Qadın taleyi / Məktub var!

Acı taleyim...(Oxucu məktubu)

Rəvanur | 9-09-2014, 19:42
19 799 65

Acı taleyim...(Oxucu məktubu)

 
 Düşünürsən ki, evlənəcəyin insan zamanla, evlilikdən sonra bəlkə düzələr?! Ama daha pis olacağına əmin ol. Elə toy günü məni ağlatmağa başladı. 2 həftə sonra fiziki şiddət gördüm.
Soruşsuznuz nə üçün inanın ki, tutarlı bir səbəb yoxdur. Daha sonra geç hamilə qaldığıma görə (cəmi 5 ay) təhqirlər eşitdim. Amma sonradan problemin onda olduğu anlaşıldı. 6-cı ayda hamilə qaldım və onda da etdiklərini anladı, ancaq mənim qəlbim çoxdan qırılmışdı, çilik-çilik olmuşdu. Daha sonra elə hamiləlik dövrümdə mənəvi və fiziki şiddətlər gördüm. Evdə də bir baldızım vardı 17 yaşında. Onun etdiklərini yazmasam daha yaxşıdı. Soruşsanız ki, qaynanan, heç onu da deməyim, çünki elə hər şeyi edən o oldu.
Başqalarına mənim haqqımda danışmaları və ( hələ ən sadəsi budur). Artıq doğuşuma az qalırdı... Nəhayət,  çox çətinliklə bir oğlum oldu. Amma təəssüf ki, onu mənə 4 gün göstərmədilər, çünki psixoloqu gözləyirdilər. Mənə deyilən xəbər isə bu oldu "Uşağın dovşandodaq doğulub."  Mən yazıq, çarəsiz sadəlövh biri heç bunun nə olduğunu bilmədiyim üçün çaşıb qaldım. Amma mən Allahıma bağlı birisi olduğum üçün " Buna da çox şükür." dedim ... Ancaq xəstəxanada qızların mənə dedikləri və barmaqla məni göstərmələrinə çox üzülürdüm və üzüntüdən, stresstdən üz iflici keçirdim. Yaxşı ki bunlarla baş etmək üçün orda mənə dərd ortağı, həmdəm olacaq bir qadınla tanış oldum. İndiyə kimi də onunla bacı kimiyik. Çəkdiklərimə görə südüm çəkilmişdi, oğluma 2 gün o qadın süd verdi. Nəhayyət evə gəldim. Məni anlamaq yerinə başqa cür oldu, kin, tənə, əzab verici baxışlar....
Əməliyyat etdilər balamı və onda mənə yeganə dayaq, tək kömək edən anam oldu. Kəndə gedəcəkdik, qaynanamgil tez əməliyyat elətdirdilər ki, heç kim görməsin, bilməsin, elə ona görə də sonra problemlər oldu uşağın səhhətində. Bax belə, günlərim keçirdi.
Yoldaşımın evə gec gəlmələri, kobudluqları, cəmiyyət içində acılıyıb alçatmaları, məsuliyyətsizliyi, xəyanəti, əxlaqıma, mənliyimə, qüruruma toxunacaq təhqirləri məni çox yorurdu, amma körpəm üçün səbr edirdim.
Daha sonralar 2-ci uşağı da məcbur dünyaya gətirdim... Bu dəfə mələk kimi bir qızım oldu. Şükürlər olsun Allahıma sap-sağlam idi.  Dogumla əlaqədar olaraq atam evindəydim, elə doğumun 10 günlüyündəcə yoldaşım mənim görünüşümü təhqir edib: "Buna baxın, 80 yaşında arvada oxşayır" deyib getdi. Ancaq heç anlamadı ki, yeni doğuşdan çıxmışam. Atam onu yanına çağırıb bir az söhbət elədi, başa saldı.
Amma siz mənim psixologiyamı düşünün... Əslində çirkin, baxımsız biri deyildim, məni Türkan Şorayın gəncliyinə bənzədirdilər. Yoldaşımı mənə heç yaraşdırmırdılar da. O isə mənə "gözlərin eşşək gözünə oxşayır" deyir. Çox təəssüf ki, yoldaşım çox dayaz düşüncəli, qəlbinə dəyəcək, üzüləcək, qırılacaq deyə düşünməyən hissiz bir insandır.
Allah mənə o qədər səbr verib ki, bunların hamısına dözürəm, övladlarım üçün.  Ancaq zaman keçdikcə görürəm ki, belə münasibətimiz uşaqlarımızın psixologiyasına da mənfi təsir edir. Qadına bu cür rəftar olunan bir evdə, bu şərtlər altında uşaqları böyütmək çətin olur.
Ata uşaqlarına qarşı da çox laqeyiddir. Uşaqlar atalarını evdə görən kimi onunla vaxt keçirmək, oynamaq istəyir, amma ata onları acılayır, qışqırır, hirslənir. Demək olar ki, çox az vaxt keçirirlər birlikdə, oğlum daha az. Uşaqlar son vaxt deyir ki, atamız bizi çox istəmir.. Mən bu fikirləri onlardan uzaqlaşdırmaq isdəsəm də uşaqlar gördüklərinə, hiss etdiklərinə inanırlar. Artıq  oğlumun 6, qızımın isə 4 yaşı var. Uşaqlarımın psixologiyası demək olar bu cür ailə, ata-övlad münasibətlərindən pozulub, çox aqressiv olublar.
Nə isə, mənim bax belə günlərim keçir. Dəfələrlə evdən qovub məni, amma getməmişəm... 
 
