Layihələr / Məktub var!

Qaynım mənə təcavüz etmək istədi (oxucu məktubu)

anonim | 6-03-2015, 09:35
15 436 50
 

 
  AzadQadin.az-ın böyük maraq doğuran, məşhur MƏKTUB VAR layihəsi sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edir:   

 
27 yaşım var . Bir neçə dəfə elçi gəlsə də ya mən razılaşmamışdım, ya da valideynlerim. Axır ki, hamımızın ürəyincə olan uzaq qohumumuz elçi gəldi, ailə həyatı qurdum. Qaynanamgildən birlikdə yaşayırdım, heç bir narazılığım yox idi, evdə hamı işləyirdi, səhər olan kimi, işə gedirdilər, evdə bircə qaynım qalırdı. Evləri yığışdırırdım, hiss edirdim ki, qaynım məni izləyir, gözünü məndən çəkmirdi, imkan düşən kimi toxunmağa çalışırdı, Bu münasibət məni narahat edirdi, yoldaşıma dedim olanları, o sə üstümə qışqırdı. Inanmadığını söylədi, məni yalançılıqda ittiham etdi. 
Bir gün evdə heç kim yox idi,hamamdan çıxdım, yataq otağımıza gedəndə kimsə məni qucaqladı, qaynim idi, qollarından çıxmağa çalışdım, qışqıra bilmirdim, ağzįmı tutmuşdu. Təpiknən onu vurdum, tez qaçdım yataq otağımıza qapını bağladım çox qorxmuşdum... O isə dəli kimi qışqırırdı, deyirdi ki kiməsə desəm, mənim ona özüm yaxınlaşdığımı deyəcək. Tez otaqdan yoldaşıma zəng etdim. O evə gəldi, çox hirsli idi, gələn kimi məni döyməyə başladı heç nə anlamadım, çox pis sözlər deyir və məni döyürdü, atamgilə zəng etdi gəlib məni aparsınlar...
Demə qaynım yoldaşıma mənim onu sediyimi, arxasınca düşdüyümü, onunla yaxın münasibətdə olmaq istədiyimi deyib. Nə qədər yalvardım, and içdim...Qardaşına inandı, mənə inanmadı. 
Məni biabırçılıqla atamgilə qaytardı. Bilmirəm nə edim, ətrafdakılaı və ərimi necə inandırım, öz günahsızlığımı necə sübut edim axı...Çox çarəsizəm. Bu damğa ilə necə yaşayım bilmirəm...Sizdən məsləhət istiyirəm. Mənə kömək edin yalvarıram.
 
Qeyd: SİZ DƏ HİSLƏRİNİZİ, TALEYİNİZİ BİZLƏ PAYLAŞIN! Anonimliyiniz qorunacaq...
Məktublarınızı aşağıdakı ünvanlardan birinə göndərə bilərsiniz: 
 
1) Azadqadin.az facebook səhifəsinin mesaj bölməsinə
4) Saytdan qeydiyyat edib adminə ŞM yazılan yerdən...

 





info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.

