Layihələr / Qadın taleyi

Bilsəydim özünü öldürəcək, qoymazdım ayrılsınlar

Banu. | 21-05-2013, 15:19
13 594 63


19 yaşlı gəlinin ürək dağlayan həyat dramı
Anası: "Bilsəydim özünü öldürəcək, qoymazdım ayrılsınlar”

Ötən həftənin ilk iş günü Hövsanda 19 yaşlı gənc xanımın - Leylanın özünü evin tavanından asması xəbəri ölkə mediasında bir anlıq işıqlandırılsa da, sonradan məsələnin mahiyyətinə sükut çökdü. Yəni həmin gəncin intihar etməsinin səbəblərinə aydınlıq gətirilmədən ölüm faktı unuduldu. Elə mayın 19-da mərhumun yas məclisində iştirak etməkdə məqsədimiz geridə qalan bir həftə ərzində ölüm səbəblərindən nəyinsə açıldığını öyrənə bilmək idi…

 "Qızının evini anası dağıtdı"

 Həyətdə çox adam vardı - qadın, kişi - hamı bu kasıb ailənin çətinliklərlə böyüdüb boya-başa çatdırdığı Leylanın müəmmalı ölümünə təziyə tutmuşdu. Maraqlıdır ki, Leylanın intihar etməsində dolayısı səbəb göstərilən, üç il əvvəl - 16 yaşındaykən onu qaçıraraq özünə həyat yoldaşı seçən Rəmişin yaşadığı ev də eyni məhəllədə olsa da, nəinki orada bu ailədən kimsə yox idi, hətta bütün hövsanlılar Leylanın ailəsinin müdafiəsinə qalxmışdılar. Yəni küçənin bütün sakinləri Rəmişin və onun ailəsinin Leylaya əzab verdiklərini, konkret desək, qızı onların öldürdüyünü deyirdilər.

 Oğlan evi başqa söz danışırdı. Leylanın qayınanası olmuş Zemfira ittihamları qətiyyətlə rədd edir. Deyir ki, onun Leyla ilə qəti problemləri olmayıb: "Gəlin-qayınana münasibətlərimizdə söz-söhbətə yer yox idi, can deyib, can eşidərdik. Oğlumla ayrıldılarsa, mən qərarlarına qarışa bilməzdim. Buna baxmayaraq, telefonla tez-tez söhbətləşərdik. Həmişə də deyirdim ki, gəl balana baş çək. Son dəfə ölümündən bir gün əvvəl - bazar günü danışdıq, özünü yaxşı hiss edirdi. Yenə dedim ki, gəlsin uşağı ilə görüşsün, parka gəzməyə çıxaq. Amma bilsəydim ki, o, özünü öldürəcək, qoymazdım ayrılsınlar…".

 Zemfira xanım onu da bildirdi ki, əslində Leylanın ərindən ayrılmasına elə onun öz anası səbəb olub. Guya anası onun ailə işlərinə qarışar, hətta qızına evə qayıdacağı təqdirdə başqa bir oğlana ərə verəcəyini deyirmiş…

 "Allah zalımı cəzalandıracaq"

 Leylanın anası ilə qızının "yeddi"sində söhbət edə bildik. Ağlamaqdan əldən düşmüş Səltənət xanıma keçmiş qudasının ittihamlarını çatdıranda əsib-coşmadı, səbirlə cavab verdi: "Ən yaxşısını Allah bilir, günahı olanı da o özü cəzalandıracaq. İndi kim nə istəyir deyir, mən isə bu yas günü onlara cavab vermək istəmirəm". Səltənət xanımdan intiharın səbəbkarı olduğu iddia edilən Rəmişlə bağlı mövqeyini soruşduqda isə qısa cavab verdi. Dedi ki, kimdənsə şikayətçi olmaq fikrində deyil, olan olub, keçən keçib, şikayət etməklə qızını həyata qaytara bilməyəcək. Bəs yeganə nəvəsini - qızının yadigarı olan yaşyarımlıq Əlini necə, Rəmişgildən almaq fikiri varmı? Səltənət xanım bu suala da təəccübləndirici cavab verdi: "Qızımdan doymadım, nəvəm mənə nə verəcək? Uşağı istəmirəm, qoy atasıgildə qalsın".

