Layihələr / Qadın taleyi

Real həyatdan götürdüyüm əsl sevgi hekayəsi

Nigar_ | 1-07-2014, 19:30
12 552 52
 

 

Əzizlərim, hamımıza məlumdur ki, son zamanlar əsl sevgiyə dəryada mirvari kimi rast gəlmək mümkündür, o da ki, əlinə alan kimi sürüşüb düşür yenidən dəryanın buz kimi soyuq sularına və bu suyun buz soyuğu əlinə alanı da üşüdür, elə üşüdür ki, acısını illərlə yaşayırsan. Necə deyərlər, istisinə qızınmaq olmur, amma tüstüsündən göz tutulur. Bu da gənclərimizin əsl sevgi ilə müvəqqəti istəyi qarışdırmasından qaynaqlanır. Təbii ki, bunda bir vaxtlar yayımlanan türk seriallarının, o qədər də peşəkar olamayan yazıçıların məhəbbət adı altında erotik hekayələrinin də rolu əvəzolunmazdır. Bütün bunlar mənə real həyatda həqiqətən yaşanmış bir hekayəni yazmağa vadar edir. Əgər bu hekayənin şahidi olmasaydım öz gözlərimlə, mən də deyərdim ki, sevgi yoxdur, sevgi sözdür, sadəcə gözəl söz və ağ yalan, amma neyləyək ki sevgi var həyatda sadəcə onu axtarmayın, o özü gəlib sizi tapacaq. Necə ki hekayəmin bu iki qəhrəmanını qətiyyən gözləmədikləri vaxtda tapdı....və...və ömürlərinin sonuna kimi onları bağladı bir-birinə....... Üz tuturam buradan bütün gənclərə: Sevgi mübarizədir, üz tuturam gənc qızlara, hansı ki, hər addımda sevgi axtarışındadırlar, biri ki sənə qovuşmaqçün mübarizə aparmır və ya haradasa məğlub olur, demək onun sevgisi möhkəm deyil. Əsl sevgi sonu xoşbəxtlikdir. Çünki nə həyat filmdir, nə də biz aktyor.....Həyat mübarizədir. Ona yalnız xoşbəxtliklə qalib gəlmək olar....

