Layihələr / Qadın taleyi

“Əxlaqsız filmləri izləyib, gördüklərini mənə tətbiq edirdi” – azərbaycanlı qadından ərinə ŞOK İTTİHAM

Banu. | 9-02-2015, 17:57
28 974 37
“Əxlaqsız filmləri izləyib, gördüklərini mənə tətbiq edirdi” – azərbaycanlı qadından ərinə ŞOK İTTİHAM


Boşanmaların sayı ildən-ilə artdıqca get-gedə daha da dərinləşən problemin həlli yolları hər kəsi ciddi şəkildə narahat edir. Səbəblər müxtəlifdir – maddi çətinliklər, ailə quran bəzi gənclərin məsuliyyətsizliyi, qarşılıqlı münasibətlərdə mənəvi keyfiyyətlərə deyil, daha çox maddiyyata üstünlük vermələri, xarakterlərin uyğunsuzluğu və s. Bu müsahibədə toxunacağımız problemin yaranması isə tamamilə başqa faktorlardan irəli gəlib. Hazırda paytaxtda yaşayan Gülnarə Kərimovanın (ad şərtidir) keçmiş ərindən ayrılmasının əsas səbəbləri ilə tanış olduqda təəccübünü gizlədə bilmirsən. Cəmi 5 il əvvəl qurulmuş ailənin dağılmasının, 4 yaşlı qızcığazın boynubükük, atasız qalmasının çox qəribə, hətta anormal səbəbləri var.
“Eyni rayonda, küçədə böyüyüb boya-başa çatmışdıq”

Gülnarə Kərimova öz bibisi oğlu ilə 2010-cu ildə ailə qurub. Uşaqlıqdan bir evdə böyüyüblər. Sonradan atası işi ilə əlaqədar olaraq rayondakı evlərini satıb, Bakıya köçmək qərarına gəlib:
“1992-ci ilin yanvarında köçdük paytaxta. 1998-ci ildə bibimgil də evlərini satıb, Bakıya köçdülər. Atam bibimin yoldaşına məsləhət gördü ki, bizim yaşadığımız qəsəbədə ev alsın. Belə də etdi. Bir-birinə yaxın olan binalarda yaşayırdıq”.

Hər iki ailənin övladları böyüdükdən sonra gənclərin ailə qurmaq söhbəti ortaya çıxır. Gülnarənin gələcək qayınanasının təsadüfi təklifi ilə reallaşan evlilik izdivacına hər kəs halallıq verir: “Bibimgil Rasimi (keçmiş ərini) evləndirmək üçün ona qız axtarırdılar. Evlərimizin arasındakı məsafə yaxın olduğundan tez-tez ailəvi şəkildə bizə gəlirdilər. Elə olurdu hər gün saatlarla evimizdə olurdular. Bir gün bibim öz qızı və oğlu ilə bizə gəlmişdi. Nahar edirdik. Atam bacısından soruşdu ki, Rasimin evlənmək işi nə yerdə qaldı? Bibimin yerinə qızı cavab verdi. Dedi, dayı, yaxşı ailə, halal süd əmmiş tapa bilmirik. Birdən bibim başını qaldırıb, yeməyini yeyə-yeyə mənə baxdı: “Odur ey, yaxşı qız Gülnarə. Gedib onun-bunun qapısını niyə döyürəm ki? Öz qardaşımın balası”. Gözlənilmədən deyilən bu sözdən atam tutuldu, mənsə utandım. Hiss etdim ki, yanaqlarım qızarıb. Ayağa durub süfrəyə çörək gətirmək bəhanəsi ilə otaqdan çıxdım. Üç gün sonra bibim yenə gəldi. Bu dəfə atamla elçilik söhbətini etməyə gəlmişdi”.
Gülnarənin bibisi bu təklifindən sonra qardaşının övladını evinə gəlin gətirmək istəyini həyata keçirməyə başlayır. “2009-cu ilin yayında elçilik, sonra “hə” oldu. Nişan məclisimizdə ancaq öz qohumlarımız idi. Beləcə nişanlandıq. Valideynlərim bu məsələdə mənə ancaq tövsiyə verdilər. Sevdiyim oğlan yox idi. Ona görə ata-anamın məsləhətinə qulaq asdım”.

Əvvəllər Rasimi sadəcə bibisi oğlu kimi tanıyan Gülnarənin sözlərinə görə, onu yaxşı, təmiz oğlan kimi tanıyıb: “Nişanlı vaxtlarımızda onun hərəkətlərində hər hansı qeyri-adilik hiss etməmişdim. Çox sakit, amma ciddi və zəhmli oğlan idi. Hərəkətlərində, davranışlarında əsla deməzdim ki, bu, belə “babnik”dir. Nə bilim, bəlkə də, sevgi gözlərimi kor etmişdi”.

