Məktub var! / Manşet

“Anan əxlaqsızdır” deyə ərim boşadı, ikinci həyat yoldaşım da illərdir evdə məni həbs edib – İntihar edən qadının ürək sızladan məktubu

Aynur_Qurbanqizi | 19-02-2020, 14:26
15 690 0

Azadqadin.az saytın daha bir məktub daxil olub. Xoşbəxt olmaq ümidi ilə ikinci dəfə ailə quran xanım həyatının acılarını yaşayır. İki övladı ilə çarəsiz qalıb, oxuculardan məsləhət istəyir. Yalnız məsləhət üçün, həm də bir qadının taleyi əks olunmuş məktubu təqdim edirik:  

"Atasız-anasız böyüdüm"

Sizə həyatim haqqında qısaca yazmaq istəyirəm. 4 yaşım olanda atamla anam boşanıb. Anam düz  yolda olmayib. Hal-hazırda münasibətimiz demək olar ki, yad insan kimidir. Məni heç vaxt sevməyib. Atam içki düşkünü, dəfələrlə ailə qurub. Onunla da illərdir münasibətim yoxdur. Axırıncı dəfə 5 il əvvəl görmüşəm. Onda da ancaq pul istəyirdi. Nə isə... Əslində, mövzu uzundur. Qısa yazmağa çalışıram. Bir sözlə mənə valideynlərim baxmayıb. Körpəlikdən nənəm böyüdüb. Dayılarım mənə görə evdə nənəmi dəfələrlə döyüblər. Rəhmətlik nənəmə deyirdilər ki, gönder Bakıya atası ya da anası baxsın.

"Problemlərdən qaçmaq üçün ailə qurdum, günüm lap qara oldu"

19 yaşımda ailə qurdum. Özümdən 10 yaş böyük biri ilə. Sırf canımı problemlərdən qurtarmaq üçün. İki uşaqımız oldi. Vəə həyat burada da öz oyununu oynadı. Hər gün evdə dava dalaş! Hər xırda şeydən ötrü “Sən q...nin qızısan” deyib məni döyürdü. Və bir gün dözməyib yeddi illik ailə həyatıma son qoydum.
Onunla ilk 2 il kənddə, 5 il isə bakida kirayə yaşamışdıq. Və boşandım. O, təhqirlərə və fiziki işgəncələrə dözmək mümkün deyildi. Kiməsə möhtac olmamaq üçün evli ola-ola Tibb texnikomunda oxumuşdum.

"İkinci dəfə ailə qurdum"

Boşandıqdan sonra tibb bacısı işləyirdim. Və evliliyimin bitməsindən 5 il sonra təsadüfən xəstəxanaya gələn bir xəstə ilə tanış oldum. Xarici vətəndaş idi. Və bir ay müddətində evlənməyə qərar verdik. Amma ikinci yoldaşımın mənimlə şərti var idi. İşləmiyəcəksən!!! “Sənə də, uşaqlara da baxacam” dedi. Və biz ailə qurduq. Yoldaşım bir ay Bakida, bir ay xaricdə yaşamaqa qərar verdi. Guya ki, buraya birdəfəlik ev alandan sonra köçəcəkdi. Hələki Bakıda iş yoxdu, deyirdi. Və mənim qara günlərim başladı. Mənasız qısqanclıqlar, yersiz dava dalaşlar... Mən gedirdim onun vətəninə (uşaqlara bakıda dayə baxırdı), anasıgilin yanında canım cicim, aşkım, sevgilim deyirdi. .Eləki otağımıza keçirdik yenə dava dalaş... Səbəbsiz davalar yaradırdı. Sadə bir məsələni deyim. Bir gün onun qohumları ilə tucarət mərkəzinə getmişik. Orada bir kofta vardı. Anası dedi ki, qızım, bunu sənə alaq. Mən də üstündəki qiymətə baxdim. 30 dollar idi. Dedim yox istəmirəm bahadı. Çünki yoldaşım özünə alsa da, mənə heç vaxt bahalı paltar almırdı. Nə isə eləki bu sözü dedim, yoldasım orda saldı məni geyim dəyişmə otağına. Mübahisə, dava-dalaş. Deyir ki, niyə qohumlarım bilməlidir ki, mən sənə bahalı bir şey almıram?! Sırf buna görə evə gələndə məni 1 gecə noyabr ayinda balkonda yatızdırdı. Bilirsiz mövzu o qədər çoxdur ki, kitab lazımdır yazmaqa. Tək belə izah edə bilərəm ki, adam içində canım-cicim, təklikdə təhqir-dava dalaş. Mən isə dözməyə məcburam. Çünki, ikinci dəfə ailə qurmuşam, uşaqlarım var. Camaat adama nə deyər?!?! Evə kamera qoşub, evdən çıxmıram. Bütün günü telefondada evin kamerasını izləyir. Yəni, sanki həbsdə imişəm kimi özümü hiss edirəm. Həyatımın 4 ili də belə getdi. Evdən çıxanda isə icazə yalnız uşaqlarla və telefonda kamera ilə izləməklə olar.Və mən bütün bunlara dözdüm.