 "Gərək onları atıb getməyəydim"

 Mərhumun yeganə qardaşı Qəhrəmanla da söhbətləşə bildik. Bu yerdə haşiyəyə çıxaraq bildirək ki, hüzrdəki adamlar onun hələ əsgərlikdən qayıdan kimi, bir neçə yaşı olarkən onları atıb gedən və hazırda Rusiyanın Sankt Peterburq şəhərində yaşayan atasının yanına köçdüyünü bildirmişdilər. Biz də Qəhrəmanla bacısının ölümü ilə bağlı nələri bildiyini soruşduq. Dedi Leyla ilə mütəmadi telefonla, hətta skayp vasitəsilə daenışıb, dərdləşirmiş. Amma bacısı ona heç vaxt ailəsində belə ağır problemlərin yaşandığını deməyib. Hətta Leyla ər evindən yığışıb anasının yanına qayıdanda da bunu adi "xasiyyətlərin uyğun gəlməməsi" səbəbindən baş verdiyini düşünüb. Bu zaman ondan başsız qalan ailəsini - anasını və bacısını Hövsanda tək qoyub niyə Rusiyada yaşadığının səbəbini sorduq. Axı bu gün yanına sığındığı atası onları atıb gedəndə o körpə uşaq idi (mərhum Leyla isə o vaxt ana bətnindəymiş - V.T.). Dedi ki, Sankt Peterburqa getməsində atasının qəti rolu yoxdur: "Dayımla aramda anlaşılmazlıq yaranmışdı, anam da onun tərəfini saxladı. Hətta mənə ağır sözlər dedi. Yeniyetmə vaxtlarım idi, bu öz məni elə tutdu ki, Rusiyaya getməyə qərar verdim. Amma bu gün çox peşmanam, gərək anamdan inciyib getməyəydim. Düşünürəm burda qalsaydım, bacım da özünü öldürməzdi".

 Qəhrəman onu da əlavə etdi ki, hətta dəfələrlə anasına, ərindən ayrılandan sonra bacısına Rusiyaya yanına gəlmələrini təklif edib, onlar isə razılaşmayıblar. O, son vaxtlar bacısının razılaşdığını, hətta martın 17-də xarici pasport aldığını da qeyd etdi. Onun sözlərinə görə, amma bacısı müəyyən texniki problemlərə görə Sankt Peterburqa gəlməkdə yubanmışdı.
 O əlavə etdi ki, əslində indii də Rusiyaya qayıtmaq istəyir, amma polis icazə vermir. Ona deyiblər ki, istintaqın zəruri suallarına cavab verməlidir, bu proses başa çatandan sonra istədiyi yerə gedə bilər. Buna baxmayaraq, Qəhrəman dedi ki, bütün israrlarına baxmayaraq, anasını da yanına aparmağa çalışacaq.

 Ona əzab veriblər…

 Yas mərasiminə gəlmiş qonum-qonşular jurnalist olduğumuzu biləndə sanki mənəvi borclarını ödəyirlərmiş kimi, hamı bizə məlumat verməyə çalışdı.

 Qonşulardan Mahirə: - Gözümüzün qabağında ona əzab veriblər. Yadıma düşəndə indi də ürəyim yanır. Bir dəfə oğlanı (Rəmişi - V.T.) tutub dedim ki, "Ay bala niyə ona əzab verirsən?”. Özünə əl qatdı ki, danışılanlar yalandır, Leyla onun qanuni arvadıdır və normal ailədaxili münasibətləri var.

 Xəzər: - Ölümündən yarım saat əvvəl qızımla çəpərdən söhbət edirdilər. Danışıb gülürdülər, hələ mən də fikirləşdim ki, şükür olsun, deyəsən kədərini-qəmini unuda bilib. Elə yaxşı kökəlib əmələ gəlimişdi ki - gözəlləşmişdi. Aradan 5-10 dəqiqə keçmədi ki, həyətlərində səs-küy eşidib bayıra çıxdım. Gördüm gəlinləri qışqırıb camaatı köməyə çağırır. Yarımçıq tikili vardı həyətlərində, getdim ora, gördüm gəlin Leylanı oturdub yerdə, saçları üzünə tökülü vəziyyətdəydi. Əvvəldən ürəkgetməsi vardı deyə, fikirləşdim yəqin yenə bayılıb. Üzünə soyuq su çiləmək üçün saçını arxaya sığayanda boğazına keçirilmiş ipi gördüm. Sifəti də göyərmişdi deyə, keçindiyini başa düşdüm. Sonra gəlin məni başa salıb ki, o bura gələndə Leylanı asılı vəziyyətdə görüb və ipi kəsib onu yerə salıbmış…

 Gülbəniz: - Bir dəfə küçədə çığırtı eşidib özümü bayıra atanda gördüm ki, Leyla "Ana, kömək elə, məni dəlixanaya aparırlar" bağıraraq qaçır. Qaynanası və başqa bir cavan qadın da qolundan tutub saxlamağa çalışır. Mən həmin qızdan kim olduğunu soruşdum, dedi Leylanın eltisidir. Məsləhət xatirinə dedim ki, yazıqdır, onu incitməsin, cavab vermədi. Mən də əlüstü gedib bütün bunları Leylanın nənəsinə xəbər verdim…