Gənclərin toyu 2010-cu ilin yanvarında baş tutub. Beş il əvvəl evləniblər: “Ailə həyatımızın ilk illərində münasibətlərimizdə hər hansı problemlər, söz-söhbət yaşanmırdı. Yalnız bir-iki dəfə yüngülvari umu-küsü olmuşdu, vəssalam. Əvvəllər mehriban idik”.

Lakin sonradan hər şey tədricən dəyişir: “2011-ci ildə Aydan dünyaya gəldi. Onda Rasim qızının olması xəbərini bir az tutqun şəkildə qarşıladı. Bibim ona başa saldı ki, bu, Allah verən paydır. Adam belə şeyə pis olmaz”.


“Otağa girəndə təəccübdən az qaldım dəli olum”


Onun sözlərinə görə internet aludəçiliyi, ən əsası isə Rasimin zərərli vərdişləri ailənin dağılmasının əsasını qoydu: “Hər şey Rasim evə kompüter alandan, internet xətti çəkdirəndən sonra başladı. Hiss edirdim ki, hər gün evdən soyuyur. Mənə, uşağa əvvəlki kimi qayğı göstərmirdi. Axşamlar işdən gəlib dincəlmək, ailəsi ilə maraqlanmaq, uşağını oynatmaq əvəzinə, saatlarla kompüterin qabağında oturub, oyun oynayırdı. Bizimlə maraqlanmırdı. Elə olurdu ki, Aydan atasını görəndə beşikdən əllərini uzadıb onunla oynamaq istəyirdi. Amma Rasim onu qucağına almırdı. Hiss edirdim ki, get-gedə bizə ailəsi kimi yanaşmır”.

Rasimin ailəsindən uzaqlaşmasının əsas səbəbi kompüterdə saatlarla oyun oynaması yox, internetdən başqa məqsədlər üçün istifadə etməsi imiş: “Sonradan bildim ki, məni aldadırmış. Hər dəfə gəlib otağa girəndə hiss edirdim ki, kompüterdə nəsə qurdalanır, monitorun ekranında nəyisə tez bağlayır. Bir gün axşam mətbəxdə iş görürdüm. Axşam saat 9 olardı. Məni yanına çağırdı. Elə bildim çay istəyir. Gəlib otağa girəndə təəccübümdən az qaldım dəli olum. Kompüterdə porno film izləyirdi. Əlimi atıb monitorun elektrik xəttini şəbəkədən çıxarmaq istəyəndə əlimdən tutub necə burdusa, elə bildim qolum dirsəkdən çıxdı. Əsəbiləşdi. Onu hələ belə hirslənən görməmişdim. Üstümə qışqırdı ki, bu nə hərəkətdir edirsən, qudurmusan? Hətta az qaldı məni vursun. Soruşdum ki, Rasim, pozğun filmlərə niyə baxırsan? Məgər sən də küçə uşağısan, ağlı başında olmayan yeniyetməsən? Cavab verdi ki, mənim 16 yaşım yoxdur. Xoşuma gəlir, baxıram. Kompüter monitorunda gördüyüm səhnələrdən iyrənib otaqdan çıxdım. Həmin gündən ailəmizin qara günləri başladı.


“İnternetdə əxlaqsız filmləri izləyirdi”


Əvvəllər erotik filmlərin aludəçisi olmuş Rasim evləndikdən sonra da zərərli vərdişlərindən əl çəkə bilməyib: “Hər gün axşam işdən qayıdıb saatlarla kompüter qarşısında otururdu. İnternetdə qızlarla yazışır, porno çarxları, filmləri izləyirdi. Mən də ev işlərini görürdüm. Elə olurdu ki, Aydan yataq otağımızda beşikdə ağlayıb qucaq istəyirdi. Əlimdə işim olduğundan uşağı qucağıma ala bilmirdim. Atasının isə dünya vecinə deyildi. Qonaq otağının qapısını açıb yalvarırdım ki, Rasim, nə olar Aydanı beş dəqiqəlik qucağına al, mənim əlimdə işim var axı. Elə bil heç nə eşitmirdi. Elə olurdu gecə saat 2-yə qədər kompüter qarşısında əyləşirdi. Ailəsi ilə heç maraqlanmırdı. Desəm inanmazsınız, bu adam gedib, işığın pulunu da ödəmirdi. Borclarımız o qədər yığılmışdı ki. Bir dəfə gəlib işığımızı kəsdilər. Axşam qaranlıqda qaldıq”.


Xanımı və azyaşlı uşağı ilə maraqlanmayan ailə başçısı getdikcə daha çox internet aludəçisinə çevrilib: “Axşam saat 9-dan gecə saat 2-yə, bəzən də 3-ə qədər kompüterin qarşısında əyləşirdi. Elə olurdu ki, gecə güclə kompüter qarşısından qaldırırdım ki, Rasim, səhər yatıb qalacaqsan, işə gedə bilməyəcəksən, dur dincəl. Hərdən elə kompüterin qarşısında yuxu basırdı onu. Gəlib görürdüm oturduğu yerdə yatıb”.

