Layihələr / Məktub var!

"Boşanmış oğlanla danışıram, anam bilsə məni öldürəcək, nə edim?" - oxucu məktubu

Banu. | 30-01-2020, 22:22
1 905 0

Azadqadin.az saytının redaksiyasına daha bir məktub daxil olub. Qız boşanmış kişi ilə danışır, bununla bağlı anasının mənfi reaksıyasından nigarandır və oxucuların məsləhətinə ehtiyacı var. Azadqadin.az məktubu təqdim edir: 

Salam qızlar... Düzü mən həmişə boşanmış oğlanlara qarşı antipatiyam olub.
Elə oğlanları ən pis insan kimi görürdüm.
Səbəbi də yəgin ki, anamın bu barədə fikirləridir. Anam həmişə deyir ki boşanmış oğlan öyrəncəli olur boşanmağa. Alır, boşayır.
Ailə dağıtmaqdan qorxmur. Və həmişə deyir ki, getsən subaya getməlisən.
Mən də ele düşüncə ilə yanaşırdim. Özüm subayam deyə subay oğlanla münasibət qurmağı istəmişəm, amma indi bir oğlanla danışıram ve o boşanıb.
Hələ ki, bu açıq şəkildə deməyib, başından xoşagəlməz hadisənin gəldiyini deyib sadəcə...
Indi hələ söhbətimiz iş ev tipli mövzulardır. Yəni hələ ki bele ciddi münasibət mövzularına keçməyib, amma nəsə hiss edirəm ki, keçə bilər. Elə olsa mən edəcəm deyə düşünə-düşünə qalmışam.
Düzdür əsas boşanma səbəbidir mənə görə... Əgər qıza qarşı haqsızlıq edibsə, danışmayacam. Yox əgər başqa səbəbidirsə, onda danışmağa davam ede bilərəm. Onda da anamın reaksiyasından qorxuram, görən necə olacaq.
Beynimi bu fikirler yeyir bitirir.

Mənbə: Xoşbəxt Qadınlar Klubu 

Təqdim etdiAynur Qurbanqızı