Layihələr / Qadın taleyi

“Arvadımla heroini uşaqlarımızın gözü önündə vurduğumuzun fərqinə varmırdıq”

Sevinc_Bayramova | 11-04-2013, 20:00
5 138 43

“Arvadımla heroini uşaqlarımızın gözü önündə vurduğumuzun fərqinə varmırdıq”



2010-cu ilin oktyabrında Bakının Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ailə münaqişəsi zəminində baş verən bu qətl hadisəsi beş yaşlı qız və üç yaşlı oğlanın gözü qarşısında törədilib. Xəzər rayon sakini Rövşən Əsədullayev münaqişə zəminində həyat yoldaşı Kəmaləyə 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib, qaynanası Zərxanımı isə döş qəfəsindən bir neçə bıçaq zərbəsi vuraraq ağır yaralayıb. O, daha sonra özünü öldürmək məqsədi ilə arvadını öldürdüyü bıçaqla damarını kəsərək intihar etmək istəyib, lakin bu məqsədinə nail ola bilməyib.

AzadQadin.az sizə uşaqlarının gözü qarşısında bu qətli tərədən Rövşən Əsədullayevin barəsində olan cinayət işini təqdim edir. 

 



 

2004-cü ildə Rövşənlə Kəmalə ailə qururlar. Bu izdivacdan onların iki uşağı olur. Maddi çətinlik çəkdiyindən kirayə pulunu ödəyə bilməyən Rövşənə qayınatası həyətyanı sahə verir. Rövşən burda ev tikir. Lakin ailə daxilində münasibətlər yaxşılaşmaq əvəzinə daha da gərginləşir. Buna səbəb ər və arvadın hər ikisinin narkotik aludəçisi olması idi...

 


 


 

"Yoldaşım da, mən də heroin vururduq...” 

 


 

Belə ki, Kamələnin iki qardaşı narkotik alverindən həbs olunmuşdu. Onlar həm narkotik alverçisi, həm də istifadəçisi idilər. Qardaşların həbsindən sonra evdə qalan heroini Zərxanım qızı Kəmalə vasitəsi ilə satışa çıxarmaq istəyir. Lakin Rövşən buna qarşı çıxır. Çünki o, Kəmalənin də qardaşları kimi həbs olunacağından qorxurdu. Evdə hər zaman heroinin olması Kamalədə də onlardan istifadə marağını artırmışdı. Kamalə narkotik vasitəni qəbul edir və eyni zamanda yoldaşı Rövşənə də həmin narkotik vasitədən gətirirdi. Ər və arvad həmin heroini inyeksiya yolu ilə qəbul edirlər, yəni damarlarına vururlar. Rövşən sonradan istintaqa ifadəsində heroini suda qaynatdığını və damarına vurduğunu söyləyir: "Yoldaşım da, mən də heroin vururduq. Bəzən elə vaxtlarımız olurdu ki, heroini uşaqların gözü qabağında vurduğumuzun belə fərqinə varmırdıq. Artıq narkotiksiz qala bilmirdik”.

 


 


"Qaynanam arvadımı məcbur edirdi ki, heroini satsın” 
 

Zərxanım evdə olan heroini satmaq üçün Kəmaləyə verir. Kəmalə də Rövşəndən xəbərsiz heroni satmağa başlayır. Bundan xəbər tutan Rövşənlə Kəmalə arasında dava-qırğın başlayır. Rövşənin Kəmaləyə mane olduğunu görən Zərxanım Rövşəndən qurtulmağın yollarını fikirləşir. Sonda o, belə qərara gəlir ki, Kəmalənin rahat narkotik alveri eləməsi üçün Rövşənin həbsdə olması daha məqsədəuyğundur. Belə ki, o, Kəmaləyə saxta pul verərək onları Rövşənə verməsini və Rövşənin həmin pulu xırdalayan zaman polis tərəfindən həbs olunacağını fikirləşir. Kəmalə də anası ilə razılaşır. Lakin Rövşən bunlardan xəbər tutur. Qaynanasıgilə gedərək Kəmalənin narkotik satmağa məcbur etməyə son qoymasını tələb edir. Zərxanımgildə mübahisə edən Rövşəni Kəmalə sakitləşdirərək evə gətirir. Evdə isə Rövşənlə Kəmalə arasında dava başlayır. Kəmalə Rövşənin maddi vəziyyətinin pis olmasını səbəb gətirərək narkotik satışına davam edəcəyini bildirir. Bu, Rövşənin qəzəbini artırır. Aralarındakı mübahisə daha da qızışır. Səs küyə gələn uşaqların gözü qabağında Rövşən mətbəx bıçağı ilə Kəmaləyə zərbələr endirməyə başlayır. Aldığı ağır zərbələrdən qadın qanlar içində yerə sərilir. 17 bıçaq zərbəsi alan Kəmalə yerindəcə keçinir. 


