Layihələr / Məktub var!

Evliyəm, amma sevgilimdən hamiləyəm (oxucu məktubu)

Aytekin82 | 21-11-2015, 19:30
93 498 61
  


 AzadQadin.az-ın böyük maraq doğuran, məşhur MƏKTUB VAR layihəsi sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edir:   
 
Bu məktubu mənə göndəriblər ki, saytda verim. Məktubu redaktə eləyib, olduğu kimi verirəm...
"Salam AzadQadın.
Mən bu sayta yalnız qonaq qismində  gəlirəm. Məktublar bölməsini oxuyub mən də yazıb məsləhət almaq istədim. Bilirəm ki, çoxunuz mənim həyatımı anlamayacaq, məni qınayacaq. 24 yasım var. Rusiyada yaşayıram, ailəliyəm, bir övladım var.  Ən boyuk səhvim sevmədiyimlə ailə qurub, bura gəlməyim oldu. Deməzdim yoldaşım pis insandı, yox… Problem məndədi…
 Mən evin sonbeşıyi olmuşam və daima sözə baxan  idim. 18 yaşım var idi, təzəcə tibb kursunu  bitirmisdim, iş də təklif olunmuşdu, sevdiyim oğlan var idi. 1 ildən çox idu sevirdim onu və birdən mənə tanımadığım ailədən elçi gəldilər. Ondan əvvəl də  təkliflər olurdu, anama deyirdilər, evdə böyük bacım olsa da mənə ən cox elçi söhbətləri olurdu.  Mənsə bu dəfəkilərinə əvvəldən "yox" dedim. Anamsa israrla məni yola gətirməyə çalışırdı. Artıq ikinci elçilikdə "hə” dedilər. Oğlan da qəti xoşuma gəlmədi. Mən tez sevdiyimə məsələni danışdım, o isə məni naümid qoydu,  dedi ki, hələ evlənməyə hazır deyil. Onun 22 yaşı vardı, bir də dedi ki, istəyirsən evlən, istəmirsən òzun bil.
Anam da daima mənə "sənin sevdiyin səni almıyacaq” - deyirdi. Nə isə, sevdiyimin bu sozlərindən sonra anama: " ozun bil, bosanıb qayıtsam məndən incimiyin” dedim.  Anam yenə şirin dillə bizi atasız necə cətinliklə böyütdüyünü deyirdi.  Atam omur boyu Rusiyada gəzib dolasıb bizə koməyi dəymiyib, qardaşımın da həmçınin. Bilirəm, anam bizim üstümüzdə çox əzab-əziyyət çəkib, amma mən niyə özüm sevmədiyim, könlümə yatmayan birisiylə evlənim axı?  Bu həyatı mən yaşayacaqdım, həm də nə yaşım vardı mənim? 
Bu sözlərdən sonra anama dedim: "Özun bil!”
 İki həftənin içində toy etdilər, mən dedim heç olmasa vaxtı uzadın oğlanı tanıyım, bəlkə heç xasiyyətimiz tutmur?
 Bunlarsa israrla toyun vaxtını dəyişdirmədilər. Mən istəyirdim ki, vaxt uzadılsın, oğlana hər şeyi deyim. Mənə qulaq asan olmadı. Oğlanla söhbət filan olmadı, yalnız üzük  alanda birinci dəfə salamlaşdıq. O söhbətə çalışsa da mən  bəhanə gətirib söhbət etməkdən qaçırdım. İki həftə ərzində sevdiyim oğlanla danışırdım, görüşürdüm, artıq nələrinsə  olmağı o qədər də vecimə deyildi. Toydan sonra gəldik bura,  mən o insanı  özümə yaxın da buraxmırdım . Bura gələndən  mənimlə dalaşdı, şübhəsi vardı… məcburi oldu bu iş...sonra bir övladım oldu,  artıq elə bıl bədbəxtçiliklə yaşayırdım,  heç kəsə bir kəlmə demirdim  hamiləlik dönəmində də çox çətin günlərim oldu.  Cəmi bir neçə ayın gəlinini artıq rus qızlarına dəyişdirirdi ərim,  ac qalırdım, baldızmın evində, sonra kənddə ev tutdu, heç bir şəraiti olmayan yiyəsiz xarabalığa oxşayan… Qaynannamgil isə daima "hərə öz başına çarə qılsın, heç kəsə kömək eləməyə borcum yoxdur” - deyirdi. Gecələr cox gec gəlirdi evə. Mən də daima ağlıyırdım, boşanmaq istəyirdim, amma anamgili, bacılarmı düsünüb fikrimdən daşınırdım. Böyuk bacımın ailəsi alkaqola meyili olduğu üçun boşanıb,  dedim mən də boşansam anama  dərd olacaq. Mən oz səhvlərimi bilirəm,  amma heç cür bir yol tapa bilmirəm. 
