Layihələr / Qadın taleyi

Məğrur tənha qadın

Azizova | 10-02-2012, 20:40
4 647 82
Tələbəlik illərində bir-birlərini sevib evlənmişdilər...Qız kilometrələrlə uzaqdan- Qərbi Azərbaycandan gəlin gəlmişdi. Hər ikisi eyni məktəbdə tarix müəllimi işləyir,2 övladları ilə çox xoşbəxt görünürdülər. Hər kəs onların sevgisinə ,xoşbəxtliyinə heyranlıq duyurdu, necə də bir-birilərinə yaraşırdılar...Hər kəsin hörmətin,rəğbətin qazanan bir cütlük idi... 
Amma bir gün... Çox pis bir xəbər eşitdik... Oğlanı məktəbdə direktor müavini təyin etməyə hazırlaşıblar, bunu həll etmək üçün paytaxta getməli olub. Dönərkən ağır avtomobil qəzasında vəfat etdi...Gənc yaşında...Geridə nələr nələr qoyub getdi dünyadan...Yoldaşı həyəcanla yolun gözləyərkən ölüm xəbərin eşitdi.Məktəbə, küçələrə matəm çökdü günlərlə... Onu tanıyan hər kəs sarsıldı bu xəbərə. 
Fəqət "Torpağın üzü soyuqdu"-deyiblər.Zamanla ölən unuduldu, qohum-tanış ,hər kəs sağ salanın- həyat yoldaşının taleyi haqda "prognoz" lar deməyə başladı. Kimisi "ərə gedər hər halda"-dedi, kimisi də "ata evinə qayıdar"-dedi... 
Buralarda qohum-əqrəbası olmayan gənc gəlin 7 yaşlı bir qızı, 5 yaşlı bir oğluyla necə ümidlərlə, çətinliklərlə yeni aldıqları köhnə, təmirsiz evdə tək tənha qaldı... 
Yasdan sonra məktəbə-işinə dönəndə onu üzünə dərin bir hüzün çökmüş, sanki 10il yaşlanmış gördük. O gündən sonra onu gülən görmədik. Gülümsəsə belə gözlərində dərin bir kədər vardı hər zaman...Rəhbərliyin qərarı ilə məktəbdə yoldaşının yerinə onun dərslərini də deməyə başladı.Yavaş-yavaş evində şagirdlərinə hazırlıq keçməyə başladı. Zamanla onlarla şagirdi oldu, ən tanınmış müəllimələrdən birinə çevrildi...Zaman keçdikcə yavaş-yavaş bütün çiynindəki yük artdı amma həyata dirəndi... Gecələri qapıları pəncərələri bərk-bərk bağlayıb, işıqları yana-yana qoyub, övladlarını bərk-bərk qucaqlayıb çətinliklə yuxuladı; Gündüzləri yaşlı qadınlar kimi geyinib, 2 övladıyla birgə məktəbə yollandı... 
Qonşusundakı evdə isə kirayəyə bir neçə gəlin qalırdı, hamısı da boşanmış. O evə girib çıxan kişilərin sayı bilinmirdi. Təəssüf ki təzad göz önündə idi, yaman yaxşıya baxıb dərs götürmədi... 
Aradan aylar, illər keçirdi... O köhnə ev tənha qadının mübarizəsiylə gündən günə işıqlandı, yeniləndi. Qadın evi öz zəhmətiylə, qazancıyla təmir etdirdi, ətrafına hündür hasar çəkdirdi, yeni əşyalar aldı,artıq qışda soyuq vurmurdu evin içinə, yağış dammırdı tavandan, sonmürdü isti ocaq...Bom-boş çöl kimi görünən həyətə çoxlu meyvə ağacları əkdirdi, bağ saldırdı... 
Uşaqları üçün yaşadı sadəcə. 
Uşaqlar da böyüyürdü,heç kimdən geridə qalmadan, əksik yeyib içmədən, əksik geyinmədən...Ana isə hər axşam yorğun olmasına baxmayaraq ev işləri görər, sabah üçün yemək hazırlayardı. Sonra da əyləşib gecə yarısına kimi şagirdlərin yazıların yoxlayardı, testlər, suallar tərtib edərdi. O ən mükəmməl müəllimə olmaq üçün çalışırdı, necə ki mükəmməl anadır. 
Övladları onu yanıltmadı, hər ikisi mükəmməl övlad olurdular. 
İndi biri həkim, biri də atasının arzusunu həyata keçirmək üçün hüquqşünas olmağa hazırlaşır.Bütün bilik yarışlarında, olimpiadalarda yer tuturlar, müəllimlərin ən sevimli, öncül şagirdləridirlər.Oğlan həmçinin yaxşı idmançıdı.Həm oxuduqları məktəbin ,həm də analarının başını uca edirlər.Elə bir ananın böyütdüyü övladlar başqa necə ola bilərdi ki onsuz? 
Ananın artıq saçlarında ağ tellər var. Amma sanki bilə-bilə gənc yaşda yaşlandı ki hər kəsə sədaqətin sübut etsin. İllər sonra övladlarına baxıb başını bir az da dikəldəcək, onlarla qürur duyacaq. Övladlar da onu başlarına tac edəcəklər ,bunu əminəm. 
O qadın mənim gözümdə ideal qadındı. Belə qadınlar üstünlük təşkil etməsə də çoxdu. Cəmiyyəti heç kim qınamasın! Hər şey insanın özündən, mənliyindən asılıdır. Onun özünün də bizə "insan və cəmiyyət" fənnindən öyrətdiyi kimi: "Cəmiyyət də insanlardan təşkil olunub, sən əvvəl özün düz olmağa çalış! Hər kəs buna çalışsa cəmiyyət də gec-tez düzələcək". 
R.ƏZİZOVA



