Layihələr / Məktub var!

Ərim mənə bacımla xəyanət etdi (Oxucu məktubu)

anonim | 23-02-2015, 13:36
20 597 60
 

 
 AzadQadin.az-ın böyük maraq doğuran, məşhur MƏKTUB VAR layihəsi sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edir:   

Çox dərdliyəm. Bir pis günündə adam dərdini bacısı ilə bölüşər, təsəlli və məsləhət alar...Mən bu hissdən də məhrumam. Xəyanətlərin ən dəhşətlisini yaşamışam. 
Universiteti bitirdikdən sonra, iş axtarırdım. Bir firmada işə götürdülər məni, sevincimin həddi hüdudu yox idi, iş yerimdə bizim şöbəyə gənc bir oğan nəzarət edirdi. Elə ilk gündə aramızda xüsusi mehribançılıq yarandı, tez bir zamanda o mehribançılıq sevgiyə çevrildi, bir ay sonra elçi gəldilər, araşdırdıq yaxşi, həm də imkanlı ailələri vardı, 2 həftə nişanlı qaldıq,  sonra da toyumuz oldu...
Hər şey elə gözəl idi ki, ayrica evimiz, maşınımız, işimiz, çox xoşbəxt idik. Bir yaş məndən kiçik bacįm var, o bizə tez-tez gəlirdi, eyni şəhərdə yaşasaq da, bəzən həftələrlə bizdə qalırdı. Yoldaşım da onu çox istiyirdi, mehriban idilər, onların belə mehriban münasibəti məni sevindirirdi.
Beləcə, 8 ay keçdi...
Bir gün bacım yenə bizdə qalırdı, o salonda divanda yatmışdı, biz də yataq otağında, gecə ayıldım, yoldaşım yanımda yox idi, baxdım heç yerin işığı yanmırdı narahat oldum. Ayağa qaxdım, axtarmağa başladım, heç yerdə yox idi, tez salona keçdim ki, bacımı oyadam, şok oldum, bacımla yoldaşım mənə xəyanət edirlər. Məni gördülər, nəsə izah etməyə çalışdılar, heç nə eşitmirdim, ordan çıxıb atamgilə gəldim.
Hər şeyi onlara danışdım, söz-söhbətlər oldu...Və bacım mənim evimdə qaldı, atamgilə bir də qayıtmadı.
Işdən də çıxdım. Bacım, Indi mənim evimdə qalır, işlədiyim yerdə də işliyir.
Boşandım, bacım ərimlə evləndi.
Mən ağır depressiya keçirdim, hətta intihar belə etmək istədim. Hələ də özümə gəlməmişəm...Iki canımdan da çox sevdiyim insan mənə xəyanət etdi. Bacım mənim hər şeyimi əlimdən aldı...Onu heç vaxt bağışlamaram. 
Yaşamaq istəmirəm, evdən heç yerə, çıxmıram, heç kimin üzünə baxa bilmirəm, çox utanıram. Gələcəyim necə olcaq, bilmirəm...Ölmək istəyirəm...Bunlardan sonra mən necə yaşaya bilərəm ki...
 
 
Qeyd: SİZ DƏ HİSLƏRİNİZİ, TALEYİNİZİ BİZLƏ PAYLAŞIN! Anonimliyiniz qorunacaq...
Məktublarınızı aşağıdakı ünvanlardan birinə göndərə bilərsiniz: 
 
1) Azadqadin.az facebook səhifəsinin mesaj bölməsinə
4) Saytdan qeydiyyat edib adminə ŞM yazılan yerdən...