Gülnarə deyir ki, Rasimin belə zərərli vərdişlərindən, porno filmlərin “manyak”ı olmasından vaxtında xəbər tuta bilməyib: “Nişanlı vaxtda evlərində nə edirdi onu deyə bilmərəm. Amma sonradan boşanma söhbəti ortaya çıxanda kiçik qardaşı ağzından qaçırdı ki, Rasim yeniyetmə yaşlarından erotik filmləri izləyirmiş. Hətta tez-tez əxlaqsız qadınlarla da görüşürmüş”.


“Övladımın xatirinə hər şeyə dözürdüm”


Rasimin ailəsindən uzaqlaşmasının başlıca səbəblərindən biri də ailə qurduqdan sonra əxlaqsız qadınlarla intim görüşləri imiş: “Tez-tez telefonuna gizli mesajlar gəlirdi. Lakin telefonunu kodda olduğundan bunları oxuya bilmirdim. Hərdən telefonu qapadıb balkona çıxmasından, yaxud otağında xısın-xısın danışmasından başa düşürdüm ki, mənə xəyanət edir. Üzr istəyirəm, bir dəfə hansısa əxlaqsız qadından süzənək xəstəliyinə yoluxmuşdu. Hətta mənə də yoluxdurmuşdu. Bu addımına bəraət qazandıra bilməzdi. O heç mənə izahat verməyi şəninə sığışdırmırdı. Övladımın xatirinə hər şeyə dözürdüm. İstəmirdim ki, ailəm dağılsın. Onun mənə qarşı davranışlarındakı bu cür anormallıqlarla bağlı əvvəlcə bibimə, sonra valideynlərimə şikayət etdim. Birinci dəfə bibimə dedim. Əvvəlcə inanmadı. Dedi elə şey ola bilməz. Sonra inandı. Amma bunun heç bir xeyri olmadı. Bundan sonra anama dedim ki, Rasim bizimlə maraqlanmır. Anam dedi ki, ailənin sirri ailədə qalmalıdır. Səsini çıxarma. Mən də razılaşdım, başqa əlacım nə idi?”


“3 ildən çox idi ki, mənlə maraqlanmırdı”


Boşanma fikri ərinin qeyri-ənənəvi intim münasibətlərə olan marağından sonra yarandı: “Mənə maraq göstərmirdi. 3 ildən çox idi ki, övladı ilə də maraqlanmırdı. Balamın xətrinə canımı dişimə tutub dözürdüm ki, Aydanım atasız böyüməsin. Amma o, get-gedə daha da həddini aşırdı. Mənə əxlaqsız qadın kimi baxırdı. Söysəydi, ondan yaxşı idi. Bilərdim ki, ərimdir, hirslənir, əsəbini soyudur. O, bundan betərini edirdi. Son vaxtlar ən iyrənc üsullara əl atırdı. İnternetdə hansısa porno filmi izləyib, məni yanına çağırırdı. Deyirdi ki, gəl biz də kinodakı kimi sevişək. Deyirdim, ay Rasim, nə danışırsan? Onlar pozğun adamlardır. Buna görə nə qədər pul alırlar. Mən sənin ailənəm, pozğun qadın, fahişə deyiləm. Məhəl qoymurdu”.

Son bir ildə belə təkliflər irəli sürən ailə başçısı intim həyatını “romantik” qurmağa qərar verib: “İki dəfə mənə otaqda vəhşi kimi yaxınlaşdı. Dönə-dönə üzr istəyirəm, filmdəki səhnələri mənim üzərimdə həyata keçirdi. İntim münasibətlərin bütün formalarından istifadə etməyə başlamışdı. Özüm özümdən iyrənməyə başladım. Bütün bədənimi murdar etdi.

Bir dəfə gecə otağa girdi. Paltarını soyunanda oyandım. Filmlərdə izlədiyi qeyri-ənənəvi seks üsullarını mənim üzərimdə tətbiq etməyə başladı. Ağrıdan dözə bilmirdim. Yalvarırdım ki, ay Rasim elə eləmə. Hətta elə qışqırdım ki, uşaq diksinib oyandı. Qorxub ağlamağa başladı. Bu, əməlli seks manyakı idi. Belə hərəkətləri əvvəllər həftədə bir dəfə edirdi. Amma son aylar elə olurdu həftədə 3-4 dəfə mənə qarşı belə təkliflər edir, iyrənc hərəkətlərini davam etdirirdi, baxdığı pozğun kinoları gözünün qarşısına gətirib, oradakı səhnələri mənlə münasibətdə tətbiq edirdi. Ötən ilin martından etibarən zorakılıqları daha da artdı. Əgər əvvəllər mənə qarşı zorakılıqları qonaq otağında, yaxud yataq otağımızda edirdisə, sonradan bu hərəkətləri daha da çoxaldı. Mətbəxdə iş gördüyüm yerdə vəhşi kimi üstümə cumub, məndən qeyri-ənənəvi sekslə məşğul olmağı tələb edirdi. Ayaqyolunun qapısı açıq olsaydı, bəlkə, istədiklərini orada da edərdi. Ya bir də görürdün ki, sabun istəmək bəhanəsilə məni hamama çağırırdı. İçəri girib sabunu ona verəndə qollarımdan tutub içəri çəkirdi. Paltarımı su ilə isladıb əyin-başımı soyundururdu”.