Tələbəlik illərində bir-birlərini sevib evlənmişdilər...Qız kilometrələrlə uzaqdan- Qərbi Azərbaycandan gəlin gəlmişdi. Hər ikisi eyni məktəbdə tarix müəllimi işləyir,2 övladları ilə çox xoşbəxt görünürdülər. Hər kəs onların sevgisinə ,xoşbəxtliyinə heyranlıq duyurdu, necə də bir-birilərinə yaraşırdılar...Hər kəsin hörmətin,rəğbətin qazanan bir cütlük idi... Amma bir gün... Çox pis bir xəbər eşitdik... Oğlanı məktəbdə direktor müavini təyin etməyə hazırlaşıblar, bunu həll etmək üçün paytaxta getməli olub. Dönərkən ağır avtomobil qəzasında vəfat etdi...Gənc yaşında...Geridə nələr nələr qoyub getdi dünyadan...Yoldaşı həyəcanla yolun gözləyərkən ölüm xəbərin eşitdi.Məktəbə, küçələrə matəm çökdü günlərlə... Onu tanıyan hər kəs sarsıldı bu xəbərə. 
Fəqət "Torpağın üzü soyuqdu"-deyiblər.Zamanla ölən unuduldu, qohum-tanış ,hər kəs sağ salanın- həyat yoldaşının taleyi haqda "prognoz" lar deməyə başladı. Kimisi "ərə gedər hər halda"-dedi, kimisi də "ata evinə qayıdar"-dedi... Buralarda qohum-əqrəbası olmayan gənc gəlin 7 yaşlı bir qızı, 5 yaşlı bir oğluyla necə ümidlərlə, çətinliklərlə yeni aldıqları köhnə, təmirsiz evdə tək tənha qaldı... Yasdan sonra məktəbə-işinə dönəndə onu üzünə dərin bir hüzün çökmüş, sanki 10 il yaşlanmış gördük. O gündən sonra onu gülən görmədik. Gülümsəsə belə gözlərində dərin bir kədər vardı hər zaman...Rəhbərliyin qərarı ilə məktəbdə yoldaşının yerinə onun dərslərini də deməyə başladı. Yavaş-yavaş evində şagirdlərinə hazırlıq keçməyə başladı. Zamanla onlarla şagirdi oldu, ən tanınmış müəllimələrdən birinə çevrildi...
Zaman keçdikcə yavaş-yavaş çiynindəki yüklər artdı amma həyata dirəndi...
Gecələri qapıları ,pəncərələri bərk-bərk bağlayıb, işıqları yana-yana qoyub, övladlarını bərk-bərk qucaqlayıb çətinliklə yuxuladı; Gündüzləri yaşlı qadın kimi geyinib, 2 övladıyla birgə məktəbə-işə yollandı... Qonşusundakı evdə isə kirayəyə bir neçə gəlin qalırdı, hamısı da boşanmış. O evə girib çıxan kişilərin sayı bilinmirdi. Təəssüf ki təzad göz önündə idi, yaman yaxşıya baxıb dərs götürmədi... 
Aradan aylar, illər keçirdi... O köhnə ev tənha qadının mübarizəsiylə gündən günə işıqlandı, yeniləndi. Qadın evi öz zəhmətiylə, qazancıyla təmir etdirdi, ətrafına hündür hasar çəkdirdi, yeni əşyalar aldı,artıq qışda soyuq vurmurdu evin içinə, yağış dammırdı tavandan, sonmürdü isti ocaq...Bom-boş çöl kimi görünən həyətə çoxlu meyvə ağacları əkdirdi, bağ saldırdı... Uşaqları üçün yaşadı sadəcə. Uşaqlar da böyüyürdü,heç kimdən geridə qalmadan, əksik yeyib içmədən, əksik geyinmədən...Ana isə hər axşam yorğun olmasına baxmayaraq ev işləri görər, sabah üçün yemək hazırlayardı. Sonra da əyləşib gecə yarısına kimi şagirdlərin yazıların yoxlayardı, testlər, suallar tərtib edərdi. O ən mükəmməl müəllimə olmaq üçün çalışırdı, necə ki mükəmməl anadır. 
Övladları onu yanıltmadı, hər ikisi mükəmməl övlad olurdular. İndi biri həkim, biri də atasının arzusunu həyata keçirmək üçün hüquqşünas olmağa hazırlaşır.Bütün bilik yarışlarında, olimpiadalarda yer tuturlar, müəllimlərin ən sevimli, öncül şagirdləridirlər.Oğlan həmçinin yaxşı idmançıdı.Həm oxuduqları məktəbin ,həm də analarının başını uca edirlər.Elə bir ananın böyütdüyü övladlar başqa necə ola bilərdi ki onsuz? Ananın artıq saçlarında ağ tellər var. Amma sanki bilə-bilə gənc yaşda yaşlandı ki hər kəsə sədaqətin sübut etsin. İllər sonra övladlarına baxıb başını bir az da dikəldəcək, onlarla qürur duyacaq. Övladlar da onu başlarına tac edəcəklər ,bunu əminəm. O qadın mənim gözümdə ideal qadındı. Belə qadınlar üstünlük təşkil etməsə də çoxdu. Cəmiyyəti heç kim qınamasın! Hər şey insanın özündən, mənliyindən asılıdır. Onun özünün də bizə "insan və cəmiyyət" fənnindən öyrətdiyi kimi: "Cəmiyyət də insanlardan təşkil olunub, sən əvvəl özün düz olmağa çalış! Hər kəs buna çalışsa cəmiyyət də gec-tez düzələcək". 