 Qoşqar (mərhumun xalasının əri): - məni bir sual maraqlandırır: eşitdiyimə görə, bir dəfə Leylanın qayınanası onlara gəlir və uşağı Rusiyaya aparmaq üçün icazə kağızı almaq istəyir. Maraqlısı budur ki, o, özü şikəstdir, əsa ilə gəzir, yaşyarımlıq körpəni xarici ölkəyə necə və niyə aparmaq istəyirdi? Mənə elə gəlir ki, o, uşaqdan canını qurtarmaq istəyirdi - ya onu satacaqdı, ya da nə bilim…

 Bizə başqa qonşular da eşidib-bildiklərindən söz açdılar. Onlardan biri dedi ki, Leylanı 16 yaşında qaçıran Rəmiş əvvəllər onunla mehriban davranıb, bu uşaq dünyaya gələndən sonrakı aylaradək davam edib. Amma Rəmişin üzü qəfil dönüb, Leyla ilə insanlığa sığmayacaq tərzdə davranmağa başlayıb. Onu otaqda tək saxlayıb, özünə isə başqa arvad gətirib. Bu yerdə qonşular ümumiyyətlə Rəmişin arvadbaz olduğunu, amma heç vaxt onlarla nikaha girmədiyini dedilər. Hətta Leyla ilə yaşı tamamlandıqdan sonra nə əcəbsə kəbin kəsdirdiyinə təəccüblənənlər də oldu. Başqa bir qohumu isə dedi: "Anası xəbər göndərmişdi ki, gəlib qızlarını aparsınlar, əks təqdirdə sabah onun ölüsü çıxacaq evdən. Səhər isə qızı küçədə qovaraq tutub dəlixanaya aparmaq faktı yaşanmışdı".

 Mərhumun anası Səltənət xanım bizə onu da dedi ki, Leylanın ömrünün son günlərində Rəmiş uşağı iki gün ardıcıl onların evinin qarşısından keçirib. İki gün uşağını çəpərdən izləyən ana isə üçüncü gün özünü asdı…

Həftə içi

ESMERRi | 24 mart 2016 23:25 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Nərmin.bayram
BÖYÜK  FACİƏDİR ...  AMMAKİ  BAŞA  DÜŞMƏDİMKİ  QIZ  ÖZÜNÜ  NİYƏ  ÖLDÜRÜB
nurlana nurlana | 23 fevral 2015 00:22 | Status: Gümüş user | Şərh: 1 949
Sitat: Nigar
Allah uzaq etsin
SABINA | 2 aprel 2014 14:02 | Status: Professional user | Şərh: 7 410
dehsetdir vallah
Nərmin.bayram | 11 fevral 2014 15:23 | Status: Gümüş user | Şərh: 2 313
BÖYÜK  FACİƏDİR ...  AMMAKİ  BAŞA  DÜŞMƏDİMKİ  QIZ  ÖZÜNÜ  NİYƏ  ÖLDÜRÜB
Nigar | 23 yanvar 2014 13:29 | Status: Gümüş user | Şərh: 6 063
Allah uzaq etsin
anonim86 | 14 yanvar 2014 21:21 | Status: Qonaq | Şərh: 0
dehwetdiiii.heckime gore olmeye deymez.ancaq heyatin insana neler edeceyi hec kime belli deyil.hecvaxt hecvaxt demeyin...
Benay | 28 dekabr 2013 20:15 | Status: Qonaq | Şərh: 0
intihar 1anlıq verilmiş qərardı geri dönənlər 99%peşman olsada təssüf ki dönməyən geridə qoyduqlaqrını düşünmür
luce | 20 dekabr 2013 13:04 | Status: Professional user | Şərh: 2 922
Dehset!!! Allah hec kime gostermesin, metni oxudum pis oldum. Goresen yazilanlar dogrudurmu????


