Layihələr / Məktub var!

Mən boşanmış qadın, o subay oğlan... (Oxucu məktubu)

anonim | 25-01-2015, 00:00
37 982 57

 
AzadQadin.az-ın böyük maraq doğuran, məşhur MƏKTUB VAR layihəsi sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edir:  
  
Əvvəla salam. Sizdən çox xahiş edirəm, yazdığım bu məktubu olduğu kimi paylaşasınız.
Mənim insanların fikrinə ehtiyacım var. Mən ailəli olub ayrılmışam.
Nədənsə cəmiyyətimiz ayrılmış qadına həmişə mənfi fikirlə yanaşır. Ayrılmağıma səbəb isə yoldaşımın başqasından uşaq sahibi olmasıydı və üstəlikdə məni döyürdü , söyürdü, ailəsindən də bir başqa çəkmişəm.
Yəni bir gəlinin yaşaya biləcəyi xoş heç nə yaşamamışam.
Nəhayət ayrıldıq. Bütün əziyyətlər bir yana ancaq bir qadın kimi xəyanət və yalan məni çox yaraladı və bu haqsızlıqlara baxmayaraq onaların xoşbəxtçiliyi zaman-zaman məni üsyana belə sövq elədi.
Allah keçsin günahımdan....Uzun zaman depressiyaya düşdüm.
Və sonra elə bir insanla tanış oldum ki, mən yenidən sevdim, inandım , etibar etdim və ən əsası sevildim.
Bəzən sevirəm sözündən çox əməllər önəmli olur. Mən isə əməllərdə bunu hiss etdim. Boşandıqdan sonra, yegane kişi idi ki, mənə yatağa görə yox, sevdiyinə görə yaxınlaşdı.
Məlum məsələ, boşanmış deyəndə nədənsə kişilərin əksəriyyəti, (hamıya aid deyil) yatağa görə yaxınlaşırlar.
Xülasə, o subaydı və ətrafdakıların qınağından qorxur. Mən də bəzən düşündüm ki, kiminsə artığıyam niyə qəbul eləsin ki?
Sonra ətraflı analız və rəylərdən sonra belə qənaətə gəldim ki,artıq əslində boşanmışa yox sadəcə orda -burda min hokkadan çıxıb, həqiqətən artıq olanlara deyirlər.
Nəhayətində mən ailə olmuşam, ancaq hər kəs xoşbəxt olacaq deyə bir şey yoxdur və taleyimizi biz yazmırıq. Deməli, Allah belə məsləhət verib.
Mənim, xüsusilə əks cinsin nümayəndələrinin fikirnə ehtiyacım var. Bacılarım məndən inciməsinlər, sizin fikirləriniz də çox önəmlidir. Sadəcə bilmək istəyirəm, kişilər necə yanaşır buna.
Yəni boşanmış qadınla subay rayon oğlanının ailə qurmağı və çətinliklə mübarizə aparması nə qədər realdır?O insanın utanmağlnl istəmərəm, ancaq mən də nəticə etibarilə belə olsun istəməzdim. Bədbəxt olmaq nə kişilərin, nə də qadınalrın seçimidir, Allahın qismətidir.
Sizcə o insan mənimlə ailə qursa, çoxmu qınanar, təzyiqə məruz qalar? Bu sevgidən ümidimi üzümmü?O, Ən çox kişilərin qınağından ehtiyat edir. Oğlanlar başa düşdü nə demək istədiyimi... Əziyyət çəkib oxudğunuza görə minnətdaram....
Xahiş edirəm, başlığı elə verəsiniz ki,insanlar oxumadan qınamasınalr .
 
Qeyd: SİZ DƏ HİSLƏRİNİZİ, TALEYİNİZİ BİZLƏ PAYLAŞIN! Anonimliyiniz qorunacaq...
Məktublarınızı aşağıdakı ünvanlardan birinə göndərə bilərsiniz: 
 
1) Azadqadin.az facebook səhifəsinin mesaj bölməsinə
4) Saytdan qeydiyyat edib adminə ŞM yazılan yerdən...

