Layihələr / Qadın taleyi

“6 ildir ərimin ikinci arvadıyam"

Banu. | 9-10-2016, 18:04
25 254 28
“6 ildir ərimin ikinci arvadıyam"



"6 ildir evli kişi ilə dini nikahla yaşayıram, onun ikinci həyat yoldaşıyam. Yoldaşım sürücüdür. Az-çox qazandığını iki ailəsi arasında bölür. Narazılığım yoxdu. Amma mənə çox az zaman ayırır. Bu il bir övladım da dünyaya gəlib. Bədbəxt deyiləm, amma sevdiyini paylaşmaq çətindir. İstərdim o, tək mənim olsun. Amma ailəsini də dağıtmaram", - deyir 27 yaşlı İlahə Nəbiyeva. Azadqadin.az lent.az-a istinadən bildirir ki, başına gələnləri İlahə ilk dəfə 17 yaşında ailə qurub. Daha doğrusu, sevdiyi oğlana qoşulub qaçıb. Bir ildən sonra isə əri İlahəni tərk edib. Valideynlərinin üzünə baxa bilmədiyi üçün doğulduğu rayona yox, Bakıya gəlib və kafelərin birində ofisiant kimi çalışmağa başlayıb. Elə Rəşadla da kafedə tanış olub. Rəşad evli və iki övladı olduğunu ondan gizlətməyib. Kirayə ev tutaraq, kəbin kəsdirərək onunla yaşamağa başlayıb.

İlahə deyir ki, Rəşada heç vaxt xəyanət etməyib: "Bəzi gecələr olur ki, özümü tənha hiss edirəm. Mən də istərdim normal ailəm olsun. Amma neyniyim, Allah mənə belə qismət yazıb".

Müasir dövrdə texnoloji yeniliklər və sosial şəbəkələrin həyatımızın bir parçasına çevrilməsi insanların bir-birilə ünsiyyət və münasibət qurmasını daha da asanlaşdırıb. Bunun nəticəsi kimi evli ola-ola sevgilisi olan insanların sayında kəskin şəkildə artımlar müşahidə olunmağa başlayıb. Bəs evli kişi ilə yasaq münasibət yaşamağın çətinlikləri və sıxıntıları nələrdir? Ailəli kişilərlə birlikdə olan qadınlar hansı hissləri keçirirlər?

Bu tip qadınların davranışının altında bir neçə səbəb yatır ki, bunlar da özlüyündə qadını evli kişi ilə münasibət qurmağa sövq edir. Bu səbəblərə sevgi, pul, məcburiyyət, seks istəyi və gücü aid etmək olar.

Mütəxəssislərin fikrincə, evli kişi ilə birlikdə olan qadınların həyatında kədər, üzüntü, yalanlar, qısqanclıqlar, dava-dalaşlar əskik olmur. Bunun səbəbi isə kişinin sevgilisi ilə münasibətini həyat yoldaşından boşanmadan davam etdirməyə çalışmasıdır.

Psixoloq Rövşən Hümbətovun sözlərinə görə, evli kişi ilə münasibət quran qadın ilk növbədə özünə bu sualları verməlidir - "Bu adam yoldaşına yalan danışıb mənimlə birlikdə olursa, demək, nə vaxtsa mənə də yalan söyləmə ehtimalı var. Yox, əgər yoldaşını sevmirsə və ona görə mənimlə birlikdədirsə, o zaman nəyə görə ondan ayrılıb, rahat şəkildə mənimlə münasibət qurmur?". Psixoloq deyir ki, Azərbaycan cəmiyyətində əsasən evli kişi ilə birlikdə olan qadınları günahlandırıb, qınaq obyektinə çevirirlər: "Amma həqiqət kişinin evli olmasıdır, yəni ailəli olan və yoldaşına sadiq qalacağına söz verən tərəf kişidir. Evli kişi ilə birlikdə olan qadının isə digər qadına qarşı heç bir məsuliyyəti yoxdur. Bunu yalnız kişilərə aid olan bir vəziyyət kimi dəyərləndirmək də düzgün olmaz. Evli qadınla birlikdə olan kişilərdə də vəziyyət eyni cürdür. Yəni evli biri ilə münasibətə girənin kişi və ya qadın olması vəziyyəti dəyişmir".