Bu munasibətlərdən sonra mən  başladım sevdiyim oğlanla danışmağa. O sa mənə niyə belə tez evlənib getməymi soruşurdu, cavab verə bilmirdim. Onların ailəsi də məni xoşluyurdu, bu sözlər  daima beynimdə fıranırdı, ondan başqasına urəymi verə bilmirdim. İl yyarımdan sora getdim usağımla vətənə, yenə onu gördüm, hər şey gözümün  önundən keçdi. Yalnız bacım bilirdi, o da məni danlıyırdı ki,  düz hərəkət etmirsən… Amma heç nə edə bilmirdim, daima yoldaşımı sevmədiymi,  belə yaşamaq istəmədiymi deyirdim. Bu yaxınlarda özümə qəsd etdim,  bezib hər şeydən,  cünki yoldaşımı da aldatdığıma görə özümə nifrət edirdim.  Məni ağır halda xəstəxanaya çatdırdılar. Bir aydan çox qolumdan mualicə aldım damarlarımı doğramışdım,  indi də bir qolum yaxşı işləmir. Heç kimə nəyin üstündə intihar etmək istədiyimi demədim,  uşağıma görə özümə bir də qəsd etməyəcəymə söz verdim, çünki mən xəstə olduğum vaxt hec kimdən kömək görmədım.  Adicə  yoldasım mənə əsəbləşirdi,  kefsiz olduğuma gorə..
O oğlan da artıq evil idi. Ona dəfələrlə dedim ayrılaq, o sa "bacarırsansa ayrılaq” dedi. Bir ay bundan qabaq vətəndə qaldım iki həftə, yenə görüşdüm onunla. Dedim:  bəsdi artıq sənə deyə bilmərəm yoldasından ayrıl gəl birgə olaq, demirəm də…  O isə  dedi: - onu ata bilmərəm bunu düşünmə ki, ayrılacam. Bura gələndən sonra bildim ki,   hamiləyəm, 3 aydayam artıq, onunla da danışmıram,  uşaq ondandır, ancaq hamilə olmağmı heç kim bilmir.  Yoldaşım sumkamda UZİ  kağızın görüb niyə  hamiləliymi gizlətdiymi  soruşdu,  mənsə söhbətdən yayındım.
 Bilmirəm uşağı saxlıyım ya yox? Yoldaşımsız aborta gedə bilmirəm. Həkimlər burda qəbul etmir. Artıq  yoldaşım da  xəyanət etmir,  bilirəm,  mənim ona qarşı soyuq münasibətmi anlamır. Bunun üstündə dalaşırıq, günlərlə küsüb gedir danışdırmır məni. Mən ondan hec incimirəm də,  çünki haqqım  yoxdu.  Sadəcə deyirəm ki,  sən yaxşı insansan,  məni boşa get özünə, xasiyyətinə uyğun birini al…
 O isa mənim dediklərmi anlamır, başımda  problemim olduğunu deyir. Mənim bu sevgim  məni məhv etdi,  mən heç nə istəmirəm bu həyatda. Ora gedib , anama yük olmaq da istəmirəm,  yoldaşımı aldadaraq yaşaya da bilmirəm.  Övladıma gorə bir də canıma qəsd etmərəm. Sakit ev olsun,  uşağımla yasayım. Bir sözlə fikirlərim qarışıb. Bilmirəm nə edim? Mənə məsləhət versəydiniz cox sevinərdim..."
 
 
Qeyd: SİZ DƏ HİSLƏRİNİZİ, TALEYİNİZİ BİZLƏ PAYLAŞIN! Anonimliyiniz qorunacaq...
Məktublarınızı aşağıdakı ünvanlardan birinə göndərə bilərsiniz: 
 
1) Azadqadin.az facebook səhifəsinin mesaj bölməsinə
4) Saytdan qeydiyyat edib adminə ŞM yazılan yerdən..