Qadın buna etiraz edəndə Rasimin cavabı qeyri-adi olub: “Deyirdi ki, mən romantik ərəm. Başa sala bilmirdim ki, ay Rasim, bu iyrənclikdir. Düzdür, bu, aylardır davam edirdi. Amma sonralar əvvəlkindən də iyrənc üsullara əl atdı. Sanki mən bunun həyat yoldaşı yox, küçə qadını, fahişə idim. Hər gün özümü bir az da təhqir olunmuş hiss edirdim. Başa düşdüm ki, belə ailə olmaz. Sentyabrda qızımı da götürüb atamgilə gəldim. Hər şeyi bir daha olduğu kimi açıb evdəkilərə danışdım. Bir aydan sonra ərizə ilə məhkəməyə müraciət etdim”.

Rasimin buna reaksiyası çox adi olub. O, xanımının ayrılmaq qərarına heç təəccüblənməyib də: “O, onsuz da məni ailəsi kimi görmürdü. Boşanandan sonra düşündüm ki, gərək bu addımı çoxdan ataydım. Atam cehizlərimi yığışdırıb gətirdi. Sonralar onu işi ilə əlaqədar Gəncəyə göndərdilər. Hər ay aliment göndərir. Gedib götürmək istəmirdim, anam dedi ki, bala o, uşağın puludur. Heç olmasa, əyin-başına xərcləyərsən. Get pulu götür”.Publika.az

ESMERRi | 24 mart 2016 20:12 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: miss xərçəng
Heç bir kişini bir xanıma zorla sahib olmasını başa düşmürəm...Bu ki düzgün deuil kişi bacarırsa xanımını o istəyə məcbur yox öz istəyi ilə razı salmalıdır...
miss xərçəng | 21 iyun 2015 14:45 | Status: Şərhçi | Şərh: 437
Heç bir kişini bir xanıma zorla sahib olmasını başa düşmürəm...Bu ki düzgün deuil kişi bacarırsa xanımını o istəyə məcbur yox öz istəyi ilə razı salmalıdır...
isabala | 4 aprel 2015 22:10 | Status: Şərhçi | Şərh: 457
Allah hec kime bele tale yazmasin.Yaziq qadin nece dözürmüş yaxşiki canini qurtarib.
gunay 2 | 2 aprel 2015 10:05 | Status: Qonaq | Şərh: 0
ALLAH ELE KIWILERIN BELASINI VERSIN

BURDAKI REYLERI OXUDUM AMA MENE BIR SEY CATMIR ,niye qinayirsiz onu? bezileri seks delisi bezileri ise yox bu onun aldigi terbiyeden asilidir .odurki BIR FIKIRLE RAZIYAM KI,AILE QURMAMISDAN EVVEL GEREK OGLANI DAHA YAXINDAN TANIYASAN HETTA SEKS BAREDE DUWUNCELERINDEN BELE DANIWMALISAN. EGER UYGUN DEYILSIZSE EVLENMEMELISEN .
Leyla Ezizli | 5 mart 2015 23:15 | Status: Şərhçi | Şərh: 371
Ay bacı sen bu cur vehsi manyakın hereketlerine nece dozmusen. Allah onu bildiy kimi etsin. Pis manyak. Qadınların bu acizliyine hec doze bilmirem.Belelerinden ne ata olacaq ki,allah qorusun bu cur manyaklar sabah qızına da ne desen eder.Allah bu cur manyakları islah et in İNSALLAH
Nurana Muradik | 23 fevral 2015 16:00 | Status: Qonaq | Şərh: 0
Bezi qadinlar varki ozleri de istekli olur her weye.ama bezileri de normal cinsi elaqeni axira kimi gucle dozur.bele olan halda elbetde ki kiwi de aileden qacir.bawqa maceralar axtatir.bu qadina hardasa bowanmasi ucun haqq qazandirmaq olar.cunki yolxucu xestelik de tapdigini deyir.bele olan halda caliwasanki vaxtinda ayrilasan
sirin bala | 21 fevral 2015 19:24 | Status: Gümüş user | Şərh: 1 669
salam sizin yoldasviz diyirki men romantik kisiye romantik o dimek deyilki arvati neyese zoruyasan xeyir her iki terefin raziliqiy olmali me havaxtii bu mektubu oxumusam kisaca bele bir sher elave ediram ama ki bu qadinin yoldasiyla sex munasbeti onu qane etmirsse beyyenmirse yoldasi bunla maraqlamersee xosbext deyilse bosamasii daha yaxsidi
Nergiz33 | 17 fevral 2015 18:20 | Status: VİP user | Şərh: 1 079
Sitat: Vetenperver
Sitat: Nergiz33
elede mesum mesum danisir ki guya gunahsizdir korsanki aileni ozun dagitmisan sen qadin olmamisan evvel qadinligi oyren sonra aile qur usag dunyaya getir. qadin olmag usag dogub butun gunu evde xidemtcilik etmek deyil sen gor nece qadin olmusanki erin basini internetle qatirmis. otururdu internetde get otur yaninda eylen fikrini yayindir ne bilim ey vaallah sadece bele seyleri oxuyanda eseblsirem yeni sirf aileni ozun dagitmisan sen sadece qadin olmagi bilmemisen

