Layihələr / Məktub var!

Boşanmış kişi 17 yaşlı qızı qaçırıb bədbəxt etdi - Bərdədə baş verənlərin ŞOK TƏFFƏRRÜATI

Banu. | 28-08-2020, 15:37
11 820 0


Bu xəbər Azadqadin.az saytına məxsus Xoşbəxt Qadınlar Klubunda (facebookda qrup) yayılıb, bloger Günel Mövlud hadisəyə Facebook rəsmi səhifəsində öz mövqeyini bildirib: 

"Bayaq "Xoşbəxt Qadınlar Qrupu"-nda bir rəyə etiketlədilər profilimi.

Rəydə yazılmışdı ki, 17 yaşlı universitetə hazırlaşan qız 2 dəfə evlənib-boşanmış adam tərəfindən qaçırılıb.

Ailəsi nə qədər qızı geri almaq istəsə də ala bilmir. Həmin xanıma yazdım, ailəsinin nömrəsini aldım.

İndicə atası ilə danışdım. Kişi deyir ki, mart ayının 22-sindən qızı qonşu kənddə yaşayan kişi tərəfindən qaçırılıb, atası da qızının dalınca gedib, amma oğlangil atanı şantaj edib və geri göndəriblər.

Kişi polisə, DİN-ə dəfələrlə şikayət edib, M.Əliyevaya məktub göndərib, fayda verməyib. Cəmi 1 dəfə qızı polis bölməsinə gətiriblər, deyir, qızımdan soruşuram ora necə getdin, dedi qadın (oğlanın anası) xahiş etdi və polisin üzünə baxıb ağlamağa başladı. Polis də ataya deyib ki, sən hakim, prokuror zad deyilsən, niyə sorğu-sual edirsən.

Ata deyir ki, polis rüşvət alıb məsələni bağlamağa çalışıb. Həmçinin deyir, 5 aydır 1 dəfə qızı evə, anasına, rəfiqələrinə zəng etməyib, qıza zəng edəndə qaynatası açır, söyüşlər söyür. Deyir, 7 il kənddən şəhərə (Bərdənin mərkəzinə) oxumağa göndərmişəm qızımı, universitetə hazırlaşırdı, bacısı öz xoşu ilə evlənəndə onu qınayırdı ki, evlənməsin, indi mən inanmıram qızım öz xoşu ilə gedib.

Dərdimi danışmaq üçün Amil Xəlilin verilişinə çıxdım, şou düzəltdilər. Qeyd edim ki, ata oğlanın 1-ci arvadının ailəsini tapıb, deyir, onun da başına bu oyun gəlib. 17 yaşda qaçırılıb, qıza dərman verirlərmiş.

Kişi də öz qızına görə bərk qorxub. Müsahibə verməyə hazırdır. Adresini dəqiq dedi. Adam sadəcə qızını istəyir. Kömək etməliyik ki, qızlarımızın həyatı məhv olmasın. Onlara əşya kimi davranılmasın."

P.S. Ən təsirli, ən inanmaz, o qədər də yaşanmış həyat hekayələrini Xoşbəxt Qadınlar Klubu instaqram səhifəmizdən izləyə bilərsiniz...