Layihələr / Məktub var!

Gah evdə, gah maşında müxtəlif qadınlarla xəyanəti tutulan kişinin arvadı: "ərimin gəzəyənliyinin qabağını ala bilmirəm, kömək edin" - Məktub

Banu. | 9-07-2020, 17:07
4 235 0

Gah evdə, gah maşında müxtəlif qadınlarla xəyanəti tutulan kişinin arvadı: "ərimin gəzəyənliyinin qabağını ala bilmirəm, kömək edin" - Məktub

Dəfələrlə həyatyoldaşının xəyanətinin üstünü açan qadının Azadqadin.az saytına məxsus Xoşbəxt Qadınlar Klubuna (facebookda qrup) göndərdiyi məktubu sizə təqdim edirik: 

"Aynur xanım (Aynur Qurbanqızı), zəhmət olmasa Anonim paylaşardınız. 

Qızlar, mənim facebookum yoxdur. Yoldaşım icazə vermir. Rəfiqəmin profilindən girib baxacam yazılan rəylərə. Öncəliklə hamnıza təşəkkür edirəm.
Qızlar, olmayanlara qismət 4 yaşında bir qız övladım var. Qaynatam, qaynanam qızıl insanlardır. İnanın bu uşaq necə böyürür, xəbərim olmadı. Bu günə qədər bir dəfə də olsun əziyyət görmədim. Qaynanam, qaynatam nəvələrinə, yani qızıma məndən yaxşı baxırlar. Yedirirlər, çimizdirilər. Bir dəfə olsun uşağa görə narahatçılığım olmadı. Gecə ağlayan kimi qaynanam qapını döyür verirəm, aparıb qaynatamla ikisi qulluq edirlər. Elə qulluq edirlər ki, mən ömür boyu tək olsam uşağa elə baxa bilməzdim. Çox gözəl insandırlar. Qaynatam özü deyir ki, qızım çıx rəfiqələrinlə gəz dincəl, uşağa görə narahat olma. Qaynatamla qaynanamın ikisindən də çoz razıyam. Qızlar, mənim problemim yoldaşımladır. Sevib evlenmişik, amma gəzəyəndir...
Keçən gün qaynanam hardan bildisə, qaynatamı da götürüb getdilər qızla yoldaşımı bir evdə tutdular. Qızı biabır rusvay edib qaynanam blokda. Deyib, ay ləçər, sən gəlinimin evin dağıda bilmərsən. Qızı saçından tutub sürüyüb. Necə deyim qaynanam elə məsələlərdə çox əsəbidir. Yoldaşım o qızdan ayrılır başqasın tapır, ondan ayrılır başqasını tapır. Qarşısın ala bilmirik.
Bu bəzi qızlar nə istəyirlər evli kişilərdən bilmirəm... Desəm bar, restoran qızılarıdır yox. Pozğundurlar, nədirlər bilmirəm...Amma elə qızlar olur ki, özüm də heyrət edirəm ki, ay ləçər, o cür ailən var, sənin evli kişi ilə nə işin var. Qızlar, qaynatam yazıq iki dəfə yüngül infakt keçirib yoldaşıma görə. Nə edirik, düzəlmir yoldaşım. Boşana bilmirəm. Qaynatamla qaynanamı çox sevirəm. Onların zəhmətini, əziyyətini itirmək istəmirəm. Amma yoldaşım da düzələn deyil. Keçən gün maşınınımızdan qız alt paltarı tapdım. Oturacağın altından. Bir dəfə də yoldaşımın cibindən çek tapdım. Hansısa qıza bahalı ətir almışdı. Çeki cibində qalmışdı.
Yoldaşım yüz dəfə məndən üzr istəyib, amma yenə əməlindən dönmür. Qızlar, boşanmaq istəmirəm ama daha bacarmıram. Mən bunu necə adam edim? Geyinirəm, bəzənirəm, heç vaxt pis qoxu gəlmir məndən ki, deyim məni bəyənmir. Necə yaraşır elə geyinirəm. Özü də məni necə sevirdi e. Bəlkə indi də sevir, amma sevsə gözü çöldə olmaz da. İçmir, çəkmir amma gəzəyəndir. Cadu et deməyin. Nifrət edirəm elə şeylərə. Sadəcə necə edim ki, gözü çöldən yığışsın. Bir qədər uzun yazdım üzr istəyirəm..."