Ancaq o gün mənə etdiyi çox ağır və dözülməz oldu və atamın evinə qayıtdım. 10 gün müddətində heç biri axtarmadı, soruşmadı. Daha sonra xəstə olan bibisini göndərdilər. Atamın məsləhəti ilə qayıtdım, yoldaşım ağlıyıb söz verdi ki, düzələcəyəm, təəssuf ki, belə olmadı. 2 həftə sonra yenə eyni günlər başladı. Fiziki şiddət və mənəvi əzablar. Atam haqqında nalayiq sözlər deyir, halbuki atam hər bir işində ona köməy edib. İndiyə kimi də uşaqlarımın və özümün paltarlarımın 80 faizini atamgil alır, toya-nişana getsəm onlar geyindirib yola salırlar. Toyda verəcəyimiz bəxşiş pulunu belə bəzən onlar ödəyir. Atam market sahibidir, bir çox ərzaqımızı da ordan götürürük. Atam evinə ayda beş dəfə də getsəm, hər dəfə bir çanta doldurub yola salırlar. Maşın almağa, evə avadanlıq almağa və ya ev təmirimizə də köməkləri olub. Çox xırdalıqlarına getmirəm, demək olar hər işimizə əl atıblar.
 
Cinsi münasibətiniz də qaydasında deyil, gecənin yarısına qədər dostlarının yanında olur.. Evə gecəyarı gəlir, cinsi münasibətlərimizdə də sanki bir məşuqə rolu oynayıram, hər şey onun isdəyinə görə...
Qısqanclığı isə getdikcə ifrat dərəcəsinə çatır. Azadlığım tamamilə alınıb, bir növ məhkumluq həyatı yaşayıram. Onunla
harasa gedəndə özümü itirirəm ki, birdən kimsə mənə baxar və o məni cəzalandırar. Evin qapısını gec açsam hirslənər ki, "Niyə gec açdın nə işlə məşğulsan?", sonra da dəli kimi, keçib otaqları axtarır.
Mən inanclı bir qadınam, 24 yaşından namaz qılmağa başlamışam. Ancaq o məni hər dəqiqə pis bir hərəkət edəcək biri kimi izləyir. Otaqda otururam, gəlib pəncərədən aşağı baxır. Mənim necə namuslu, iffətli olduğumu dərk etmir. Bayırda dostlarından eşitdiklərindən təsirlənir, elə bilir ki, mən də eşitdikləri kimi biri ola bilərəm, amma anlamır ki, mən belə deyiləm, axı o mənimlə evlənəndə namusumdan, abır həyamdan əmin olub evlənib. Mən tanıdım, tanımadım adamların üzünə baxıb danışa da bilmirəm, utanaram, həya edirəm. Toya getsəm, qapı arxasından pusar məni. Və daha necə mənliyimə, şəxsiyyətimə toxunan qısqanclıqlar... Getdiyim bütün məclislərdən xətrimə dəyib, təhqir edib, ağladıb gətirər. Orda hamı yoldaşı ilə rəqs edəndə, mən təklikdə boynumu büküb otururam. Niyə bəzəndiyimə də danışır, niyə saçını yığdın, niyə makiyaj etdin, adi dinlədiyim musiqilərə belə sorğu-sual edir və s. və i. a.
Axşamlar o gələnə yaxın bəzənirdim, ona belə söz deyirdi, artıq onu da etmirəm. Əhvalım yaxşı olsa deyir: " Nə olub yaman kefin sazdı" kinayə edir.
İkinci dəfə küsüb ata evinə gələndən sonra az da olsa bu hərəkətlərini azaltdı, şiddəti dayandı, amma qısqanclığı yox. Atrıq bir-birimizə qarşı hörmətimiz də qalmayıb.
Deyə bilərsiniz heçmi yaxşı xüsusiyyəti yoxdur?!. Var dostları ilə, öz qohumları ilə çox yaxşı rəftar edir. Zarafatlaşır, söhbətləşir. Və ən əsası mən ona lazım olan vaxtı, ehtirasını söndürməkçün mənə yaxınlaşanda çox mülayim, çox yaxşı olur.
Ancaq mənə heç vaxt ürəyindən keçənləri danışmaz, dərtləşmək isdəməz. Çunki anası ilə söhbətləşir, fikirlərini yalnız ona danışır. Onun yanında olmağa çalışıram, istəyirəm həmdəm olum, mənəvi yaxınlıq göstərim, amma qoymur, bir söz deyən kimi acılayır məni. Sözə gələndə isə "Mən səni çox istəyirəm" deyir. Bu necə çox isdəməkdir, heç cür anlamıram ...
Nə sevincimi, nə kədərimi onunla paylaşa bilmirəm. Çünki nə desəm sorğu- sual edir: "Hardan bilirsən? Kim dedi? Niyə belə fikirləşirsən?" Baxdığım kinolara, verlişlərə söylənirdi, artıq onlara da baxmıram, istəmir deyə, təki o mənə qarşı xoş olsun, yaxşı rəftar eləsin, xətrimə dəyməsin, qəlbimi qırmasın deyə... Ancaq nə faydası, beş gün pis bircə gün yaxşı, belə həyat olarmı, belə ömür keçərmi?!..
 