Bəs evli kişilərlə qadınların münasibəti necə başlayır?

Psixoanaliz nəzəriyyəsinə görə, atası tərəfindən tərk edilmiş, özgüvən əskikliyi ilə böyümüş qadınlar özlərini təsdiq etmək, digər qadınlardan daha üstün olduqlarını özlərinə sübut etmək üçün bu yola əl ata bilirlər. Yəni başqa qadına aid olan kişini əldə edərək, özgüvənlərini bərpa etmiş olurlar: "Psixoanalitik yanaşmaya görə, bunun əsas səbəbi evli kişi ilə birlikdə olmaqla, uşaqlığında atası tərəfindən aldadılmış olan anasının şüuraltı intiqamını almaq hissinin önə çıxmasıdır. Ancaq bu faza insan beyninin dərinliklərində (təhtəlşüurda) olduğundan bu vəziyyəti asanlıqla anlayıb, dərk etmək mümkün deyil. Ancaq yalnız ata obrazının əskikliyi ilə bu cür yasaq münasibətləri tam izah etmək də mümkün deyildir. Bildiyimiz kimi, əlçatmaz görünən və bizdə olmayan şeyləri gözümüzdə ideallaşdırıb, onları əldə etməyə can atırıq. Evli kişilər bu səbəbdən cazibədar və əlçatmaz sandığı qadınlarla münasibət qurmağa və sevgili olmağa çalışırlar".
Psixoloq bildirir ki, qadının həyatda yalnız olması və iqtisadi çətinlikləri, özünü dəyərli hiss etmək istəməsi, eyni anda bir neçəsi ilə münasibət yaşaya biləcəyini düşünməsi, ata fiqurunun uşaqlıqdan bəri çatışmazlığı və s. bu kimi səbəblər qadınların evli kişilərə yönəlməsində vacib rol oynayır: "Xəyanət edən kişinin vəziyyəti isə burada qadından daha ağır olur çox zaman. Adam evli olduğu üçün gecələri telefonla rahat danışa bilmir, ətrafdan görən ola bilər qorxusu ilə nə yoldaşı, nə də sevgilisi ilə ictimai yerlərdə gəzməyə və ya istirahətə gedə bilmir, bir sözlə, yaşamına istəməyərək də olsa, sərhədlər qoyur. Daim gizlənməyə çalışır və buna görə hər iki tərəfə yalanlar söyləməyə məcbur olur. Münasibətdə olduğu qadın kişinin evli olduğunu bilirsə, bir müddət sonra ondan boşanmasını və açıq şəkildə birlikdə olmalarını tələb edir. Amma kişi ailəsini dağıtmaq istəmədiyindən hər dəfə yalanlarla sevgilisini aldadır və müxtəlif bəhanələr gətirir. "Ayrılsam, karyeram bitər", "ev problemi yaşayaram", "onsuz da yoldaşımı sevmirəm, ayrı otaqlarda yatırıq", "uşaqlara görə bu vəziyyətə dözürəm" kimi bəhanələrlə vəziyyətdən çıxmağa çalışır. Hər dəfə yeni bəhanələr və yalanlarla zaman qazanmağa çalışır".

Statistika da göstərir ki, əgər evli kişi başqası ilə münasibətə başladığı müddətdən 12 ay ərzində yoldaşından ayrılmırsa, 90% göstərici ilə sonrakı illərdə də boşanmır. Çünki asılı insan nə yoldaşından, nə də sevgilisindən ayrılmaq istəyir. Onun əsas məqsədi hər iki tərəfi balanslı şəkildə idarə etməkdir.