  1. Mensure xanim | 6 yanvar 2016 18:49 | Status: Qonaq | Şərh: 0
    Dehset.Heyatda necede insanlar var
  2. Yalcin Sabranli | 13 dekabr 2015 19:53 | Status: Şərhçi | Şərh: 110
    Nece yasayir indi o baci goresen dogma bacisin ailesin dagidandan sonra
  3. Azəri qızl | 30 oktyabr 2015 14:32 | Status: Qonaq | Şərh: 0
    Allah köməyiniz olsun. Həyatda necə insanlar var.
  4. yunisella | 16 oktyabr 2015 17:33 | Status: Şərhçi | Şərh: 298
    Mence siz utanilasi bir wey etmeyibsizki utanasiz eve qapanasiz eksine yeni I we duzelin heyztz da am edin
  5. Əsmər1 | 16 sentyabr 2015 08:52 | Status: VİP user | Şərh: 1 584
    Özünüzü həmşə xoşbəxt göstərin qoy partasınlar
  6. Kaderim | 13 sentyabr 2015 06:34 | Status: Qonaq | Şərh: 0
    Önce Allah sebir versin menim fikirimce siz özunuzu ele aparin ki guya ondan xosbextsiniz qoy o utansin siz niye utanirsiniz siz onun alesini dagitmamisiniz ki o sizin alenizi dagidib bu dunyada da olmasa o dunyada cavab verecekler size onlar.
  7. Purple_Butterfly | 2 sentyabr 2015 10:28 | Status: Şərhçi | Şərh: 146
    Oy Allah. nece "insanlar" var bu dunyada. llah komeyiniz olsun. Siz en yaxshisi yaxshi bir psixoloji kurs mualice alin, sonra gedin her hansi sa normal bir yolla xarice. Burda sizin heyatiniz yaxshi kechmeyecek. Imkan olsun aileniz de gelsin sizinle qalsin.
  8. Hayat Guzel | 17 avqust 2015 17:09 | Status: Qonaq | Şərh: 0
    Bashqa mektubda oz anasini nishanlisi ile bir yataqda tutmushdu... Shok olmushdum bu onun yaninda hechnedir ... Allah sebr versin eminem bacin yoldan chixardib erini.... Allah cezalarini verecey her iki dunyada dozum ol zaman her sheye charedir esla heyatdan kusmeyin olmeyi hech dushunmeyin gencsiz qarshida sizi neler gozlediyini Allah bilir Allaha siginin her shey yaxshi olacaq in sha Allah Allah size sebr versin qoy onlar utansin sen bashini dik tut sen utanilasi bir shey etmemisen
  9. aylin9159 | 12 avqust 2015 22:53 | Status: Qonaq | Şərh: 0
    Özune niye qapanirsan .olarin aciqina is tap isle heyatini yasa.onlar utansin sen niye utanirsan .allah olari bedbaxt elesin belede olmazda.
  10. esmar | 3 avqust 2015 00:06 | Status: Şərhçi | Şərh: 111
    Allah size sebr versin.Ama onlar bunun cezasin cox agir cekecekler
  11. attention 1 | 13 iyul 2015 15:10 | Status: Qonaq | Şərh: 0
    Cox pis oldum.bu heyatda her sey olur.o nece bacidi adamda öz bacisinin ailesin dagidar hec.mene catmir bele insanlar.başqasinin bedbextciliyi uzerinde xoşbextlik qurulmaz.bir gün pesman olacaqlar cunki ALLAH böyukdür.sizin göz yaslarinizi görür.
  12. esma inci | 3 may 2015 22:29 | Status: Gümüş user | Şərh: 1 096
    heyatda her wey olur
  13. sade ol | 27 aprel 2015 19:09 | Status: Qonaq | Şərh: 0
    İnanmali sohbet deyil
  14. Curious girl | 20 aprel 2015 14:55 | Status: Qonaq | Şərh: 0
    Salam eziz sayt uzvleri..Menim de cox maraqli heyat hekayem var..men onu nece yazib size teqdim ede bilerem..Xahiw eliyirem bilen varsa mene etrafli izah etsin..Evvelceden minnetdaram..
  15. Milashka 1 | 29 mart 2015 00:09 | Status: Şərhçi | Şərh: 462
    Baci sene gore pis oldum. Allah uzag elesin. Sen onlara inad ayagda durmaga caliw. Ozunu oldurmeynen hec kime hecne elemiyeceksen. Ancaq ozune edeceksen ve Allahin bagiwlanmaz quluna cevrilecekse. Allah gorur goyden hecne hec vaxt yerde qalmir. Sebr ele sebrinin mukafatinda Allah verecey. En esasi sen inan. Inan ve ayaga qalx bacina ve kecmiw heyat yoldawina gore. Sen dimdik ol. Qoy onlar utansinlar.
  16. leyla_nazim | 9 mart 2015 18:03 | Status: Qonaq | Şərh: 0
    Bu dovurde hec qardas qardasada inanmir
  17. Nergiz love | 8 mart 2015 13:23 | Status: Professional user | Şərh: 7 871
    Sitat: CANSIZ MELEK
    Hec kime etibar yoxdu
  18. Leyla Ezizli | 6 mart 2015 20:25 | Status: Şərhçi | Şərh: 372
    Allahın olumu olsun.ele bacıyada ele kisiyede kisilikden geri qalsın gorum onu.Sen niye ozune qapanmısan, hec de bele, sırf onlara inad, heyata inat ayaga durmalısan, onlar itiribler sen yox,utanası alcalası birileri varsa o serefsizlerdir
  19. A1995 | 6 mart 2015 15:31 | Status: Qonaq | Şərh: 0
    duzdu agir olub senin ucun ALLAH sebr versin nahaq yere ozune qapanirsan sen deyil onlar cox sey itirdiler. Hem gozel baci hemde heyat yoldasi. Sen basini dik tut bunin gunahkari sen deyilsen ugurlar
  20. ayka wirinka | 3 mart 2015 13:15 | Status: Şərhçi | Şərh: 233
    heyif o baciyaaa 0101
  21. Urqiyye | 27 fevral 2015 22:35 | Status: Qonaq | Şərh: 0
    Ayda desetdiki vallah demeye soz tapmiram Allah hamiya sebir versin hec kime inam yoxdu bu fani dunyada ele baci olsunki oz bacisinin ailesine goz dikip xosbextliyini elinen alir siz hec ozunuze olum arzulamayin onlar olsunki o hereketi edipler senin basin ucadi onlarin ise baslari girsin yere onlar qoy evden esiye cixmasinlar sen ozune derd eleme yenede desetdi 0111
  22. anaxanim | 26 fevral 2015 14:20 | Status: Qonaq | Şərh: 0
    cox cox ayiblar olsun.neyinki bacinin hetta bashqasin erini elinde almq agila sigmazdi