Dostları olsun, qohumları olsun, ya da tanışları arasında alçaldar məni, uşaq kimi danlayar, uşağın ayağına da verib. Heç vaxt mənim sözümü deməz, mənimlə razılaşmaz..  Qaynanam da onun tərəfini tutur, nə desəm, deyir: "Nə edir ki, ac-susuz saxlıyır səni? Cavandır, o da gedib əylənmək istəyir." Mən ona başa sala bilmirəm ki, ay ana heç olmasa həftənin 3 günü gec gəlsin 4 günü tez, yəni heç olmazsa 12-də gəlsin.. Deyir neyləyirsən ey gəlməyini, gəlir dalaşırsız də. Heç oğlunda günah görmür. Baldızıma da demək olar ki, yoldaşım (ərdədir, 2 uşağı var) baxır. Elə bil bizi yaxşı təmin edirmiş kimi.
Valideynlərini eşidir, əgər ona başa salsalar düzələr. Ancaq qaynanam oğluna haqq qazandırır. Mən nəsə istəsəm yoxdu deyirlər, amma sabahı gün baldızım istəsə həmin gün yerinə yetir. Yenə mənə valideynlərim edər, bütün ehtiyaclarımı, onunla belə deyirlər: "Nə edib ki, sənin atangil?"..
Yenə də o dualarımdadır, hər gün dua edirəm ki, qəlbindəki kin-küdurəti silsin, bizimlə yaxşı rəftar eləsin, aramızda söz-söhbət olmasın.
Bir gün namaz qılmaq isdiyirdim gecə, qapını açıq qoydum ki, gəlib qapıda qalmasın. Namaz qıldım, gördüm gec gəlir qapını bağladım və yenidən namaza başladım 2-ci rükətdə gəldi. Təbii ki, qapını aça bilmədim.Yoldaşım da qapını az qalır ki, sındırsın, özüm də sözləri ucadan deyirəm, bilsin namazdayam, gözləsin, qışqırmasın, qonşulardan ayıbdi, gecə saat 2-di. Duamı etmədən açdım qapını və həmişəki kimi dinləmədən başladı danlamağa. Deyirəm məsələ belədi, deyir nə olsun gəlib qapını açardın, sonra qılardın.
Bildiyim qədəri ilə anaya nə isə olanda saxlamaq olar namazı, bunu ona deyəndə mənə dedi ki, demək mən sənə əziz deyiləm həə? Buna görə günlərlə məni danışdırmadı. 
 