Deniz79 | 18 mart 2017 23:56 | Status: Qonaq | Şərh: 0
ne olub kiminse evin daqidirsan
MisterE | 8 yanvar 2017 20:33 | Status: Qonaq | Şərh: 0
.Ele bir sevgi isteyirem ki,her an varlığını hiss ede bilim.Özüm kimi tanıyım,sevim.Ebedi yaşayım.Her an bitirmekdense her an yeniden başlamaq isteyim.Seher duranda onun da durduğunu düşünüb sevinim.Her addımımda onu da düşünüm.Adını duyduğumda qelbim durmadan döyünsün.Bütün qelbimle ona inanım,güvenim.Bir gün gedeceyi qorxusu ile yaşamayım.Onu itireceyim qorxusu ile yaşamayım.En esası meni aldadacağı qorxusu ile yaşamayım.

Ele bir sevgi isteyirem ki,meni başdan sonacan ifade ede bilsin.Her an ne hiss etdiyimi anlaya bilsin.En birinci meni anlasın.Çox sevsin,menim onu seveceyim qeder.

Ele bir sevgi isteyirem ki,darıxmaym bu sevgide.Her an sevinim.Dava edim amma sonra yeniden barışım.Küsüm amma sonra yeniden danışım.Daima yanımda olduğunu hiss edim.Hiss etdirsin.

Bütün varlığımla onu sevim.Seni sevirem deyende qelbimde şübhe dolu hissler olmasın.Bu sözü bütün qelbimle inanaraq,bu olduğu üçün deyim.Sadece o dedi deye demeyim.Bitti dediyi yerde yeniden başlayım.Sevgisi butun bedenimi sarsın.Daha içimde ağlayarken üzde gülmeyim.Ayrılıqdan sonra axan göz yaşlarımı gizletmeyim.Ağlamayım bir daha,ağlatmasın,incitmesin.

Ele br sevgi isteyirem ki,başladığı günden bu günedek bütün her şeyi indi yaşanırmış kimi xatırlayım.Onu düşünerken bele onu sevim.

Ele bir sevgi isteyirem ki,her baxdığım yerde onu görüm.Kölgeler almasın yerini.Sarsıtmasın yoxluğu qelbimi.Onun üçün darıxmağı sevim.Sadece göreceyem deye gözlemeyim günleri.Gözlemeyi,onun üçün gözlemeyi sevim.Mene aid olanı sevim.Ayda gizletdiyimi sevim. Artiq sebebini bilmediyim acılar yaranmasın qelbimde.Cavabsız sualların içinde boğulmayım.

Ele bir sevgi ki,unutdursun mene her şeyi.EBEDİ olsun,qalıcı olsun.
Ele bir sevgi ki,içinde sadece sevgi olsun..
Dovlet isindeyem teyinatim agdamdadi.agdamda isleyirem.ciddi xanim yazsin.yasi cox olsa daha yaxsi olar.
0708595853 0509980440
SEVDA | 20 noyabr 2016 19:52 | Status: Nəzarətçi | Şərh: 17 437
Bunu bawqasinin ailesine yamaq olanda fikirlewerdin...
Bele qadinlara Allah lenet etsin...
Gulushunu_sevdiyim | 24 iyun 2016 01:11 | Status: Qonaq | Şərh: 0
Men kiminse xeyanet sebebi olmaq istemezdim
B.Fereh | 16 aprel 2016 14:31 | Status: Nəzarətçi | Şərh: 6 971
BELE QADINLAR,HEC BIR MENEVIYYATI,QURURU OLMAYAN MEXLUQLARDIR.
Sitat: gula.
Qınamaq asandır. Amma hec kim bilmirki, sabah özunun və yaxınlarının başına nə gələcək.