 
*****

Yeniyetmə bir qız... Əynində ağ köynək, məktəbli forması səhər məktəbə gedir. Bu qız səhərin gözəlliyini seyr edərək 10 ildir üz tutduğu məktəbə bir daha daxil olur. Onu yola salan anası alnından öpüb uğurlar arzulayır. Mən bu qızın adını açıqlamayacağam, şərti ad da yazmayacağam. Lakin söyləyəcəyim hekayənin qəhrəmanı qəribə də olsa həmin qızdır.
Onun 16 yaşı var. Bu vaxta qədər həyatı təkrarlardan ibarət görən qız, bu yaxınlarda həyatın şən üzünü də gördü.
Eynən həmin məktəbdə 11-ci sinifi 2 ay sonra başa vuracaq bir oğlan haqqında düşünürdü. Daha doğrusu düşünməyə utanırdı, çünki ona qarşı hisslərində nələrsə duyurdu və var qüvvəsilə bunu başından çıxarmaq istəyirdi. Öncələr heç öz-özünə etiraf belə etməyə qorxurdu, indi bir qədər cəsarətlidir. Bu fikirləri başından qovmağa çalışır və yalnız dərslərini düşünürdü. Gələcəyə aid planları geniş idi. Arzular nə qədər şirin idi. Onda buna çatacaq əzm və inad da vardı. Ali təhsil almaq, vətəninə xeyir vermək istəyirdi. Müəllimələri də ondan çox razı idi, valideyinləri də.. Görən hər kəs onu bəyənirdi. Ağıllı, düşüncəli, fikrini bildirməyi bacaran bir qız idi. Ayrıca məsum təbəssümü, sırf Azəri gözəlinə məxsus qara gözləri, mənalı baxışları, sanki qızılgül yarpağına bənzəyən dodaqları, incə qaməti ətrafdakıların daim həsədinə səbəb olurdu. O gün hətta paltar mağazasında satıcı qadın onun ardıyca "Bəs filankəsin qızıdır, bilmirsən? Canı yanmış necə gözəldir, başqa qızlar kimi açıq-saçıq da geyinmir, Vallah, onun yerinə Gülnarənin qızı olsaydı, yaxud Aynurə o gözəllikdə olsaydı cırılıb dağılardı." Sinif yoldaşları, yaşıdları onun dərs sahəsində bacarıqlarına heyran idilər. İngilis dilini səlis bilməsi hətta ingilis dili müəlliməsini belə çaşdırmışdı. Hər kəs onun hər mövzuda danışıq qabiliyyətinə, mehribanlığına, əliaçıqlığına görə sevirdi. Anası onunla fəxr edirdi. Yəni, o yaşda olacaq bir qızın ən gözəl günlərini yaşayırdı. Bu vaxta kimi özündə bir yanlış görməmişdi...Amma son zamanlar baş verən bir hadisəni özünə yanlış sayırdı.
Axır vaxtlar qeyd etdiyim oğlanın baxışlarını üzərində tez-tez hiss etmişdi. Lakin buna fikir verməmişdi, onu dərs düşündürürdü, başqa qızlar sevgi şeirləri, güllər ardınca xəyal edəndə onlara gülürdü. İstər məhəllədə, istər məktəbdə, istərsə də tanış-bilişlər arasında onu bəyənən oğlanlar çox idi. Amma özünü həddən çox ciddi apardığından kimsə ürək edib söz deməzdi. Amma bu oğlanı onun hədələyici baxışları da qorxutmurdu. Bir gün nəhayət cəsarətə gəlib evə gələrkən düz onunla birgə addımladı.
- Necəsən?
- Yaxşıyam, çox sağ ol.
- Səninlə heç vaxt söhbət eləməmişik, halbuki on ildir bir-birimizi tanıyırıq.
Qız susdu.
- Mənə bax, sənin heç vaxt oğlan dostların olmayıb.
- Zənnimcə bunun bir səbəbi var ki olmayıb.
- Hətta mən də ola bilmərəm?
- Yox. Biz sadəcə tanışıq. Yaxşı, sağ ol!
Əslində evə çatmamış oğlandan aralandı. Çünki oğlanın fikrini və nələr demək istədiyini anlayırdı.
Üstündən bir qədər keçdi. Onun bacısı ilə tanış oldu və təsadüf elə gətirdi ki, rəfiqə oldular. Çox yaxın rəfiqə. ____Onun Son zəng gününə getdi. Səmimi təbrik etdi. Özü isə evə gəlib bolluca ağladı. Niyə? Bunu bilmirdi. Bəlkə də onu bir daha görməyəcəyini hiss etmişdi. Amma elə olmadı. Onun bacısı ilə hər gün dostluq edirdi, hətta bir neçə dəfə sevdiyini belə görməyə nail oldu. Oğlan universitetə daxil olmuşdu. Qız, eyni zamanda öyrəndi ki, onlar olduqca zəngin ailədirlər.
