Layihələr / Qadın taleyi

Ərim puldan ötəri məni yad kişiylə qalmağa məcbur edir!

Sevinc_Bayramova | 1-03-2013, 21:00
26 082 79

 

Qarşılaşdığım bir hadisəni,bir qadın taleyini hekayə şəklində sizə təqdim edirəm.Qadının sözlərini eyni ilə yazdığım üçün bəzi ifadələrə görə üzürlü hesab edin.
 
Ərim puldan ötəri məni yad kişiylə qalmağa məcbur edir!
 
Dünən səhər saat 09:00-da evdən çıxıb işə gedirdim.Qonşu blokda olan bir gəlinin avtobusa doğru getdiyini gördüm.Lakin avtobusa minmək istəyərkən vazkeçdi və əlini gödəkçəsinin cibinə qoyub tələsik-tələsik getdiyi gördüm.Məndə öz-özümə dedim ki,ağılsıza bax avtobus biraz gəlgiyəcək deyə minmədi ki,guya taksiylə gedəcək.Bizim binanın önünə gələn avtobus həmişə 10 dəqiqə ərzində gözləyir çünki 5 ədəd 5 mərtəbəli binadır insanlar 5-ci mərtəbədən enincə gecikməsin deyə avtobusa.Sonra gördüm ki,bu gəlin binanın baş tərəfindəki səhər işə getmək istəyən kişi toplusunun içindən loru dildə desək yarıb keçdi.Mənim də acığım tutdu ki,həmin gəlinin əri də binanın önündə dayanıb heçnə demədi bu vəziyyətə.Siqaret çəkirdi.Sonra bu gəlinin ərinin qaçaraq arvadının arxasınca getdiyini gördüm.O an vəziyyəti təxmin etdim.Bu gəlin evdən qaçır elə ərindən də.Ona görə də əri bunu yaxalamasın deyə avtobusa minməyib qaçır.Birdə gördüm ki,əri qışqırır bu gəlinin adını ki,dayan.Birdən gəlinin daha sürətli qaçdığını gördüm.Ardından gəlin ərinə yüksək səslə "Nə var nədir?Onsuzda gedirəm çağırma” dedi.Əri isə dayan deyirəm sənə də dayan bir görüm.Bunların söhbətinin nə olduğunu axırının necə olduğunu bilmədim çünki işə getdim.

 

 

Səhəri gün bacımla, bacımın rəfiqəsinin uşağına ad günü hədiyyəsi almaq üçün işdən icazə aldım avtobusda idim bacım biraz gecikirdi.Elə avtobusa minən kimi bu gəlinin mənə gülmsəyərək salam verdiyini gördüm və bu əla oldu.Öndə isə bir kişi əyləşmişdi.Kim olduğunu bilmədim.Hərkimdirsə qonşudur dedim.Qulağında qulaqcıq avtousda radioda xəbərlər gedir dinləmir də. Bu gəlinin əyləşdiyi oturacağın arxasındakı oturacaqda əyləşdim və asdaca söhbətə başladım.Öndəkinin kim olduğunu bilmirdim oturacaq hündür idi deyə.

 

Sevinc:

 

-Sən Tanya xalanın gəlinisən hə?(Guya bilmirəm kimi sualı verdim halbuki bilirəm)

 

-Hə!

 

Sevinc:

 

-Adın nədir?

 

-Gülminaz.

 

-Təxmin elədim sən həmişə Tanya xalanın digər 2 gəlini ilə gəzirsən və bir dəfə alış-verişdən dönəndə qardaşım demişdi çünki kim olduğunu bilmirdim.

 

-Hə elədir.

 

Sevinc:

 

-Dünən deyəsən küsmüşdün,xətrinə dəymişdilər,nədən incimişdin?(gülümsəyərək soruçdum ki,inciməsin)

 