Array

  1. Nar çiçeyin | 22 avqust 2016 23:47 | Status: Qonaq | Şərh: 0
    Men pis baxmiram esas bakirelik deyilki ay millet siz hansi dovrde yasiyirsize guya indi anadan gelme subay oglan var ? Yuz faişe exlaqsizin yanina gediler budu subay? Bosanib onun bir eri olub daha bezi subay hele coxu gedib geziler bunun ne ferqi var baci sen fikir verme o oglan nolsun subaydi ne bilirsen ki belke gedib gezirde eminemki gezir ele oglan yoxduki saf temiz qala sen sevirsense oda evlenin ve xosbext olun usaginizda olanda tam aile olacaqsiz insallah....heyatdi hersey olur bunu sisirtmek lazim deyil ...hersey allahin elindedi ele subay qizlarimizida goruruk gedib ozlerini veriler sora tikdirib gediler ere ele bosanmisi ogluma alaramda bileremki bosanib bir kisiden cixib burda pis hecne yoxdu vessalam ...

    Bizim qizlarimizi alib bedbext edib atilar utanin yaxsi edir subay oglanla evlenir ..ele evli kisiler varki arvadini hecneden bosayir gedir tezeden ozune bakire qiz alir toy edir get ele tayini alda ay vicdansiz bosanmis qadin alda daha o subay qizi niye aldadib ki men evli olmamisam gel seni aliram alirda bes bosanmis qadinlar bunu ede bilmez? Eder !
  2. Purple_Butterfly | 2 sentyabr 2015 10:53 | Status: Şərhçi | Şərh: 146
    O subay, siz subay. Niye ozunuze artiq adini yapishdirirsiz ki? ilk once siz bunu normal qebul eleyin ki, etrafa da normal qebul eletdire bilesiz. Heyatdir. O qeder boshanib subay insanla aile quran var ki. Kiminse yuvasini dagitmirsiz ki.
  3. teenager | 29 iyun 2015 05:14 | Status: Qonaq | Şərh: 0
    Bu heyatdi,heyatda her sey olur,en esasi insan diline hec vaxt sozunu getirmemelidi,cunki bilmir ki,onu heyatda ne gozluyur.Meni sevdiyim oglana valideynlerim vermemisdi,qosulub qacmagi da istemedim cemiyyetde pis qebul olundugunnan adima terbiyeme leke kimi qebul etdiyimden,sonra valideynlerim meni qohumumuza mecbur nisanladilar,toy oldu,ustunden 2 il kecdi,evliliyimiz alinmadi ayrildiq,indi hal hazirda sevdiyim insan subaydi ve evlenmeyimizi isteyir,amma meni de mehz bu sey cox utandirirdi onun subay menimse bosanmis olmagim,amma guclu olan sevgimiz bize etrafin fikirlerine deyil ureyimizin sesine qulaq asmagi oyretdi,bugunku gunde coox xosbextik,Tanriya sukurler olsun,heyatda yasayiriqsa onun her uzunu de goruruk,olmayacaq bir sey yoxdur qismet sadece,bunnan utanmaq lazim deyil yeterki arada saf,temiz,sevgi olsun,Allah komeyiniz olsun.

    Onu da deyim ki,bu heyatda bezi,ele subay qizlar var ki adlari subaydi sadece,onlarin bildiyi,etdiyi emelleri belke de 100 aileli qadin gelse bilmez,1 defe evli,resmi nigahli olub exlaqli qadinin ele adi cixibe bu cemiyyetde.
  4. Sunay Elizade | 22 may 2015 13:05 | Status: Gümüş user | Şərh: 2 157
    serhsiz.....
  5. esma inci | 3 may 2015 22:30 | Status: Gümüş user | Şərh: 1 096
    hmmmmmm olsunda belay belay belay
  6. Rüzgarım | 4 aprel 2015 16:02 | Status: Qonaq | Şərh: 0
    Sitat: Gulya2676
    Mence her sheyi danishanda ele ozumuzuk.Öz subay oqlumuz bu cür qiz alanda dunyani daqidiriq.Amma öz qizimizi isteyende deyirik ku burda ne varki....Odurki birinci ozumuzden bashlayaq

