Layihələr / Məktub var!

Onu çox sevdim, inandım, amma o evli imiş... (oxucu məktubu)

anonim | 29-01-2015, 08:57
53 781 58
 


 
AzadQadin.az-ın böyük maraq doğuran, məşhur MƏKTUB VAR layihəsi sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edir:  

  Salam...Çox carəsizəm...öz bərbad həyatımı danışanda, bilirəm mənə bəlkə də nifrət edəcəksiniz..Pis şərhlər yazacaqsınız,,qınayacaqsınız məni. Amma hər bir  qadın xoşbəxt olmaq arzusundadır. Buna nail olmaq üçün çox səbr edirəm. Dua edirəm, namaz qılıram. Allahıma bərk əllə yapışıb, hər gün yalvarıram...Indi isə daha çətin vəziyyətə düşdüm, çarə axtarıram...Ailəli olmuşam, ovladim var, ölüm mənim ailəmi yerlə yeksan etdi...
Illər ötdü, birini sevdim. elə bildim, ilk dəfə yaşayıram sevgi hissini, anlatılmaz duygu idi, onu gördüyüm an sevdim...Gənc yaşda hər qadın sevilmək, xoşbəxt aile qurmaq istəyir...
Ailəmlə tanışmasına mane olmadım, gəldi üzük gətirdi, hədiyyə kimi, sözlər verdi, çox inandim...
8 aydıki sevirəm onu ...ve bu gün öyrəndim ki, əslində evliymiş, övladı var, özu etiraf etdi...
Məhv oldum, ağladım..o da agladi...Məni itirmək istəmədiyi üçün yalan dediyini söylədi. "Həqiqəti desəydim, məni sevməzdin, qəbul etməzdin, ayrılıb səninlə evlənəcəm."-dedi.And içdi, vədlər verdi.
Mən onu sevirəm, dediyi sözlərə inanmaq istəyirəm, amma nə edəcəyimi bilmirəm...ayrıla da bilmirəm ...onun səsi olmadan dözə bilmirem...
Öz ailəmdə də yaxşı günüm yoxdu, ailəm olsun xoşbəxt olum istəyirəm, iki ovladla kimsĕ məni qəbul etməz, onu da bilirem....
Sevdiyim kişi, qəbul edirəm hər şeyi, istədiyini edəcəm, təki ayrılma, ailəmi onsuz da əvvəldən sevməmişəm deyir...
Mən özümə nifrət edirəm sadəcə .Mən belə həyat istəmirdim, həyatıma da, özümə də nifrət edirəm.
Gözəl bacilarim, münasibətinizi bildirin, çəkinmədən məsləhətinizi verin .... Həyatda tək ümüdüm o idi, onsuz həyatımı təsəvvür etmirəm.Önce Banu ana sizden isteyirəm. 
Əvvəlcədən təşəkkür edirəm.
 
Banunun məsləhəti:
Bilirsənmi məsləhət vermək, qınamaq çox asandır. Biz bu həyatı yaşamırıq axi, onun çətinliyi, ağrısı-acısı sənin boynundadır. Amma yenə də deməyi özümə borc bilirəm. Digər qadını da düşün, övladını atasız qoyma. Onsuz da ailə dağıdanın ailəsi olmaz deyirlər. Bilirəm, sənin də xoşbəxt olmağa haqqın var, sən də xoşbəxt olmaq istəyirsən, amma bu sevgi səni xoşbəxt etmiyəcək, inan mənə. Bir də yalan üstündə qurulan münasibətlərin axırı olmur. Düzü onun boşanacağına da inanmıram. Yaxşısı budur, bu sevgidən imtina et, öz rahat həyatını yaşa. Allah qarşına daha düzgün bir tale çıxarar, sən də xoşbəxt olarsan.
 