Haqqında danışdığım qız bir dəfə ən yaxın rəfiqəsi (oğlanın bacısı) ilə söhbət edərkən rəfiqəsi qəfil söhbəti dəyişdi.
- Bax bu saxtakarlığı kənara qoyaq. Mənim qardaşım səni çox sevir. Gülmə, həqiqətən sevir. Yox, o özü heç vaxt mənə bu barədə deməyib, amma bilirəm sevir. Özü də ciddi sevir, gördüyü ilk gündən. Artıq illərdir. Sənə bunu deməzdim, amma bilirəm ki, sənin də ondan xoşun gəlir.
Qız rəfiqəsinin danışdıqlarını zarafata saldı....
Ona başqa qız bu cür sözlər desəydi.. Yox, heç vaxt deyə bilməzdi. Bütün dostları, rəfiqələri onu tanıyırdılar. Amma neyçün ən yaxın rəfiqəsinə "yox" demədi. Neyçün?
Məktəbin son günləri idi. O, birdəfəlik bu məktəbə "əlvida" deyəcəkdi. Bir gün evə dönərkən həmin oğlanla rastlaşır. Qız hətta salam belə vermir. Lakin oğlan.. Bu dəfə görünür nəysə ona cəsarət vermişdi. Yaxınlaşıb ona deyir:
- Bilirəm məni dinləmək istəmirsən. Amma son danışığımızdır bu güman ki... Bilirsən, özü də çoxdan bilirsən ki, səni sevirəm. Əgər sən mənə məni sevmədiyini desən həyatından gedəcəyəm,amma bilsəm ki, məni sevirsən dünya tərsinə çevrilsə də səni axtarıb tapacağam və mənim olacaqsan.
Qız bilirdi ki, indi ona yaxşı bir şillə vurub, üstünə qışqırmaq və bu axmağa gülmək lazımdır. Lakin bunu etmədi. Nəysə əllərini zəncirlədi sanki. Heç nəyi nə inkar etmədi, nə də təsdiqləmədi. Susdu. Ürəyində ALLAHa yalvarırdı ki, oğlan daha heç nə soruşmasın. Həqiqətən, oğlan heç nə soruşmadı və təbii ki, o dəqiqə anladı ki, əgər bu cür ciddi qız susdusa, demək onu çox sevir... O, yağışlı may günü heç vaxt qızın yadından çıxmadı...
Həqiqətən bu onların son görüşü oldu. Qız o gündən anladı ki, bu sevgi ona özünəməxsus qüvvə, həyat eşqi verib. Son zəngi günü yetişdi. Həmin gün oğlanı səhərdən axtardı. Sanki ona ehtiyac duydu. Lakin rast gəlmədi. Qapıdan çıxarkən əlində gül dəstəsi burada olduğunu gördü. Onlar heç nə demədi. Sanki həmin may gününün utancaqlığını indi hiss etdi. Gülləri aldı və oğlan gözdən itən kimi yaxınlıqdakı zibil qutusuna atıb irəlilədi. O, gülləri evə apara bilməzdi axı...
Qız çox zəhmətkeş və bacarıqlı olduğu üçün universitetə yüksək balla, uğurla daxil oldu. Yeni həyatın-tələbə həyatının xoş həyəcanını hiss etdi... Lakin o, oğlanı heç vaxt unutmadı. Ürəyinin dərinliyində düşünürdü ki, bu bir yeniyetməlik həvəsi idi, keçdi-getdi... Amma bilirdi ki, onu çox sevir. Hər an onun yolunu gözləyirdi, hər an aldanacağından qorxurdu...
Beləcə universiteti də başa vurdu, bir sənətə yiyələndi. Kariyerasını qurdu və burada da hər kəsin həsədinə səbəb oldu, hər şey uğurla alınırdı. Ətrafına gələn insanlara yardım edirdi. Hər kəs ondan razı idi.
Valideyinləri qızın ailə qurmaq vaxtı olduğunu düşünürdülər. Zatən, elçi-elçi ardıycan geri qayıdırdı. Anası "Ay qız nə olub bəyəm? Nə vaxta kimi evdə oturacaqsan, nə olsun bu gün 20 yaşın var, sabah bunlar olmayacaq" deyirdi, atası düşünürdü ki, qızı hələ çox gəncdir və özü bilər, o qədər də tələsməyə dəyməz. Qız özü isə kariyerasını düşünürdü." Anacan,-deyirdi ailə qurdun, ailə problemləri, övlad qayğısı-bunlar gəlir və gərək kariyeradan əvvəldə tutasan. bunları,qoy işimi qurum sonra fikirləşərik o barədə"Amma əslində nə qurmalıydı,kifayət qədər uğur qazanmışdı,sadəcə......
Bir gün, çox adi bir gün telefonu zəng çaldı və götürdü:
- Buyurun
-_______xanımdır?
- Bəli, mənəm.