    Haqlısız
  7. tuurac | 8 fevral 2015 20:43 | Status: Qonaq | Şərh: 0
    Men normal baxram bir oxlmda var dul qadin severse alaram.ki oxlum hele balacad4 mense cox cavanam ve gelecekd3 fikrim deyiwer ya deyiwmez bilmirem.amma bir weyi deqiq bilemki peygemberimiz hz YUSIF dul qadinla aile heyati qurmuwdu.hec kim peygemberimizd3n artix deilki bunu ozune ayip bile.
  8. S.N | 1 fevral 2015 00:29 | Status: Şərhçi | Şərh: 120
    Xanim,sizi qınamağa haqqım yoxdu deyə düşünürəm.Bilmədim nə yazam....Allah xeyirlisini eləsin.Amma əgər sevirsinizsə hər şeyi gözə almalısınız.
  9. Vetenperver | 31 yanvar 2015 22:55 | Status: Professional user | Şərh: 6 701
    Sitat: Gulya2676
    Öz subay oqlumuz bu cür qiz alanda dunyani daqidiriq.Amma öz qizimizi isteyende deyirik ku burda ne varki....Odurki birinci ozumuzden bashlayaq
  10. Tereza | 29 yanvar 2015 19:08 | Status: Şərhçi | Şərh: 147
    men de buna pis baxmiram,bizim bura kend yeridi amma burda da olub ki,bosanmis qadin subay oglanla evlenib ve indi iki usagi var.men basa dusmurem ki,ne olur bosanmis olanda.meger o yeniden aile qurmali deyil.eger sevdiyin sexs yaxsi olsa,seni dogurdan sevse hec kes bir soz deye bilmez.vaxt olar unudular geder.ayib bir sey deyil ki,sevibsiz evlenirsiz.
  11. Nergiz33 | 29 yanvar 2015 19:00 | Status: VİP user | Şərh: 1 079
    eyer o seni sevirse onda dedi qoduya etrafdakilarin sozune qulaglarini baglamalidi. indi adi qiz olan min hoqqadan cixan o qeder axmaglar varki sizde xosbext olmaga layiqsiz kiminse sozunun daliyca deyil oz xosbextliynizin daliyca qacin elinizden buraxmayin xosbextliynizi
  12. MiFi | 28 yanvar 2015 10:02 | Status: Şərhçi | Şərh: 154
    Salam,bu biraz qəliz məsələdi.Amma mən buna pis baxmıram.Açıqfikirli olmaq lazımdır.Bu xanım pozğunluq etmiyyib ki,qınanılsın!Sadəcə olaraq yenidən həyatını qurmaq və isti ailə münasibətləri istəyir.Müsəlman aləmində qadının tək qalması günahdır.Düzdür bizim kişilərin 90 % -i 19- cu əsrdə qalıb.Nəinki,boşanmış,nişanını qaytarmış hətta həyatında sevgilisi olanlara pis baxırlar.Sonradan da guya ki, yaxşı qız altinda mindənə hoqqandan çıxmış biriylə evlənirlər.Straus məsələsi...Hamının fikrinə önəm versən sonda tək qalacaqsan.Ən əsası sevdiyin insan nə fikirdədi və nə qədər müddətdir görüşürsünüz...tələsmək lazım deyil.Sən artıq bir dəfə səhv etmisən.ikinci şansın olmaya bilər.Bir də ki,hamı hər şeyi bilmək məcburiyyətində deyil.
    UĞURLAR VƏ doğrudan XOŞBƏXT OL !!! 0115
  13. Meryem_Duyqu | 27 yanvar 2015 17:57 | Status: Yazar | Şərh: 4 130
    Bizim bir tanışımız, 3 il bundan qabaq bir xanımla evlənmişdi.Hamıya bu xanımı sadəcə nişanı qayıtmış qız kimi tanıtmışdılar.Düz 2 ay bundan qabaq məlum olub ki, xanım evli olub və ilk evliliyindən 7 yaşında oğlu da var.
    Yəni,xanımın ailə statusu subay tanışımız üçün heç bir önəm kəsb etmədi.İndi onların 2 yaşında qızları var və çox xoşbəxtdirlər.
  14. Devetsiz Misafir | 27 yanvar 2015 15:05 | Status: Qonaq | Şərh: 0
    eksine savabdir dul qadinla ve ayrilmiw bir qadinla ayle qurmaq .o sene inanirsa etibar edirse niyede olmasin.Mubarizesiz bu heyatde hec ne yoxdur.Sadece sen telesme gor oglanin aylesi nece qebul edecek.
  15. Gulya2676 | 27 yanvar 2015 13:13 | Status: Gümüş user | Şərh: 2 588
    Mence her sheyi danishanda ele ozumuzuk.Öz subay oqlumuz bu cür qiz alanda dunyani daqidiriq.Amma öz qizimizi isteyende deyirik ku burda ne varki....Odurki birinci ozumuzden bashlayaq
  16. Vetenperver | 27 yanvar 2015 09:35 | Status: Professional user | Şərh: 6 701
    Sitat: SULTANIM
    bele goturende xanimin subay oglani sevmesi, evli adami sevmesinden daha yaxsidir. her halda hev kimin ailesini dagitmir.