"O biri otaqdan qızımın səsinə gəldim ki, uşaqlarımın ikisi də baş-başa verib ağlayır"

Son ildə davalarımız o qədər çoxaldı ki, mən dedim boşanıram. Amma, yalandan deyirdim ki, bəlkə itirmək qorxusundan xasiyyəti, münasibəti düzələr. Mən “boşanıram” deyəndə dizini yerə qoyub yalvarır: “Səni sevirəm. Sənsiz yaşaya bilmərəm”. Eləki barışırıq yenə də həmən adam idi. Qısacası düz 1 il də bu cür davam etdik. Və nəhayət 3 gün əvvəl yenə boş söz-söhbətə görə mənlə dalaşdı, nömrəmi blok etdi. Amma uşaqlarla tez tez danışırdı. Uşaqlar evə girən kimi kamerada görür zəng edir. Yenə “Qızım oğlum.Canım cicim....”... Dünən qızıma zəng etdi ki, qızım, sənin anan q...dir. Sən bunu bil!!! Səbəb isə evin kamerası işləməyib. Guya evə kişi salmışam...Və mən də yataq otağında paltar ütüləyirəm. Qızımın ürəyi xəstədir. Elə bu sözü deyən kimi qızımın halı pisləşib. Başlayıb hönkür – hönkür ağlamağa. O biri otaqdan qızımın səsinə gəldim ki, uşaqlarımın ikisi də baş-başa verib ağlayır. Artıq, usaqlarımın göz yaşına dözmədim. Zəng edib 4 ildə ürəyimə yığdıqlarımı, çəkdiklərimi ona boşaltdım. Bir-birimizə ağzımıza gələni dedik.

"Yaxşı olsan ikincidən də boşanmazdın" qınaqlarından qorxuram

İndi boşanmaq qərarına gəlmişəm. Amma, uşaqlarım da, mən də sanki ölü kimiyik. Nə edəcəyimizi bilmirik... Evim yox! İşim yox! 2 usağın xərcləri.. Bir tərəfdən də camaahatın qınağı... “Yaxşı olsan ikincidən də boşanmazdın”, “iki ər dəyişdi” deyə qeybətləri... Aynur xanım, mən nə edim? Necə edim? Hansı yolu seçim? Az qalıram dəli olum fikirdən, çarəsizlikdən.  Bir yandan da darıxıram onun üçün. Bilmirəm sevgidir? Yoxsa öyrəşmək? Dərdimi bölüşəcək anam yox, qohumum yox. Tək-tənhayam.
Mənə yol göstərin xahiş edirəm...

