Layihələr / Qadın taleyi

Azərbaycanda təzə gəlin sevgilisinə qoşulub qaçdı

Banu. | 20-06-2014, 16:15
11 501 69

Göyçayda yenicə ailə quran 19 yaşlı gəlin evdən qaçıb. 

AzadQadin.az-ın məlumatına görə, bu barədə gəlinin atası Məzahir İsmayılov anspress-ə məlumat verib. Onun sözlərinə görə, qızı, 1995-ci il təvəllüdlü Zemfira Məzahir qızı İsmayılova iyunun 9-də gəlin köçdüyü ər evindən naməlum istiqamətə çıxıb və geri qayıtmayıb. Atanın sözlərinə görə, qızı evdən çıxarkən şəxsiyyət vəsiqəsini də götürübmüş. 

Qeyd edək ki, 19 yaşlı Zemfira İsmayılova bu ilin fevral ayında Göyçay rayonuna gəlin köçüb. Qızını uzaq qohumları 1985-ci il təvəllüdlü Elçin Səyavuş oğlu Abbasovaya veriblər. Ərə gedəndən sonra qızının ər evində hər şey qaydasında olub. Lakin sonradan Zemfiranın qaynanası ilə problemləri yaranıb.

İyunun 9-da isə Elçin qayınatasına zəng vuraraq arvadının evdən qaçdığını deyib.

"Əvvəldən qız Elçinə getmək istəmirdi. Nişanlanandan sonra xəbər tutmuşdu ki, Elçin evli olub və uşağı da var. Lakin sonradan aralarında razılığa gəlib evləndilər. Hər şey qaydasında idi. Kürəkənim mənə zəng burub deyəndə ki, qızın qaçıb, şoka düşdüm”, - deyə atası Məzahir İsmayılov vurğuladı.

Məzahir İsmayılov onu da əlavə etdi ki, Elçin sonradan Zemfiranın onu aldatdığı barədə bildirib. Kürəkənin iddiasına görə, Zemfira İsmayılova "Facebook” sosial şəbəkəsində başqa biri ilə danışırmış. Sonradan qadının mobil telefon vasitəsilə elə həmin şəxslə də mesajlaşdığını biliblər.

"Elçin əvvəlcə dedi ki, guya Zemfira evdən gedən zaman evdəki qızılları da aparıb. Amma sonra kürəkənim bildirdi ki, əslində qız ancaq şəxsiyyət vəsiqəsini götürüb. Qızılları isə götürməyib”, - deyə Məzahir İsmayılov əlavə edib.

Məsələ aydınlıq gətirmək üçün Zemfira İsmayılovanın həyat yoldaşı Elçin Abbasovla əlaqə saxladıq. Elçin Abbasovun verdiyi məlumata görə, evləndiyi gündən bu günə qədər heç bir problem yaranmayıb. Qadın nə istəyirmiş, əri onu yerinə yetirib.

"Zemfiranın evdən qaçması mənə çox pis təsir etdi. Mən özüm hüquq işçisiyəm. Araşdırmalar apardım. Demə Zemfira telefon vasitəsilə vaxtilə istədiyi bir oğlanla mesajlaşırmış. Sonradan öyrəndim ki, demə Zemfiranın "Facebook”da gizli akauntu varmış. Mən evdən çıxandan sonra həmin oğlanla danışırmış”, - deyə Elçin Abbasov bildirdi.

O deyir ki, arvadının "Facebook”da olması heç ağlına da gəlməyib. Bundan qəzəblənən ər arvadından boşanmaq üçün məhkəməyə müraciət edib.

Qeyd edək ki, Zemfira Məzahir qızı İsmayılova evdən çıxarkən əyninda sarı kofta, qəhvəyi şalvar olub. Elə həmin geyimi də Elçin Abbasov arvadının xahişi ilə alıb.

Məsələ ilə əlaqədar rayon polis şöbəsinin təhqiqatçısı Kamran Vəliyevlə əlaqə saxladıq. Onun verdiyi məlumata görə, Zemfira İsmayılovanın axtarışlarına başlanıb. Aparılan araşdırmalardan sonra, ehtimal olunur ki, Zemfira İsmayılova sevdiyi başqa bir kişi ilə qaçıb.

"Sosial şəbəkələrdə kimləsə danışırmış. Bundan başqa, onun telefonuna əlavə nömrələrdən zənglər də olub. Demə Elçinlə Zemfira nişanlı olan vaxt, başqa bir oğlan olub. Həmin adam Elçinə deyibmiş ki, Zemfiranı sevir. Lakin Elçin buna fikir verməyib. İndi çalışırıq qadını tapaq”, - deyə Kamran Vəliyev vurğuladı.

Hazırda qızın həm regionalarda. Həm də Bakıda tapılması üçün polis axtarışlara başlayıb. 