- Sizin nömrənizi çalışdığınız şirkətin saytından götürdüm. Zəhmət olmasa bizim şirkətə gəlib aylıq hesabatlarımızla tanış olardınız, düşünürəm ki, sizin ideyalarınız bizim şüarımıza uyğun gəlir, mümkünsə məsləhətinizi alardım.
- Axı,..Mən sizi tanımıram.
Həmin adam şirkətin adını və lazımı veb səhifəni verdi. Qız yoxladı və əməkdaşlığa razılıq verdi.
Az sonra qəbula düşdü... Ona şirkətin başçısının otağını nişan verdilər. Qız qapını açdı və... Yəqin ki, hər biriniz təxmin edirsiniz, illərlə sevdiyi, arzuladığı insanı gördü gözləri önündə.
- Salam, necəsiniz, xanım? Əyləş, əyləş, niyə dondunuz? Su gətirdim?
- Yox, lazım deyil...Sən
- Bəli, mən. Biz dəyəsən köhnə tanışıq.
- Elədir
Oğlan yəqin ki, bir çox qızların heyranı olduğu gözlərini onun sifətindən çəkməyərək reaksiyasını izləyirdi. Nəhayət qız dilləndi.
- Yaxşı, gəlin işə keçək.
- İndi mənə qulaq as. Birincisi, bir-birimizə siz niyə deyirik? Bunun bir önəmi varmı? Şəxsən sən mənə "sən"deyə bilərsən. Rəsmiləşməyək, deyilmi?
Qız, işvəkarlıqla gülümsədi, o artıq utancaq 10-cu sinif şagirdi deyildi.
- İndi isə mən səni bura işə görə çağırmamışam. Belə hesab edirəm ki, sənin də məni tanımanın bir mənası var. Mən sənə söz vermişdim, yerinə yetirdim indi bilmək istəyirəm ki, sən də məni sevirsən?
Qız təbii ki, suala cavab vermədi. Amma yenə də inkar etmədi.Bir qədər söhbət etdilər və geri döndü... İndi o dünyanın ən xoşbəxt qızı idi...
Lakin az çəkmədi ki, onun bu xoşbəxtliyinə son qoyuldu. Atası onu uzaq qohumlarından birinə ərə vermək istəyirdi. Qız cəsarətli deyildi, atasının düz üzünə etiraz edə bilməzdi. Anasına fikrini bildirirdi. Lakin anası onun ərə getmək istəməməsini cavanlığı ilə yozurdu.
Bir neçə dəfə oğlanla rastlaşmışdılar, görüşmüşdülər. Lakin qız hələ də onu sevdiyini boynuna almırdı.
Növbəti görüşdə oğlan dedi:
- Mən səni sevirəm və fikrim ciddidir. Səni öz xanımım etmək istəyirəm. Yalnız əmin olum ki, məni sevirsən. Mən haqlıyam, deyilmi? Xahiş edirəm cavab ver.
Nəhayət oğlanın səbri tükəndi:
- Əgər mənə cavab verməsən, and içirəm özümü öldürəcəyəm.
Qız həyəcanla:
- Axmaq-dedi. Əgər səni sevməsəydim illərlə gözləyərdimmi, arzunla yaşayardımmı və nəhayət burada olardımmı? Amma mən neyləyə bilərəm. Elimizin qaydasilə halalın olmasam başqa qızlar kimi qucaqlaşıb görüşmələr, öpüşmələr, gəzintilər heç nə olmayacaq. Mən namuslu ailənin qızıyam.
Oğlan illərdir gözlədiyi cavabı aldı.
Elə günü sabah evlərinə oğlanın anasıgil elçi gəldi:
- Qızımızı tanıyırıq. Tərifi dillərdə deyilir. Oğlum da mənim tək övladımdır. Gəlinimi gözüm üstə saxlaram. Nə cehiz istərəm, nə zər-ziba, nə dəbədbəli, təntənəli nişan. Onu qızıla tutarıq. Oğlum onun dərdindən ölür.
Uzun əzab-əziyyətdən sonra atası "həri"ni verdi. Əslində anası da, atası da qızlarının bu cür ailəyə düşməsindən sevindilər. Baxmayaraq ki, az qala onu başqasına verirdilər. Amma nə atası, nə anası nə də başqaları onların necə bir sevgi macərası yaşadıqlarını bilmirdilər.
Oğlangil həqiqətən təntənəli toy çaldırdı. Ağ gəlinlikdə sevdiyinə gəlin olmaq qızı çox sevindirirdi.
Hazırda onlar 3 ildir ki, evlidirlər. Gözəl bir övladları da var. Və düşünürlər ki, "dünyanın ən gözəl ailəsi" fikri şəksiz onlara aiddir.
Baxın, əsl sevgi budur. Əsl sevgi sonrakı xoşbəxt ailə deməkdir.
Sevginin dəyərini ucuz tutmayın. Həyatda bu gün yaxşı nə varsa o, da sevginin sayəsindədir.
Vaxt gələr mən bu sevgililərin də adlarını açıqlayaram :)