Azadqadin.az sayt rəhbəri Aynur Qurbanqızıdan: 


Məktubu facebook ünvanıma göndərən xanımla yaxından tanış olub onu saatlarla dinlədim. Qaranlıq qalan suallarıma cavab aldım. Bu məktubda əksini tapmayan hadisələr də var. Belə ki, xanım aylar öncə intahara cəhd də göstərib. Qardaşı hamamda onu asılmış vəziyyətdə görüb tez xəstəxanaya çatdırmasaydı, bu gün həyatda yox idi. İp boğazını kəsilmiş vəziyyətdə şəkillərini göndərdi, həqiqətən acı mənzərə idi. İntihara səbəb də narsist ərinin əlindən bezməsi idi. Bəli, ikinci həyat yoldaşı Narsistdir. Yəni, özünü dəlicəsinə sevən və qarşısındakı qul kimi alçaldan tiplərdən. Xanım deyir ki, haqqsızlıq etməyim, hər ay 500 manat kirayəni ödəyir, mənə və uşaqlarıma baxır. Uşaqlar ona ata deyir. Uşaqlarının şəkillərini də gördüm. Anası kimi gözəl 14 yaşında qızı və oğlu var. Uşaqlar çox ağıllı, savadlı, öz biliklərinə liseydə təhsil alırlar. Yoldaşı Kürddür. Deyir ki, yoldaşı qaşını düzəldir, hər ay kosmetoloqa gedir, özünə çox baxımlıdır. Öz baxımına bir ayda ayırdığı pulu xanım heç bir ildə paltarlara vermir. "Davalar nə üstündə olur?” sualını verdim. Düşündüm bəlkə həll olunan məsələlərdir. Bir neçə misal çəkdi. Həqiqətən, bu durumlarda qadın tam günahsızdır və münasibətlərin düzəlməyinə ümid yoxdur. Bildiyiniz kimi evdə kameralar var. Hamama girərkən icazə alır, o da 15 dəqiqə vaxt verir. 20 dəqiqəyə çıxdıqda böyük dava başlayır ki, orada nə qələt edirdin. Və barışmaq üçün də qadına əmr edir ki, ayaqlarıma düş, mənə yalvar, de ki, nəslimdə kişi yoxdur, yeganə kişi sənsən, səni bağışlayım....
Ayrıca, xanımın şəkillərinə baxdım. İnanılmaz gözəl və məsum gənc bir qadın!
Ən pisi odur ki, bu gözəl bəxtsiz qadın həm də xərçəng xəstəsidir. Əvvəl sinəsində olub, kəsib götürüblər. İndi də başındadır. Həkimlər deyib ki, stress olmaz!
İnanın, qadının şəklini görsəniz heyran qalarsınız gözəlliyinə. Sarışın saçları, ağappar üzü, toppuş dodaqları, gözəl gözləri... Amma, işgəncə dolu həyatı, xərçəng xəstəsi... Anası vicdansıza da nə deyəsən! Ay alçaq qadın, analıq etməmisən, heç olmasa evin var çək yanına saxla da. Xanım deyir ki, anamın yanına gedən kimi deyir ki, sənin tayların infiniti sürür, kül başına oturmusan. Yəni istəyir öz yoluna çəksin...

Qeyd: Məktublar anonim saytda dərc olunur, minlərlə xanımın bir-birinə dəstək olduğu FACEBOOKUN FENOMEN QRUPU XOŞBƏXT QADINLAR KLUBU (üzərindən vuraraq daxil ola bilərsiniz) qrupunda təqdim edilir. Bu məktuba gələcək yorumları qrupumuza daxil olaraq izləyə bilərsiniz. Kişilərə giriş qadağandır! 

Digər anonim məktublar BURADA


“Keçmiş yoldaşım mənə yataqda işgəncə verir, saçımdan tutub sürüyürdü, indi isə...” – Dəhşət doğuran oxucu məktubu

"Anan əxlaqsızdır" deyə ərim boşadı, ikinci həyat yoldaşım da illərdir evdə məni həbs edib – İntihar edən qadının ürək sızladan məktubu

"Ərimin xəyanətini 14 fevralda öyrəndim" - Oxucu məktubu

15 ildir evli kişi ilə yaşayan qadın qızı ilə bağlı dərdini anlatdı - Məktub var!

"Gəlinimiz qardaşıma evli kişi ilə xəyanət edir, nə edim?"

Evliyəm, amma sevgilimdən hamiləyəm - Oxucu məktubu