Kəmalənin öldüyünü görən Rövşən qaynanası Zərxanımı öldürmək qərarına gəlir. O, eyni həyətdə yaşayan Zərxanımı görərək üstünə cumur və bir neçə bıçaq zərbəsi endirir. Zərxanım huşunu itirərək yerə yıxılır. Rövşən Zərxanımın da öldüyünü fikirləşib daha sonra özünü öldürmək qərarına gəlir. O, arvadını qətlə yetirdiyi bıçaqla damarlarını kəsir.


Beş yaşlı qız sayəsində həyatları "qurtulan” ata və nənə

Bu zaman hadisələrin şahidi beş yaşlı qız dərhal qonşuya gedərək "atam anamı və nənəmi öldürüb, təcili yardım çağırın” deyir. Qonşu beş yaşlı uşağın sözlərinə inanmasa da, dərhal hadisə yerinə gəlir. Bütün bunlardan dəhşətə gələn qonşu hadisə yerinə polis və təcili yardım çağırır. Hadisə yerinə gələn təcili yardım yaralı olan Zərxanımı və damarlarını doğrayan Rövşəni xəstəxanaya aparır. Onların hər ikisinin həyatını xilas etmək mümkün olur.


Baş vermiş cinayət işi ilə əlaqədar Rövşən barəsində cinayət işi başlanır. O, cinayət məsuliyyətinə cəlb olunur. İbtidai və məhkəmə istintaqı zamanı Rövşən törətdiyi cinayəti etiraf edərək bu hadisənin baş verməsinin əsas səbəbi kimi qaynanası Zərxanımı göstərir. Lakin aparılan istintaqla Zərxanımı cinayət məsuliyyətinə cəlb etmək üçün heç bir sübut tapılmır.

Rövşən Əsədullayev barəsində olan cinayət işinə Bakı Ağır Cəza Məhkəməsində baxılır. Məhkəmənin hökmü ilə Rövşən 14 il müddətinə azadlıqdan məhrum edilir. 


9 ay sonra gerçəkləşən intihar 

Rövşən arvadını öldürdükdən sonra özünü də öldürmək istəsə də buna nail ola bilməmişdi. Lakin düz 9 ay sonra, yəni bu günlərdə bu istəyinə nail olub: cəza çəkdiyi müəssisənin hamamında özünü dəmir borudan asaraq intihar edib. 

İndi iki azyaşlı uşaq yetim qalıb: atasının anasını öldürdüyü səhnəni görən körpələr...

ESMERRi | 12 fevral 2016 19:05 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Narin-Ulker
ALLAH ADAMIN OLENE KIMI AQLINI BAWINDAN ALMASIN
Narin-Ulker | 1 avqust 2014 16:21 | Status: Gümüş user | Şərh: 2 747
ALLAH ADAMIN OLENE KIMI AQLINI BAWINDAN ALMASIN
N....N92 | 14 iyul 2014 20:54 | Status: Professional user | Şərh: 4 351
Allah uzaq etsin bizlerden
Nigar | 5 fevral 2014 20:38 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler xebere gore
sebiw21 | 21 avqust 2013 16:49 | Status: VİP user | Şərh: 526
ay ALLAH oxudum dehwete geldim....
Feride 18 | 5 iyul 2013 16:19 | Status: VİP user | Şərh: 686
Bu nedi bele. Evde hem ata hem de ana narkotik bagimlisidi..Vallah ne deyim .Olan usaqlara oldu.
bicirik | 12 iyun 2013 13:46 | Status: Qonaq | Şərh: 0
dehsetdir dehset
seva85 | 18 may 2013 10:44 | Status: Gümüş user | Şərh: 2 045
dehwete geldim oxuyub,yaziq usaqlar nece olacaq hec fikirlesmeyibler insafsizlar
Billurə | 17 may 2013 16:03 | Status: Professional user | Şərh: 4 892
Rebbim sen bele insanlara baxib gulursen?? mence hee ne qeder agilsizliiq etdiklerini gorende senide gulmek tutur)
Sekine Hesen | 14 aprel 2013 00:39 | Status: Gümüş user | Şərh: 3 112