 
Sevgilərlə: Mymostsite

 
Redaktə etdi: Sadəcə MƏN

  1. Nar çiçeyin | 4 sentyabr 2016 15:05 | Status: Qonaq | Şərh: 0
    Cox kovreldim kas hamiya bele esl sevgi qismet olardi kaski...
  2. ESMERRi | 17 noyabr 2015 12:10 | Status: Brilliant user | Şərh: 5 393
    Sitat: milashka_167
    Allah butun sevenleri qovuwdursun
  3. dılay | 7 noyabr 2015 09:40 | Status: Brilliant user | Şərh: 8 215
    MuTLU. SoNluq
  4. milashka_167 | 12 sentyabr 2015 00:01 | Status: VİP user | Şərh: 1 457
    Allah butun sevenleri qovuwdursun
  5. jessica.lili | 22 may 2015 12:02 | Status: Qonaq | Şərh: 0
    ELA 0144 COX GOZEL HEKAYEDI
  6. saytin sirini | 8 yanvar 2015 22:24 | Status: Qonaq | Şərh: 0
    qesey hekayedi amma tesufki bele seyler heyatdaolmur
    menim de sevdiyim var amma ayri dusmusuk needek
  7. Sema1993 | 19 sentyabr 2014 18:02 | Status: Şərhçi | Şərh: 198
    Cox tesuf ki ele sevgililer var ne etseler de qovuşmurlar Men de birin cox sevirdim indi de sevirem o da sevir bilirem amma taleh yollarmızı ayırdı heyif inşallah o dunya da qovuşarıq Amin sad 0106 COX İNSANA BU QİSMET OLMUR AMMA QIZLAR CALIŞIN OZ SEVDİYİNİZ OGLANA ERE GEDİN ONDA XOŞBEXT OLARSIZ ALLAH BUTUN QIZLARMIZI XOŞBEXT ETSİN 0125 AMİN
  8. Nigar_ | 7 iyul 2014 18:16 | Status: Professional user | Şərh: 2 128
    Sitat: TERANE1978
    Bir vaxtlar mende deli kimi severdim.Wukur bizde qovuwduq.tam xowbext olmasamda bunada wukur deyirem.Qismet adli bir qonaq menim omurluk qonaqim oldu.Yenede qismet.hem sevindim,hem kovreldim.Allahim hec kesi aci ewq qazaninda qovurmasin.Hicran uzun olanda vusal wirin olur.Teki Allahim haminin sevgisinin sonluqunu bu cure bitirsin.Tewekur edirem.

    Haqlısınız!Sizin arzularınıza qoşuluram!
    Sitat: Narin-Ulker
    HAMI BELE SANSLI OLMUR

    Təəssüf ki,doğrudur,bizə yalnız arzulamaq qalır!
    Sitat: Meryem_Duyqu
    Təki bütün hekayələrin sonu xoşbəxtçiliklə bitsin...Amin.

    Müəllifədə bu hekayəni bizimlə paylaşdığına görə təşəkkür edirəm.

    AMİN
    Dəyməz,mənim üçün xoşdur,siz də sağ olun!
  9. Narin-Ulker | 6 iyul 2014 07:54 | Status: Gümüş user | Şərh: 2 755
    HAMI BELE SANSLI OLMUR
  10. Meryem_Duyqu | 6 iyul 2014 07:19 | Status: Yazar | Şərh: 4 132
    Təki bütün hekayələrin sonu xoşbəxtçiliklə bitsin...Amin.

    Müəllifədə bu hekayəni bizimlə paylaşdığına görə təşəkkür edirəm.
  11. BULUTUM | 6 iyul 2014 00:11 | Status: Professional user | Şərh: 7 408
    Bir vaxtlar mende deli kimi severdim.Wukur bizde qovuwduq.tam xowbext olmasamda bunada wukur deyirem.Qismet adli bir qonaq menim omurluk qonaqim oldu.Yenede qismet.hem sevindim,hem kovreldim.Allahim hec kesi aci ewq qazaninda qovurmasin.Hicran uzun olanda vusal wirin olur.Teki Allahim haminin sevgisinin sonluqunu bu cure bitirsin.Tewekur edirem.
  12. Nigar_ | 5 iyul 2014 14:20 | Status: Professional user | Şərh: 2 128
    Sitat: Mavish
    gərçəkdən çooox xoşum gəldi hekayədəninsanın uşağgənc olması gəlir həyatda atdığı səhvləri yenidən yaşayaraq düzəltmək istəyi gəlir indidə yaşım çoox deyil ama 18 yaşıma qayıtmaq istərdim həmdə çoox

