Qadın taleyi / Məktub var!

Yoldaşım qumar düşkünüdür, çarəsizəm...(oxucu məktubu)

sirin bala | 2-01-2015, 16:15
4 926 23

 AzadQadin.az-ın böyük maraq doğuran, məşhur MƏKTUB VAR layihəsi sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edir: 

Özümü tənha hiss edirəm...

Salam xanımlar!
Ailə həyatı quranda, xoş və mənalı bir omür keçirəcəyimə inanırdım. Əslində xoşbəxt olamamağımız üçün elə də səbəb yoxdur, ancaq çox təəssüf ki, həyat yoldaşım qumar düşkünüdür. Onun bu vərdişi həyatımızı məhv edir.
Mən işləyirəm, pis də maaş almıram, keçən ay ona  pul vermədim. O. isə gedib, yenicə aldığımız maşını lombardda satdı.
Xanım öz dərdini Azadqadin.az-a yazdı: Mən indi necə davranım? Nə edim?
Bezmişəm artıq...
Nə qədər çalışıram ki, yoldaşım bu vərdişindən əl çəksin, heç cürə bacarmıram. Boğazacan borcun içindəyik. Tez-tez borc aldığı adamlar qapımiza gəlir, xəcalət çəkirəm, çox utanıram. 
Bu aralar yoldaşım evə çox gec gəlir. Yemək yeyir, internetdə olur və yatır.
Ailəsi ilə maraqlanmır, danışmır. Ancaq, mən danışıram. Onu söhbətə tuturam, o isə danışmır. Sakit oturur. 
Nə edim, susum, mən də danışmayım? Yorulmuşam artıq öz-özümə danışmaqdan.
 Yetərincə baxımlıyam, gəncəm, şirindiləm, maraqlı bir xanımam.
Amma bütün bunları o görmür, mənə qarşı çox laqeyddir.
Bəzən özümü tənha hiss edirəm. Bəzən də istəyirəm ki, ölümcül xəstəliyə tutulum və yoldaşım mənimlə maraqlansın.
Bəzən də ondan da, həyatımdan da bezirəm. Onsuz qalmaq, tək yaşamaq istəyirəm.
 Hisslərim ölüb , heç nə hiss etmirəm. Sanki, bu həyatda təkəm.
Nə edim ? Bir məsləhət verin. 
 
 Qeyd: SİZ DƏ HİSLƏRİNİZİ, TALEYİNİZİ BİZLƏ PAYLAŞIN! Anonimliyiniz qorunacaq...
Məktublarınızı aşağıdakı ünvanlardan birinə göndərə bilərsiniz: 
 
1) Azadqadin.az facebook səhifəsinin mesaj bölməsinə
4) Saytdan qeydiyyat edib adminə ŞM yazılan yerdən...
 
