Layihələr / Məktub var!

Evliliyim üçün nələr etdim

SULTANIM | 2-04-2015, 19:11
11 483 33
Evliliyim üçün nələr etdim. Bir xanımın ibrətamiz məktubu (1 hissə)
 
 

 



 

Biz həyat yoldaşımla sevərək evləndik. Hər şey qaydasında idi. Biz çox xosbəxt idik. O mənim. Mən isə onun üstündə titrəyərdik. O nə deyirdisə mənim üçün əmr idi. Bir gün onun başı ağrıyarkən bir dua etmişdim, indi ağlıma o gəldi. Dedim ki, Rəbbimə Allahım, sən onun başının ağrısın al, mənim başıma ver. O gecə başım ömrümdə   ağrımadığı kimi ağrımağa başladı. Tam 2 il cənnət kimi bir yuvamız oldu. Hamı bizə qibtə ilə baxardı. Evimizə gələn qonaqlar hər zaman: - sizin evdə bir başqa hava var deyərdilər.

Duyğularımın içində göylərdə uçaraq yaşayırdım. Duyğularım məntiqimi və gözümü kor etmişdi. Yoldaşımın bəzi xətalarına şahid olsam da, onu hər zaman gözümdə ucaltmağı bacarmışdım. Təəssüf ki, fərqinə varmadan mən Allahımdan çox həyat yoldaşıma bağlanmışdım. Amma qüsurlu olan insan, heç zaman bu qədər sevgini, məhəbbəti daşıya bilməz. Çünki, bu sevgi o qədər güclüdür ki, yaradandan başqa heç kimə yaraşmaz. Amma mənim Rəbbim ona yaxın olmamı əngəlləyirdi.

Bizim sıxıntılarımız dekabr ayında oğlumun dünyaya gəlişi ilə bərabər, onun ailəsinin bizə yerləşməsi ilə başladı. Kəskinliklə, mənə bunu etdilər, onu etdilər deməyəcəm. Çünki, özüm özümə söz vermişəm. Yoldaşımın ailəsi, yoldaşım, mən, qohum-əqrəba, hamımız az qala mənim gül kimi yuvamızı dağıtmaq dərəcəsinə gəlmişdik.

O zamanlar sakit ola bilmirdim.  İtirdiyim rahatlığımı sanki, sərtəşərək, kobudlaşaraq əldə etməyə çalışırdım. Onlar pislik etdikcə, mən də eynisilə cavab verirdim. Amma sonu yaxşı olmadı. Kimin haqlı, kimin haqsız olduğu kimin məzlum, kiminsə zalım olduğu məlum deyildi.

Atamgilə getdim. Oğlumla orda 2 ay keçirdim. Çox çətin günlər idi. Boşanmaq ərəfəsinə gəldim. Əmin olun ki, o zaman boşanmaq üün çox səbəblər vardı. Artıq bir-birimizə nifrət edirdik. Bunu evlilikdən ümidini kəsənlərə misal olsun deyə deyirəm. Təbii ki, pis günlərin ağıl verən dırnaqarası dostları hər zaman boşan deyirdilər. Çətin günlərində, nədənsə xeyirli sözlər deyən az olur. Məndə kim nə deyirdisə, onu dinləməyə hazır idim.

Bir gün oturdum və özüm özümə qərar verdim.  Öz xətalarımı görməyə başladım. Həyata baxışımı dəyişdim, dünyam dəyişdi. Artıq o   bunu etdi, mən də bunu etdim demirdim. Fikirləşdim ki, mən heç kimi düzəldə bilmərəm. Hər kəs öz etdiyi əmələ görə cavab verəcək. Bu şəkildə özümlə üzləşdim. Bir həkim kimi öncə özümü tanıdım, sonra özümü müalicə etməyə başladım. Tövbə və dua etdim.

Bütün qürurumu ayaqlar altına atdım. Qürurumdan, bunu etmərəm dediyim hər şeyi etdim. O qırıldıqca, nə qədər qürurlu insan olduğumu gördüm. Qürurum tək qalmaqdan başqa nəyə yarayacaqdı ki? Onsuzda dost saydığım qürurum deyilmiydi məni bu hala salan....

Mən son damlaya qədər səbr edən, amma daşınca sel kimi önünə nə gəlirsə yıxanlardanam. Mən çox səbirsiz və əsəbi bir adam olduğumu fərq etdim. Səbirli olmaq əvəzinə, yavaş-yavaş tükənirdim. Oxumaga başladım, Allahımdan özümə səbr arzuladım. Bu səbrimi ən xırda bir şeydən başlayaraq böyük hadisələrə qədər həyatıma keçirməyə çalışdım.