  1. AykaNuna | 10 yanvar 2016 22:53 | Status: Qonaq | Şərh: 0
    hansi zamanda yasayiriq e sesini yaz da goster bu xanimlar caresiz olduqlari zaman beyinleri de stop edir sanki
  2. aaaaaaaaaa | 19 oktyabr 2015 11:07 | Status: Qonaq | Şərh: 0
    allah uzaq elesin insallah haqqin yerde qalmayacaq
  3. yunisella | 16 oktyabr 2015 17:30 | Status: Şərhçi | Şərh: 298
    Deywet
    Sitat: Elcin sangu........
    Ay allah nece insanlar var heyatda
  4. Purple_Butterfly | 2 sentyabr 2015 10:23 | Status: Şərhçi | Şərh: 146
    Onu bir yolla danishdir, sesini yaz. Qoy butun eclafliqlarini etiraf elesin. Pis danishma, de ki, niye bele eledin? Menimki gunahim yox idi, sen eledin her sheyi, niye yuvami yixdin. Hech gorushmek de lazim deyil. Indi telefonlara 100 program yuklemek olar hech qarshi terefin ruhu da duymur. Sonra butum nesline qulaq asdiraram o sesini qoy ozunu oldurmek derecesine gelsin.
  5. Elcin sangu........ | 10 avqust 2015 19:15 | Status: VİP user | Şərh: 631
    Ay allah nece insanlar var heyatda
  6. esmar | 3 avqust 2015 00:13 | Status: Şərhçi | Şərh: 111
    Gün gelecek Allah ozu senin gunahsizligini uze cixaracaq.sebr ele.bu senin sinagindi.
  7. xalde | 15 iyun 2015 13:46 | Status: Qonaq | Şərh: 0
    alcaq qayin
  8. Nagizade.Leyla | 6 iyun 2015 12:17 | Status: VİP user | Şərh: 1 321
    Səbr ele allah her şeyi görür cezasini allah verəcək sənə inanmayan eri neyləyirsən cehennem olsun ele er
  9. aska93 | 31 may 2015 13:55 | Status: Şərhçi | Şərh: 252
    hele aileden canini qurtarmagina wukur et.Allah hele insanlardan qorusun
  10. miss xərçəng | 29 may 2015 12:35 | Status: Şərhçi | Şərh: 438
    Can bacı səni başa düşürəm necədə çətindir sənə...mənim yaxın bir rəfiqəm var onun da başına buna oxşar bir hhadisə baş verib ancaq qaynı yoxxxx qayatası tərəfindən,ancaq o düz üç il heç kimə heçnə deyə bilməyib bunu ki kim ona inanar.sonra yokdaşı ilə paylaşıb bunu və yoldaşıda atasının xasiyyətinə bələd olduğu üçün inanıb yoldaşıba və atasından uzaq tutmağa çalışır indi onu ancaq xanım bunu yoldaşı ilə bölüşəndə and verib ki atasına heç nə deməsin 10 illik ömrü var oğul ata arasına girmək istəmədiyindən küsülü qalmasınlar deyə....allah köməyin olsun...
  11. esma inci | 3 may 2015 22:28 | Status: Gümüş user | Şərh: 1 097
    ne qiqeyret qaynn varmw senn allah sirr acandi br gun haq edalet yerni tutar
  12. FarizEhmedli | 18 aprel 2015 18:27 | Status: Şərhçi | Şərh: 200
    xeberlere gore tesekurler
  13. zehra20 | 9 aprel 2015 13:48 | Status: Qonaq | Şərh: 0
    Sitat: BULUTUM
    Vallah matim qutum qurudu.Inwallah haqq yerini tapar.

    Vallah woka duwdum belede is olar
  14. Rüzgarım | 4 aprel 2015 15:54 | Status: Qonaq | Şərh: 0
    Sitat: Milashka 1
    Sitat: SULTANIM
    Indi hec kime etibar yox imis. mence sebirli olunne vaxtsa yoldasin belke anlayar seni. Inanmazsa, ayrilarsa, hemin qaynin onun ikinci arvadina qarsida bele edende yoldasivin agli basina geler belke.Mence ayrilmagi ozune bu qeder derd etme. Eger bir evde namussuz qayin varsa, yoldasinda o qandandirda, onlardan ailelikce ne gozlemek olar?
  15. Gulshen. | 31 mart 2015 13:28 | Status: Qonaq | Şərh: 0
    Şerhsiz.....
  16. Milashka 1 | 31 mart 2015 11:55 | Status: Şərhçi | Şərh: 463
    Sitat: SULTANIM
    Indi hec kime etibar yox imis. mence sebirli olunne vaxtsa yoldasin belke anlayar seni. Inanmazsa, ayrilarsa, hemin qaynin onun ikinci arvadina qarsida bele edende yoldasivin agli basina geler belke.Mence ayrilmagi ozune bu qeder derd etme. Eger bir evde namussuz qayin varsa, yoldasinda o qandandirda, onlardan ailelikce ne gozlemek olar?
  17. Elnara86 | 30 mart 2015 13:25 | Status: Qonaq | Şərh: 0
    Indiyene qeder gerek nese ederdin ede bilmemisense indide gec deyil qaynini goruse cagir ona ne ucun bele etdiyini sorus o danisdigca sesini telefona yazdir apar erine subut eleki gonah onon qardasindadi ve o erle birde elaqe saxlama qoy getsin inandigi qardasi ile yasasin eger yasaya bilse
  18. N....N92 | 30 mart 2015 12:15 | Status: Professional user | Şərh: 4 355
    Sitat: Ekberli Nermin
    Sitat: Röyamsan.
    Ay Allah necə insanlar var həyatda. recourse
  19. Ekberli Nermin | 28 mart 2015 01:43 | Status: Şərhçi | Şərh: 307
    Sitat: Röyamsan.
    Ay Allah necə insanlar var həyatda. recourse
  20. gulzar_20 | 9 mart 2015 23:10 | Status: Qonaq | Şərh: 0
    sübut eləmək üçün indiki dövrdə telefon var kamera,diktafon kimi funksiyalardan istifadə edib hamısını subut edə bilərdiz :(