Artıq 7 ildir ailəliyəm. 4 ay bundan qabaq atam, yoldaşımın əmisi, əmisi yoldaşı ilə danışıb və xəbərdarlıq edib ki, dəyişməsə, düzəlməsə qızımı götürüb evimə aparacam. Amma nə olsun, bir ay yaxşı olur, sonra yenə həmişəki əzablı günləri yaşayıram və çox yorulmuşam, təhqirlərdən, etinasızlıqlardan, laqeydliklərdən, yersiz qısqanclıqlardan, dəfələrlə yanılmaqdan... Əlimdən gələnin daha artığını etmişəm, edirəm də ailəmi qorumaq üçün, ancaq tək əldən səs çıxmır axı... Bu günkü ağlım olsaydı, keçmişdəki səhvlərimi etməzdim... Bir də fikirləşirəm ki, keçmişdəki səhvlərim olmasaydı, bu günkü ağlım olmazdı.. Son zamanlar çox aqressiv və əsəbi olmuşam. Uşaqlarıma bəzən əl qaldırıram. Deyilən sözlər, yersiz tənələr mənə pis təsir edir, özümdən asılı deyil. Sevdiklərimin, ailəmin, doğmalarımın yanında çox tənhayam. İntahara belə əl atmışam amma ki heçnə alınmayıb, Allahımı, övladlarımı düşünüb vaz keçmişəm...
Atama bir də desəm bilirəm ki, məni o ailədə qalmağa qoymayacaq. Ayrıılsam peşman olmaqdan qorxuram. Amma belə də illər keçdikcə geriyə baxıb peşman oluram. Onu da fikirləşirəm və ürəyim ağrıyır, ancaq onunla da alınmır. Bir-birini anlayan cütlüklərə yaxşı mənada həsəd aparıram.
İndi sizlər deyin, bunları yaşamağa dəyər yoxsa elə ayrılsam daha yaxşıdı? Çıxılmaz vəziyyətidəyəm. Xahiş edirəm ailəli xanımlar və bəylər fikir bildirsinlər. Təcrübəsi olanlar yazsın, xahiş edirəm, bir də çox xahiş edirəm, Psixoloqumuz da öz fikrini bildirsin. Lütfən....
 
Xatırladım ki, xanım saytımızın üzvüdür, fikir bildirərkən etik qaydalara riayət edin...

 
 Redaktə edib: Leyla Məhərrəmova

  1. Nar çiçeyin | 23 avqust 2016 12:19 | Status: Qonaq | Şərh: 0
    Pis yaxsi insanin birinci eridi döz baci asan deyil mende ezab cekirem senen bes beterem erin seni istiyirse ayrilma o onun xasiyyetidide istiyir kisinin sozu evde kecsin sende biraz altdan al yola get şirin dil tok duzeler insallah can baci esas yoldasindi seni atmiyirsa arxanda durursa bosanma çunku bosanib neyleyesen cixis yolu deyil ...
  2. ESMERRi | 9 aprel 2016 20:50 | Status: Brilliant user | Şərh: 5 393
    Sitat: B.Fereh
    Werhleri oxudum cox uzuldum...Nece qeribe taleler,aileler var Ilahi:((
    mektuba geldikde ise...bele kole kimi heyat surmekdense,omur boyu evde qalmagi usdun tutaram.Bele kiwilere de Allah lenet elesin.
  3. B.Fereh | 29 mart 2016 23:53 | Status: Nəzarətçi | Şərh: 7 008
    Werhleri oxudum cox uzuldum...Nece qeribe taleler,aileler var Ilahi:((
    mektuba geldikde ise...bele kole kimi heyat surmekdense,omur boyu evde qalmagi usdun tutaram.Bele kiwilere de Allah lenet elesin.
  4. fakmka | 12 yanvar 2016 13:56 | Status: Qonaq | Şərh: 0
    bacim allah sebir versin
  5. milashka_167 | 23 noyabr 2015 00:36 | Status: VİP user | Şərh: 1 457
    Sitat: Haqqin sesi
    Men ele basa dususremki gunahlarin vocu qadindadi.duz deyirdeeeeeeeee eger anaycun acuirsansa qapini er ucun daha da tez acmalisan .qadin yaxsi olsa er hec vaxt onla pis davranmaz cox hallarda bele olur.qadin hemise kisisini hamisinda ustun tutmalidi hetta erde olandan sora kisi qaduncun atasindanda anasindanda ustundur.gunah qadindadiki erini asagi sayir.