Qeyd: SİZ DƏ HİSLƏRİNİZİ, TALEYİNİZİ BİZLƏ PAYLAŞIN! Anonimliyiniz qorunacaq...
Məktublarınızı aşağıdakı ünvanlardan birinə göndərə bilərsiniz: 
 
1) Azadqadin.az facebook səhifəsinin mesaj bölməsinə
3) aqurbanqizi@mail.ru
4) Saytdan qeydiyyat edib adminə ŞM yazılan yerdən...

mamasinin ureyi | 29 yanvar 2015 20:59 | Status: Professional user | Şərh: 1 112
Oxudum ve cox pis oldum talehine. Sebr bu heyatin en gozel acaridi. Baci mence senin sehvin yoxdu her kes sevmek isdeyir xosbext olmaq isdiyir. Mence 1ci evlilikden sora hec kime inanmamalisan..cunki her bir insan sene yaxsi fikirle yaxinlasa bilmezki ...?yenede Allah komeyin olsun. Careni Allahdan isde bendeden gozleme hec vaxt ....hansisa 1ovladin ahini almaq. Her atasini axdararken aqliyanda gozu ata axdaranda goz yasi axitmasi sene xosbextlik getormez. Nefsine qalib gel seytana nehlet de. Balalarini sev sene onlar lazimdi. Ayril o beyden. Yenede Allah bilen meslehetdi.Allah komeyn olsun.
Vetenperver | 29 yanvar 2015 19:46 | Status: Professional user | Şərh: 6 699
Bu tip xəbərlər bu saytda dəfələrlə olub.Hələ 2 ya 3 il bundan öncə bura bir qız məktub şəklində xəbər yerləşdirmişdi "bir evli kişini sevirəm,mənə məsləhət verin,əvvəl birmirdim evlidi sonra bildim və indidə ayrıla bilmirəm" Bizdə məsləhətlər verdik,bu hərəkəti qınadıq.Sonra qız özü xəbərə görüb bizə iradlarını bildirdi,hətta bir neçə nəfəridə təhqir etdi ki siz "niyə mənə belə deyirsiz,siz məni başa düşə bilmərsiz" və s.və iləaxır.Onda bizdə dedik ki daha bizdən nə məsləhət istəyirsən əgər özün axırda öz bildiyini edəcəksən.Xəbərə bir qızda daxil olub o qıza yazdı ki" məndə evli kişini sevirəm və başa düşürəm səni,səni ancaq mən başa düşə bilərəm ona görə heçkəsə fikir vermə.
Bu xəbərədə aiidr.Biz nə qədər desəki ki "ayrıl, ev dağıtma filan " onsuzda bizim məsləhətimizə qulaq asmayacaq,əksinə inciyəcək.Belə vəziyyətdə olan qadınlar istəyirlərki biz onlara xeyir dua verək,deyək Allah xoşbəxt eləsin.Bax bunları eşitmək istəyirlər.

