Məktub var! / Manşet

Bir ilin gəlini: "Hamı deyir ki, qaç o evdən canını qurtar" - qaynana dəhşəti

Banu. | 29-01-2020, 20:51
5 541 0

Evində qaynana "terroru" yaşayan gənc xanım Azadqadin.az saytına məktub ünvanlayıb. Qaynanasına görə artıq boşanma həddinə çatan xanım yaşadığı acını anladır: "

Xahiş edirəm mümkünsə dəyərli məsələtlərnizi mənimlə bölüşərdiniz.

Çox üzr istiyirəm, kimliymi qeyd etmədiymə görə...
Sizlərin fikirlərinizə ehtiyacım var.
Əvvəlcə onu qeyd edim ki, yazacaqlarmı  bütün qaynanalara aid etmirəm. Çox gözəl qaynanalar var. Mənim də qaynanam var, amma çox təəssüflə qeyd edirəm ki, mənim qaynanam yaxşılardan deyil.
Mənim yaşadıqlarım çox qəribə situasiyalardır. Beləki, onu öncəliklə qeyd edim, bir il deyil ki, ailə həyatı qurmuşam. Mən istəməsəm də qaynanam ipotekalya ev alıb, mənim hal-hazırda yoldaşımla  yaşadığım həmin evə gəlin gətirdi. Valdeyinlərimə dediki, cehiz gərək deyil. Cehizin pulun verin evin ilk ödenişin edin, geri qalanıda ərimlə mən ödəyəcəyik.
Uşaqlar ( Yoldaşımla məni nəzərdə tutaraq ) yeni, öz evlərində yaşasınlar. Atam razı oldu. Atam evin ilk tam ödənişini ödədi. İndi hər ay qaynanamgil evin aylıq ödənişini yoldaşımın maaşı azdır deyə, onlar ödəyir.  Universitet bitirmişəm, işləyirdim. Ama qaynanam toydan sonra işləməyimə icazə vermədi. Nə isə başınızı çox ağrıtmayım. Əsas problem nədir ?!
Məsələ budur ki, yoldaşım və qaynım anaları, yani qaynanam nə desə onu edirlər. Bilirəm bu normal haldır, amma bunlarda vəziyyət bir başqadır. Yoldaşım və qaynım çalışırlar ki, anaları bunları tərifləsin, analarının bunlardan xoşu gəlsin. Qaynanam bizə gəlir, evin təmizliyini bəyənmir. Çıxıb gedir.  ( Onu qeyd edim ki, qaynanam günün istənilən saatında bizə gəlir. Məsələn səhər saat 7 də, axşam saat 10- da və ya gecə saat 1 -də. Qaynatam yazıq bezib onun əlindən. Qaynatamın 50-dən çox yaşı var. Qaynanamın əlindən o qədər bezib ki, səhər tezdən evdən çıxır, gecə gəlir) Hə, qaynanam bizdən getdikdən sonra, yoldaşım məni dindirmir. O vaxta qədər ki, qaynanam məni dindirəcək, o zaman yoldaşım da mənimlə danışacaq yoxsa nə olur -olsun mənə bir kəlmə söz də deməz.
Bəzən  3-4 gün evin içində məni danışdırmır. Nə var ki, anası evin təmizliyin bəyənməyib. Keçən gün yarpaq dolması bişirmişəm, qaynanam birini yedi bəyənmədi. Yoldaşım da götürdü bir qazan yeməyi tökdü zibil qabına. Niyə?
Çünki bilir ki, elə etsə anasının ondan xoşu gələcək. Yeməyi tökdü zibil qabına anası güldü,  yoldaşım da elə sevindiki, anasının onun hərəkətindən xoşu gəldi diyə...
Paltar almışdım, qaynanam bəyənmədi, yoldaşımda təzə paltarı götürdü cırdı. Dedim niyə o günə saldın? Dünən almışam, aparıb dəyişdirərdim və ya geri verərdim. Dediki, anamın xoşu gəlmədi, vəssalam!
Niyə cırdı paltarı? Çünki anasının o zaman ondan xoşu gəldi. Nə edir anasının üzünə baxır ki, görsün anası güləcək ya sinirlənəcək. Cehiz gətirmə dedilər, amma evdə televizor yoxdu. Atam bir televizor aldı bizim üçün. Smart, internetli, bahalılardan...
Di gəlin görün ki, qaynanam televizoru bəyənmədi. Yoldaşım qoydu qutusuna. İcazə vermir televizoru açıb baxmağa. Anası desə, vur sındır, sındırar.
Baxın belə bir anormal ailəyə gəlin gəlmişəm.
Xahiş edirəm, qısa yoldan deməyin boşan, ayrıl, çünki özüm də bilirəm ki belə bir ailədə yaşamaq ömür çürütməkdir. Atam da deyir qızım nə zaman istəsən, sakitcə çıx gəl evimizə, vəkil tutarıq qısa zamanda boşanarsan o yaramazdan, amma mən özüm istəyirəm bilim ki, yoldaşımgildə  bu anormallığın səbəbi nədir.  Hamilə qalmaq istəmirəm, qorunuram. Bəlkə də boşanacam, çünki hamı deyir ki, qaç o evdən canını qurtar. Burada yazılan fikirləridə nəzərə alacam. Əyər doğurdan da başqa bir yol yoxdursa boşanacam. Çox sağolun ki, oxudunuz. Çox təşəkkür edirəm. Fikirləriniz mənim üçün dəyərli və önəmlidir.

 Mənbə: Xoşbəxt Qadınlar Klubu 

Təqdim etdi: Aynur Qurbanqızı