    Orası elədir

    Sitat: SULTANIM
    Amma duz danismaq isterdim.Hec zaman istemerem ki, oglum bosanmis xanimla aile qursun.

    Bax reallıqda budur.
  17. BULUTUM | 26 yanvar 2015 23:00 | Status: Professional user | Şərh: 7 398
    Sitat: Hayka
    Onu bil ki xanim Erin yaxwi olmadisa basin hemiwe qaxincli olacaq.

    Tamamile tam raziyam.
  18. Hayka | 26 yanvar 2015 22:35 | Status: Şərhçi | Şərh: 396
    Onu bil ki xanim Erin yaxwi olmadisa basin hemiwe qaxincli olacaq.
  19. SULTANIM | 26 yanvar 2015 21:10 | Status: Ekspert | Şərh: 4 743
    Mektubu diqqetle oxudum. Qadinlarin fikri, mektubun sahibine maraqli olmasada men oz fikrimi bildirmek isterdim.
    bele goturende xanimin subay oglani sevmesi, evli adami sevmesinden daha yaxsidir. her halda hev kimin ailesini dagitmir. Bosanmis xanimin subay gencle aile qurmasina hecde pis baxmiram.Esas odur exlaqli, namuslu olsun.
    Amma duz danismaq isterdim.Hec zaman istemerem ki, oglum bosanmis xanimla aile qursun. Qoymaram demirem,cunki boyuk danismaq istemirem. Hec kim bilmir sabah ne olacaq. Sadece bu menim fikrimdir.
  20. Vetenperver | 26 yanvar 2015 17:50 | Status: Professional user | Şərh: 6 701
    Sitat: GüLicKa
    Menim oglum kimi sececek onu da qebul edecem. Subay,dul.

    Bax bu sözləriniz səmimi deyil,o vaxt dediyiniz düz olar ki oğlunuz evlənən zaman boşanmış almağa çalışanda sizdə buna etiraz etməyəsiz!

    Sitat: GüLicKa
    oglan 35 yasina geldi, sonda 1 usaqli dul qadinla evlendi toy etdiler

    Nə çoxdur subay oğlanın boşanmış qadınla evlənməsi hələ üstəlik uşağıda var.Sonrada qadınlar deyir ki "boşanmış kişi subay qız alanda yaxşıdır əksinə olanda pis"?? ya "bizim cəmiyyətdə boşanmış qadınlar ərə gedə biulmirlər" indi isə bu sözlərini gərək geri götürsünlər.Deyəsən əksinədir,boşanmış qadınlar daha şanslıdırlar ailə qurmağa nəinki boşanmış kişilər.

    Sitat: Aytekin82
    Heç kəs sinəsinə döyməsin ki, "almaram", qoymaram"...
    Dünən "Bacanaqlar" serialında deyilən kimi " o quş qondusa vsyo"
    Almayacaqsan, qoymayacaqsan bədbəx edəcəksən....

    Mən də oğlumun seçiminə hörmət eləyəcəm...
    Gözümün önündə hər an böyük bir peşimançılığın yükün daşıyan qaynanam var zatən...