Ay sağol.Elə ona görədə çox kişilər öz fantaziyalarını yad qadınlarla keçirirlər.Kişi evlənir ki intim təlabatını öz yoldaşı ilə keçirsin,səndə soyuq olandan sonra onda nə oldu.Heç olmasa yalandanda olsada ərini məmnun eləməlisən,rola girməlisən,yaxşı aşna olmalısan ərinə.Günahın çoxu özündə olub.



Men bu temani indi anamla obsujdat etdim oxudum anama hekayeni dediki o qizin deyil gunah onun valdeyinlerinindi o qizi o sahede cox qapali terbiye edibler anam deyirki o qiza o qeder tesir olubki ayibdir exlaqsizlqdir o qizda o sahede hec anlayis olmayib. oglanda oz bibisi oglu olub ona gorede utancagligi lap ona guc gelib duzdur gunahkardir ozu ancag onun pisixalogiyasi ele formalisib formalsdirilib. mintalitet qizin qanina yeridlib. anam dediki bizlerin serhi dogrudur bizlerin pisixalogiyamiznan bunu biz anlaya bilirik
tuurac | 16 fevral 2015 17:54 | Status: Qonaq | Şərh: 0
Sitat: Cennet ciceyi
salam.Yoldashimla men ilk gunden bir birimize qarshi utancaq olduq.Artiq hereket etmek istemirdim fikirlewirdimki xowu gelmez.eslinde o ozude o barede soyuq idi mene qarwi.(eybecer, seliqesiz,kobud,anasina atasina hormetsizlik etmiw olsam fikirlewerdimki bu hereketlerime gore beledir) Bir Muddet sonra gordumki bele videolara baxir.Bawqa problemleri behane eliyib atam evinede getdim.Ama Uwaqlara gore qayitdim.sad Indi her gece urek dermani icirem.Hec vaxt gozlemezdimki o hevesle bunlara baxar.Heyatimdan bezmiwem.Ona olan sevgime gore her bir soz sohbetin ustunden kecmiwem.Amma bu hereketini hec vaxt baqiwlamiyacam.Tekce uwaqlarima gore yawayiram.

Xanm size bir sual vermek isteyrem amma artix derecede xahiw edrem duzgun cavap verin ve sualimdan incimeyin.SIZIN BAWINIZDA CATIR YA YOX?Erm vidioya baxr deye onu baxwlamayacam ele bilirsiz kiwiler hec biri baxmr hammisida baxr.baxanda nolur ele eliyinki baxmasin size baxip lezzet alsin
Elgun_Azizov | 12 fevral 2015 15:52 | Status: Professional user | Şərh: 1 393
Sitat: Cennet ciceyi
salam.Yoldashimla men ilk gunden bir birimize qarshi utancaq olduq.Artiq hereket etmek istemirdim fikirlewirdimki xowu gelmez.eslinde o ozude o barede soyuq idi mene qarwi.(eybecer, seliqesiz,kobud,anasina atasina hormetsizlik etmiw olsam fikirlewerdimki bu hereketlerime gore beledir) Bir Muddet sonra gordumki bele videolara baxir.Bawqa problemleri behane eliyib atam evinede getdim.Ama Uwaqlara gore qayitdim. Indi her gece urek dermani icirem.Hec vaxt gozlemezdimki o hevesle bunlara baxar.Heyatimdan bezmiwem.Ona olan sevgime gore her bir soz sohbetin ustunden kecmiwem.Amma bu hereketini hec vaxt baqiwlamiyacam.Tekce uwaqlarima gore yawayiram.