    Sen ne danişirsanki?er cehenneme döysun qapini.qurban olsun namazin her deqiqesine.namazdan ustundu?xeyr.olada bilmez.niye partdayirki?biraz dözsun acacagda.alcagin aglina ancag gelirki evde kişi var.demirki belke bu yazig yixilib ölüb?baxir hansi eri yuxari tutasan,seni gunde döyen söyen eri yuksek tutarsan sen?özunu bir anlig qizin yerine qoy ve özune reva bilmediyinide basqasina gorme.!!!
  6. Purple_Butterfly | 3 sentyabr 2015 14:19 | Status: Şərhçi | Şərh: 146
    Allah sebr versin. Bele veziyyetde qal demek de olmur, boshan da. Chunki qalarsiz psixologiyaniz mehv olar, boshanarsiz sonra p evlener peshmna olarsiz. Allah komeyiniz olsun.
  7. NurRuslan | 2 iyul 2015 15:01 | Status: Şərhçi | Şərh: 376
    Allah komeyin olsun
  8. gulnar 2 | 7 mart 2015 15:59 | Status: Şərhçi | Şərh: 313
    allah kömeyin olsun sebr versin. Her ailede problemler olur amma dözmeyib neylemey olar uşaqlara göre dözesen gerek. Her gecenin bir sabahi her qişin bir yazi var. Düzeler inşallah
  9. Leyla Ezizli | 6 mart 2015 21:51 | Status: Şərhçi | Şərh: 372
    Caan ay bacı allah sene sebir versin,allah komek olsun. Ancaq sene bir bacı mesleheti, men heyat yoldasımdan ayrılmısam,burda oxudugum mektublardan sonra ayrıldıgım ucun ozumu cox gunahkar hiss edirem. Eşit meni bacı ayrılma en azınnan bunu ozun ucun et, oz adı ucun et inanki ayrıldıqdan sonra yanından yad bir kisi bir oglan kecende onu soz edecekler her kes sene bir soz qosacaq geyimin bir soz,yerisin bir soz, oturusun bir soz, durusun bir soz,ne qeder yaxsı, agıllı oturub dursanda,bu soz sene deyilecek inanki bacı sene burda tecrube danısır.Övladların ireli dursa bic,geri dursalar gic deyecekler.Yeri gelecek valdeyinlerine de yuk oldugunu xatırladacaqlar sene,ne qeder yaxsı valdeyin olsa bele,hele birde evde qardas,gelin ve de onların da usaqları varsa.Buda sene daha cox ezab verecek.Bilirsenmi men bu gun sene dediklerimin hamısını yassyıram ama ne care men ozum ayrılmısam onu da deyimki,kefimden ayrılmısam menimde ezablı gunlerim cox oldu ancaq yenede ayrıldıgım ucun cox pesmanam gerek ki,ayrılmayaydım.Sen de ayrılma inan ki,bir gun her şey duzelecek sen sadece olaraq bir az sebr et.ONU DA BİL Kİ, BEZEN SADECE SEBR ETMEK LAZIMDIR.SEBR SEBR SEBR........
  10. ayka ayka ayka | 1 fevral 2015 03:22 | Status: Qonaq | Şərh: 0
    Can sene mesletim allahdan ancaq derdine derman isde cunki o bizi yaradan dan basqa hecne dadimiza catmayacak men kerim allahin qapisina gedib yalvarmisam ve hec vaxda eli bos qayidmamisam allahdan care isde la havle ve quvvete illa billahil azim
  11. _Yagmur_ | 1 fevral 2015 03:12 | Status: Şərhçi | Şərh: 209
    Goxlerim doldu ne deyim ki Allah komeyin olsun . O seni itirmeye qorxur bayir adamidi deye fikri orda burdadi bir az tek qalin gor ne olar

    Amandi ayrilma. Ayrilsan guder seni sora Allah gorsedmesin nese pis bir sey eder
  12. guler. bunyaminli | 5 yanvar 2015 16:02 | Status: Qonaq | Şərh: 0
    Mence elə birisiyle yaşamağa dəyməz.
  13. Miraj | 7 noyabr 2014 19:20 | Status: Professional user | Şərh: 2 631
    ALLAH komeyin olsun
  14. Rəvanur | 16 oktyabr 2014 12:11 | Status: Şərhçi | Şərh: 302
    Sitat: anaxanim
    CAN AY BACI.TALEYIMIZ NECEDE OXSHARDI.MENIMDE YOLDASHIMLA PRABLEMIM ELE SENIN KIMIDI.SOZUMUZ TUTMUR.ELE HEYASIZ ADAMDIKI CENE DOYMEYE GUCUM CATMIR.SENE HECNE MESLEHET EDE BILMIYECEM.CUNKIOZUMDE CARESIZEM.BOSHANMAGA RISK EDE BILMIREM.