-Nə vaxt?Hə dünən səhər mən qaçanda deyirsən yoldaşım arxamca gələndə?Hə elədir.Əşiii nə olsun?Hə əsəblərimi tamamən oynatmışdı  yoldaşım.Bilirsən artıq cana gəlmişəm.Allaha and olsun, dünən dayanmadım haaa...Çıxıb getdim.O da zəng vurub böyük qaynıma, o gəldi danışdıq başa saldı ki, olmaz da əşii bir qələtdir eləyib 3 uşağınız var, sən onları düşün.Onların xatirinə dön, gəl.Yoxsa Vallah dönəsi deyildim.Dedim, cəhənnəmə kimi getsin böyütsün ,dönmürəm.Amma sonra nə bilim ee... ürəyim dözmədi döndüm ,gəldim.Yoxsa Allaha and olsun, gedib səhəri günü Məhkəməyə verib boşanıb canımı qurtaracaqdım bundan.Canı çıxsın özü bilərdi gerisini.Nə bilimee beləsiylə yola getmək də olmur.Yaşamaq olmur bunun kimisiylə.Tamamən məhv olmuşam mənəvi də fiziki də.Elə boğuluram ki,psix olmaq dərəcəsinə çatmışam.

 

Sevinc:

 

-Aaaa niyə?Nə baş vermişdi ki,axı dünən?Bir başa sal görüm.

 

-Nə olsun ay qız bunu Allah vursun bir qırılmışı var harın kişi gətirib evə qalır bizdə.Öz qohumudur evdən acıq eləyib gəlib, atıb arvad uşağını.

 

Sevinc:

 

-Necə yəni?Niyə sizdə qalır ki?Ailəsini niyə atıb ki?

 

-Allah canın almış gəlib burda iş tapıb, işləyir deyə burda qalmalıdır kirayə ev lazımdır ,ərim də bizə gətirib.Ərim hər gün evdən saat 6-da çıxır gedir, guya işə, hardasa gününə pul qazanır o da canı çıxmış orda burda veyillənir gələndə də iş yoxdur deyir.Bu qohumu da səhər gec gedir işə kefinə gələndə, özüdə harın kişidir ,şorgözdür.Mən də evdə tək qalıram.Cavan gəlinəm.Mənim belə 3 uşaq anası olmağıma baxma, mən səninlə eyni yaşda olaram.Ərimi tanıyırsan da Samirdir.Onunla eyni yaşdayıq.Tez ərə getmişəm deyə 3 uşağım var.Bu vurulmuşun mənə çəkdirdiklərinin ucbatından bu cür yaşlanmışam.

 

Sevinc:

 

-Aha,hə bilirəm Samir mənim ortancıl bacımla bir sinifdə oxuyub.Bacımla biz məktəbdə oxuyurduq sənin yoldaşın 9-cu sinifdən çıxmışdı.Və ailə qurmuşdu.Bilirəm ki,yaşca balacasan məndən 2 yaş.

 

-Hə dəəə…Ərim gedir işə uşaqlar balaca, yatırlar.İşlərimi görürəm.Qadın xeylağıyam hamama girmək istəyirəm, tualetə girməliyəm.Qorxuram bu kişi evdədir deyə nə hamama nə tualetə girə bilmirəm.İnan ki,uşağımı da tualetə apara bilmirəm ya

 

da hamama keçib əlimi yuya bilmirəm qorxuram.Yeyir içir yatı,r kefiylə işə gedir.Baxma da cavan gəlinəm qorxuram nə olsun ki,deyək bu heçnə eləmədi mənə ata qardaş kimi oldu amma camaat var axı söz çıxaracaqlar adıma ki,Gülminaz evdə əri yoxdur yad kişiylə qalır.Daha deməyəcəklər ki,ərimin uru-turuğudur bu kişi.

 

Sevinc:

 

-Axı harda işləyir?Nə işləyir?Bizim şirkətdə işləyənlərin kənardan gələnlərin əksəriyyəti bu binalarda qalır.Bizim şirkətdə işləyir?

 

-Yoxee bu yeni x ……..x tikmirlər orda işləyir vurulmuş.Oranı da bilirsən də havaya görə gah iş olur gah yox.Buda çox vaxt evdə qalır fəhlədir də,ona görə.

 

Sevinc:

 

-Hə bildim də bəs niyə sizdə qalır axı kirayə o qədər ev var, lap istəsə elə həmin şirkətin verdiyi qalacaq yerlərində qalar gəlməsin də?