Nergiz love | 29 noyabr 2014 16:58 | Status: Professional user | Şərh: 7 871
Sebeb Deqiq olmadan hecne demey olmaz.
Fraulein | 10 noyabr 2014 14:31 | Status: Şərhçi | Şərh: 503
hec kes oz yaxsi gununden qacmaz
fea | 23 oktyabr 2014 12:08 | Status: Gümüş user | Şərh: 1 737
yaziq bezibmisde neynesin
ada.. | 16 oktyabr 2014 12:36 | Status: Qonaq | Şərh: 0
Sitat: N....N92
görəsən bu qizin sonu necə oldu
Sema1993 | 28 sentyabr 2014 19:01 | Status: Şərhçi | Şərh: 197
Allah kömek olsun
N....N92 | 14 iyul 2014 20:52 | Status: Professional user | Şərh: 4 351
görəsən bu qizin sonu necə oldu
nurla | 30 iyun 2014 21:23 | Status: VİP user | Şərh: 824
Sitat: NURLU
Sitat: nurla
temmboli qaynana yanina

qaynana yanina kocende ne olurki he??anan gelib yaninda qalsa xos olur qaynana qalanda pis olur ,oqlu sirindi anasi pisss,mende qaynana yanimdayam eee her ailede olduqu kimi bezen sozumuz olur odemek deyilki atmaliyiq onu,belek ele ALLAH ona gore bize corek verir.

yox sen meni sehv basa dusdun mende qaynana yanindayam ve anam gozunde baxiram ona sadece onun yasi cox azdi qaynana onun her sehvini soz eliyer o menada yazdim
ŞehZam | 25 iyun 2014 03:24 | Status: Professional user | Şərh: 2 577
aaa
nazlimeley | 24 iyun 2014 18:49 | Status: Qonaq | Şərh: 0
Tapildi qiz

Allah zarun komeyi olsun
HMR | 23 iyun 2014 09:45 | Status: Qonaq | Şərh: 0
19 yasinda qizi atasi niye evli ustelikde 1 usaqliya mecburen verib ki o da bele edib?!amma yene de butun bunlar xanimin oz shexsi etirafi deyil.bilmek olmaz o ozu neler yashayib.yenede onu da haqli cixartmaq da olaz.Allah komkleri olsun.
gulbahar40 | 22 iyun 2014 19:00 | Status: Qonaq | Şərh: 0
hmmm ne deyim vallah allah hec birimizin aqlini basimizdan almasin bu intrnet bela olub daa
nergiz_zz | 22 iyun 2014 18:52 | Status: Professional user | Şərh: 3 814
ALLAHIM NƏ DEYƏCƏYİMİ BİLMİRƏM.....ALLAH KİMSƏYƏ YAŞATMASIN....
BU FACEBOOK ÇIXARANIN......AİLƏLƏRİN DAĞILMASININ SƏBƏBLƏRİNDƏN BİRİ...
şulya | 22 iyun 2014 13:02 | Status: Qonaq | Şərh: 0
Allah uzaq etsin .
drop | 22 iyun 2014 02:19 | Status: Gümüş user | Şərh: 2 448
mecburiyyet ve aaldatmagin sonu...semimi olsaq ne olar ki...
Vetenperver | 22 iyun 2014 01:49 | Status: Professional user | Şərh: 6 699
Ehh nə deyəsən belə ailələrə,bu birinci belə hadisə deyil,ailəni döndürüblə giznən-paça. Qaldı ki feysbuka, əsas səbəb olmasada səbəblərdən biridir dəqiq.
ŞehZam | 22 iyun 2014 01:45 | Status: Professional user | Şərh: 2 577
Öz həyatıdı özü bilər.. Qarışmasam yaxşıdı wink
BULUTUM | 21 iyun 2014 23:04 | Status: Professional user | Şərh: 7 386
Sitat: nurla
19 yasindfa qizi ere vermek vacib deyildi temmboli qaynana yanina

19 yaw xirdacadi?erlik dowluk memeli mestanli arvaddi.kak uw uwaq.

Sitat: Damla
Sitat: Abbasova Roza
Gelin nedi , facebbok nedi ?

Bu ne ifadedir xanim?
O qeder gozel edebli xanimlarimiz varki fb-ye daxil olur..burda facebookluq bir sey yoxdur..Bir olacaga birde oleceye care yoxdur..Insanin caninda pis fikir olandan sonra sandiga salsanda qacib gedacak..
Bu gelinde niye gedib ne ucun gedib onu goyde Allahdan basqa hec bir bende bile bilmez..Demakki sebebleri olubki gedib.

Raziyam sizinle vxanim
Nara88 | 21 iyun 2014 20:35 | Status: Professional user | Şərh: 4 252
olan olub kecen kecib,yaxsi qiziydisa ne olur olsun bu hereketi etmezdi,bezibmi atasi evine gederdi,kisi yanina yox,yaxsi qiz bu adi ozune dedirtmezdi
SEVDA | 21 iyun 2014 15:32 | Status: Nəzarətçi | Şərh: 17 437
gelinbacı tapılandan sonra fikir bildirerem....
Elgun_Azizov | 21 iyun 2014 14:53 | Status: Professional user | Şərh: 1 393
Sitat: Meryem_Duyqu
Yadda saxlayın!Heç kim, xoş gününə "təpik ataraq" gələcəyi naməlum istiqamətə hərəkət etməz...



