Layihələr / Məktub var!

Tələbə qızların yaşadığı kirayə evdə başıma gələnlər, sadəcə 2 gün dözə bildim - Məktub var!

Banu. | 10-02-2020, 11:55
6 263 0

Azadqadin.az saytının redaksiyasına daha bir məktub daxil olub. Qız kirayə qaldığı evdən çıxdığı üçün, nigarandır və oxucuların məsləhətinə ehtiyacı var. Azadqadin.az məktubu təqdim edir: 

"Mən mənəvi cəhətdən rahatlıq tapa bilmirəm... Məsələ belədir ki, mən kirayə ev tutdum. Ev sahibi ilə heç bir müqaviləmiz olmadı.
Nə isə... Olandan, olmazdan nə əşyam var, gətirdim köçdüm evə. Elə evdə rahatlanmışdım ki, ev telfonuna zəng gəldi. Zəng edən şəxs bir oğlandı. Cavab verən kimi saymazyana danışdı mənimlə.
Sonda dedi ki, filankəs sən deyilsən ?
Mən də "yox" dedim. Üzr istəyib adboy verdim.
Bir gün içində 3-4 dəfə zənglər oldu. Hər dəfə də müxtəlif oğlanlar.
Mən də ev telfonun çıxardım. Onsuz da ev telefonu mənə lazım da deyildi.
Ev sahibi qadın səhəri gün gəldi ki, evə yüz dəfə zəng edirəm niyə cavab vermirsən.
Məndə dedim ki, evə tanımadığım adamlar zəng edir, əsəbləşib telefonu çıxartdım.
Mobil telfonum var. Lazım olsa mobil telefonuma zəng edin. Arvad qışqırdı, bağırdı ki, yox ev telefonunu taxmalısan yerinə. Gördüm arvad çox pis rəftar edir, dedim mən bu evdə qalmaq istəmirəm artıq...

Qadın qayıdıb mənə dedi ki, sən də deyəsən özündən əvvəlki kirayəkeşinlərim kimi "pis yolun" qızısan.
Bunu deyib getdi. Düz getdim evi mənim üçün tapan maklerin yanına. Əhvalatı danışdım. Dedi xanım sizdən öncə o evdə tələbə qızlar qalırdı. 4 qız. Evə oğlan gətirirdilər. Qonşular bezdi, ev sahibi də onları evdən qovdu.

Ev sahibi olan qadın kiriayə verdyi evin ev nömrəsinə zəng edir. Sizədə zəng edib, cavab verməmisiniz. Əsəbələşib.
Siz qaldığınız evə zəng edən oğlanlar da sizdən əvvəlki qalan kirakeşlərin sevgililəridir yəqinki.

Dedi, siz o qadına baxmayın. Qızı yaxşı insandır. Qızına deyin ki, ananız mənə pis söz dedi. Gəldim evə. Amma telefonu yerinə taxmadım.
Axşam vaxtı dı qapı döyüldü. Təbii ki, qapını açmadım. Gələn oğlan qapının arxasından astadan dedi ki, "Fəriş, mənəm filankəs. Bilirəm evdəsiniz. Balkondan gördüm evin işığı yanırdı". Qorxudan qapını açmadım. Dedim, mən Fəriş deiləm. Onlar burdan köçüblər. Çıxıb, getdi.

Səhər getdim maklerin yanına ki, yox e dünya dağıla mən o evdə qala bilmərəm. 300 manatımı verin mən evdən çıxıram. Makler zəng elədi, evin sahibi olan qadın gəldi. Başladı pis- pis danışmağa ki, belə tez evdən çıxa bilmərsən. Ən az 3 ay qalmalısan. Səndən öncə müştəri gəlmişdi, 1 il qalmaq istəyirdi. Ona vermədim, sənə verdim evi. Gördüm qadının öhdəsindən gələ bilməyəcəm. Gəldim evə bütün əşyalarımı evdən götürdüm. Getdim maklerin yanına ki, əşyaları evdən çıxardım, pulu arvaddan alın, verin yoxsa sizdən şikayət edəcəm. Arvad gəldi 20 manatımı kəsdi, 280 azn verib, üstəlik də dəhşətli qarğışlar etdi mənə. Cəmi 2 gün qaldım o evdə. Yaxşı ki, su, qaz, işıq almamışdım. İndi düşünürəm ki, doğrudan bəlkə səhv iş görmüşəm, çünki məndən öncə gələn müştəri 1 il qalmaq istəyirmiş. Bu fikir mənə rahatlıq vermir. Həqiqətən,günahkar mənəm? Davranışlarını bilməyən tələbə qızlar ücbatından həm evsiz qaldım, həm də bu cür vicdan əzabı çəkirəm"


Mənbə: Xoşbəxt Qadınlar Klubu 

Təqdim etdiAynur Qurbanqızı