Bir müddət həyatım imtahan verirmiş kimi keçdi. Həyat yoldaşım məni dəfələrlə sınadı. Qəlbimi qırdı, məni üzdü. Aylarla özümü onun xanımı deyil, xidmətçisi hiss etdim. Artıq dayana bilməyib vaz keçdiyimi düşündüyüm anlarda, yenidən başa dönüb niyyətimi nəzarət etdim və sonra yenidən qürurumu qırdım. O mənə necə rəftar edir etsin, mən ona səbr edir və yaxşı rəftar etməyə çalışırdım.

Yoldaşım mənə arxasını çevirib yatdı, mən isə ona sarılıb yatdım. Ən əsasda ikimiz olanda ilk yaxınlaşan mən oldum. O mənim üzümə gülmədi, mən həmişı onunla gülərüz oldum, heç qarşılığını gözləmədən. İmkan olduqca, ən kiçik belə şeylərdə ona itaət etdim. Onunla birlikdə vaxt keçirmək, bir yerlərə getmək üçün fürsət axtardım. Onu düşündüyümü bəlli edəcək qədər,özümə fikir verməyə başladəm, onun sevdiyi yeməkləri, tortları hazırlamağa başladım. Onu maraqlandıran şeylərə xüsusilə diqqət etməyə başladım.

Yoldaşıma o zaman etdiklərimə və söylədiklərimə görə üzr istədim. O isə məndə istəmədi, hələ də özünü haqlı saydıgı halından bəllidir. Bu Allahı ilə onun arasında olan bir şey, buna mən qarışa bilmərəm.

Şeytan məni doldurmasın deyə, mən özümü yaxşı şeyıərlə doldurmağa başladım. Məni üzən hər nə var idisə, onları yaddan çıxarmağa çalışdım və onlar haqda heç danışmadım. Mənə pis örnək olan rəfiqələrimlə görüşməkdən vaz keçdim. Ən çox da boşan deyənlərlə. İnsanların haqqımda danışmalarına, pis söz demələrinə fikir vermədim. Kim nə əkirsə, bir gen onu da biçıəcək. Faydalı kitablar oxumağa başladım,ən çox da ailə ilə bağlı kitabları.

Hər şeyi idarə edə bilirdim, amma yoldaşımla əvvəlki yuvamı düzəldə bilmirdim. Təfəkkür imdadıma çatdı. Rəbbim dərmansız dərd verməmiş. Mən çayı şirin və açıq içərdim. Çox çalışdım, amma şəkərsiz çayın dadsız olduğunu anladım, amma bacardım. Sən demə çayı acı da içmək olarmış. Mənə daha da ləzzət etdi, əvvəlkindən daha çox çay içməyə başladım.

Yaşanan bir çox şeylərlə bərabər duyğularımızda ölmüşdü. Mənim göz yaşlarım onun vecinə də deyildi. Mən də o quymətli göz yaşımı ona əsla göstərmədim. Gizli-gizli ağladım, rahatlandım, amma ona heç bəlli etmədim. Qaşqabağımı tökərək nə öz günəşimi, nə də onun günəşini söndürməzdim. Nə qədər qəbahəti olursa olsun, kişilər qarşısında, qaşqabaqlı qadını sevmirlər.

Özümdə yeni kəşflər etməyə başladım. Yoldaşımla, ailəsi ilə ugraşmaqdan vaz keçdim. İnanın ki, çox rahatladım. Oğlum atası gələndə sevinclə qarşısına qaçırdı. İndi boşansaydım, ovladım atasız necə olardı deyə düşünürdüm. Uşağıma ən böyük pisliyi mən etmiş olardım.

Bəddua etməyi buraxdım, artıq dua etməyə başladım. Kinli olmağı, nifrət etməyi buraxdım. Gözəl görən gözəl düşünür, gözəl düşünən həyatından ləzzət alır.