 

-Mən də bu başına daş düşmüş ərimə onu deyirəm də ki,Tanya mamagilin evi 3 otaqdır anan tək yaşayır deyirəm getsin orda qalsın camaat  sabah söz edəcək.Üstəlik  qorxuram.Amma ərim deyir ki,yox olmaz.Çünki,o bizdə qalır, nə olsun qohumdur ,kirayə ödəyir.Yeməyin içməyin pulunu da ayrıca ödəyir.Mən də işsizəm, mənə pul lazımdır.Sən də işləmirsən.Pula görə o kişiylə eyni evdə hər nə olursa olsun qalmağa yaşamağa məcbursan.Ya o kişiylə eyni evdə qal mənə hər ay pul gəlsin ondan ,ya da canın çıxsın işlə pul qazan mənə ver dolandırım sizi.

 

Sevinc:

 

-…….susdum.Ağlamaq tutdu məni.Boğula-boğula danışdım:

 

-Siz özünüz birtəhər yaşayırsınız o evdə çətinliklə dolanırsınız.Hər söylədiyində haqlısan, niyə gedib Tanya xalanın evində qalmır qaynananla danış de ki sizdə qalsın ,sən bizdə kirayəni də yarı bölək yada sən təkcə dolana bilirsən həm pensiyə həm də işləyirsən.Kirayə bizim olsun.Mən sənə baxaram de qal bizdə.

 

-Bu canı çıxmış qoymurda məni puldan ötəri yad kişiylə nolsun onun qohumdur mənim ki,qohumum deyil bir evdə qoyur gedir.Sən işləyirsən hə?Harda işləyirsən?Nə işləyirsən?

 

Sevinc

 

-Aha işləyirəm.Filan yerdə,filan vəzifədə.

 

-Sizdə iş olmaz hə?Mən iş axtarıram da ona görə.

 

Sevinc:

 

- Bizim şirkəti bilirsən də orda sənə görə çətin ki,ola çox təssüf edirəm qurban olum incimə.

 

-Yoxee niyə inciyim ki,sadəcə mənə iş lazımdır bəlkə şəhərin harasındasa biləsən?

 

Sevinc:

 

-İnan ki,maraqlanmamışam işdən vaxtım olmur.Amma maraqlanaram

 

-Yox bəlkə dedim evinizdə söhbət gedə ki,hardasa iş yeri var,işçi axtarırlar.Bilirsən mən əslində işləyirdim ərim məni işdən çıxartdı, indi də işlə, deyir.

 

Sevinc:

 

-Vallah, bizdə evdə çölün söhbəti getmir ona görə də yox.Yoldaşın niyə belə edir?Niyə dedi çıx?Aaa öncə deyir işləmə sonar deyir işlə pul qazan ,ver mənə.Doğurdan sən bəlkə iş tapasan onda ərindən o kişini evdən göndərməyi tələb edərsən.

 

-Hə də elə indi ona gedirəm.İş axtamağa.Daha öncə dedi ki,işlə mağazaya işə düzəldim 3-5 gün işlədim dedi ki,çıx işləmə.Ondan sonra dava saldı ki,bütün günü evdəsən işlə də,işə girdim yenə dedi çıx.Dünən də bilirsən də hava yağış yağdı iş yox idi o harın kişi də işə getməmişdi elə mənim səy ərim də.Bu başladı ki,heç ölmürsən bir yerdə düzgün işləmirsən işə girib çıxırsan gündə-gündə.Məndə dedim ki,bəs mən sənə sən məni hər dəfə işdən çıxmağa məcbur edəndə nə deyirdim etmə, camaat nə deyər demirdim?Deyəcəklər Gülminaz 3-5 gün bir yerdə işləyir qovurlar.Daha deməyəcəklər ki,sən çıxardırsan.İmkan ver də işləyim güc bəlayla iş tapıram sən də qoymursan burnumdan tökürsən qazancım da olmur.Mənə dedi ki, görürsən iş tapmaq çətindir məcbursan qohumumla eyni evdə yaşamağa o kirayəçi sən ev sahibi.Alışmalısan buna.Məndə lap əsəsbləşdim dalaşdıq evdən çıxıdım.Binanın önündə məni avtobusda yaxalayacaq deyə minmədim qaçdım.

 

-Bəs nə işi axtarırsan hardan iş tapacaqsan.Gedirik də görək şəhərdə düşüb ,qapı-qapı obyektləri gəzəcəm.Filan yeri istəmişdim dedilər boş yer yoxdur.

