Layihələr / Məktub var!

"Ərimin xəyanətini 14 fevralda öyrəndim" - Oxucu məktubu

Banu. | 15-02-2020, 17:49
24 027 0

Azadqadin.az saytının redaksiyasına daha bir məktub daxil olub. Mövzu yenə də xəyanətlə bağlıdır, xanımın oxucuların məsləhətinə ehtiyacı var. Azadqadin.az məktubu təqdim edir: 

Rəfiqəm tanınmış restoranda hesab işlərinə baxır. Müəyyən səbəblərdən yazmıram hansı restoran olduğunu...
Bu gün nahar zamanı mənə zəng elədi ki, söz ver əsəbləşməyəcəksən, söz verdim. Dedi ki, yoldaşın bir xanımla burda nahar edir. Bir birlərinə hədiyyələr verdilər.
İnanmadım, amma  rəfiqəm gizlicə yoldaşımla həmin xanımın rəsimlərini çəkib, mənə göndərdi.
Yoldaşım evə gəldi, əlində iki ədəd parfüm....
Dedi: 14 Fevral münasibəti ilə  sənə parfüm aldım hədiyyə, birni də sənin adından özümə aldım.
Ancaq yalan deyirdi. Restoranla üz bə üz parfüm dükkanı var. Girib ordan  mənim üçün tez-tələsik parfüm alıb. Həmin  qız yoldaşıma 150-200 manatlıq parfüm hədiyyə edib. İndi guya bu "gicbəsər" ört-basdır etmək istəyir...
Mənimlə söhbət edəndə yoldaşım deyir ki, nə sevmək e, sevirəm sözündən zəhləm gedir. Ona görə sənə sevirəm demirəm. Evliyik vəssalam da... Səninlə evllənmişəmsə, deməli səni sevirəm, amma indi o küçə qızının az qala ağzının içnə girirdi. Rəsimlərdən elə görünür.
Qızda ki, gənc qızdır. Dəyən lazımdır, kişi qıtlığıdır bəyəm... Nə çox subay kişi. Gərək evli kişi ilə  görüşəsən?! İyndi mən bu yoldaşıma nə deyim ? Necə deyim ? Mamaya dedim. Dedi itə-qurda görə ailəni dağıtma. Hara getsə, sənin yanına qayıdacaq. Qızlar siz mənim  yerimdə olsaydınız, necə rəftar edərdiniz ?


Təqdim etdi: Sədəf Aslanzadə 

Mənbə: Xoşbəxt Qadınlar Klubu