    Əzizim hələ oğlunun evlənmə yaşına çox var,vaxtı gələndə görək bu sözlərini geri götürəcəksən ya yox.Orası maraqlı olacaq.Az olacaq qonşular,qohum tanışların deməkləri "qaldı qaldı oğluna boşanmış qadın aldı,özüdə bircə oğlu var" yada "o qədər gözəl göyçək subay qızlar var boşanmışı hardan tapdılar" kimi sözlərə tab gətirə biləcəksənmi?? Hələ oğlunun dost tanışları oğluna pis baxmaqlarını demirəm.

    Sitat: Aygul Dadashova
    ne yaxwi bowanmiw oglan subay qiz ala bilir ama subay oglan aileli olmuw qadinla evlene bilmir?

    Xanım baxın məhs bu sözə mən aşağıda rəy bildirmişəm.
  21. Aygul Dadashova | 26 yanvar 2015 16:59 | Status: Qonaq | Şərh: 0
    cetin meseledi ama bilmirik bawimiza ne gelecek.oglan eger heqiqeten sevirse her weyi goze almalidi o savab iw gorur. sabah sevmediyi birini subay qizi alacaq duz glemeyib bowanacaq o qizda bowanmiw qizlar sirasinda olacaq. ne yaxwi bowanmiw oglan subay qiz ala bilir ama subay oglan aileli olmuw qadinla evlene bilmir? sabahsi gun hamizcun suprizdi bilmirik bawima ne glecek. yaxwi deyiblerde boyuk tike ye ama boyuk daniwma

    Sitat: Aygul Dadashova
    cetin meseledi ama bilmirik bawimiza ne gelecek.oglan eger heqiqeten sevirse her weyi goze almalidi o savab iw gorur. sabah sevmediyi birini subay qizi alacaq duz glemeyib bowanacaq o qizda bowanmiw qizlar sirasinda olacaq. ne yaxwi bowanmiw oglan subay qiz ala bilir ama subay oglan aileli olmuw qadinla evlene bilmir? sabahsi gun hamizcun suprizdi bilmirik bawima ne glecek. yaxwi deyiblerde boyuk tik 0144 e ye ama boyuk daniwma


    Sitat: Aygul Dadashova
    cetin meseledi ama bilmirik bawimiza ne gelecek.oglan eger heqiqeten sevirse her weyi goze almalidi o savab iw gorur. sabah sevmediyi birini subay qizi alacaq duz glemeyib bowanacaq o qizda bowanmiw qizlar sirasinda olacaq. ne yaxwi bowanmiw oglan subay qiz ala bilir ama subay oglan aileli olmuw qadinla evlene bilmir? sabahsi gun hamizcun suprizdi bilmirik bawima ne glecek. yaxwi deyiblerde boyuk tike ye ama boyuk daniwma

    Sitat: Aygul Dadashova
    cetin meseledi ama bilmirik bawimiza ne gelecek.oglan eger heqiqeten sevirse her weyi goze almalidi o savab iw gorur. sabah sevmediyi birini subay qizi alacaq duz glemeyib bowanacaq o qizda bowanmiw qizlar sirasinda olacaq. ne yaxwi bowanmiw oglan subay qiz ala bilir ama subay oglan aileli olmuw qadinla evlene bilmir? sabahsi gun hamizcun suprizdi bilmirik bawima ne glecek. yaxwi deyiblerde boyuk tik 0144 e ye ama boyuk daniwma

    Sitat: Aygul Dadashova
    cetin meseledi ama bilmirik bawimiza ne gelecek.oglan eger heqiqeten sevirse her weyi goze almalidi o savab iw gorur. sabah sevmediyi birini subay qizi alacaq duz glemeyib bowanacaq o qizda bowanmiw qizlar sirasinda olacaq. ne yaxwi bowanmiw oglan subay qiz ala bilir ama subay oglan aileli olmuw qadinla evlene bilmir? sabahsi gun hamizcun suprizdi bilmirik bawima ne glecek. yaxwi deyiblerde boyuk tike ye ama boyuk daniwma