 

Sevinc:

 

-Vallah bura kiçik yerdir deyə iş yeri də azdır.Ancaq yeni açılan yerlərdə bəlkə iş ola.Nə işi istəyirsən?

 

-Nə bilim xadimə satıcı və bu kimi bənzər işlər.

 

Sevinc:

 

-Yeni filan Otel açıldı bəlkə orda olar.Həm maaşı da yüksəkdir.Xadimə,paltaryuyan və s.getmisən heç ora?Burda qonşulardan o sistemdə işləyənlər var soruş, iş yeri varsa get də.

 

-Ora hardadır?

 

Sevinc:

 

-Mərkəzdə filan banklar var o filan sığortanın yanında ora get.Güvənliyə de ki, iş üçün gəlmişəm kadr şöbəsi, yəni işə götürəna müraciət et, bəlkə şansına olar, olmasa digər Otellərə bax.

 

-Hara olursa olsun.Adamın gözü ancaq ayağının altını görəndən sonra Oteldə işləyər namusuyla.

 

Avtobus sürücüsü öndə oturanda dediki;-Alə,sən nöş səhər pul vermədən düşdün?Bu avtobsuduree qardaş şəhəraarsıdır pul yazır.Biz hər gün axşam haqq- hesab veririk.Kişi ol düşəndə pul ver.20 qəpik nədir onu da avtobusa verə bilmirsən.

 

Bacım gəldi.Mənə yavaşca pıçıldadı bu gözəl kimdir belə?Yəni bizim binada belə gözəl gəlinlər var?Bacıma dirsəyimlə vurdum.

 

Yolda avtobusun dayandığını gördüm əks tərəfə bir qadın gedirdi.Öndə əyləşən kişi qapını açdı və qışqırmağa başladı:

 

-Azzz hara gedirsən hıyy,nə itin azı burda?Hara ... bu yağışda ,bu leysanı görmürsən?

 

Qadının səsi zəif idi eşidə bilmədim nə dediyini.Ardından öndəki kişi davam elədi

 

-Diii cəhənnəm ol get gəlirk.Evdə heç kim yoxdur onsuz da.Uşaqlar da baxçadadır.Rədd ol.

 

Qapını bağladı avtobus yola davam elədi.Və kişi başladı sürücü ilə söhbətə:

 

-Sən öl özüm ölüm kefdiyee bunlar bu vaxtı bu yağışda piyada o boydana yolu basıb gəlir,hə, nə var?

 

Ardından qonşu Nicat yüksək səslə dedi:

 

-Sağ ollee özüm ölüm sənə halaldı mən səndən qorxdum.Bir adam ki,öz qayınanasına belə it,rədd ol sözü deyirsə halaldı Vallah.Taaa mənim sənə sözüm yoxdur.

 

Qəhqəhə ilə güldü…

 

- Əəə düz demirəm?-yenə güldü.

 

-Camaat öz anasına belə demir qorxudan, sən heç qayınanandan qorxmursanki.Arvadınla da beləsənsə qayınanan kimi ,arvadın da səndən qorxub susursa daha heçnə də.

 

Nicat bizə ailəcə yaxındır böyük qardaşım sayılır.Üzünə tərs-tərs baxdım və dedim:

 

-İstər anası istərsə də qayınanası, belə  söz deməyə haqqı yoxdur.

 

Nicat susdu rəngi qaraldı hiss etdim ki,utandı.

 

Gəlin yolda birdaha ünvanı soruçanda bacım nə ünvanıdır ki, nə olub dedi?Heçnə dedim.Banka çatanda elə gəlinin də qapı qonşusu olan Nicat avtobusa dediki filan bankın önündə saxla düşüm pul alacam.

 

Gəlin birdə gördüm ki,yüksək səslə öndə əyləşən kişiyə dediki;

 

-Samir ədə ,düş də burda düşüməyək?

 

Öndən arxaya dönən bayaqdan mənim tanımadığım kişi sən demə bunun əriyimiş.Qulağında qulaqcıq var elə geyinib ki,oturacaq hündür olduğu üçün tanımadım.Buna görə də gəlin asta danışırmış.

 

Əri cavab verdi ki, yox lap şəhərin başında düşək gəzə-gəzə gələk harda iş olsa ora qədər gəzək.