R.ƏZİZOVA

ESMERRi | 5 aprel 2016 19:34 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: vanessa0
Burda yazilan butun fikirlerle raziyam,yoldasinin basini uca edib duzdu,halaldi,bezen deyilir ki,hami bele deyil,amma o yoldas da bu qadinin sedaqetine layiq olub ki,qadin onu bele uca tutub,sedaqete de layiq olmaq lazimdi fikrimce
vanessa0 | 4 sentyabr 2015 20:26 | Status: Gümüş user | Şərh: 449
Burda yazilan butun fikirlerle raziyam,yoldasinin basini uca edib duzdu,halaldi,bezen deyilir ki,hami bele deyil,amma o yoldas da bu qadinin sedaqetine layiq olub ki,qadin onu bele uca tutub,sedaqete de layiq olmaq lazimdi fikrimce
Purple_Butterfly | 4 sentyabr 2015 13:55 | Status: Şərhçi | Şərh: 146
Esl Azerbaycan xanimi. Halal olsun.
Nergiz love | 28 fevral 2014 20:29 | Status: Professional user | Şərh: 7 871
BELE QADINLARI ALQISLAYIRAM
Akademik | 30 iyun 2013 22:23 | Status: Professional user | Şərh: 4 580
Sitat: Sabahım.
Yoldaşının başini uca edib ruhunu şad edib.Əsl ana...fədakar qadin..
Sabahım. | 16 mart 2013 22:14 | Status: Professional user | Şərh: 3 359
Yoldaşinin başini uca edib ruhunu şad edib.Əsl ana...fədəkar qadin..
Leman_55 | 20 fevral 2013 19:41 | Status: VİP user | Şərh: 583
HALAL OLSUN BELE ANALARA...OPUREM BELE ANALARIN ELLERINDEN...BAW EYIREM QARWILARINDA..
ufuq69 | 5 fevral 2013 00:09 | Status: Qonaq | Şərh: 0
bu qadinin taleyi lap menim anamin taleyine oxsayir men bele qadinlari cox sevirem
gruzinka | 8 sentyabr 2012 14:42 | Status: Qonaq | Şərh: 0
Bele qeyretli gadinlara aferin deyirem...asan yollaa getmeye ne varki,esas odurki cetini bacarasan
Sonik | 2 sentyabr 2012 16:12 | Status: VİP user | Şərh: 543
suВ peerisi,
duzdu
su peerisi | 2 sentyabr 2012 16:10 | Status: Gümüş user | Şərh: 955
Halal olsun bele qadinlarimiza,kas ki, belelerinin sayi cox olaydi..
A_Peri_ | 23 iyul 2012 21:58 | Status: Qonaq | Şərh: 0
Halal olsun ve burdan bilinirki yeni goruruk ki bir qadina heqieten tehsil diplom lazimdi en cetin anda oz savadina aglina guvene biler
OZ_DUNYAMIZ | 14 iyul 2012 05:26 | Status: Gümüş user | Şərh: 1 205
MARAQLI IDI
derdli qiz | 30 iyun 2012 00:47 | Status: Qonaq | Şərh: 0
kaski hami bele guclu ola bile