çox böyük məntiqsizlik nədi nədi videoya baxır deyə bu qədərdə soyumaq lazım deyildi. Ən azınnan o baxdıqlarını başqasının üstündə tətbiq etmir. Elə videolara baxmayan görməyən canlı varki yer üzündə hamı nə vaxtsa qısada olsa baxıb bu o demək deyilki bir evlilik bitməlidi. Məncə sizin özünüzlə bağlı ciddi problemləriniz var əvvəlcə onu psixoloji həll edin özünüzdə.
Cennet ciceyi | 12 fevral 2015 15:48 | Status: Şərhçi | Şərh: 166
salam.Yoldashimla men ilk gunden bir birimize qarshi utancaq olduq.Artiq hereket etmek istemirdim fikirlewirdimki xowu gelmez.eslinde o ozude o barede soyuq idi mene qarwi.(eybecer, seliqesiz,kobud,anasina atasina hormetsizlik etmiw olsam fikirlewerdimki bu hereketlerime gore beledir) Bir Muddet sonra gordumki bele videolara baxir.Bawqa problemleri behane eliyib atam evinede getdim.Ama Uwaqlara gore qayitdim.sad Indi her gece urek dermani icirem.Hec vaxt gozlemezdimki o hevesle bunlara baxar.Heyatimdan bezmiwem.Ona olan sevgime gore her bir soz sohbetin ustunden kecmiwem.Amma bu hereketini hec vaxt baqiwlamiyacam.Tekce uwaqlarima gore yawayiram.
Ay_Sun | 12 fevral 2015 14:28 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: Aytekin82
Sözün bitdiyi an... recourse
Zaur_Azeri | 11 fevral 2015 14:11 | Status: Qonaq | Şərh: 0
Əvvəla Salamlar! Burda hər istifadəçinin özünəməxsus rəy və fikirlərini oxudum, bir neçə vacib unutmamalı olduğumuz faktorlara toxunmaq istəyirəm! İlk olaraq qeyd edimki əində ailə intim münasibətiləri qarşılıqlı istəyə bağlıdır və partnyorlar cinsi həzzi hər hansı bir cinsi aktla edə bilər.. Amma biz kim olduğumuzu, Müsəlman və eyni zamanda Azərbaycanlı əxlaqı, mentaliteti, ailə münasibətləri fonunda tərbiyə almışıqsa deməkki bu kimi şeylər Cəmiyyətimizdə anormal qarşılanır, sizə Qur'ani kərimdən sitat : Anal cinsi əlaqə
Müsəlmanlar > Cinsi həyat > Fitvalar Tarix: 15 Haziran 2010 Tövsiyə et Çap et
Sual: Anal seks haramdır? İslam dinində buna necə baxılır? Ər-arvad arasında cinsi əlaqənin bir sərhədi var? Əgər varsa, bu məhdudiyyət nədən ibarətdir? Mən eşitmişəm ki, anal sekslə məşğul olanlar ömür boyu cənabət (cünub) qalacaqlar. Bu düzdür?
Cavab: Ər-arvadın arasında cinsi əlaqənin sərhədi var. Quranda bildirilib ki, cinsi əlaqənin əsas məqsədlərindən biri nəslin davam etdirilməsidir və bu qadının cinsiyyət orqanından olmaq şərti ilə sərbəst buraxılıb. Bununla əlaqədar ayə aşağıdakı kimidir:

“Səndən qadınların heyz halını soruşurlar. De ki, o bir əziyyətdir. Heyz günlərində onları rahat buraxın. Təmizlənənə qədər onlara yaxınlaşmayın. Tərtəmiz olduqdan sonra onlara Allahın sizə buyurduğu yerdən yaxınlaşın. Allah tövbə edənləri sevər. Allah təmiz olanları da sevər”.

“Qadınlar sizin üçün bir tarladır. Tarlanıza istədiyiniz kimi gəlin və özünüz üçün ön hazırlıq görün. Allahdan çəkinin və ona qovuşacağınızı bilin. Bunu inananlara xəbər ver (iman edənləri bununla müjdələ)” (Bəqərə, 2/222).

Ayədəki tarla sözü məhsul götürülən yer deməkdir. Tərs yol ilə cinsi əlaqədən heç nə törəməz. Yəni, məhsul götürmək olmaz. Buna görə də ayə tərs cinsi əlaqəni qadağan edir. Bu ayələrə əsasən Allahın əmr etdiyi cinsi əlaqə normal yol ilə baş tutan əlaqədir.

Bu məsələ ilə əlaqədar hədislərə baxdığımız vaxt peyğəmbərimizin də bu cür cinsi əlaqəni qadağan etdiyini müşahidə edirik:

“Arvadı ilə tərs yoldan cinsi əlaqəyə girənlər Allahın rəhmətindən uzaq qalırlar”.1

“Qadınlarınızla tərs cinsi əlaqəyə girməyin. Allah doğru olanı deməkdən çəkinməz”.2

“Allah bir kişiyə və ya qadına arxadan yaxınlaşan kəsə rəhmət (mərhəmət) nəzəri ilə baxmaz”.3

“Bir kişinin arvadı ilə tərs cinsi əlaqə qurması kiçik lutilikdir (homoseksual olmaq, xalq dilində petuxluq)”.4

Haram olduğunu bilə-bilə Allahın əmr etdiyi yerdən deyil, qadağan olan yerdən cinsi əlaqə qurmaq bir müsəlmana yaraşmaz. Belə bir davranış yolverilməzdir.