  1. Purple_Butterfly | 2 sentyabr 2015 10:59 | Status: Şərhçi | Şərh: 146
    Tanidiginiz dindar momin bir insan varsa tesaduf kimi onlari tanish edib yaxnlashdirin. O yavash yavahs yoldashinizi pis yoldan chekecek.
  2. esma inci | 3 may 2015 22:31 | Status: Gümüş user | Şərh: 1 096
    allaha dua et
  3. ayka wirinka | 23 yanvar 2015 10:43 | Status: Şərhçi | Şərh: 233
    allah komeyin olsun sene baci mesleheti eger sene bundanda artiq zulum verecekse boshan eger isdesen yenede fikirles
  4. sirin bala | 9 yanvar 2015 14:20 | Status: Gümüş user | Şərh: 1 669
    bu gun ayin 9 uzu yoldasimla dansanda onun yanindan qadin sesi geldi ve tez teli kecirdii sora men bide ygdim ona ki o ne ses idi kim var yaninda didim hec kim men yanindan qadin sallah yoesi geldiyni didim o vx zad didi ama ama men esitiym sesde tam amin idimmm men her seye dozerem ama xeyanete eslaaaaaaaaaa
  5. zulumkar | 6 yanvar 2015 01:13 | Status: Qonaq | Şərh: 0
    Salam .menimde vasima gelib yaxsi basa dusurem.sebr lazimdi...ama susmaqda lazi. Deyil.inwallatergider.o ele pis verdiwdiki ozu istemese tergitmez....
  6. jale elizade | 5 yanvar 2015 20:56 | Status: Şərhçi | Şərh: 323
    cetin meseledi.ALLAH komeyiniz olsun.bu cox pis verdiwdi.hissleriniz de olubse onunla yawamaga deymez/sizden uzaq bir gun sizi de qumarda uduza biler.bele weyler heyatda cox olur
  7. MiFi | 5 yanvar 2015 09:56 | Status: Şərhçi | Şərh: 154
    Salam xanım.Çox çıxılmaz bir vəziyyətdir.Amma hər şeyə çarə var-ölümdən başqa.Öz ailəni onun ailəsini evinizə çağır.De məsələ bu cürdür.Bir gün məni də qoyacaq qumarda.Daha bezdiyini, düzəlməsə ondan ayrılacağını bildir.Əgər bu söhbətdən sonra düzəlişə doğru getməsə, boşan getsin.Deməli ondan adam olmayacaq.Biz Azəri xanımları hər şeyə dözürük,ona görə yoldaşlarımız bundan sui istifadə edirlər.Allah köməyiniz olsun.Zəif göstərməyin özünüzü.Siz güclüsünüz ki,bu gunə kimi dözmüsünüz ona.
  8. Dəniz qızı | 4 yanvar 2015 09:10 | Status: Brilliant user | Şərh: 8 026
    Görəsən problemsiz ailə var?
  9. sirin bala | 3 yanvar 2015 15:43 | Status: Gümüş user | Şərh: 1 669
    Sitat: boris arxan
    senin yazdiqlarin bele bawa duwuremki senin heyatin bawdan bawa qarma qariwiqdi niye sen boyukleri yiqmirsan bir yere belenciynen iw duzelen deyil

    bele menimm heyatim ele qarsiqqdi ki tezevur bile ede bilmesizzz deset qarsiqdi tezevur edinn her cur problemim varr yoldasimla ara cox pisdi unsuyet quramiriq sora anamla ata dalasib bossamaq iisteyrler anam deport olub azerbaycanda qalib anamin burdaolmasinda qardasimm isdifade edir gic gic islerle mesqulduu yoldasimin borcu usaqiminn problemiii evmizin problemii menim sidetdi bas agrilarimm ve hec bi seyi mene komeyii yoxduu
  10. Ag Gul | 3 yanvar 2015 12:37 | Status: Professional user | Şərh: 4 334
    Sitat: Nazlı-Kız
    Düzü bu cür xəbərlərə şərh yazmağa çəkinirəm necə bilirssiniz elə edin əsas sizin fikirinizdi mən belə düşünürəm nəbilim no