  1. Aytekin82 | 22 noyabr 2015 20:18 | Status: Brilliant user | Şərh: 6 593
    Sitat: Vetenperver
    Kim mənim sözümü dəstəkləyirsə demək o xanım adına layiqdir.


    Bes bu ne demekdir? Senin fikrini desteklemiyenler xanım adına layiq deyil?
  2. Vetenperver | 22 noyabr 2015 20:07 | Status: Professional user | Şərh: 6 703
    Sitat: Aytekin82
    Razı olmağa borclu deyilem. Herenin öz fikri var. Heç kesi öz fikirlerinlə razılaşmağa məcbur etmək lazım deyil. Bunu etmək istəyirsənsə demek ki, senin de problemin yox deyil.

    Mən heçkəsi məcbur edəyə bilmərəm,hərənin öz fikri var bu barədə, sadəcə bu sözümlə razılaşmayan qadınlar "Qadın nə olsursa olsun xəyanət etməməlidir ərinə!Üstəlik bu təkcə ərinə yox öz nəslinə xəyanət edir.Qadın dediyində abır həya namus olmalıdır!" mənim gözümdə qadın adına layiq deyil.
  3. Aytekin82 | 22 noyabr 2015 20:03 | Status: Brilliant user | Şərh: 6 593
    Sitat: Vetenperver

    Bu tək mən qoyduğum etalon deyil,həmdə əsl xanımların etalonudur.Bu etalonla razı deyilsənsə problem məndə deyil.


    Razı olmağa borclu deyilem. Herenin öz fikri var. Heç kesi öz fikirlerinlə razılaşmağa məcbur etmək lazım deyil. Bunu etmək istəyirsənsə demek ki, senin de problemin yox deyil.
  4. Vetenperver | 22 noyabr 2015 19:57 | Status: Professional user | Şərh: 6 703
    Sitat: Aytekin82
    Yaxşı yeee Ne vaxtdan qadınlar sizin qoyduğunuz etalonla yaşayır?

    Bu tək mən qoyduğum etalon deyil,həmdə əsl xanımların etalonudur.Bu etalonla razı deyilsənsə problem məndə deyil.
  5. Aytekin82 | 22 noyabr 2015 19:08 | Status: Brilliant user | Şərh: 6 593
    Sitat: Vetenperver

    Qadın nə olsursa olsun xəyanət etməməlidir ərinə!Üstəlik bu təkcə ərinə yox öz nəslinə xəyanət edir.Qadın dediyində abır həya namus olmalıdır!Kim mənim sözümü dəstəkləyirsə demək o xanım adına layiqdir.


    Yaxşı yeee Ne vaxtdan qadınlar sizin qoyduğunuz etalonla yaşayır?
    Deyin biz de bilek, xəbərdən xəbərimiz yoxmuş feel
  6. Vetenperver | 22 noyabr 2015 18:31 | Status: Professional user | Şərh: 6 703
    Sitat: Nilay
    Seni qinamiram cunki qinadigin basina gelmiyiinceye qeder canini almaram deyir ALAH ..Bu yaxinlarda Kelamlar oxuyurdum ordada yazilmisdiki 'bir qadini xeyanete gore ,bir oglanida ogurluq etdiyine gore qinama ..Cunki qinadigini qizinin ,oglunun eli ile yasadaram sene sonsuzadek yanarsan ''..

    Sən nağıl oxumusan.İslamda belə şey yoxdur,əslində İslam deyir qınayın əxlaqsız,biabırçılıq edənləri,daş qalaq edin,oğurluq edənlərin əllərini kəsin.İctimai qınaq mütləq lazımdır!Yoxsa insanlar elə bilərlər etdikləri yaxşı əməldir,azğımlaşarlar.Necə qınayamaq ərinə xəyanət edən qadını,ya qızını zorlayan atanı,uşaqlarını atan ananı,cammat cibinə girib maaşını oğurlayan alçaqları???Qınamaq lazımdır belə hərəkətləi.Qınamamaq demək onunlar razılaşmaqdır.Sənə məsləhət görürəm nağıl oxumayasan.