    Çox sağ olun,təşəkkür edirəm!
  13. Mavish | 4 iyul 2014 23:21 | Status: Brilliant user | Şərh: 2 389
    gərçəkdən çooox xoşum gəldi hekayədəninsanın uşağgənc olması gəlir həyatda atdığı səhvləri yenidən yaşayaraq düzəltmək istəyi gəlir indidə yaşım çoox deyil ama 18 yaşıma qayıtmaq istərdim həmdə çoox
  14. Nigar_ | 4 iyul 2014 17:02 | Status: Professional user | Şərh: 2 128
    Sitat: Lumia
    Ne yaxsi bir pozitiv sevgi hekayesine rast geldik saytda,cox sukur.Yoxsa ay ayrildiq,ay atdi meni,ay xeyanet eledi,ay valideynlerim vermedi,depressiyaya dusdum,intihara cehd etdim kimi hekayeler yormusdu bizi.Allah refiqenizi xosbext elesin.Sevgi ile agil birlesende sonu her zaman baxin bele olur.Kor-korane sevgilerinse sonu mutleq bedbextlikdir.

    Şadam ki,bəyəndiniz.Çox sağ olun,gözəl sözlərə görə.
  15. Lumia | 4 iyul 2014 16:52 | Status: Professional user | Şərh: 5 385
    Ne yaxsi bir pozitiv sevgi hekayesine rast geldik saytda,cox sukur.Yoxsa ay ayrildiq,ay atdi meni,ay xeyanet eledi,ay valideynlerim vermedi,depressiyaya dusdum,intihara cehd etdim kimi hekayeler yormusdu bizi.Allah refiqenizi xosbext elesin.Sevgi ile agil birlesende sonu her zaman baxin bele olur.Kor-korane sevgilerinse sonu mutleq bedbextlikdir.
  16. Nigar_ | 4 iyul 2014 16:49 | Status: Professional user | Şərh: 2 128
    Sitat: SURAYYE
    sebrim catmadi oxumaqa

    Canınız sağ olsun!
  17. SURAYYE | 3 iyul 2014 20:00 | Status: Qonaq | Şərh: 0
    sebrim catmadi oxumaqa
  18. Nigar_ | 3 iyul 2014 18:38 | Status: Professional user | Şərh: 2 128
    [quote=esmar]Möhtəçəm.təmiz sevgi.hamıya qismət olsun[/quote]
    AMİN

    [quote=LUNA][quote]Baxın, əsl sevgi budur. Əsl sevgi sonrakı xoşbəxt ailə deməkdir.
    Sevginin dəyərini ucuz tutmayın. [/quote]
    esl sevgi xosbext aile ve 1001 gece nagillari."MEHRİNİN 3 İL EVVELLKİ XEYALLARİ"[/quote]
    Təəssüf ki,nə demək istədiyinizi anlaya bilmədim!
    quote=melodim]Oxumaga deyermiw maraqli idi.Allah hamiya sevib sevilmek qismet etsin AMIN! 0144[/quote]
    AMİN
    Çox sağ olun,zəhməti dəyərləndirdiyiniz üçün!
  19. Mehri-Ban | 3 iyul 2014 11:50 | Status: Professional user | Şərh: 1 329
    Baxın, əsl sevgi budur. Əsl sevgi sonrakı xoşbəxt ailə deməkdir.
    Sevginin dəyərini ucuz tutmayın.

    esl sevgi xosbext aile ve 1001 gece nagillari."MEHRİNİN 3 İL EVVELLKİ XEYALLARİ"
  20. esmar | 2 iyul 2014 23:06 | Status: Şərhçi | Şərh: 111
    Möhtəçəm.təmiz sevgi.hamıya qismət olsun
  21. Billurə | 2 iyul 2014 22:41 | Status: Professional user | Şərh: 4 892
    Terbiyeli ve agilli qiz olub... Bele qizlara xowbextlik cox gozel yarawir ve sevilmeyede layiqdirler... Orda burda oglanlarla ,daniwib ,mesajlawib sonrada bedbextlik yawayan biri deyil bu qiz. Sadece olaraq duzgun hereket edib... Sonu belede bitmeliydi.
  22. Nigar_ | 2 iyul 2014 21:26 | Status: Professional user | Şərh: 2 128
    Sitat: ŞokaLaTovA PeÇeNyA.
    Sitat: Mymostsite