    Alkah Köməyin olsun.Yox risk edirəm O qədərdə aciz deyiləmki ömrümü belə insanla keçirim ..Ama bir az fərq var Yəni bizi itirəcəyinin fərqindədi.Və məndə ona qarşı dəyişmişəm.Əl çatmazam və əvvəlki kimi alçatnağa qururumu sındırmağa icazə vermirəm ... Deyə hələki addım atmıram.Əgər yenə olsa düşüncəm dəyişməyəcək..Bəlkə sizdə onunla ciddi danışasınız və sizin qərarlı olduğunuzu görsün və bəlkə düzəldi.
  15. anaxanim | 9 oktyabr 2014 15:27 | Status: Qonaq | Şərh: 0
    CAN AY BACI.TALEYIMIZ NECEDE OXSHARDI.MENIMDE YOLDASHIMLA PRABLEMIM ELE SENIN KIMIDI.SOZUMUZ TUTMUR.ELE HEYASIZ ADAMDIKI CENE DOYMEYE GUCUM CATMIR.SENE HECNE MESLEHET EDE BILMIYECEM.CUNKIOZUMDE CARESIZEM.BOSHANMAGA RISK EDE BILMIREM.
  16. sadəcə MƏN | 7 oktyabr 2014 16:00 | Status: Brilliant user | Şərh: 4 773
    Sitat: TERANE1978
    YENE WERHIM KIMIN GOZUNE GIRIB POZULUB.

    Silinməyib, Təranə xanım, o biri səhifəyə düşüb...
  17. BULUTUM | 7 oktyabr 2014 15:58 | Status: Professional user | Şərh: 7 408
    YENE WERHIM KIMIN GOZUNE GIRIB POZULUB.
  18. Rəvanur | 5 oktyabr 2014 21:27 | Status: Şərhçi | Şərh: 302
    Sitat: Kerimova Ayten
    Allah ozukomeyiniz olsun xeyirli yolu gostersin size

    Amin.çox sağ olun.
  19. Kerimova Ayten | 5 oktyabr 2014 19:11 | Status: Qonaq | Şərh: 0
    Allah ozukomeyiniz olsun xeyirli yolu gostersin size
  20. Rəvanur | 3 oktyabr 2014 16:12 | Status: Şərhçi | Şərh: 302
    Sitat: N....N92
    Allah komey olsun sebir versin inwallah urekden dileyirem duzeler ve mehriban yawayarsiz

    Inşallah Çox sağ olun.
    Sitat: Xayala7
    Bizim evliliyimizin ilk ili bir oğlumuz oldu. Qaynanamgili məni heç cürə qəbul etmirdilər. Hər hərəkətimdə bir səhv axtarirdilar. Amma yoldaşim həmişe mənim yanimda idi. 3 il mehriban yaşadiq. Sonra yoldaşımın hərəkətlərində bəzi soyuqluqlar hiss etdim. Bu soyuqluqlar vaxt keçdikce xanimin dediyi kimi davalara, soymələrə gətirib çixardi.Bundan əvvəllər hər şeydən razi qalan yoldaşım vaxt keçdikcə hər şeydən narazi qalirdi. Sonra bir qizimiz da dunyaya gəldi və hər şey daha da pisliyə dogru gedirdi. O tez-tez anasigile gedir və oradan hirsli qayidib mənimlə vuruşurdu. Anasigili ona boşanmaği məsləhət görürdülər. O isə ayrılmaq istəmirdi. Amma tez-tez də fikrini dəyışıb mənə boşanmaq istədiyini deyirdi.
    Bu il 10 ildir ki, evliyik ve o urek xesteliyinə tutulub qefilden dunyasini dəyişdi. Anasigili heç 40 gozləməmiş menimlə və uşaqlarla əlaqələrini kəsdilər. İndi onlar məndən uşaqları gormələrini istəsələr də indi də mən qoymuram. Sozum ondadi ki evdə soz-sohbət olanda, ailenin işinə boyuklər əl qoyanda bu artiq aile deyil. O dəyişməyəcək. Axirda bizdə oldugu kimi ya o öləcək ya da səni öldürəcək. Boşan o duzələn deyil. Boşan, işlə uşaqlarını saxla. Bunun başqa yolu yoxdu.