--------------------------------------------------------------------------------



Çox qırılmışam...
"Bağışla" desəydin, başa düşərdim.
beehive | 29 noyabr 2013 11:59 | Status: Şərhçi | Şərh: 331
haber için teşekkürler efendim, saygılar,,,
NURLU | 29 noyabr 2013 08:19 | Status: Professional user | Şərh: 5 552
ALLAH rehmet etsin oxuduqda cox pis oldum.oz canina qiymaq en boyuk gunahdi
Laura81 | 5 noyabr 2013 18:01 | Status: VİP user | Şərh: 1 275
Allah heckime gostermesin amma ne olur olsun Allahin verdiyi cani yalniz Allah ala biler birdeki heckim ucun olmeye deymez hele bu kiwidise qadinin gozunden duwen bir damci yawa deymez kiwilei pis kiwiler
Princess_93 | 12 sentyabr 2013 22:31 | Status: Brilliant user | Şərh: 5 877
Allah rehmet elesin
gul kokusu | 12 sentyabr 2013 21:47 | Status: Gümüş user | Şərh: 1 472
allah rehmet elesin. _define011
tehmin | 29 avqust 2013 19:31 | Status: Şərhçi | Şərh: 311
allah rəhmət eləsin
Rena Alekperova | 6 avqust 2013 19:19 | Status: Qonaq | Şərh: 0
Allah rehmet elesin.Tez aile quran qizlarin aqibeti bele olur. wassat
Feride 18 | 5 iyul 2013 14:16 | Status: VİP user | Şərh: 686
allah rehmet elesin...AMIN.. sad
TOMİRİS | 1 iyun 2013 11:25 | Status: Şərhçi | Şərh: 117
ne ise ALLAH ZULMKARLARIN CEZASINI VERSIN INANA BILMIREM MENIM TORPAGIMDA BELE QEDDAR INSANLAR YETSDIRIR//DAY ERMENILERI NIYE QINAYRIQ BIZ
kukuşka | 28 may 2013 20:19 | Status: Qonaq | Şərh: 0
Leylanın anası qızının taleyinə biganə yanaşıb.
Nazli wirin | 26 may 2013 19:01 | Status: Şərhçi | Şərh: 284
Sitat: Princess_93
Sitat: sabahim
ALLAH GÜNAHINI BAĞIŞLASIN VƏ BAİSLƏRİN CƏZASINI VERSİN.

Amin

Amin
ayda.zade | 23 may 2013 18:57 | Status: VİP user | Şərh: 465
yaziq gerek olmiyeydi amma oldu...ALLAH REHMET ETSIN
ferzane | 23 may 2013 00:56 | Status: VİP user | Şərh: 1 042
ALLAH rehmet etsin oxuduqda cox pis oldum.oz canina qiymaq en boyuk gunahdi,ALLAH weytana lenet etsin.birde ona ezablari yawadan insanlar axir cezalarini cekerler bu dunyada olmasada o dunyada ALLAH cezalarini versin olarin.................
gulumsen | 22 may 2013 19:37 | Status: Şərhçi | Şərh: 330
BIR INSAN OZ CANINDAN NECE OLA BILIR QIYA BILIR MEN BILMIREM.ALLAH WEYTANA NEHLLET ELESIN.
shela | 22 may 2013 14:50 | Status: Gümüş user | Şərh: 2 910
sad yaziq qiz Allah hec kəsi balasindan sinaqa cəkməsin
Aya:)) | 22 may 2013 10:06 | Status: Gümüş user | Şərh: 2 239
Mən bunu qəbul edə bilmirəm.Axı niyə özüvü oldürürsən.
xaqani_1980 | 22 may 2013 08:56 | Status: Şərhçi | Şərh: 206
Allah rəhmət eləsin
munavvar | 22 may 2013 08:53 | Status: Şərhçi | Şərh: 164
dehsetdiyeeeeeeeeee indiki zamanda kim neden bezir o deyqe intahara el atir 1 cisi gunahdir2-cisi sebebini coxu bilmir ki bu neden bas verdi
A.Ayise | 21 may 2013 22:46 | Status: Şərhçi | Şərh: 399
allah o aileye lenet elesin.o qizida rehmet.menim qaynanamda ele bu gundedi ama heleki sebr edirem.erimi mennen dondermeye caliwir.hetda birdefe buna nail olub.ama yenede yoldawim sehvini bawa duwub.menim yanima qayidib.eeh neyse uzun sobetdi.bu qizin heyatini gordum oz derdim yadima duwdu
SHIRIN-SHIPSIRIN. | 21 may 2013 22:31 | Status: Gümüş user | Şərh: 1 347
ALLAH REHMET ELESIN!gerek hec olmasa balasina gore yasayardi,,kim sevecek,kim besleyecek onun balasini anasi kimi????heckimmmm,,,,
Asi90 | 21 may 2013 22:11 | Status: Şərhçi | Şərh: 219
Mecbur olanda insan hersey eleyir.
drop | 21 may 2013 22:09 | Status: Gümüş user | Şərh: 2 448
dehwet.eger dogurdan da qiz ona verilen eziyetden intihar edibse bu iwin sebebkarlari cezasiz qalmaz inwallah.