             

    Can o ne sozdu xosdu love

    Canın sağ olsun!Mənimçündə xoşdur.Siz çox pozitiv insansız,bu cür xasiyyətli insanları çox bəyənirəm!Arzu edirəm heç vaxt üzünüzdən təbəssüm əskik olmasın!
  23. ŞokaLaTovA PeÇeNyA. | 2 iyul 2014 20:19 | Status: Gümüş user | Şərh: 2 060
    Sitat: Mymostsite

             

    Can o ne sozdu xosdu love
  24. Nigar_ | 2 iyul 2014 19:45 | Status: Professional user | Şərh: 2 128
    Sitat: ŞokaLaTovA PeÇeNyA.
    Elə bil yazarsız ee 0100

    Siz şair olanda mən də yazar olaram da...
    İnciməyin zarafatdır:)
  25. DENIZ QIZI3 | 2 iyul 2014 17:05 | Status: Gümüş user | Şərh: 3 859
    cox maraqla oxudum .esl sevgi indide var amma sevgiye deyer vrenler yoxdur. sevgiye oyuncaq kimi baxirlar ,hamiya bele sevgi arzulayiram . butun oglan ve qizlarin sevgisi bele sonluqla bitsin,muelife ve redakte edene tesekkurler.
  26. ŞokaLaTovA PeÇeNyA. | 2 iyul 2014 16:47 | Status: Gümüş user | Şərh: 2 060
    Elə bil yazarsız ee 0100
  27. Nigar_ | 2 iyul 2014 16:36 | Status: Professional user | Şərh: 2 128
    Sitat: ALLEGRETTO
    HƏR ŞEY GÖZƏLDƏƏ MƏN BİLƏN ƏSL SEVGİNİN REAL HEKAYƏSİ BU QƏDƏR UZUN OLMAZ OXUMAĞA SƏBRİM ÇATMADI ))) ..ƏSL SEVGİDƏ SÖZLƏR AZ ..DUYGULAR ƏMƏLLƏR ÇOX OLAR smile MİSALÇÜN MƏKTƏB VAXTLARI 5-NCİ SİNİFDƏ OXUYARKƏN 18 YAŞLI TƏLƏBƏ QIZA AŞIQ OLMUŞDUM ..QARIŞIQ VAXTLARIYDI ..MEYVƏ DÜKANINDAN O QIZ ÜÇÜN QARPIZ OĞURLAYIB GƏTİRİRDİM .. Kİ OĞURLADIĞIM QARPIZLAR KAL ÇIXANDA ÇOX UTANIRDIM TƏLƏBƏ QIZIN QARŞISINDA. MƏNİM 12 YAŞIM ONUN 18 YAŞI VARDI MƏNİ NECƏ SEVƏ BİLƏRDİ AXII winked ONA GÖRƏ HƏYATIMDAN BİLİRƏM TƏK ÜNVANLI SEVGİ ƏN ACI SEVGİ 0101

    Ay.....Mən hələ qısatmışam nə qədər.Təsəvvür edin ki,qızın mənə demədikləri də ola bilər.
    Siz də bu qarpızı almazdan əvvəl yoxlaya bilməzdiz?!:)
  28. SEVDA | 2 iyul 2014 15:46 | Status: Nəzarətçi | Şərh: 17 476
    Allah axiracan xowbext elesin.....
  29. Aynur_Mezahirli | 2 iyul 2014 15:18 | Status: Qonaq | Şərh: 0
    Cox maraqla oxudum axrini sebrsizlikle gucle catdirdim. Allah her ikisini xosbext elesin birce ovladininda xosbextliyini gorsunler, Allah nezerden saxlasin. Xeber ucun tesekkurler...
  30. sadəcə MƏN | 2 iyul 2014 13:55 | Status: Brilliant user | Şərh: 4 773
    Sitat: Mymostsite
    Təşəkkür edirəm!Gözəl redaktəyə görə sizə təşəkkür edirəm!

    Çox xoşdur,buyurun..