BELE "HUMANIST"WERHLERIDE GORENDE LAP ETIM TOKULUR.
zezema | 27 fevral 2016 20:24 | Status: Qonaq | Şərh: 0
oxumadim! evveli mene bes eledi. ele bildim boshanmish kishinin ikinci arvadidir. amma yox. evli kishinin ikinci arvadiymish. esl exlaqsizliq budur!
men de erimin ikinci arvadiyam. Amma erim menle evlenmezden 7 il evvel boshanib birinci arvadindan. (yani onunla evlenende de fikirleshdim ki, eyer arvadi ile barishsaydi bu 7 il erzinde barishardi) 7 il subay qalib sonra menimle evlenib.
kim ne deyir desin - lap dinde de icaze varsa da bele sheylere, men qeti eleyhineyem! bele shey olar?! gedir onunla yatir, gelir seninle yatir! arvadi varsa, demeli sen sadece gezdiyisen!
bir qiz da taniyiram 8 ildir bir kishi ile gezir. kishi el cekir bu yox! gedir oturur onlarin heyetinde kishini bloka girmeye qoymur.. ne bilim e biabrciliq! onun arvadi ne cekir hec onu dunur goresen?
Yagis_Negmesi | 30 noyabr 2015 22:06 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: gula.
Qınamaq asandır. Amma hec kim bilmirki, sabah özunun və yaxınlarının başına nə gələcək.
gula. | 4 noyabr 2015 11:34 | Status: Qonaq | Şərh: 0
Qınamaq asandır. Amma hec kim bilmirki, sabah özunun və yaxınlarının başına nə gələcək.
_Yagmur_ | 27 oktyabr 2015 23:43 | Status: Şərhçi | Şərh: 209
oxumadim!!!!!!!basligi oxudum. daha bilmirler neler cekirsen. o senin 2 ci erindise qisqanmaga haqqin yoxdu. niye 1 ) sen kafede iwleye iwleye ozunde bilmisen evlidi basqasinin erini elinden almisan!!!!(sen bunu ozunde tesevvur et ki menim erim 2 ci arvad saxlayir sen neyniyersen)!!!!!duz edmirsen sen o aileni dagidacagsan. usag nedi dogmusan o er seni evvel axir atacag o usagda yaziqdi.duzdu insan bilmir basina nelerin geleceyini sigortali deyil heyatdan.ama aileli bir kisiyle munasibetde olmag olmaz.sen o qeder adamin icinden dul birini tapmadin?o qeder dul cavan kisiler var ki . senin xosuva geler senin usduve arvad alsinlae..gunah sendedi. men belelerini gorende eseblesirem hele bir de mektub yazib oz derdini anladir.elbetde o kisi ailesinin yaninda olacag o sene arvad gozuyle baxmir ki o sene gezdirdiyi gozuyle baxir . Allah qorusun bele qadinlari ele kisileride.
ALLEGRETTO | 17 oktyabr 2015 11:07 | Status: Gümüş user | Şərh: 2 218
Hələ bəxti gətirib ki 20-ncı arvadı dəyill wink
Ay_Sun | 2 oktyabr 2015 18:11 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: Nara88
bele yolun azmislarin hekayelerini yazmiyin cox xais((
anuka | 28 sentyabr 2015 22:23 | Status: Qonaq | Şərh: 0
Camaatın evini elə sənin kimilər yıxırdəə məsumluq altında yatan ilan1
Dəniz qızı | 11 sentyabr 2015 15:34 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: vanessa0
Qinamiram qadini,ne yasadigini bilmirik neticede,amma yaxsi veziyyet deyil bu,bele olmasaymis kas.
Resube | 10 sentyabr 2015 15:08 | Status: VİP user | Şərh: 394
Bunu qınama maq olmaz ee.bu kişi sürücüdü nə qazanır ki həm senin kireni həmde öz ailəsini saxlayır.Olmaz sen nece özünü tek hiss edirsən eeləcə də onun qadını soyuqluq hiss edir əzab çəkir ey təkcə qalıb. OLMAZ AXI BIABIRÇILIQDI