    sübut eləmək üçün indiki dövrdə telefon var kamera,diktafon kimi funksiyalardan istifadə edib hamısını subut edə bilərdiz :(
  21. Ay_Sun | 9 mart 2015 15:06 | Status: Brilliant user | Şərh: 13 429
    Sitat: Mavish
    Allah heç bir məsumun ahını yerdə qoymaz.

    Duzdur bacim.
  22. ESSM | 9 mart 2015 11:22 | Status: Qonaq | Şərh: 0
    inanmirlarsa inanmasinlar.esas Allahdi o bilir herweyi.sadece sen biraz sebr et.inan baci hecne gizli qalmir.hami sene inanmadiqi ucun cox pewman olacaq.
  23. AYXAN SEY | 7 mart 2015 20:22 | Status: Qonaq | Şərh: 0
    SEN OZUN AGILSIZSAN.GEREK EVVELCEDEN ONU BIRTEHER INANDIRADIN.
  24. Tereza | 7 mart 2015 19:38 | Status: Şərhçi | Şərh: 147
    cetin meseledi,sene inanmir hec inanmasin ele aileden canini qurtardigina sevinmelisen mence.erin yaxsi kisi olsa idi sene inanardi,cunki hec vaxt qadin yalandan bele bir sey demez.belke de sene inanib amma ailecek rusvay olmaqdansa geline damga vurmaq ona daha asan gelib.
  25. Hayka | 7 mart 2015 19:21 | Status: Şərhçi | Şərh: 397
    By hadiseni bawqa sayitdada oxumuwdum.Allahim sebir versin.
  26. SEVDA | 7 mart 2015 10:57 | Status: Nəzarətçi | Şərh: 17 478
    Sitat: Mavish
    Allah heç bir məsumun ahını yerdə qoymaz.
  27. SULTANIM | 7 mart 2015 09:17 | Status: Ekspert | Şərh: 4 744
    Indi hec kime etibar yox imis. mence sebirli olunne vaxtsa yoldasin belke anlayar seni. Inanmazsa, ayrilarsa, hemin qaynin onun ikinci arvadina qarsida bele edende yoldasivin agli basina geler belke.Mence ayrilmagi ozune bu qeder derd etme. Eger bir evde namussuz qayin varsa, yoldasinda o qandandirda, onlardan ailelikce ne gozlemek olar?
  28. Röyamsan. | 7 mart 2015 01:17 | Status: Brilliant user | Şərh: 6 103
    Ay Allah necə insanlar var həyatda. recourse
  29. SARA55 | 7 mart 2015 01:09 | Status: Qonaq | Şərh: 0
    elə səndədə var evdə qaynın varsa gərək hamama girəsən mən heç yaşlı qaynatam evdə olanda qətiyyən hamama girmirəm hələ sən bilə bilə ki onun səndə gözü var .sonrada ki kül elə ərin başına guya qardaşın tanımır ki əgər inanmırsa cəhənnəmə inansın boşan çünki belə söhbətdən sonra o evə qayıtmağın heç mənası yoxdur heç o barədə fikirləşmədə mənim fikrimcə
  30. boris arxan | 7 mart 2015 00:15 | Status: Professional user | Şərh: 4 790
    Allah ozu sene komek olsun