    Sitat: beasloove
    Herkes sehv ede biler. Dostlarimiz seni cox qinayir. Bunlara haklari yoxdur.

    Demək hər qadın ərinə xəyanət edə bilər???Onlara qadınlara etibar yoxdur ki!

    Sitat: leylawka
    Guya siz kışilər elasizz. Görünen köye klavüz lazım deyil.

    Birincisi savadlı yazın başa düşək.İkincisi o qadını qınamayan demək özüdə o qadının tayıdır.

    Sitat: ayxanmalik
    Heckim xanimi qinamasin.

    Birincisi ona nəinki xanım heç qadında demək olmaz.Belələri xanımdırsa onda əsl xanımlar nədir?Mən dediyimi demişəm,belə hərəkətləri qınamayan demək özüdə o yolu gedə bilər.Faişəni ancaq faişə müdafiə edər məsələsi.

    Sitat: Ay_Sun 
    Vallah oxudum sok oldum.Insan ne qederde sevmediyi insanla aile qursa ona nifret etsede gerek hec bir zaman onu aldatmaya.Seenin ovladin var .Yoldasini dusunmursense ovladini dusun.Kisi xeyanet ede bilir kisidir.Qadin eri ola-ola basqasi ile elaqede olmagi cox pisdir.vallah indi bizim bezi xanimlarimiz niye eri ola-ola bele edir bilmir.Eri sevmirem,er mene xeyanet edir,meni ailem sevmediyine ere verdi deyib ozlerini sudan cixardirlar.

    Qadın nə olsursa olsun xəyanət etməməlidir ərinə!Üstəlik bu təkcə ərinə yox öz nəslinə xəyanət edir.Qadın dediyində abır həya namus olmalıdır!Kim mənim sözümü dəstəkləyirsə demək o xanım adına layiqdir.
  7. Ay_Sun | 22 noyabr 2015 16:14 | Status: Brilliant user | Şərh: 13 427
    Vallah oxudum sok oldum.Insan ne qederde sevmediyi insanla aile qursa ona nifret etsede gerek hec bir zaman onu aldatmaya.Seenin ovladin var .Yoldasini dusunmursense ovladini dusun.Kisi xeyanet ede bilir kisidir.Qadin eri ola-ola basqasi ile elaqede olmagi cox pisdir.vallah indi bizim bezi xanimlarimiz niye eri ola-ola bele edir bilmir.Eri sevmirem,er mene xeyanet edir,meni ailem sevmediyine ere verdi deyib ozlerini sudan cixardirlar.Sehfsiniz bu menim sexsi fikrimdir sehfsiniz.
    Meni ailem hec bir kerede uzunu gormediyim oglana goz yaslarimla ere verdiler.Ozude bu dagilmis Rasiya torpagina.Evin tek qiziyam.Allaha and olsun ele problemlerim olubki gece alxib ozumu oldurmek isteyirdim.Sonra dusundum men ozumu oldurdum yoldasim sehfde olsa meni gunahkar bileceki ozunun nese sehfi vardi oldur.Indi cox sukur her sey yolundadir.Calismaq lazimdirki,ovladin ucun dozesen.Sebr edib her seyi udasan.Indikilerde dozmur her seyi problem edir.
    Incimeyin sexsen men gunahi sizin ozunuzde gorurem .

    Sitat: Banu.
    :Biz qadınlar təkcə ərlərimiz üçün yaşamırıq ki o pisdirsə,nəsə edək.Biz kiminsə qızıyıq, kiminsə bacısıyıq, ən əsası isə anayıq xəyanət edib övladımızın gözünün içinə necə baxa bilərik.Ana təmiz,saf olmalıdır.Həm də bəlkə də bunlarda öncə qadın ləyaqəti deyilən bir şey var.Qadın ləyaqətini daima hər şeydən üstün tutmalıdır.Sevgidən ölsə belə.