 

Ardı burada


  1. yunisella | 16 oktyabr 2015 17:21 | Status: Şərhçi | Şərh: 298
    Kaw Mende bacaram Allah o sebrinizden menede versin
  2. Purple_Butterfly | 2 sentyabr 2015 10:18 | Status: Şərhçi | Şərh: 146
    Super. Chox sevindim adiniza. Allah xoshbextliyinizi pozmasin.
  3. esmar | 3 avqust 2015 00:29 | Status: Şərhçi | Şərh: 111
    Allah hemiüe uzunuzu guldursun.sanki menim heyatimdi.mende sebrle gozleyorem.inaniramki bir gun esil xosbextliyi heqiqeten Allahin izniyle dadacam
  4. Nagizade.Leyla | 28 iyun 2015 02:26 | Status: VİP user | Şərh: 1 321
    Xebere gore tsk
  5. Sunay Elizade | 22 may 2015 13:04 | Status: Gümüş user | Şərh: 2 157
    Sitat: FarizEhmedli
    xeberlere gore tesekurler
  6. FarizEhmedli | 18 aprel 2015 18:26 | Status: Şərhçi | Şərh: 199
    xeberlere gore tesekurler
  7. SULTANIM | 4 aprel 2015 14:02 | Status: Ekspert | Şərh: 4 743
    Sitat: gunay 2
    Bagiwla mene maraqlidi ;hele de yoldawinla bariwmamisan yeniki uzune gulmur hele de?

    Bu menim hekayem deyil,amma axira qeder deyesen oxumamisiniz. Sonda yazilib, mence 2 hisseni oxuyun,yeni davamin.
    Sitat: nurlana nurlana
    Sitat: boris arxan
    maraqlidi goresen Sultanim xanim oz heyatinnnan yazib bunlari

    Xeyr oz heyatimdan deyil, bilmirem bele situasiyaya dushseydim, mendemi fedakarliq ederdim? Bunu yasamadan demek cetindir.
  8. SEVDA | 4 aprel 2015 08:07 | Status: Nəzarətçi | Şərh: 17 452
    Aileni qorumaq lazımdır,her xırda söz-söhbete göre bowanmağa deymez.Uwaqları düwünmek lazımdır.
  9. nurlana nurlana | 4 aprel 2015 00:10 | Status: Gümüş user | Şərh: 1 950
    Sitat: boris arxan
    maraqlidi goresen Sultanim xanim oz heyatinnnan yazib bunlari
  10. gunay 2 | 3 aprel 2015 21:13 | Status: Qonaq | Şərh: 0
    Bagiwla mene maraqlidi ;hele de yoldawinla bariwmamisan yeniki uzune gulmur hele de?
  11. Ag Gul | 3 aprel 2015 17:50 | Status: Professional user | Şərh: 4 334
    Çox qəşəng yazıdır. Bu yazı ilə bəlkə də neçələrini uçurumdan xilas etdiniz Sultanım xanım
    Ən çoox bəyəndiyim cümlələr isə bunlar oldu:

    Mən çayı şirin və açıq içərdim. Çox çalışdım, amma şəkərsiz çayın dadsız olduğunu anladım, amma bacardım. Sən demə çayı acı da içmək olarmış.

    Təşəkkürlər
  12. SEVA | 3 aprel 2015 17:00 | Status: Professional user | Şərh: 5 152
    Kederli yazidi oxuduqca mene tesir etdi halal olsun bele qadinlara bosanmaq heqiqeten cixis yolu deyil tutaq ki bosandin sonra yene evlendin yene eyni hadiseler yenemi cixis yolu bosanmaqdir
  13. SULTANIM | 3 aprel 2015 16:24 | Status: Ekspert | Şərh: 4 743
    Sitat: Banu.
    Canim menim goz yashlari ile oxudum bu fereh dolu goz yashlaridir. Ne gozel bir yazidir coxlarina ornek olacaq hetta men bele ornek goturdum bezi meselelerde. Cox sag olun.
    Allah komeyiniz olsun.Allah sizden razi olsun!
    P.S. Dunenden oxumaq istiyirem amma rahat bir vaxt axtarirdim ki, diqqetle oxuyum.