Başa düşə bilmirəm,əvvəl evli olmağını bilmirdin indiki bilirsən,əgər onun evli olduğunu problem edirsənsə onda ayrılda.Onsuzda bizim məsləhətimizi nəzərə almayacaqsan.Amma bilki o sənə görə boşansa onda bunun səbəbkarı sən olacaqsan,bir ailə dağılacaq.Ehhh onsuzda xeyri yoxduree,bizim məsləhətlərimiz effekt vermir.
SEVA | 29 yanvar 2015 19:11 | Status: Professional user | Şərh: 5 150
aaa men indi bildim bu kimdi dehsete geldimeeee offff cox pis oldummm
SABINA | 29 yanvar 2015 19:05 | Status: Professional user | Şərh: 7 410
Bacin qurban bu ne idi men oxudum.dehsete geldim bedenim titreyir esebden.senle cox hemsohbet olmusam biliremki bele biri deyilsenki ev yixasan.menim bacimi kimse qinamasin.o bilmirdiki o insan evlidur.demisdiki coxdan ayrilmisam.inanmadim bu sensen serhlere baxib emin oldum.uzulme qurban olum.aglamada.her sey o iki balava qurban.yalan deyib sene calis nifret etki unutmaq asan olsun.kas oxumayaydim yada oxudyqkarim yalan olaydi.bezen kaski hecne yasanmasaydi deyirik.ureyim pis oldu.bax isteyirsen nomrevi gonder mene Sevda derdlesek zeng edim sene.
SEVA | 29 yanvar 2015 18:33 | Status: Professional user | Şərh: 5 150
Banu xanim lazim olani yazib artiq soze ehtiyac yoxdu
Allah yardimcin olsun
Nergiz33 | 29 yanvar 2015 18:16 | Status: VİP user | Şərh: 1 079
eyer dediyin kimidrse senin gunahin yoxdur. ancag bir terfdende dusnuremki gunahkarsan axi insan tanimadigi insani nece seve bilerki? tanimadan arayib arasdrmadan sevmisen bu real bir sey deyil belke manyakdir belke eclafdir nece gozu yumulu tanimadan sevdim deyirsen. menim fikrimce tanimadigin tam emin olmadigin boyuklerini ailesini neslini tanimadigin birni insan qelbine yaxin buraxmaz
Vetenperver | 29 yanvar 2015 17:52 | Status: Professional user | Şərh: 6 699
Sitat: TERANE1978
Nehlete gelsin bele eclaf nadan deyuss kkiwicik.lere.

Təranə xanım,siz nə qədərdə söysəz belə kişiləri onları sevən qadınlar yenədə əl çəkməyəcəklər o kişilərdən.Ta ki öz istədiklərinə çatınca.Yəqin ki burda qadın daha çox qınanılmalıdır.

Sitat: fea omer
cox qeribedi hami 1 soz deyir burda qadini qinayir

Qadın ona görə qınanılır ki bilə bilə ki kişi evlidir yenədə sevgisini davam elətdirir.Axırda bir ailəli dağılacaq.
BULUTUM | 29 yanvar 2015 17:44 | Status: Professional user | Şərh: 7 386
Nehlete gelsin bele eclaf nadan deyuss kkiwicik.lere.
Miraj | 29 yanvar 2015 16:16 | Status: Professional user | Şərh: 2 624
cox qeribedi hami 1 soz deyir burda qadini qinayir ama ele alcaq biqeyret kisilere kiside yox eyyy uzden iraqlara ne deyesen ancaq 1 soz peyser kisilikden kenar
Vetenperver | 29 yanvar 2015 16:09 | Status: Professional user | Şərh: 6 699
Sitat: Fraulein
ama bele hallar cox bosanmalarin elece de xesteliklerin qarsisini alar, dul qadinlar bassiz qalmaz, kenardan onlara pis teklifler olunmaz, bir sozle namussuzluq hallari azalar, evvel evvel cetin olar ama sonra zamanla qebul etmek mumkundu her sey sadece mueyyen steorotipin yaranmasi ile baglidi nece ki islam olkelerinde bu artiq psixologiyaya oturub ve qebul edilendir, elece de bizde, bu sadece zaman meselesidi

Ay sağol,çox savadlı qeyd etdin.Bəli,İslamda məhs bu halların olmaması üçün bir neçə nigahı qəbul edib.
Fraulein | 29 yanvar 2015 16:09 | Status: Şərhçi | Şərh: 503
Sitat: Mavish
İslamda varsa 4 evlilik. Mən İslamı qəbul etdiyim üçün normal baxıram çox evliliyə, ama yoldaşım olsa 2 ci evlilik istəsə ayrılaraq ondan,ya tam mənim ,ya da heç mənimlə olmasın...

Sitat: Banu.
Bunu bir kishi dese anlamaq olardi amma bir xanim yazmagi tecubludur mence.