- Nə yazıq ki var belə toyuğ ağıllı gəlinlərimiz!!! Yadda siz saxlayın bu üzdə olandır bundan başqa bəlkə Azərbaycanda neçəsi belə xəyanət edir!!!
NURLU | 21 iyun 2014 13:46 | Status: Professional user | Şərh: 5 552
Sitat: nurla
temmboli qaynana yanina

qaynana yanina kocende ne olurki he??anan gelib yaninda qalsa xos olur qaynana qalanda pis olur ,oqlu sirindi anasi pisss,mende qaynana yanimdayam eee her ailede olduqu kimi bezen sozumuz olur odemek deyilki atmaliyiq onu,belek ele ALLAH ona gore bize corek verir.
nurla | 21 iyun 2014 12:52 | Status: VİP user | Şərh: 824
19 yasindfa qizi ere vermek vacib deyildi temmboli qaynana yanina
Meryem_Duyqu | 21 iyun 2014 12:30 | Status: Yazar | Şərh: 4 130
Sitat: Elgun_Azizov
Yadda saxlıyın heç vaxt od olmayan yerdən tüstü çıxmaz.
Yadda saxlayın!Heç kim, xoş gününə "təpik ataraq" gələcəyi naməlum istiqamətə hərəkət etməz...
2 kalp | 21 iyun 2014 10:18 | Status: VİP user | Şərh: 1 280
19 yasinda qiza ne mecburdu bosanmis ustune birde usagi olan kisiye ere getsin.
Elgun_Azizov | 21 iyun 2014 09:35 | Status: Professional user | Şərh: 1 393
Sitat: Meryem_Duyqu
Qızın gedişinin əsl səbəbləri, tapılandan sonra məlum olacaq...Heç nə bilmədən, onu pozğunluqla ittiham etmək nə dərəcədə düzgündür?!


-səbəb deyəcəyki oğlan narkotik aludəçisidi YADA qaynanası pisiydi. Boşanannar bunnan artıq nə deyirki. Amma araşdırılıb smsdər oxunub mətni diqqətlə oxuyun..Yadda saxlıyın heç vaxt od olmayan yerdən tüstü çıxmaz.

BİRDƏKİ QIZIN SİFTİNNƏN YAĞIR DEYİRİK QUŞDUX FAKTDIDA HƏLƏ DURUN BİR BUNUDA QADIN HƏMRƏYLİYİ DEYİN MÜDAFİƏ EDİN!!! BƏZİLƏRİNDƏ SİFƏT VAR BELƏLƏRİNDƏ MÜDAFİƏ EDİB KİŞİLƏRİ HAQSIZ ÇIHARAR Kİ SƏHFSİZ AĞILLI QADINDI SİZ ADINA LƏKƏ GƏTİRİRSİZ!
sheh | 21 iyun 2014 09:12 | Status: Yazar | Şərh: 3 353
Sitat: Damla
O qeder gozel edebli xanimlarimiz varki fb-ye daxil olur..burda facebookluq bir sey yoxdur..Bir olacaga birde oleceye care yoxdur..Insanin caninda pis fikir olandan sonra sandiga salsanda qacib gedacak..
Bu gelinde niye gedib ne ucun gedib onu goyde Allahdan basqa hec bir bende bile bilmez..Demakki sebebleri olubki gedib.

Damla bacimdan dəqiq şərh, afərin, bacim

Sitat: ALLEGRETTO
AÇIĞI DESƏM QIZIN SİR SİFATINDAN SÜRÜŞKƏNLİK YAĞIR HANSI OĞLAN BU SİFATDA BOYALI PUDRALI QIZI ALAR ANLAMIRAM

ay qardaş, hami öz toyunda bəzənir də...bu tip şərhlər yazanlari anlamadim gedi bi türlü..bilib bilmədən günaha girməyin
xanim eva | 21 iyun 2014 09:06 | Status: Qonaq | Şərh: 0
Gul kimi qizdar qalib evde gedb gor kimleri alib arvad edirleree((
Elgun_Azizov | 21 iyun 2014 08:52 | Status: Professional user | Şərh: 1 393
Bu qızın elə sifətinnən bahan kimi bilinirki quşbaladı. :)
Evləndiyi kişinidə yazıq eliyib.
Anlamıram isitəmirsən evlənmədə belə biabırçılıq nəyə axı
BULUTUM | 21 iyun 2014 08:38 | Status: Professional user | Şərh: 7 386
Sitat: Abbasova Roza
Gelin nedi , facebbok nedi ?

Her Fb giren bu gelin ki,olmur ezizim.biraz diqqetli ol.
Meryem_Duyqu | 21 iyun 2014 07:24 | Status: Yazar | Şərh: 4 130
Qızın gedişinin əsl səbəbləri, tapılandan sonra məlum olacaq...Heç nə bilmədən, onu pozğunluqla ittiham etmək nə dərəcədə düzgündür?!