    Allah rəhmət eləsin.Allah sizə səbr versin.Düzdü mən də bilirəmki bu an xəstələsəm və ya nəi olsa onlar məni yolda qoyacaqlar.çünki Güvənim inamım yoxdu.Bir müddətlik rol oynayır məni fikrimdən danışdırır.ama sonra eyni olur Çaşıb qalmışam. Soyuq başka fikirləşirəm.ama son nəticədə yenətam fikrim olmur.
  21. Xayala7 | 2 oktyabr 2014 15:01 | Status: Qonaq | Şərh: 0
    Bizim evliliyimizin ilk ili bir oğlumuz oldu. Qaynanamgili məni heç cürə qəbul etmirdilər. Hər hərəkətimdə bir səhv axtarirdilar. Amma yoldaşim həmişe mənim yanimda idi. 3 il mehriban yaşadiq. Sonra yoldaşımın hərəkətlərində bəzi soyuqluqlar hiss etdim. Bu soyuqluqlar vaxt keçdikce xanimin dediyi kimi davalara, soymələrə gətirib çixardi.Bundan əvvəllər hər şeydən razi qalan yoldaşım vaxt keçdikcə hər şeydən narazi qalirdi. Sonra bir qizimiz da dunyaya gəldi və hər şey daha da pisliyə dogru gedirdi. O tez-tez anasigile gedir və oradan hirsli qayidib mənimlə vuruşurdu. Anasigili ona boşanmaği məsləhət görürdülər. O isə ayrılmaq istəmirdi. Amma tez-tez də fikrini dəyışıb mənə boşanmaq istədiyini deyirdi.
    Bu il 10 ildir ki, evliyik ve o urek xesteliyinə tutulub qefilden dunyasini dəyişdi. Anasigili heç 40 gozləməmiş menimlə və uşaqlarla əlaqələrini kəsdilər. İndi onlar məndən uşaqları gormələrini istəsələr də indi də mən qoymuram. Sozum ondadi ki evdə soz-sohbət olanda, ailenin işinə boyuklər əl qoyanda bu artiq aile deyil. O dəyişməyəcək. Axirda bizdə oldugu kimi ya o öləcək ya da səni öldürəcək. Boşan o duzələn deyil. Boşan, işlə uşaqlarını saxla. Bunun başqa yolu yoxdu.
  22. N....N92 | 26 sentyabr 2014 13:42 | Status: Professional user | Şərh: 4 355
    Allah komey olsun sebir versin inwallah urekden dileyirem duzeler ve mehriban yawayarsiz
  23. Starmen | 20 sentyabr 2014 19:32 | Status: VİP user | Şərh: 56
    Sitat: Gunay_musevi88
    Sitat: Haqqin sesi
    Men ele basa dususremki gunahlarin vocu qadindad

    Deyirsiz qadından çox asılıdır Düz deyirsiz qadın niyə bunlara dözməlidirki....Namaza hörmət etməyən birisinə başqa sözüm yoxdu mənim.GECƏNİN YARISI GƏLMƏYİ AZMIŞ KİMİ DANLAMALIDIRKİİİ?



    smile love wink
  24. Rəvanur | 20 sentyabr 2014 17:48 | Status: Şərhçi | Şərh: 302
    Sitat: Haqqin sesi
    Men ele basa dususremki gunahlarin vocu qadindad