Sitat: kalbimin sahibi
He cox teecublendim men de bu werhe..axi bunu hec bir qadin qebul etmez.....kimse qebul etmez

raziyam ama bele hallar cox bosanmalarin elece de xesteliklerin qarsisini alar, dul qadinlar bassiz qalmaz, kenardan onlara pis teklifler olunmaz, bir sozle namussuzluq hallari azalar, evvel evvel cetin olar ama sonra zamanla qebul etmek mumkundu her sey sadece mueyyen steorotipin yaranmasi ile baglidi nece ki islam olkelerinde bu artiq psixologiyaya oturub ve qebul edilendir, elece de bizde, bu sadece zaman meselesidi

sorry stereotip love
KARAGULUM | 29 yanvar 2015 15:12 | Status: Gümüş user | Şərh: 1 433
Sitat: Banu.
Sitat: Fraulein
ox isterdim ki milli meclis ikinci resmi nikaha icaze verilmesi haqda qanun cixaraydi, cunki bele hallar gunu gunden artir, ne aile dagilmazdi, ne usaqlar yetim qalmazdi, ne de xeyanet olmazdi, bir kisi omur boyu birine sadiq qalmagi bacarmir, huylari kurusun, ama yaziqlarin fitreti budu, ona gore de ikinci ya da ucuncu resmi nikah mence mutleq olmalidi, bir cox dul qadin da xosbext olar

Bunu bir kishi dese anlamaq olardi amma bir xanim yazmagi tecubludur mence.

He cox teecublendim men de bu werhe..axi bunu hec bir qadin qebul etmez.....kimse qebul etmez
Banu. | 29 yanvar 2015 15:09 | Status: Admin | Şərh: 2 266
Sitat: Fraulein
ox isterdim ki milli meclis ikinci resmi nikaha icaze verilmesi haqda qanun cixaraydi, cunki bele hallar gunu gunden artir, ne aile dagilmazdi, ne usaqlar yetim qalmazdi, ne de xeyanet olmazdi, bir kisi omur boyu birine sadiq qalmagi bacarmir, huylari kurusun, ama yaziqlarin fitreti budu, ona gore de ikinci ya da ucuncu resmi nikah mence mutleq olmalidi, bir cox dul qadin da xosbext olar

Bunu bir kishi dese anlamaq olardi amma bir xanim yazmagi tecubludur mence.
Vetenperver | 29 yanvar 2015 15:01 | Status: Professional user | Şərh: 6 699
Mən başa düşə bilmirəm,bir kişi ilə münasibət quranda (realda) onun evli olub olmamasını qadın bilməlidir.Mən belə eşitmişəm ki qadın nəsə hiss edir,ürəyinə damır ya yoxlayır evlidirsə mütləq bunu biləcək.Ona görə belə məktublardakı "əvvəlcədən bilməmişdim" sözünə şübhə ilə yanaşmışam hər zaman.Çünki mümkün deyil qadın birini güclü sevsin amma onun evli olmağını hiss eləyə bilməsin.Belə halda ancaq küt qadın hiss eləyə bilməz.
İkinci məsələ,mən həmişə təcüblənmişəm subay qadınla evli kişinin güclü sevgilərinə,heç subaylar belə güclü sevə bilmirlər bir birlərini.
Evli olduğunu bilən zaman niyə əl çəkmirsən ondan,niyə əlaqəni kəsmirsən?Axı sevgidən nifrətə bir addımdır.Səndə onun yalanlarına qarşı bir nifrət yaranmadı?Ya onun evliliyinə göz yumub onu əldə eləmək istəyirsən?
Belə qadınları qətiyyən başa düşmürəm.
Girl | 29 yanvar 2015 14:21 | Status: Professional user | Şərh: 8 206
Zerife bacim heleki werh yaza bilmir deye msjla mene gonderdiki fikrini yazim bu xebere buda onun yazdigi:

GUN-ZER (ZERIFE )
Ilk setirlsri oxuyanda bildimki sensen. Seninle cox yaxin olmusuq onu nece sevdiyini bilirem. Senin hecbir teqsirin yoxdu gunah o insandadi. Niye bele edib?Seni bilmezsen nece cox isteyirem. Bacimsane menim goz yaslarimi tuta bilmirem. Seni qinamiramda. Cunki en basdan bilirem taleyini . Meslehet vere bilmirem . Men olsaydim .........men aradan cekilerdim deli kimi sevsemde bele onunla elaqelerimi keserdim . Sebeb ovladi onun ovladi atasiz boyumesin deye . Coxda o meni nigahina almaq istesede men dagitmazdim onun ailesini. Amma unudarfimda demirem severdim qelbimde amma elaqeeri birdefelik keserdim. Agilli meleyim ozun dusun yene qerrini ozun ver . Sen menim ucun tamam basqasan bunu unutma . Allah komeyin olsun . xais edirem
Vetenperver | 29 yanvar 2015 13:25 | Status: Professional user | Şərh: 6 699
Sitat: Fraulein
cox isterdim ki milli meclis ikinci resmi nikaha icaze verilmesi haqda qanun cixaraydi, cunki bele hallar gunu gunden artir, ne aile dagilmazdi, ne usaqlar yetim qalmazdi, ne de xeyanet olmazdi, bir kisi omur boyu birine sadiq qalmagi bacarmir, huylari kurusun, ama yaziqlarin fitreti budu, ona gore de ikinci ya da ucuncu resmi nikah mence mutleq olmalidi, bir cox dul qadin da xosbext olar

Təmiz söhbət!Belə problemlərin həlli olardı.
Aytekin82 | 29 yanvar 2015 11:33 | Status: Brilliant user | Şərh: 6 586
Kişilərə inanmayın!!! feel
Miraj | 29 yanvar 2015 11:28 | Status: Professional user | Şərh: 2 624
no comment 0127 ///
Nergiz love | 29 yanvar 2015 10:52 | Status: Professional user | Şərh: 7 871
Of Allah hec kes sevgi nesib etmesin Allah ozu komayin olsun
sirin bala | 29 yanvar 2015 10:33 | Status: Gümüş user | Şərh: 1 669
salam xaanim mennn sizi qinamiram axi sevende e bilmirdiz ki o evviilidi ama bunu bilinn aile dagdanin hec vaxt ailesi olmur basa dusurem sizde evlenib xossbext olmaq isteyirsiiz inanain evel men hele hec evli deyildimm rasim adli bi oglan 17 yasinda evlendirilmsii ve sevmeden evlemisdi menim mekdebe gelirdi mene sozler mekdublar yolayirdii axirda ureyimi aldi ve telde dansanda birinde onun qohumuu mene zeng vurub diid ki xanin sizin sevdiyviz evlidi ve kecirdii mene rasim dimsdiki seni ailemle tanis edecem bu neydii diye maraqlandim ve men rasimden sorucdum bu ne meseledi he dogrudu diidi evliyem ama men seni sevirem zad didi men on ana heyatimin dagildixini dusunduumm ayrildim zenglerne cavab vermedimm ama bi mudetden sora barisdim mene sensiz duramaram olerem zad diyirdii ya ona inama guvenme ayyrilll
Gülçin | 29 yanvar 2015 10:14 | Status: Brilliant user | Şərh: 6 778
Müəllifin kim olduğunu təxmin etdiyimə görə, heç bir şey yazmaq istəmirəm. Sadəcə bir məsləhət verə bilərəm ki, siz mütləq bir psixoloqa müraciət edin. Sizin psixoloji durumunuz stabil deyil, ona görə də indi düzgün düşünə bilmirsiniz. Sözümdən incimiyin. Allah yardımçınız olsun!
Mavish | 29 yanvar 2015 09:50 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: Fraulein
cox isterdim ki milli meclis ikinci resmi nikaha icaze verilmesi haqda qanun cixaraydi, cunki bele hallar gunu gunden artir, ne aile dagilmazdi, ne usaqlar yetim qalmazdi, ne de xeyanet olmazdi, bir kisi omur boyu birine sadiq qalmagi bacarmir, huylari kurusun, ama yaziqlarin fitreti budu, ona gore de ikinci ya da ucuncu resmi nikah mence mutleq olmalidi, bir cox dul qadin da xosbext olar

