Layihələr / Məktub var!

Mən onu keçmiş arvadından da öncə sevirəm

Banu. | 19-09-2020, 11:33
1 423 0


"Mən onu keçmiş arvadından da öncə sevirəm"-deyən saf, platonik sevgi ilə sevən gənc qızın, Azadqadin.az saytına məxsus Xoşbəxt Qadınlar Klubuna (facebookda qrup) göndərdiyi məktubu sizə təqdim edirik: 

Sayt və qrup rəhbəri Aynur Qurbanqızından(Aynur Qurbanqızı) və qrup üzvlərindən məsləhət istəyir.

"Qızlar başıma gələn bir hadisəni paylaşacam sizinlə. Fikirləriniz dəyərlidir mənim üçün. 

Deməli mənim 21 yaşım var 6 il bundan qabaq anamla bir qohumumuzgilə qonaq getmişdik, həmin qohumumuzun da bir oglu var idi 25 yaşında. Bunlar oğullarına qız axtarırdılar, amma hər qızı yaraşdırmırdılar oğullarına, çünki özləri səviyyəli ailədirlər, hamısı ali təhsilli evin kişisi çox samballı, adlı sanlı adamdır.
Qız axtardıqları oğulları çox fərasətli oğlandır, 25 yaşında bunun tay-tuşları pley stationda , çayxanada bu gecə gündüz işləyir , atası biraz kömək edib özünün şirkətini yaradıb , bahalı maşınlar sürür , neçə nəfər işçisi və s.
Nə isə... Niz anamla getdik bunlara, qonaq orda evin xanımının ürəyi keçmişdi məndən ötrü, mən də agıllı sakit başı aşağı qızam. Mənim anama və nənəmə üstü örtülü şəkildə bildirmişdilər ki, qız məktəbi qutarsın bizimdir.
Hətta oğlanın atası da atama bir neçə dəfə eşitdirmişdi ki, yəni qızı biz alacağıq, amma dəqiq heç nə yox idi ortada.
Anamla, nənəm evdə oturanda zarafatla söz atırdılar mənə, filankəsə gedəcəksən zad. Mən oglangilin ailəsini çox bəyənirdim , oğlana da vurulmuşdum. İldə bir neçə dəfə qonaq gelirdilər bizə, elə can- başla qulluq edirdim , o ailəni özümün gələcək ailəm gözündə görürdüm.
Ortada ne fal var idi nə yumurta, amma mən gecə-gündüz toyumun xəyalını qururdum , həmin oğlanı düşünməkdən nə gecəm var idi, nə gündüzüm.
Düşünürdüm ki, bir an öncə məktəbi bitirim , universitetə qəbul olum, o ailə məni istəməyə gələcək, gəlin gedəcəm o evə , o oğlana. Beynimdə bu düşüncədən başqa heçnə yox idi.
11-ci sinifdə oxuyanda evə dəvətnamə gəldi, gördüm həmin ailə oğullarına toy edirlər, bizi də ailəvi dəvət ediblər. Açığı anam da , atam da ürəklərində pis oldular, çünki onlar eşitdirmişdilər ki, sizin qızınızı alacağıq, vaxtı gələndə, amma anamgil təbii ki, bunu biruzə vermədilər.
"Allah xoşbəxt eləsin!" dedilər nəticədə onlar bizə nə elçi gəlmişdilər, nə də başqa bir şey sadəcə quru deyilmiş söz idi.
Zaman keçdi oğlan evləndi, uşağı oldu, mən də zamanla qəbul etdim bunu. Bütün ümidlərim ölmüşdü.
Başqa adamın ərini düşünməyi qadağa elədim özümə və zamanla tamam unutdum. Hə bu arada deyim ki , oğlanla salam sağolumuz belə olmamışdı, tamamən platonik sevmişdim onu .
Mən məktəbi bitirdim, yüksək bal topladım BDU-nun hüquq fakultəsinə qəbul oldum.
Onu unutmuşdum. 1 il bundan qabaq axırıncı kursda oxuyanda evdə anamgil danışanda eşitdim ki, həmin oğlan arvadından boşanıb. Qız həddindən artıq sərbəst həyat sevirmiş , gecə padruqaları ilə gəzməyə çıxırmış xəbər vermədən , evdə qayınana-qayınata saymırmış, belə şeylərin üstündə çox mübahisələri düşüb, axırda 1 uşaqla boşanıblar.
İndi xeyli miqdarda aliment verir, amma keçmiş həyat yoldaşı ilə heç bir əlaqəsi yoxdur. Hə, qızlar, deməli mən bunun boşanma xəbərini eşidəndə qəribə oldum, sanki birden 4 il qabağa qayıtdım və özümdən asılı olmayaraq içimdə “ Boşanıb artıq mənimlə ola bilər , mənimlə ailə qura bilər “ hissləri yarandı.
Kiminsə ailəsinin dağılmasına sevinəcək qədər alçaq biri deyiləm, amma dediyim kimi içimdə bu təzə umid qığılcımları özümdən asılı olmayaraq yarandı.
İndi artıq 1 ildir ki , əvvəlki vəziyyətimə qayıtmışam yənə platonik şəkildə sevirəm onu , gecə-gündüz beynimdə ancaq odur.
Başqa birisi ilə münasibət qura bilmirəm, çünki içimdə bir ümid varki, bəlkə bu dəfə alınar. Ən pisi də budur ki, oğlanın məndən xəbəri belə yoxdur. Yolda görsə tanımaz. Bir neçə il bundan öncə görüb onda da elə belə uzaq qohum kimi salamlaşıb. Heç cür beynimdəm çıxmır. İstəyirəm psixoloqa gedim dərdimi danışım ama psixoloqa verməyə boş pulum yoxdur.
Mənə məsləhət verin, qızlar, neynəyim mən ??? Nə onun qarşısına çıxıb “mən illərdi sevirəm səni, hətta keçmiş arvadındam da öncə səni tanıyıb qarşılıqsız sevmişəm “ deməyə cəsarətim yoxdur.
Nə də ki , beynimdən ürəyimdən çıxarmağa iradəmin gücü çatmır."

P.S. Ən təsirli, ən inanmaz, o qədər də yaşanmış həyat hekayələrini Xoşbəxt Qadınlar Klubu instaqram səhifəmizdən izləyə bilərsiniz...