sadece dehwet

Gunel | 13 aprel 2013 23:08 | Status: Professional user | Şərh: 4 087

Heder yerede hemishe korpeler qalir yetim...Dehshetdir.Camaat hansi agliyla hereket edirki anlamiram hec cur yeni hecmi bunlarin icerisinde Allah qorxusu yoxdur(

ayruska | 13 aprel 2013 20:18 | Status: Professional user | Şərh: 3 978

Allah ozu komek olsun o balalara amin...

ruzgargulum | 13 aprel 2013 20:08 | Status: Brilliant user | Şərh: 2 493

dehestdiyeeee

Meqa | 13 aprel 2013 11:40 | Status: Professional user | Şərh: 2 077

dehsetdir dehset 

zoluwka | 13 aprel 2013 02:23 | Status: Professional user | Şərh: 3 172

Esrin faciesi belasidi narkotik.

tenhaqiz | 13 aprel 2013 01:54 | Status: VİP user | Şərh: 477

Yaziq usaqlar..Onlarin ne gunahi var? n27

gulumsen | 13 aprel 2013 00:00 | Status: Şərhçi | Şərh: 330

bir bu qalmiwdi.

TATLI GUZEL | 12 aprel 2013 18:44 | Status: Professional user | Şərh: 5 781

Aaaaa bele shey olar?!!!!!

RaySum | 12 aprel 2013 18:27 | Status: Professional user | Şərh: 2 594

aa bele wey olar...hec tam oxumadim

Aytekin82 | 12 aprel 2013 16:17 | Status: Brilliant user | Şərh: 6 586

Haa dedim oxumayim(((((((((((((((((((((

 Offf yaaaa((((((((((((((((((

Lumia | 12 aprel 2013 14:02 | Status: Professional user | Şərh: 5 378

Dehset....Ele gerek qaynana da oleydi kaftar,camaatin heyatini zeherleyirmis narkotik satmaqla.Nahaq hebs etmeyibler.Imkanin yoxdu get kuce supur daha bu iyrenc ise ne qosulmusan?Olan da o korpelere oldu.

Gulnare4 | 12 aprel 2013 12:26 | Status: Gümüş user | Şərh: 1 255

n30

Damla | 12 aprel 2013 12:22 | Status: Brilliant user | Şərh: 7 177

dehwet....

Meh_man | 12 aprel 2013 12:16 | Status: Şərhçi | Şərh: 362

narkotika ile yixacaqlar milleti

Nigar. | 12 aprel 2013 12:05 | Status: Şərhçi | Şərh: 413

Sitat: sheh
u narkotika hele cox evler yixacaq

RAZIYAM

sheh | 12 aprel 2013 08:26 | Status: Yazar | Şərh: 3 353

bu narkotika hele cox evler yixacaq

rosee | 12 aprel 2013 00:12 | Status: Professional user | Şərh: 1 850

dehset

B_R | 11 aprel 2013 23:58 | Status: VİP user | Şərh: 971

vay vay ALLAH ozu qorusun

xosbext qadin | 11 aprel 2013 23:50 | Status: Şərhçi | Şərh: 434

bu xeberi men bir nece ay bundan qabaq oxumusdum,ALLAH komeyleri olsun...

Leyla. | 11 aprel 2013 23:50 | Status: Professional user | Şərh: 2 597

DEHSETDI NARKOTIK COXLARININ EVINI YIXIB ALLAH USAQLARA KOMEK OLSUN.