    allah sene sebrde erecek.yeni heyatda quracaqsan.sukur etki o eclafdan usagin yoxdu.
  23. S.N | 25 fevral 2015 22:51 | Status: Şərhçi | Şərh: 120
    Sitat: BEATIFUL GIRL
    bagisla canim hirslerime hakim ola bilmedim.lutfen uzr isteyirem.

    Allah bağışlasın gözəlim.Biz bəndələr nəkarəyik ki?Həm hec də hirslənmədim,sadəcə xanımlarımız dillərini belə sözlərlə korlasını istəmədim.Diqqətinizə və anlayışınıza görə təşəkkürlər.
  24. jale elizade | 25 fevral 2015 22:28 | Status: Şərhçi | Şərh: 323
    eslinde siz yox onlar utanmalidilar ki size xeyanet edibler belelerine ar olsun nece de eclaf exlaqsiz insanlar var
  25. S.N | 25 fevral 2015 13:01 | Status: Şərhçi | Şərh: 120
    Bacınızla eyni şəhərdə qaldığınız halda niyə sizdə gecələməliydi ki,anlamıram.Buna siz də,ailəniz də mane olmalıydı.Başqasının bədbəxtliyi üzərində(hələ bu bədbəxt edəcəyin insan doğma bacındırsa)xoşbəxtlik quran adam adamlıqda payı olmayandır.Yuva yıxanın yuvası olmaz deyiblər,in şa Allah onun da yuvası olmaz.
    Hörmətli userlər,bunu mən yox,adminlər və ya redaktorlar deməlidirlər,amma gördüm dözmədim.Şərhlərdə lütfən xanımların dilinə yaraşmayan sözlərdən istifadə etməyin.Kimin adının nə olduöunu hamımız anlayırıq oxuduqda,qeyd etməsək də olar məncə.
    Lütfən sözlərimi səmimi qəbul edin.Təşəkkürlər.
  26. SEVDA | 24 fevral 2015 16:08 | Status: Nəzarətçi | Şərh: 17 452
    Allah belalarını versin....
  27. Nara88 | 24 fevral 2015 13:25 | Status: Professional user | Şərh: 4 255
    yaxsi qeyretli atan qardasin olsaydi bele olmazdi ,o qizi duz alninin ortasindan gulleleyerdi, cezasinida kisi kimi cekerdi(((lap eseblesdimeee
  28. Elgun_Azizov | 24 fevral 2015 11:30 | Status: Professional user | Şərh: 1 393
    Maraqlı məqam bilirsiz nədir. Bunnar elə açıq aydın divanda sekslə məşğul olurmuş,? yəni bunnar bu qədərmi ağılsızdıq edər. Məslənin bu hissəsi heç inandırıcı deyil. O qədər yer varkən imınna sizin evdə və sizin divanda belə hərəkətin edilməsi inandırıcı deyil. Daha sonra anlayıram depresiyadı filan normaldı amma işdən çıxıb işini niyə veriridinki.
  29. MiFi | 24 fevral 2015 11:27 | Status: Şərhçi | Şərh: 154
    Ay xanım siz niyə utanırsınız?!Bağışlayın məni amma düz və açıq danışacam.Qəhbəlik edən bacın amma utanan adam içinə çıxa bilməyən sən.Özünə haqsızlıq edirsən.Öz həyatını yaşa.Nə qədər ki,gəncsən həyatını qur.Elə bil ki,ərinlə boşanmısan,bacın da ölüb.Özünə güvən,ağıllı qızsan.Bəlkə qarşına ondan da yaxşı insan çıxacaq.Ərdən boşanmaq dünyanın sonu deyil.Kişilərin 99 %-i xəyanət edir.Sən,ailən və ətrafdakılar bilir ki,sən günahsızsan.Heç kimin səni qınamağa haqqı yoxdu.Hamının başına gələ bilər.Öz həyatını yaşa.Uğurlar sənə
  30. Ay_Sun | 24 fevral 2015 09:34 | Status: Brilliant user | Şərh: 13 412
    Sitat: Nurus.
    Kul o erinde başina o bacininda başina...Sen hec narahat olma bugun erinseni bacina gore boşadisa,cox az muddetde onuda başqasina gore boşayacaqdir...Ev dagidanin evi olmur...Nəisə...

    0140