Layihələr / Məktub var!

"Qardaşımla arvadı boşanıb gizli eşq yaşayır, amma.."- Baldız şokda

Banu. | 23-08-2020, 21:14
16 479 0

Dəfələrlə qardaşıının boşanmış həyat yoldaşı ilə romantik yazışmalarının, görüşlərinin üstünü açan baldızın Azadqadin.az saytına məxsus Xoşbəxt Qadınlar Klubuna (facebookda qrup) göndərdiyi məktubu sizə təqdim edirik: 

"Aynur xanım (Aynur Qurbanqızı), zəhmət olmasa Anonim paylaşardınız. 

Hər kəsə salam. Mənim qardaşım 2 il əvvəl rəsmi ayrılıb. Sevib evlənmişdilər. Evlilikləridə yaxşı gedirdi.
5 il evli oldular boşandılar. Niye boşandız, dedik, səbəb demədilər.
Ailələr birləşdi ki, barışdırsın, qəti razılaşmadılar.
Nə gəlin özünkülərə, nə də qardaşım bizə heç bir səbəb demədi.
Nə isəki... ayrılıq oldu. Qardaşımla evimiz 5 dəqiqəlik yoldu.
Yemək aparıb gedirəm, gedib evə əl gəzdirirəm.
6-7 aydiki, gedirəm ki, soyuducuda hazır yemək, ev tər-təmizdi, deyirəm ki, bu nədi, deyir ki, adam tutmuşam.
Amma yalan deyir, çünki yataq otağından həmişə qadın iyi gəlir, evdədəki qadın saçları olur.
Bilirəm subay oğlandı, kimnənsə oturub durmalıdı, amma bir az bir az safdı, qorxuruq pozğuna ilişər.
Məndəki, ha araşdırdım, tapmadım kimdi.
Axırda votsapını özümə ötürdüm proqramla. Gördümki, bir qızla yazışır, açıq yazışmalar. Qız buna alt paltarlı şəkil atır, lüt atır gelim olaq, zad yazır...
Dedim, hansısa pozğundu da yəqinki...Bir də qızın nömrəsindəki şəkilə baxdım ki, boy... bu bizim keçmiş gəlin.
Əlim üzümdə qaldı. Nəsə bunları biryerdə tutmaq qərarı aldım.
Pis mənada yox ha.. istədim ki, barışdıqlarını desinlər, daha birdəfəlik əməlli-başlı barışsınlar. Qızları var, nəyə lazımdıkı ata ananı ayrı görsün.
Ailə olsunlar birdəfəlik. Votsapı izlədim bildim, qız sabah gedəcək evə. Durdum getdim ora, axşam 15 dəyqədən sonra qapı açdılar. Duruxdular, zad...Uşaqda gördü, məni dedi bibi burda qalmağa gəlmişik yenə anamla. Nə isə dedim ki, gedirəm narahat olmayın.
Qaqaşa dedim, sabah danışaq.
Dünən qaqaşı çağırdım bizə. Dedim barışmısız deyəsən nə gözəl sevindim, anam da sevinər. Əsəbi halda dediki yox, biz heç vaxt barışası deyilik. Ümidlənib etmə...
Elə-belə bir iş idi uşağa görə, o sevinsin deyə bəzən bir qalırıq. Daha deyə bilmədim ki, arvadınla olanda da uşağa görə olursan o görsün deyə?Çünki deyə bilməzdim, votsapına baxıram.
İndi, ay qızlar, bundan nə başa düşüm, mən?
Arvadı boşamaq nədi, sonra təzdən onunla yatmaq nədi?
Daha yatırsansa, belə ürəyiniz gedirsə, niyə barışmırsız? Biri izah etsin, mənə, bu nə deməkdi?
Sizcə gəlinlədə danışım, araya girib barışdıraq? Çünki yazışmalarında romantik sözlər, şəkillər, filan... Bunlar sevirlər bir-birini.