Tərs cinsi əlaqə haram olsa da, “bunun ucbatından ömür boyu cənabət qalmaq” barədə söhbət gedə bilməz. Tövbə etmək və bu əməli bir daha təkrar etməmək lazımdır.

QEYD: Yuxarıdakı ayələrə (Bəqərə surəsinin 222 və 223-cü ayələri) Azərbaycan dilində aşağıdakı kimi məna verilmişdir (Mənbə: http://www.quran.az saytı):

1) Əlixan Musayev-in tərcüməsi:

- 222. Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.

- 223. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.

2) Ziya Bünyadov və Vasim Məmmədəliyev-in tərcüməsi:

- 222. (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!

- 223. (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!
Vetenperver | 11 fevral 2015 12:58 | Status: Professional user | Şərh: 6 699
Sitat: MiFi
Qadın öz halal ərini,ər də öz qadınını hər cür təmin etməlidi.Sən başqa kişiylə yatmırsan ki,iyrənəsən.Bütün kişilər pornoya baxır,hətta qadınlar da.Bu qadın elə danışır,elə 19 - cu əsrdə yaşayır.Belə etmisən ki,kişi də sənə yaxınlaşmır.Hay-küy,qışqırıq...nə olub nə xəbərdi.Bəs evlənəndə bilmirdin.Elə bilirmiş bacı-qardaş kimi yatıb duracaqlar Sonra da deyirlər ki,kişilər xəyanət edir.Kişi qadınından razı qalsa,xəyanət də etməz,onun-bunun artığına da baxmaz!!!

0140 Afərin!
niki33 | 11 fevral 2015 12:15 | Status: Yazar | Şərh: 5
Qeyri-enenevi sexs)) anal sexdir burda xanima agil verenler eriniz sizle arxadan olsa sizin xosunuza geler? bu anormal adam olub. yaxXSİKİ VAXTİNDA TERK EDİB. ERİNİZ TEMİN ETMEKCUN MUTLEQ ANAL SEX OLMALİDİR Kİ BEYEM)))) NE QERİBE ADAMLARSİZ
MiFi | 11 fevral 2015 10:37 | Status: Şərhçi | Şərh: 154
Mən bu qadını başa düşmədim...Sənin ərindən uşağından vacib nə işin ola bilər ki...bütün günü yatır,axşam əri gələndə başlayırlar iş görməyə.Guya day bütün günü iş görürlər.Əldən düşüblər...bir uşağın var i vse.Qadın öz halal ərini,ər də öz qadınını hər cür təmin etməlidi.Sən başqa kişiylə yatmırsan ki,iyrənəsən.Bütün kişilər pornoya baxır,hətta qadınlar da.Bu qadın elə danışır,elə 19 - cu əsrdə yaşayır.Belə etmisən ki,kişi də sənə yaxınlaşmır.Hay-küy,qışqırıq...nə olub nə xəbərdi.Bəs evlənəndə bilmirdin.Elə bilirmiş bacı-qardaş kimi yatıb duracaqlar 0102 Sonra da deyirlər ki,kişilər xəyanət edir.Kişi qadınından razı qalsa,xəyanət də etməz,onun-bunun artığına da baxmaz!!!
N....N92 | 10 fevral 2015 15:45 | Status: Professional user | Şərh: 4 351
Bizden uzaq olsun
Vetenperver | 10 fevral 2015 14:56 | Status: Professional user | Şərh: 6 699
Sitat: Nergiz33
elede mesum mesum danisir ki guya gunahsizdir korsanki aileni ozun dagitmisan sen qadin olmamisan evvel qadinligi oyren sonra aile qur usag dunyaya getir. qadin olmag usag dogub butun gunu evde xidemtcilik etmek deyil sen gor nece qadin olmusanki erin basini internetle qatirmis. otururdu internetde get otur yaninda eylen fikrini yayindir ne bilim ey vaallah sadece bele seyleri oxuyanda eseblsirem yeni sirf aileni ozun dagitmisan sen sadece qadin olmagi bilmemisen