 

Avtobusdan enən qonşu Nicat pul çıxartdı dedi ki,6 nəfər oldu burda yaxın qonşu 5 nəfərin pulu bu olsun 1 manat ,20 qəpik də Samir sən verərsən də.

 

Avtobus sürücsü də dedi ki,-Samirin hələ səhər də 20 qəpik borcu var.Hamı gülüşdü.

 

Biz bacımla mərkəzdə endik.Ər-arvad hara getdilər bilmədim sonu necə oldu bilmədim.

 

Sabahı gün işə gedərkən avtobusda oturmuşdum.Tanya xalanın digər bir gəlini öz balaca oğlu ilə avtobusa mindi.Bacım da mənimlə birlikdə idi kitabxanaya gedirdi.Mən dedim ki,avtobus sürücüsünə gedə bilərik işə gecikirik?Avtobusdakı gəlin dedi:

 

-Yox gözləyin Gülü gəlir.

 

Sevinc:

 

-Gülminaz axı getdi minmədi avtobusa.

 

-Yox Gülminaz mağazaya girdi indi gələcək birlikdə şəhər mərkəzinə gedəcik işlə bağlı.Ona görə bilirəm ki,getməz mütləq mağazadadır gələcək 2 dəqiqə gözləyək.

 

Sevinc:

 

-Baxın yoldaşı ordadır pəncərəni açıb yoldaşından soruçun da, gec gələcək?

 

Yoldaşı binanı önündə daynmışdı əlində telefon vardı ,telefonda nəsə edirdi.

 

-Yox əşi soruçmağa dəymir üzünü şeytan görsün.Qaynımdır amma deməyə məcburam.

 

Gülminaz gəldi avtobusun yanından keçdi getdi evə doğru.

 

Sevinc:

 

-Gülminaz sizin eltiniz getmir axı , baxın keçib gedir, çağırın da.

 

Gülminaz üzündəki əsəbi və xəcalət dolu ifadə ilə və tələsərək ərinə tərəf getdi.Əlində qara kent siqareti vardı,arvadının gəldiyini görən Samir ona tərəf tələsik addımlar atdı.Gülminaz əlindəki siqareti ərinə uzatı və nəsə deyib doluxsunmuş bir halda avtobusa mindi.Fikirli idi.

 

Eltisi nə olduğunu soruşdu.

 

-Heçnə, nə olsun,bu başına daş düşmüşdürdəə.Görmürsən səhər tezdən yuxudan durandan mənə tutub durub ki,get mənə siqaret al.Bu qaça -qaçda  elə bil vacibdir.Görmür ki,bu itdən ötri iş axtarmağa gedirəm?

 

Gülminazın dünən əri ilə iş axtarmaq üçün getdiyi o bütün günü gəzdiklərinin nəticəsiz qaldığını anladım.İndi də eltisi ilə təkarar iş üçün getdiyini anladım

 

-Niyə özü gedib almir?Telefonda oyun oynadığına getsin alsın da

 

-Hə canı üçün, alacaq ,guya elə buna verən var.Bəs sən bilmirsən o qədər bu binaların ətrafındakı mağazalara borc eləyib, aldadıb, verməyib,o qədər boru var ki,bir zəhər siqret nədir onu da daha bu itə vermilər.Zəhər-zakkumu olsun İnşaallah.Buna heç kim heç nə vermir, yalançı olduğu üçün.Mənə deyir ki,get yeni açılan marketə orda satıcı qadındır, düzdür qonşud,amma özü öz işini bili də, bilirki buna verməyəcəklər ,mənə yalandan deyir ki,sən get al mən utanıram qadından siqret almağa.Mən də guya bilmirəm ki,dedim get o biri kişilər olan marketlərdən al.Üzünə vurdum ki,sənə heçkim vermir.Məni də öz gününə salma.Getdim Nabat xalanı da bilmirsən mağazaya girən kimi başlayır tutur söhbətə b.Mən də utanırdım deyəm ki,siqaret ver bizim bu başına daş düşmüşə.Bilmirdim söhbəti necə açım utanırdım,adama nə deyərlər ərinə siqaret alır arvad.Kişi deyiləm ki, girən kimi deyim mənə siqaret ver.Birtəhər elədim yaxşı ki bu avtobus var bunun getməyini bəhanə eləyib tez mənə bir siqaret ver dedim və alıb çıxdım.Allah bunu yerə soxsun, xəcalətdən ölüb yerə girdim.İndi arxamca kişi bir arvada baxa bilmir arvad buna siqaret alır deyirlər.