  11. Mavish | 3 yanvar 2015 12:18 | Status: Brilliant user | Şərh: 2 389
    yazıyı görə kimi ildim ki u sizsiz istəmirsiz yaşamayı crying
  12. Dəniz qızı | 3 yanvar 2015 08:40 | Status: Brilliant user | Şərh: 8 026
    Sitat: SEVDA
    En yaxşısı onun ve özünün valideynlerinle,böyüklerinle meslehetleş,bir qerara gel...
    Allah ağıl versin bu cür kişilere....
  13. Ay_Sun | 3 yanvar 2015 00:31 | Status: Brilliant user | Şərh: 13 412
    Allah komeyin olsun.
  14. boris arxan | 2 yanvar 2015 23:54 | Status: Professional user | Şərh: 4 784
    senin yazdiqlarin bele bawa duwuremki senin heyatin bawdan bawa qarma qariwiqdi niye sen boyukleri yiqmirsan bir yere belenciynen iw duzelen deyil
  15. Nazlı_Kız | 2 yanvar 2015 23:29 | Status: Brilliant user | Şərh: 6 473
    Düzü bu cür xəbərlərə şərh yazmağa çəkinirəm necə bilirssiniz elə edin əsas sizin fikirinizdi mən belə düşünürəm nəbilim no
  16. Alyona | 2 yanvar 2015 22:56 | Status: Şərhçi | Şərh: 412
    Sozumun bitdiyi andi.O qeder qorxuramki bele weylerden Allah hec kimin bawina vermesin.Sende canim bacim otur geweyce boyuklernen meslehetlew deki olmur bele cox gozledim duzeler deye duzelmedi ona gorede ayrilmaga gerar verdim.Ayril onunla omur curutmeye deymez deyirsenki baximlisan iwinde var.ozun ozunu saxlaya bilersen boyukler raziliq veemeseler bele.bu senin heyatindi onu sen yawiyirsan.boyuklerin hec vecinede olmaz deyecekler ki doz duzeler..ama bir gun seninde axrina cixar onda bawini doyecekler ay ele vay bele.
  17. Nergiz love | 2 yanvar 2015 21:27 | Status: Professional user | Şərh: 7 871
    Ne deyeceymi bilmirem duzu.
  18. mamasinin ureyi | 2 yanvar 2015 19:25 | Status: Professional user | Şərh: 1 112
    Mence belesinle omur curutmeye deymez. Qumarbaz hec vaxt qumardan el cekmez. Menim bibim aile heyati quranda bilibki yoldasi qumar oynuyur. Ayrilmiyib sebr edibki duzelecek el cekesecek. Indi boyuk oqlunun 34yasi var ne oqluna hec kim qiz vermir atasi qumarbazdi deye. Nede kisi el kekmir. Her 1seyini qumarda uduzub ve deyr men olsemde qumardan el cekmerem.....indi bibim butun bosanib heyati insan kimi yasayanlara hesret aparir ..
  19. KARAGULUM | 2 yanvar 2015 18:30 | Status: Gümüş user | Şərh: 1 433
    Off Allah sebr versin..deli oluram bele movzular pis tesir edir mene..Allahin nesib etdiyi gozel ailenin deyerini bilmeyib bawqa maraqlar arxasiyca gedenler duwunmur ki onlara layiq gorulub nesib olunan gozellikler ucun secdede Tanriya dua edib illerle yalvaranlar var

  20. SEVDA | 2 yanvar 2015 17:27 | Status: Nəzarətçi | Şərh: 17 452
    En yaxşısı onun ve özünün valideynlerinle,böyüklerinle meslehetleş,bir qerara gel...
    Allah ağıl versin bu cür kişilere....
  21. KARAGULUM | 2 yanvar 2015 17:24 | Status: Gümüş user | Şərh: 1 433
    Off Allah sebr versin..deli oluram bele movzular pis tesir edir mene..Allahin nesib etdiyi gozel ailenin deyerini bilmeyib bawqa maraqlar arxasiyca gedenler duwunmur ki onlara layiq gorulub nesib olunan gozellikler ucun secdede Tanriya dua edib illerle yalvaranlar var

    Off Allah sebr versin..deli oluram bele movzular pis tesir edir mene..Allahin nesib etdiyi gozel ailenin deyerini bilmeyib bawqa maraqlar arxasiyca gedenler duwunmur ki onlara layiq gorulub nesib olunan gozellikler ucun secdede Tanriya dua edib illerle yalvaranlar var
  22. SARAXATUN | 2 yanvar 2015 17:13 | Status: Professional user | Şərh: 1 530
    Mence bu tekrardi axi
  23. SABINA | 2 yanvar 2015 16:24 | Status: Professional user | Şərh: 7 411
    Allah komeyin olsun bacim.zamanla belke her sey yoluna dusdu.sebr et.

    P.S XEBERDE COXLU SEHV VAR.REDAKTESİZ AKTİV OLUNUB.