Ay sağol.Elə ona görədə çox kişilər öz fantaziyalarını yad qadınlarla keçirirlər.Kişi evlənir ki intim təlabatını öz yoldaşı ilə keçirsin,səndə soyuq olandan sonra onda nə oldu.Heç olmasa yalandanda olsada ərini məmnun eləməlisən,rola girməlisən,yaxşı aşna olmalısan ərinə.Günahın çoxu özündə olub.
Gulya2676 | 10 fevral 2015 14:18 | Status: Gümüş user | Şərh: 2 586
Men sizi qınamaqda istemirem...amma hardasa yoldashınizı çox boş qoymusuz.Bizim qadınlar aileni yemek bişirmek ev temizlemekde görürler.Kişini unudurlar sondada bu kimi hadiseler baş verir
sarakamil | 10 fevral 2015 14:02 | Status: Şərhçi | Şərh: 114
Yaxşıki ayrılmısan. Allah köməyin olsun
SEVDA | 10 fevral 2015 10:42 | Status: Nəzarətçi | Şərh: 17 437
Bu cür exlaqsız,manyak kiwicikden gerek vaxtında ayrılaydı.....
Nergiz33 | 10 fevral 2015 09:14 | Status: VİP user | Şərh: 1 079
elede mesum mesum danisir ki guya gunahsizdir korsanki aileni ozun dagitmisan sen qadin olmamisan evvel qadinligi oyren sonra aile qur usag dunyaya getir. qadin olmag usag dogub butun gunu evde xidemtcilik etmek deyil sen gor nece qadin olmusanki erin basini internetle qatirmis. otururdu internetde get otur yaninda eylen fikrini yayindir ne bilim ey vaallah sadece bele seyleri oxuyanda eseblsirem yeni sirf aileni ozun dagitmisan sen sadece qadin olmagi bilmemisen
gulya88 | 10 fevral 2015 08:34 | Status: Şərhçi | Şərh: 176
Sitat: Aytekin82
Sözün bitdiyi an... recourse
Nur | 10 fevral 2015 08:19 | Status: Professional user | Şərh: 3 988
soz tapa bilmirem 0127
wems20 | 10 fevral 2015 02:05 | Status: Şərhçi | Şərh: 115
nem valla soz tapmadim....
QERIB INSAN | 9 fevral 2015 23:57 | Status: VİP user | Şərh: 567
ER VE ARVAD IKISIDE BIRBIRINE HALALDIR.VE QADININ VEZIFESIDIKI ERIN EYLENDIRSIN MARAQLANDIRSIN PASDELDE.XANIM DEYIRKI ERIM MENI ZORLAYIR.AZ SENJN BASINDA CATMIR? ERINDIDE HALALINDIDA.SEN ETIRAZ ETSEN ONJNLA INTIM ELAQEYE GIRMEYE.SENE MELEKLERDE LEHNET OXUYAR.HER BIR QADININ BORCUDU ERINIM GOZUN YIGMAGA.KOMPYUTERDE PORNOYA BAXIRDI.YAXSI.BES GIRIB ORAGA NIYE QISQIRMISAN GUCLE CIXARMISAN INTERNETI.SEN SAKITCE OTAGDAN CIXIB .DAHA SONRA KEFI YAXSI OLANDA DEYERDJN SOZUVU KI GUNAHDI BAXMAQ.VSO.KIM RAZILASIR RASILASMIR MENIMLE.MEN QETI FIKRIMDI.
tuurac | 9 fevral 2015 23:04 | Status: Qonaq | Şərh: 0
Birincisi kiwilerin ekseriyyeti qadinlarindan pastelde istediklerini vermedikleri halda xeyanet edr.sonrada qadinlar bawlayr erm mene xeyanet edr demeye axlamaxa sizlamaga.buna gorede bowanirlar.ikincisi er ile arvad arsinda cox wey ola biler seks serhed tanmr er ve arvad istediyi kimi intim elaqeye gire biler bu exlaqsizliq deyl.sadece bu xanimin bawi catmr mence.Erm mene dedi bele olaq ya ele olaq bele weye gore aile daxitmazlar.bowanp nolacaxsiz guya gedb yeniden kimlese seviwmeywceksiz ya kimise sevmeyeceksiz ya yatmayacaqsiz ele bilirsizki bowandixdan sonra size yaxinlawan her kes sevmekcun yaxinlawacax xeyr ezizim kim olsa heyatinizda o bundanda artixini isteyecek sizden en azindan o sizin eriviz idi.Siz ele werait yaradardizki hem eriniz sizden razi qalardi hemde size xeyanet etmezdi.indi ailelerin ekseriyyetinin bowanmamasina sebeb intim elaqelerinin guclu olmasindadr.Bawa duwmurem kim eriyle neynedise gedp orda burda daniwmirki arvadda erinin ona etdiyi teklifden narazi qala.pilusdaki bawiviz metbexe o qeder qariwipki erivize vaxt ayra bilmemisiz eriniz uje porno filimlerle ozune teselli tapib.birde mektupda yazilipki mene xeyanet edrdi amma telefonu kodda oldugu ucun teline baxa bilmirdm.gunah sizdedir xanm erivizle aravizda gor nece mesafe varki sizin onun telinin kodunu bilmeye bele hakkiniz olmayip.
S.N | 9 fevral 2015 21:14 | Status: Şərhçi | Şərh: 120
Deməyə söz tapmadım....
Aytekin82 | 9 fevral 2015 21:10 | Status: Brilliant user | Şərh: 6 586
Sözün bitdiyi an... recourse
SEVA | 9 fevral 2015 21:09 | Status: Professional user | Şərh: 5 150
olsunde beleleri...