 

Sonra başladılar başqa söhbətə hardansa zəng gəlməlidir telefon sönülü idi onu açdılar və.s Bu insanların taleyinin sonu necə olacaq bilmirəm.Nəsə yaxşı bir irəliləyiş olsa sizə şad xəbər yazacam.Ümidvaram ki, pis davam etdiyini deyil bir sonrakı dəfə yaxşı davamiyyətini sizlərlə paylaşaram

 

Qeyd:Xanıma ailə,həyat və haqqında biraz söhbət eldim o gün.Düzdür yaşca məndən 2 yaş böyük olsa da ağıl yaşda deyil ,başdadır deyib atalarımız.Söhbət elədim dinlədi.İnşaallah bir xeyri olar.Və ən əsası azadqadin.az haqqında dedim ki,sənin dərdindən problemindən də çox olan qadınlar var orda.Sənin bu vəziyyətini yazsam sənin üçün problem olmaz ki?İstəyirsən orda qeyd edim bu halı bəlkə kimdənsə nəsə ağıllı fikir çıxar necə deyərlər ağıl-ağıldan üstündür.Gülümsədim.Xanım isə cavabında;

 

-Niyə də yox.Qoy hərkəs bilsin ki,kişilər necə əclafıdr.Qoy kişilər bilsin ki,onların dinləmək başa düşmək istəmədikləri qadınların onlara demək istədikləri sözləri necə də vacibdir.Əksər kişilər ərlər öz arvadlarına qulaq asmaq istəmirlər amma biz qadınlar heç vaxt kişilərə boş-boş söhbətlr etmirik, nəsə lazımdır ki,deyirik.Nolar bir dəfə bizi dinləsəniz?!Ay kişilər pula görə arvadınızı qurban verməyin.Bizi dinləyin sizə başa salaq nə demək istədiyimizi onda bəlkə bizi anlayarsanız...




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.

  1. Janna_1994 | 13 sentyabr 2016 21:28 | Status: Şərhçi | Şərh: 501
    Allah komeyi olsun
  2. ESMERRi | 18 fevral 2016 06:16 | Status: Brilliant user | Şərh: 5 395
    Sitat: NURLU
    oxudum sadece bunu deye bilerem Allah kömək olsun
  3. NURLU | 18 iyun 2013 11:52 | Status: Professional user | Şərh: 5 557
    oxudum sadece bunu deye bilerem Allah kömək olsun
  4. TOMİRİS | 1 iyun 2013 11:15 | Status: Şərhçi | Şərh: 118
    mencede kisi aile bascisi arxa dayaq guvenilecek biri namus qoruyucusu sayilir day evin kisisi siz sayilirsinizda xanim eledi day cixin gedin isleyin usaqlarida ozunuz saxlayn da bu murdar olmusun qabaginda niye ezilir ve sizialcatmagina yol verirsinizki
  5. ayruska | 26 aprel 2013 17:40 | Status: Professional user | Şərh: 3 979
    neyse bele kiside var
  6. gunel 8888 | 15 mart 2013 16:31 | Status: Qonaq | Şərh: 0
    Vetenperver,heyatda hersey olur n11
    Vetenperver,
    Vetenperver,
    Vetenperver,
    Vetenperver,
    Vetenperver,
    Vetenperver,
    Vetenperver,
    Vetenperver,
    Vetenperver,
  7. Qanad | 15 mart 2013 14:46 | Status: Yazar | Şərh: 4 358
    bele kisiler de varmisssssss allah belesinden saxlasin
  8. seven urey | 15 mart 2013 10:05 | Status: Şərhçi | Şərh: 407
    sozun duzu basinan maraqla oxudum ortalarina geldim dedimi axirina baxim gorum ne qeder qalub sora hovselem catmadi
  9. KAMA88 | 12 mart 2013 19:15 | Status: Şərhçi | Şərh: 351
    n8
  10. Vetenperver | 12 mart 2013 11:19 | Status: Professional user | Şərh: 6 703
    Sitat: askimm
    BUTU KIWILER BELEDIR

