cazibədar aktrisa – FOTOLAR

“Hər kəs anlaya bilməz” – Elzadan yeni “Sürt-sürt…” şeiri – Video