    Duzdur
  8. liya huseynli | 22 noyabr 2015 14:52 | Status: Qonaq | Şərh: 0
    Menim neinki sene, butun xanimlara meslehetim odur ki, sevgi axtarmayin. Sevgi olen, biten bir hissdir. Sadece ailede hormet varsa en gozeli ele budur. Gozel bacim o uwaqi dunya getirme desekde bir gunah, getir desekde bir gunah. Menim fikrimce o uwaqi dunyaya getirmeyib gunaha batmaq daha yaxwidir, Getirib her defe baxib eziyyet cekmekdense. eger yoldawin iwlemeye icaze verirse iwle bawin qariwsin derdlerden uzaqlawib her weyi unudasan. yox eger icaze vermirse oz uwaqinin qaygisina qal. Xeyanet etmek kiwilerin adetidi. ne qeder gozel arvadi olsa yene xeyanet edirler. bugunu qeder etdiyin gunaha gore tovbe et , tovbe namazi qil ve yeni seifeden bawla heyata oz ailenle. ALLAH BOYUKDUR. ALLAH NE GUNAHLAR BAGIWLAMAYIBKI,.
  9. ayxanmalik | 22 noyabr 2015 14:26 | Status: Qonaq | Şərh: 0
    Heckim xanimi qinamasin.Etdikleri sehvdir,ancaq gunhkar xanim deyil.Sizincun en yaxsi cixis yolu iz erinizle munasibetlerinizi mohkemlendirib xosbext yasamaqdir.O insani da unudun.Ondan size hecbir xeyir gelesi deyil.Ailesi var.
  10. cesur kiz | 22 noyabr 2015 14:11 | Status: Şərhçi | Şərh: 115
    seni seven deyer veren seninle evlenendir o biriise seninle heycan yasayib senin axmaqligina o ki var gulur qadinlarin adini batirmayin
  11. gulsen= | 22 noyabr 2015 13:47 | Status: Qonaq | Şərh: 0
    oxudum hamsin men qizda sehv gormruem ailesindedi sehv
  12. leylawka | 22 noyabr 2015 13:20 | Status: Professional user | Şərh: 1 866
    Sitat: Vetenperver
    Sənə nə məsləhət verək ay əxlaqsız.Sən qadınların adını batırırsan!Sənin üstündə yalnız bir ad var faişə!Ay Allah,görəsən o qədər sevmədiyinə ərə gedən qızlar var,görəsən onların hamısı ərlərinə xəyanət edir?əgər belədirsə onda nifrət edirəm qızlara!Görəsən onlarda abır həya,namus varmı?


    Guya siz kışilər elasizz. Görünen köye klavüz lazım deyil.
  13. guldeniz | 22 noyabr 2015 13:16 | Status: Professional user | Şərh: 1 644
    Sitat: Banu.
    Nə qınamaq istədim, nə sənə məsləhət verib günaha batmaq istədim.
    Amma bu günahın astanasında olanlara öz təcrübəmlə məsləhət vermək istəyirəm.Xəyanət etməyin!!!!!Sevmirsiniz ərə getmiyin,mücadilə edin getmiyin,əgər getmisinizsə əsla xəyanət etmiyin,bunu dəfələrlə yazsam da yenə yazıram:Biz qadınlar təkcə ərlərimiz üçün yaşamırıq ki o pisdirsə,nəsə edək.Biz kiminsə qızıyıq, kiminsə bacısıyıq, ən əsası isə anayıq xəyanət edib övladımızın gözünün içinə necə baxa bilərik.Ana təmiz,saf olmalıdır.Həm də bəlkə də bunlarda öncə qadın ləyaqəti deyilən bir şey var.Qadın ləyaqətini daima hər şeydən üstün tutmalıdır.Sevgidən ölsə belə.