Nara88 | 9 sentyabr 2015 23:50 | Status: Professional user | Şərh: 4 252
bele yolun azmislarin hekayelerini yazmiyin cox xais((
Sadəcə A | 9 sentyabr 2015 22:24 | Status: Qonaq | Şərh: 0
Bu 4 arvad məsələsini ortalığa gətirməyin , insan birini sevər , sevəreee saxlayar yox sevər ... və onunla da evli olar vəssalam.xanıma da pul lazımdı camaatın ərini yiyəliklənib. Yalandan yazıqlanmaq nəyə lazım. am
SARAXATUN | 9 sentyabr 2015 17:50 | Status: Professional user | Şərh: 1 528
Bowanmiwdin adam balasi kimi ere gederdin da kiminse ailesine goz tikmiyerdinde .Beleleri olurda isti yuvani daqidib ozleri ucun yuva ev quran.Hele bir kiwiyede baxda arvadi ola ola gozu onda bundadi!..
Cicim İncim | 9 sentyabr 2015 16:42 | Status: Gümüş user | Şərh: 2 456
Belələri hələ özlərini məsum göstərirlər də...Allah bəlanızı versin...
BULUTUM | 9 sentyabr 2015 16:21 | Status: Professional user | Şərh: 7 386
Sonrada deyir men neyneyim.Wey tapmirsan oynamaqa, gerek xalxin eriyle oynayasan?Ozge atina minen tez duwer liyve.Elime kecesen seni diwime cekerem fahiwe.Bir yawli arvadi olen kiwiye adam balasi kimi ere gedib uwaq dogsan o bundan wereflidi.
nurane55 | 9 sentyabr 2015 15:15 | Status: Professional user | Şərh: 1 849
Sitat: luce
Hec kimi qinamiram, ama yaxsi da baxmiram bele hallara. Evli kisi ve ya qadinla munasibet quran insanlari sevmirem, vessalam.
vanessa0 | 9 sentyabr 2015 14:48 | Status: Gümüş user | Şərh: 449
Qinamiram qadini,ne yasadigini bilmirik neticede,amma yaxsi veziyyet deyil bu,bele olmasaymis kas.
element | 9 sentyabr 2015 14:28 | Status: Qonaq | Şərh: 0
Islamda 4 qadinla evlenmeye izn var. Amma ədalətli davranmağı şərtdir. Ve kişinin də 1ci arvadından icaze almasına gerek yoxdu. Dul qadınla kəbinde de ata icazəsi şərt olmadigi üçün yazida hec bir qəbahət yoxdur. Yalniz imani pik derece kamil olan qadınlar bunun Allah terefinden qoyulan qanun olduğunu bildiyi üçün rahatliqla qebulede bilir. Ele qqadınlar da barmaqla sayilacaq derecededir.
aylin9159 | 9 sentyabr 2015 13:30 | Status: Qonaq | Şərh: 0
Özun soxusdurubda hazir kisidi elinden buraxmeb.
luce | 9 sentyabr 2015 13:07 | Status: Professional user | Şərh: 2 922
Hec kimi qinamiram, ama yaxsi da baxmiram bele hallara. Evli kisi ve ya qadinla munasibet quran insanlari sevmirem, vessalam.
Nilay | 9 sentyabr 2015 10:58 | Status: Qonaq | Şərh: 0
Dindede normaldi 4 arvad amma men anormal baxiram ve qebul etmeremki erimin ikinci qadini olsun
gece-gunduz | 9 sentyabr 2015 10:21 | Status: Gümüş user | Şərh: 1 720
Belə yazılar gorende əsəbləşirəm de
Nergiz love | 9 sentyabr 2015 09:58 | Status: Professional user | Şərh: 7 871
Dunen oxumusam bu xeberi
Purple_Butterfly | 9 sentyabr 2015 09:47 | Status: Şərhçi | Şərh: 146
Pozgunluga psixoloji cehetden yanashmaq lazim deyil. Senin atani kimse elinden alib ve sen de kiminse atasini elinden alirsan. Buna hech bir beraet qazandirmaq olmaz.