    Deyirsiz qadından çox asılıdır Düz deyirsiz qadın niyə bunlara dözməlidirki....Namaza hörmət etməyən birisinə başqa sözüm yoxdu mənim.GECƏNİN YARISI GƏLMƏYİ AZMIŞ KİMİ DANLAMALIDIRKİİİ?
  25. Starmen | 16 sentyabr 2014 19:11 | Status: VİP user | Şərh: 56
    Men ele basa dususremki gunahlarin vocu qadindadi.duz deyirdeeeeeeeee eger anaycun acuirsansa qapini er ucun daha da tez acmalisan .qadin yaxsi olsa er hec vaxt onla pis davranmaz cox hallarda bele olur.qadin hemise kisisini hamisinda ustun tutmalidi hetta erde olandan sora kisi qaduncun atasindanda anasindanda ustundur.gunah qadindadiki erini asagi sayir.
  26. Lale | 13 sentyabr 2014 23:10 | Status: Yazar | Şərh: 3 268
    Oxuyub xanımın yaşadığı günlərə çox acıdım((Amma buna yalnız özünüz son qoya bilərsiniz. çünki bu insan 7 ildə düzəlməyib, indən belə isə heç düzəlməz. çox şükür də ki sığanacaq yeriniz də var.uşaqların psixikasını düşünün.elə bir həyatda normal psixikalı uşaq çətin böyüyər. çox təəsüflər olsun ki, sizin kimi həyat yaşayan qadınlarımız az deyil.elə bəxtin açılmağındansa evdə qız qarımaq daha gözəldir
  27. Sabina and Ramal | 13 sentyabr 2014 09:04 | Status: Qonaq | Şərh: 0
    xanim oxudum ve gozlerim doldu men yoldasinizla ayrilmaqi meslehet gorurem amma hefdede hec olmasa 1-2 defe usaqlari gosermek serti ilee amma yenede oz ikrinizdirr inanin sizn ucun pis oldumm allah oruc namazinizi qebul etsin ve sen en xeyrli yolu tapmaq isteyirsense elini acib dua et baci dua derdi veren allah dermanda verir amma gerek biz dermani istemeyn qaydasini bilek
  28. sevdali qiz | 13 sentyabr 2014 00:00 | Status: Qonaq | Şərh: 0
    cox cetin meseledi ALLAH SEBR VERSIN,SIZIN UCUN NE XEYIRLI NEDISE ALLAH O YOLU SIZE GOSTERSIN,,,,,
  29. Rəvanur | 12 sentyabr 2014 22:45 | Status: Şərhçi | Şərh: 302
    Leyla xanim cox sag olun. FIKIRLERINIZE HORMETLE YANASIB oXUYACAM.

    Bacılar şəhrlərinizi oxudum.Məaləhətlərinizə görə çox sağ olun. Allah razı olsun hər birinizdən.
    İndi sentyabir ayında ona bir şans daha verdim.1 aylıq inşallah ki düzələr.
    Atam mənim öhdəmə buraxıb.Deyir qızım gəlsəndə qəbulumdu gəlməsəndə yenəfə öz məsləhətindi.Deyir əgər gəldən bir daha geri dönüş yoxdu. ..Sonradan əgər onunla barışsan mən sənin qapını açmayacam.Ona görə hər an fikirləşirəm.
    Ama bir şey varki evdə 20 yaşlı qardaşım var və onun xasiyyəti bir az tüntdü.
    Sonradan peşman olmaqdan qorxuram.
    Hər gün onun istədiyikimi olmağa çalışıram. Ama yenədə yanlış anlaşılıram

    Sitat: Damla
    Bir seyi basa duse bilmedim ki, sizi er evinde ata-ana dolandirisa, niye gedib atanizin evinde yasamirsiniz?! Sizi bu qeder incidirler, tehqir edirler, sevmirler..
    Niye ozunuzu alcaldirsiniz? O, onsuz da duzelen deyil. Siz sanslisiniz ki, bele valideyinleriniz var, size sahib cixirlar. Qizlar cox vaxt er evinde ona gore siddete meruz qalirlar ki, valideyinler onlara sahib cixmirlar, deyirler ol, ancaq bosanma. Ancaq, sizde eksinedir, ata-ana sizi sevir, komek edir. Cavan omrunuzu heyle bir nankorla mehv etmeyin.
    Raziyam...

    Çünki atamgil deyirki bəlkə köməy eydəy sıxıntısı azalar.Ata ana ürəyi nə deyəsən.Təki deyir siz yaxşı olun.Başqa probleminiz olmasın...
  30. sweet_girl | 12 sentyabr 2014 00:59 | Status: Şərhçi | Şərh: 585
    Aile dagitmaq hec de yaxwi iw deyil,amma bezen sonu felaket ola bilecek deye ayrilmaq yaxwidi.secim sizin ozunuzundu,ele qerar verin ki,sora pewman olmayasiniz.bu insan sizin heyatinizi curudur.ozunuze duzgun deyer verin.uca tutun ozunuzu,ilk once ozunuz ozunuze hormet qoyun,sonra ondan teleb edin,ona laqeyd yanawin,terefine bele baxamayin,sizi bele gorub ozu yalvaracaq size,siz de tez razilawmayin,qoy yalvarmalari size verdiyi ezblarin sayina beraber olsun,belke onda duzeler,insan bir weyi cetinlikle elde edende qedr qiymetini bilir,qoy sizi cetinlikle elde etsin.belke onda adam ola,yox eger duzelmese,menim o ailede boyuyen balalara heyfim geler ilk once.Allah komeyiniz olsun..