İslamda varsa 4 evlilik. Mən İslamı qəbul etdiyim üçün normal baxıram çox evliliyə, ama yoldaşım olsa 2 ci evlilik istəsə ayrılaraq ondan,ya tam mənim ,ya da heç mənimlə olmasın...
SARAXATUN | 29 yanvar 2015 09:36 | Status: Professional user | Şərh: 1 528
Bax yazirsaniki iki balan var nrynirsen ere gedib axi otur aqilla bawla balalarivi boyutde.Vallah men xanim taniyiramki oqlu 3 yawda olanda eri rehmete getdi amma o turub namusla qeyretle balasini boyutdu esgere yola saldi oxutdu.Bugun sabahda evlenecek inwallah amma halbuki sevmiyib aile qurmuwdu o xanim.Birde ozgenin bedbextciliyi uzerinde oz xowbextciliyivi qurmaq istirsen.Bele aile uzun omurlu hec vaxt olanmaz.Bes onun xanimi balalari yaziq deyil.Onlarin ne gunahi var axi.Otur yaxwi duwun birdaha.
BULUTUM | 29 yanvar 2015 09:35 | Status: Professional user | Şərh: 7 386
Vaz kec vaz kec yenede deyirem vaz kec.bu,aile sene hec hec xowbextlik getirmeyecek.oz evladlarinla yawa.kimsenin evini yixib balasini atasiz qoyub gunaha batib qarqiw yiyesi olma.indi bir cur derd edib aglayirsan onunla aile olandan sonra iki cur derd olacaq.ziyanin yarsida qazancdi.ugurlar bacim.
SULTANIM | 29 yanvar 2015 09:26 | Status: Ekspert | Şərh: 4 742
Mektubun muellifin texmin etdim kimdir. Canim, Banu xanimin meslehetleri cox dogru fikirdir. Mence sebirli ol, her seyin yaxsisini Allah bilir, belke vaxtinda onun evli olmasini bilmen ele xeyirliyedir. Fikirles, dusun, ozunu oda atma. Balalarini berk-berk qucaqla, onlara saril. Heleki sevgin onlar olsun. InsAllah gelecekde qarsina seni anlayan,ailesi olmayan biri cixar. Sadece sebr et ve temkinli ol. Sene xosbextlik arzu edirem.
ᴷᴬᴹᴬ | 29 yanvar 2015 09:25 | Status: Qonaq | Şərh: 0
Biz ne qeder meslehet versekde sen oz bildiyini edeceksen. Calis duzgun addim at. Hec kim bedbext olmasin.
Fraulein | 29 yanvar 2015 09:19 | Status: Şərhçi | Şərh: 503
cox isterdim ki milli meclis ikinci resmi nikaha icaze verilmesi haqda qanun cixaraydi, cunki bele hallar gunu gunden artir, ne aile dagilmazdi, ne usaqlar yetim qalmazdi, ne de xeyanet olmazdi, bir kisi omur boyu birine sadiq qalmagi bacarmir, huylari kurusun, ama yaziqlarin fitreti budu, ona gore de ikinci ya da ucuncu resmi nikah mence mutleq olmalidi, bir cox dul qadin da xosbext olar
ELİSA | 29 yanvar 2015 09:13 | Status: Gümüş user | Şərh: 1 047
Yazacaqlarimi Banu xatun yazib onsuz.Tamamile raziyam