    duzdu 0140
  14. dılay | 22 noyabr 2015 12:51 | Status: Brilliant user | Şərh: 8 215
    Bawdan ayaga lekesen seni hec xlorda temizlemez
  15. beasloove | 22 noyabr 2015 12:49 | Status: Qonaq | Şərh: 0
    Herkes sehv ede biler. Dostlarimiz seni cox qinayir. Bunlara haklari yoxdur.
  16. Aytekin82 | 22 noyabr 2015 12:41 | Status: Brilliant user | Şərh: 6 593
    Həyatda səhvsiz, günahsız adam yoxdu.
    Adamın bir batdığı çirkaba 2-ci dəfə batması, etdiyi günahın üstünə bir daha günah getirmesi en bağışlanılmazdır.
    Uşağını doğ və böyüt, erinle dil tap uşağının xatirine.
    O sevgini ise boğ öldür, əgər xəyanet ede bilecek qeder güclüsense bunu da bacararsan!
  17. Vetenperver | 22 noyabr 2015 12:39 | Status: Professional user | Şərh: 6 703
    Sitat: B.Fereh
    ne abirsiz arvaddi bu.(Bagiwlayin qadin demeye dilim gelmir)Vallahi oxuduqca sinirlerim vurdu tepeme,kaw oxumayaydim.bu ele niwanli olannan xeyanet etmeye bawdiyib.Da fikirlewmire meni eger sevseydi,bawqasina qoymazdi qismet olum.Gic.Gor ustunde ne qeder gunah var,xeyanet eleyib bawqasinin kiwisinnen uwaq peydahlamagi bes deyil,intihara da cehd edib hele,indi de abort fikirlewir.onu da ele tam komplekt olsun.gunahlari yig apar cehenneme.Guya bowanib neyneyesen?Bir kiwinin heyatin korlamisan,qalib o biri,onun da ailesin dagit canin dincelsin.Arvadin bowayib alacaq seni gozde.Kiwiler ailede sedaqet isteyir bu sozun hec "S"herfi de hec sende yoxdu...

    0140

    Sitat: SARAXATUN
    Ayib olsun sene en boyuk gunahi etmisen sen!!! Bilirsen sevmiyib gedmisen diye xeyanet etmelisen he?!! Allah seni kimi gelini hec kime qismet elemesin!!!Utanmaz utanmazda muzakireye yolamisin!!Lap yaxwi edib qiniyiram yalniz seni kimilerini qinamaq lazimdi!!! Menim yazsiqim werh sitat getirilmesin!!!!!

    0140

    Sitat: Cicim İncim
    Əgər sevmirdinsə ,nə özünü , nə də başqasını bədbəxt eləməməliydin...Ərə getmisənsə, ona xəyanət etməyə haqqın yoxdu...Sevgilin dediyin səni heç də sevməyib, əgər sevsəydi başqasına verməzdi...Sənin onu sevdiyindən istifadə edib, səninlə ehtiras yaşayıb...Ona görə ayrılmağı ağlına belə gətirmə, Sən ayrılacaqsan, amma o yox ...Çünki o sənin kimi ağılsız deyil...Ağlını başına yığ, ərinə , uşağına bərk yapış...

    0140

    Sitat: Resube
    Ama o kişinin çörəyini yeyib ona xəyanət eləməyin əsla bağışlanmazdı.Qadının hisslərin qəlbində olsa da qürürun onnan ucadır.
    Hislərimiz lə yox ağlımıza yaşayaq .

    0140

    Sitat: Banu.
    Xəyanət etməyin!!!!!Sevmirsiniz ərə getmiyin,mücadilə edin getmiyin,əgər getmisinizsə əsla xəyanət etmiyin,bunu dəfələrlə yazsam da yenə yazıram:Biz qadınlar təkcə ərlərimiz üçün yaşamırıq ki o pisdirsə,nəsə edək.Biz kiminsə qızıyıq, kiminsə bacısıyıq, ən əsası isə anayıq xəyanət edib övladımızın gözünün içinə necə baxa bilərik.Ana təmiz,saf olmalıdır.Həm də bəlkə də bunlarda öncə qadın ləyaqəti deyilən bir şey var.Qadın ləyaqətini daima hər şeydən üstün tutmalıdır.Sevgidən ölsə belə.