    Cox sagolun Banu xanim. Bu sozleri esitmek mene cox xos oldu.
    Ardi hazirdir.Imkan lsa aktiv edersiniz.
  14. Elgun_Azizov | 3 aprel 2015 16:13 | Status: Professional user | Şərh: 1 393
    Məncə indiki qızlara bir sillə kimi oldu.
    Bu yazılanlara əməl edən olsa boşanmaların sayıda azalar. Ölümün sayıda azalar. Xəyanətdə azalar. Həyatda səbr edən hər bir bəndə sonda qalib gələr.
  15. Banu. | 3 aprel 2015 15:57 | Status: Admin | Şərh: 2 266
    Canim menim goz yashlari ile oxudum bu fereh dolu goz yashlaridir. Ne gozel bir yazidir coxlarina ornek olacaq hetta men bele ornek goturdum bezi meselelerde. Cox sag olun.
    Allah komeyiniz olsun.Allah sizden razi olsun!
    P.S. Dunenden oxumaq istiyirem amma rahat bir vaxt axtarirdim ki, diqqetle oxuyum.
  16. Nergiz33 | 3 aprel 2015 15:48 | Status: VİP user | Şərh: 1 079
    ardi gelsin lutfeen 0140
  17. Ay_Sun | 3 aprel 2015 14:30 | Status: Brilliant user | Şərh: 13 412
    Sitat: BULUTUM
    Maraqlidi ardini gozleyecem.Sebir her qapinin acaridi.
  18. Nara88 | 3 aprel 2015 14:28 | Status: Professional user | Şərh: 4 255
    bu gercek hadisedirse ehsen deyirem xanima.
  19. SULTANIM | 3 aprel 2015 14:26 | Status: Ekspert | Şərh: 4 743
    Sitat: boris arxan
    maraqlidi goresen Sultanim xanim oz heyatinnnan yazib bunlari

    Canim yox, menim hekayem deyil. Men de ailede sebirli xanimam. Heyatimda mueyyen menada cetinlikler olub. Amma burdaki xanim kimi demezdim, cunki men evde cox erkoyun xanimam. Sebirli oldugum qeder, belkde yasima uygin olmayan siltaqliqlarim var.
    Mektub uzun oldugu ucun 2 hisseli etdim.Hazirdir.Bu gun gonderecem. InsAllah aktiv olar.
    Serh yazan her kese tesekkur edirem. Umidvaram, bir cox xanimlar ucun bu mektub lazim olar. Teki problemleriniz olmasin.

    Sitat: drop
    belke bu hekaye bir coxumuza heyat dersi olar faydalanariq. ona gore ardini gozlemeye deyer.

    Ardi hazirdir. InsAllah Banu xanim aktiv eder.
  20. drop | 3 aprel 2015 11:41 | Status: Gümüş user | Şərh: 2 448
    belke bu hekaye bir coxumuza heyat dersi olar faydalanariq. ona gore ardini gozlemeye deyer.
  21. BULUTUM | 3 aprel 2015 08:40 | Status: Professional user | Şərh: 7 398
    Maraqlidi ardini gozleyecem.Sebir her qapinin acaridi.
  22. Dəniz qızı | 3 aprel 2015 07:59 | Status: Brilliant user | Şərh: 8 026
    Sitat: boris arxan
    maraqlidi goresen Sultanim xanim oz heyatinnnan yazib bunlari

    Elə mən də bunu yazacaqdım.
  23. gulnar 2 | 3 aprel 2015 02:09 | Status: Şərhçi | Şərh: 313
    ehsen sebr her bağli qapini açan haçardi düz eleyib
  24. boris arxan | 3 aprel 2015 00:57 | Status: Professional user | Şərh: 4 784
    maraqlidi goresen Sultanim xanim oz heyatinnnan yazib bunlari
  25. sirin bala | 2 aprel 2015 21:52 | Status: Gümüş user | Şərh: 1 669
    sultanim men heyatimi evliymii yasammm sen sukur edersen meni saxlayan tek shey bir bezen ailemle xosbext olmaqim birde qizim
  26. kristal | 2 aprel 2015 21:32 | Status: VİP user | Şərh: 1 185
    Sitat: rozella
    nece gundu ki,men de bosanmaq haqda fikirlesirdim.meni saxlayan tek sey iki usagim var bes men onlara nece gelecek hazirlayacam.

    Dozulmeyecek qeder ciddi sebebiniz yoxdursa bowanmayin.
    Bowanmaga ne var ki? Esas sonrasidi....
  27. isabala | 2 aprel 2015 21:31 | Status: Şərhçi | Şərh: 457
    Ele günüm olub ki yazmaqla bitmez amma hec vaxt boşanmaq barede fikirlrşmemişem ailemi cox sevirem dozdüm sebr etdim.
  28. rozella | 2 aprel 2015 20:48 | Status: Qonaq | Şərh: 0
    nece gundu ki,men de bosanmaq haqda fikirlesirdim.meni saxlayan tek sey iki usagim var bes men onlara nece gelecek hazirlayacam.
  29. SARA55 | 2 aprel 2015 20:35 | Status: Qonaq | Şərh: 0
    Maraqlı gəldi ardını səbirsizliklə gözləyirəm
  30. Gülçin | 2 aprel 2015 20:25 | Status: Brilliant user | Şərh: 6 782
    Maraqla oxudum. Davamını gözləyirəm, bacım. love