    Yaxşı qızlar bütün kişiləri tanımaz.
  11. Sevinc_Bayramova | 12 mart 2013 11:14 | Status: Yazar | Şərh: 798
    BU XƏBƏRİN MÜƏLLİFİ KİMİ SİZƏ SONUCU YAZACAM DEMİŞDİM.ÇOX TƏSSÜF Kİ,XANIM HEÇ CÜR İŞ TAPA BİLMİR VƏ MƏCBURƏN YAD KİŞİYLƏ YAŞAMAĞA MƏCBUR OLUB LAKİN ƏRİ İŞƏ GEDƏN KİMİ ELTİSİ YƏNİ QAYNI ARVADI GƏLİB ONLARDA QALIR.
  12. muezzeme | 12 mart 2013 09:08 | Status: Qonaq | Şərh: 0
    bele kisiler ozlerine yubka alib geyinsinler. ay xanim atan anan yoxdu derdini demeye 1 adam yoxdu gelsin erive heyati basa salsin. o kisini ciraram ee elime vereler.
  13. zoluwka | 12 mart 2013 03:22 | Status: Professional user | Şərh: 3 172
    Sitat: askimm

    BUTU KIWILER BELEDIR

    butun kiwiler yox gozelim bezi kiwiler
  14. Inci deniz | 8 mart 2013 22:09 | Status: Yazar | Şərh: 2 380
    Artiq hec neye teecublenmirem.
  15. resulov | 8 mart 2013 12:21 | Status: Qonaq | Şərh: 0
    keyf ele heele heyatin qabagdadi
  16. yarali melek | 8 mart 2013 00:28 | Status: Qonaq | Şərh: 0
    of sebrim catmadi axira kimi oxumaga
  17. Elnare166 | 7 mart 2013 10:43 | Status: Şərhçi | Şərh: 150
    bu kisiden er olmaz aile bascisi olmaz tupurum onun kisiliyine ki hansisa caqal kisini pula gore getirib evinde arvadinin yaninda saxlayir ar olsun bele insanlara.men olsam cetinde olsa usaqlarimida goturub gederem bosanaram.
  18. Fatima Q. | 7 mart 2013 02:46 | Status: Gümüş user | Şərh: 984
    :/ hech ne.
  19. xaqani_1980 | 6 mart 2013 14:55 | Status: Şərhçi | Şərh: 206
    Allah kömək olsun
  20. Gulya2676 | 6 mart 2013 13:40 | Status: Gümüş user | Şərh: 2 589
    Men bu cur qadinlarimizi basha dushmurem?????????? Niye axi bele qeyretsiz kishi ile bir evde yashayirlar? Boshan .doqru durust ozune ish tap qazancinida o cur qeyretsiz kishiye siqaret alma ay xanim. balalarini saxla!! Vallah men hech cure basha dushmurem bunlari......Bu heyatin sonu yoxdur!!!!!!!!!!!!!Sadece ozunuzu bedbext edirsiz.Allah ozu komek olsun!
  21. nara73 | 5 mart 2013 14:40 | Status: Şərhçi | Şərh: 309
    INDIKI DOVRDE DOGRUDANDA COXDU BELE "KIWILER" ...HALALDI O ESIL KIWIYEKI ISDEMIR QADINI HARASA TEK GETSIN,OZU APARIR GETIRIR,MEN COX HORMETLE YANAWIRAM BELE KIWILERIMIZE,DUZDUR QADINLARIMIZ BEZEN BEZIR BELE MUNASIBETDEN YENI KIWI QISQANCLIGINDAN AMMA MENE COOX XOWDU ..DEMEK KI YOLDAWIM MENIMCUN NARAHATDI ISDEMIR YAD GOZLER QADININA BAXSIN ONA GOREDE QORUYUR...
  22. ruzgargulum | 4 mart 2013 16:22 | Status: Brilliant user | Şərh: 2 495
    ne bilimeeee kisi var qadinini tek cole qoymurki yad kisi gorer kiside var qadinini eyni evde yad kisi ile tek qoyur insanlar ferqlidi Allah bele kisilerden qadinlarimizi qorusun
  23. desperate | 4 mart 2013 14:34 | Status: Şərhçi | Şərh: 195
    tesekkur
  24. askimm | 3 mart 2013 18:48 | Status: VİP user | Şərh: 721
    BUTU KIWILER BELEDIR n2 n4
  25. nergiz_zz | 3 mart 2013 12:33 | Status: Professional user | Şərh: 3 817
    Her kesin oz xarakteri var.Gerek dusuncen ola.
  26. Vetenperver | 2 mart 2013 22:56 | Status: Professional user | Şərh: 6 703
    Sitat: Mavish
    hə,düz deyirsən bütün qadınlar eyni olmadığı kimi, bütün kişilərdə eyni deyil...