    Çox gğzəl məsləhət verdin Banu xanım.
  18. Resube | 22 noyabr 2015 11:02 | Status: VİP user | Şərh: 397
    Evvəlcə deyim ki, gərək sevmirdin ölsen belə ərə getməzdin. Gettin gərək balannan başını qatıb hər şeyi unudar ın.Həyatta kimisə qınamağa nə var ki,mən seni qınamıram. Ama o kişinin çörəyini yeyib ona xəyanət eləməyin əsla bağışlanmazdı.Qadının hisslərin qəlbində olsa da qürürun onnan ucadır.
    Hislərimiz lə yox ağlımıza yaşayaq .
  19. Cicim İncim | 22 noyabr 2015 09:38 | Status: Gümüş user | Şərh: 2 464
    Əgər sevmirdinsə ,nə özünü , nə də başqasını bədbəxt eləməməliydin...Ərə getmisənsə, ona xəyanət etməyə haqqın yoxdu...Sevgilin dediyin səni heç də sevməyib, əgər sevsəydi başqasına verməzdi...Sənin onu sevdiyindən istifadə edib, səninlə ehtiras yaşayıb...Ona görə ayrılmağı ağlına belə gətirmə, Sən ayrılacaqsan, amma o yox ...Çünki o sənin kimi ağılsız deyil...Ağlını başına yığ, ərinə , uşağına bərk yapış...Uşağı da götüzdürməyin məsləhətdi...Ömrünün axırına kimi uşaq onu sənin yadından çıxartmayacaq...Onunla dəfələrlə görüşməkçün səndə bəhanələr yaradacaq, ailəndən səni soyusacaq...
  20. Banu. | 22 noyabr 2015 09:36 | Status: Admin | Şərh: 2 267
    Nə qınamaq istədim, nə sənə məsləhət verib günaha batmaq istədim.
    Amma bu günahın astanasında olanlara öz təcrübəmlə məsləhət vermək istəyirəm.Xəyanət etməyin!!!!!Sevmirsiniz ərə getmiyin,mücadilə edin getmiyin,əgər getmisinizsə əsla xəyanət etmiyin,bunu dəfələrlə yazsam da yenə yazıram:Biz qadınlar təkcə ərlərimiz üçün yaşamırıq ki o pisdirsə,nəsə edək.Biz kiminsə qızıyıq, kiminsə bacısıyıq, ən əsası isə anayıq xəyanət edib övladımızın gözünün içinə necə baxa bilərik.Ana təmiz,saf olmalıdır.Həm də bəlkə də bunlarda öncə qadın ləyaqəti deyilən bir şey var.Qadın ləyaqətini daima hər şeydən üstün tutmalıdır.Sevgidən ölsə belə.
  21. ALLEGRETTO | 22 noyabr 2015 05:08 | Status: Gümüş user | Şərh: 2 222
    Eeeee hələ bu nədir kii Siz 15-16 yaşlı qızların yekə kişilərə aşiq olub onları yoldan çıxarmağından xəbəriniz yoox ..mən gördüyümü hiss etdiyimi yazıram Valla elə məktəb yaşlı qızlar tanıyıram az qala məni gözlərinnən yeyirlər indiki yenyetmə qızlar yaşlarına görə çoxbilmişlər 0103
  22. SARAXATUN | 22 noyabr 2015 03:36 | Status: Professional user | Şərh: 1 532
    Ayib olsun sene en boyuk gunahi etmisen sen!!! Bilirsen sevmiyib gedmisen diye xeyanet etmelisen he?!! Allah seni kimi gelini hec kime qismet elemesin!!!Utanmaz utanmazda muzakireye yolamisin!!Lap yaxwi edib qiniyiram yalniz seni kimilerini qinamaq lazimdi!!! Menim yazsiqim werh sitat getirilmesin!!!!!
  23. Sevinc0510 | 22 noyabr 2015 01:38 | Status: Qonaq | Şərh: 0
    Hec kim burda hec kimi tehqir elemesin.heyatdi bununkuda belegetirb.hec kim bu dunyqda ssigortalanmayib.sadec3 bunu deye bileremki s3brli ol gozeelbacim.doz yasha ovladivin xetrine.allah b3ndesini hecvaxt darda qoymur.
  24. sahibə | 22 noyabr 2015 01:00 | Status: Qonaq | Şərh: 0
    Ay allah bu nədi. Bilsəydim oxumazdim belə şey olar. Deyirsen sevmirem erimi elə seni seven esil insan odur. Ama məncə usagi gotuzdur . Bilirem gunahdir
  25. boris arxan | 22 noyabr 2015 00:13 | Status: Professional user | Şərh: 4 790
    bilmirem ne yazim lap biz deyekki get uwaqi gotuzdur sende uwaqi gotuzdurdun bes senin lekelenmiw adin onu nece ustunden goturesen geleceyini fikirlewmemisen
  26. milashka_167 | 21 noyabr 2015 23:50 | Status: VİP user | Şərh: 1 457
    Sene bilmirem ne deyim ne meslehet verim.ancag qinamag,tehqir etmek qeti aglimdan kecmir.zerifenin sözu olmasin.qorxuram qinadigim başima geler deye.gereksen yol vermezdinki o uşag olsun.bu bir gunahdi.uşagi gotuzdurmek ikinci gunah olar.ancag caresizzen.Allaha acig getmesin ancag o uşagi vaxtinda gotuzdur gec olmamiş.o uşagin varligi getdikce sene daha cox eziyet verer.erin bilmesede o uşg ondan deyil bes senin vicdanin?bes yuxarda Allahin?Allahki bilir.her defe o uşg baxanda erine etdiyin xeyanet seni gunbegun oldurecek.meylinide erine sal.vallah boşanmag care dyil.uşaginda var.atasiz qoymag gunahdi.erinde sene qarşi dediyine gore pis deyil.sen erler gormemisen yoldaşina gün uzu gostermeyen.aglini başina yig ve ailene sahib cix...
  27. gülnigar | 21 noyabr 2015 22:38 | Status: Qonaq | Şərh: 0
    hec ne deye bilmirem donub qalmisam vaxtinda anana acib deyerdin indi sene hec kim komwy ede bilmez cooox cetin cixilmaz yoldasan Allah sene yox yerden yol acsin bu nedi kas oxumazdim beynim dondu
  28. sadəcə MƏN | 21 noyabr 2015 22:25 | Status: Brilliant user | Şərh: 4 773
    Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
  29. Nilay | 21 noyabr 2015 22:22 | Status: Qonaq | Şərh: 0
    canim menim cox qizlar sevmediyi hec uzunu gormediyi birine ere gedir ..Allaha and olsunki erlerine xeyanet etmirler ..Seni qinamiram cunki qinadigin basina gelmiyiinceye qeder canini almaram deyir ALAH ..Bu yaxinlarda Kelamlar oxuyurdum ordada yazilmisdiki 'bir qadini xeyanete gore ,bir oglanida ogurluq etdiyine gore qinama ..Cunki qinadigini qizinin ,oglunun eli ile yasadaram sene sonsuzadek yanarsan ''..Tehqir etmekde niyyetindedeyilem bir insani tehqir etmekden asan hecne yoxdu yol goterib bu veziyyetden cixartmaq lazimdki sehvini basa dusub ..Guyaki hami gunahsiz melekdi ?yox haminin gunahi var yungul ya agir ferq etmez axiriki var ..Men etdiyi hereketi desteklemirem saadece ureyim yanir cunki en azindan pesman olub gecde olsa .
    qadin sevilmek isteyir daima belkede bu sevgini erinden gormemisen onun ucun sevgiline qacmisan ..amma senin hereketini desteklemirem canim ..Insan sehv ede biler amma bu sehvden tez donmek yaxsidi ..Exlaqsiz deyirler sene bunu esitmekdense gerek ayriladin yataga eder gelib cixmamisa bu munaSIBET ..sehvsiz insan yoxdu amma sehvini etiraf edirsense bu yoldan don mence hemde tez ..Calis ailene qayit cunki xosbext olmaq senin elindedi artiq deyisib yoldasin sende heryi unut ve heyatina davam et amma xeyanet etme erine ..Hec vaxt etme birde ..
  30. B.Fereh | 21 noyabr 2015 21:35 | Status: Nəzarətçi | Şərh: 7 009
    ne abirsiz arvaddi bu.(Bagiwlayin qadin demeye dilim gelmir)Vallahi oxuduqca sinirlerim vurdu tepeme,kaw oxumayaydim.bu ele niwanli olannan xeyanet etmeye bawdiyib.Da fikirlewmire meni eger sevseydi,bawqasina qoymazdi qismet olum.Gic.Gor ustunde ne qeder gunah var,xeyanet eleyib bawqasinin kiwisinnen uwaq peydahlamagi bes deyil,intihara da cehd edib hele,indi de abort fikirlewir.onu da ele tam komplekt olsun.gunahlari yig apar cehenneme.Guya bowanib neyneyesen?Bir kiwinin heyatin korlamisan,qalib o biri,onun da ailesin dagit canin dincelsin.Arvadin bowayib alacaq seni gozde.Kiwiler ailede sedaqet isteyir bu sozun hec "S"herfi de hec sende yoxdu...