    Bir cinsin nümayəndəsinin pis hərəkətini görəndə bu cinsin bütün nümayəndələrinə aid etmək ağılsızlıqdır.Misal üçün əgər bir ana öz uşağını doğub çölə atırsa onda demək olar "ananlar necə insafsızdır?" Əlbətdə yox!Yada bir qadın pis hərəkət edirsə bunu başqa qadınlara aid etmək olmaz!Amma çox qadınlara başa salmaq olmur ki əgər sənin kişin və ya başqa bir kişi əclafdırsa onda o demək deyil ki başqa kişilərdə belədir!Xeyri yoxduree onsuzda,belə qadınların gözündə bütün kişilər pisdir.
  27. Lale | 2 mart 2013 22:55 | Status: Yazar | Şərh: 3 268
    Yaziq qadin:(
  28. Vetenperver | 2 mart 2013 22:47 | Status: Professional user | Şərh: 6 703
    Sitat: k.gunew
    "kişilər necə əclafdır" kəlməsinin bütün kişilərə aid edildiyini düşünmüyün. Əslində ünvan məlumdur!

    Ünvan əlbətdə məlumdur,amma tək bu qadın deyil bunu deyən,başqa qadınlarda deyir ki kişilər əclafdır.
    Xəbərdə belə olmalıdır:"Qoy hər kəs bilsin ki necə əclaf kişilər var" yada "bəzi kişilər necə əclafdır" amma day "kişilər necə əclafdır" yox! Yəni bu söz bütün kişilərə ünvanlanır.


    Sitat: Mavish
    hə,düz deyirsən bütün qadınlar eyni olmadığı kimi, bütün kişilərdə eyni deyil...

    Bir cinsin nümayəndəsinin pis hərəkətini görəndə bu cinsin bütün nümayəndələrinə aid etmək ağılsızlıqdır.Misal üçün əgər bir ana öz uşağını doğub çölə atırsa onda demək olar "ananlar necə insafsızdır?" Əlbətdə yox!Yada bir qadın pis hərəkət edirsə bunu başqa qadınlara aid etmək olmaz!Amma çox qadınlara başa salmaq olmur ki əgər sənin kişin və ya başqa bir kişi əclafdırsa onda o demək deyil ki başqa kişilərdə belədir!Xeyri yoxduree onsuzda,belə qadınların gözündə bütün kişilər pisdir.

    Sitat: Mavish
    hə,düz deyirsən bütün qadınlar eyni olmadığı kimi, bütün kişilərdə eyni deyil...

    Bir cinsin nümayəndəsinin pis hərəkətini görəndə bu cinsin bütün nümayəndələrinə aid etmək ağılsızlıqdır.Misal üçün əgər bir ana öz uşağını doğub çölə atırsa onda demək olar "ananlar necə insafsızdır?" Əlbətdə yox!Yada bir qadın pis hərəkət edirsə bunu başqa qadınlara aid etmək olmaz!Amma çox qadınlara başa salmaq olmur ki əgər sənin kişin və ya başqa bir kişi əclafdırsa onda o demək deyil ki başqa kişilərdə belədir!Xeyri yoxduree onsuzda,belə qadınların gözündə bütün kişilər pisdir.
  29. _Asi_ | 2 mart 2013 21:25 | Status: Gümüş user | Şərh: 795
    qeyretli kishiler azalib n37
  30. Lumia | 2 mart 2013 20:09 | Status: Professional user | Şərh: 5 386
    Kul kisi basiva xosqeyret.Kisi das dasiyar,araba ceker,kiminse nokeri olar amma qeyretini pula satmaz.