    Sitat: Aygul Dadashova
    cetin meseledi ama bilmirik bawimiza ne gelecek.oglan eger heqiqeten sevirse her weyi goze almalidi o savab iw gorur. sabah sevmediyi birini subay qizi alacaq duz glemeyib bowanacaq o qizda bowanmiw qizlar sirasinda olacaq. ne yaxwi bowanmiw oglan subay qiz ala bilir ama subay oglan aileli olmuw qadinla evlene bilmir? sabahsi gun hamizcun suprizdi bilmirik bawima ne glecek. yaxwi deyiblerde boyuk tike ye ama boyuk daniwma


    CETIN MESELEDI AMA BILMIRIK GELECY BIZE NELER YAWADACAQ EGER OGLAN DOGURDANDA SEWVIRSE HER WEYI GOZE ALIB EVLENER KISI KIMI. NECE DEYERLER BOYUK TIKE YE AMA BOYUK DANIWMA

    CETIN MESELEDI AMA BILMIRIK GELECY BIZE NELER YAWADACAQ EGER OGLAN DOGURDANDA SEWVIRSE HER WEYI GOZE ALIB EVLENER KISI KIMI. NECE DEYERLER BOYUK TIKE YE AMA BOYUK DANIWMA[/quote]
  22. SEVDA | 26 yanvar 2015 16:33 | Status: Nəzarətçi | Şərh: 17 452
    Düzdü heç bir ana istemez oğluna bowanmıw gelin alsın.Heyatın iwini bilmek olmur....
  23. sonsuz ucurum | 26 yanvar 2015 16:19 | Status: Gümüş user | Şərh: 786
    kimnense meslehet istemek esasende kisilerden,bu duzgun deyil mence.cunki sizin sevdiyiniz insanla basqalarinin xarakteri ,istekleri bir olmaya biler..ozunuz dusunun ,ozunuz qerar verin
  24. Aytekin82 | 26 yanvar 2015 14:17 | Status: Brilliant user | Şərh: 6 588
    Heç kəs sinəsinə döyməsin ki, "almaram", qoymaram"...
    Dünən "Bacanaqlar" serialında deyilən kimi " o quş qondusa vsyo" wink
    Almayacaqsan, qoymayacaqsan bədbəx edəcəksən....

    Mən də oğlumun seçiminə hörmət eləyəcəm...
    Gözümün önündə hər an böyük bir peşimançılığın yükün daşıyan qaynanam var zatən... feel
  25. yanan urek | 26 yanvar 2015 13:57 | Status: Qonaq | Şərh: 0
    Men sexsen bosanmis qadinin subay oqlanla evlenme sine cox pis baxiram qoluna da hec vaxt icaze vermezdim
  26. GüLicKa | 26 yanvar 2015 13:02 | Status: Qonaq | Şərh: 0
    Ne el obaya baxir e, eger onu heqiqetende xosbext edeceksense evlenin. Valla el oba sadece qinamagi bacarir, bir cetinliyi olsun ,hec kim yaxin duran deyil, here oz heyatini yasamalidir,dul,subay ferq etmez, onunla xosbext olacagina inanirsa niyede evlenmesin.

    Sitat: Vetenperver
     Şəxsən mən dünyasında boşanmış qadınla evlənməzdim!Boşanmış qadınlara pis baxmıramaaa sadəcə mən bunu etməzdim,yəni mən beləyəm və düşünürəm ki əksər oğlanlarda belədir.Siz gərək burdakı qadınlara belə bir sualla müraciət edərdiz:"Siz öz gənc subay oğlunuza boşanmış qadın alardızmı"??Qoy bu suallı mən verim.İndi görək neçə qız qadın bu suala müsbət cavab verəcək amma əgər tam səmimi qəlbnən cavab versələr.

    Menim oglum kimi sececek onu da qebul edecem. Subay,dul. Menim ucun oglumun xosbextliyi vacibdir.
    Menim bir uzaq qohumum var. Yarasiqli oglandi. Nece qiz sevdi, ikisi ile nisanlandi, hec biri alinmadi, oglan 35 yasina geldi, sonda 1 usaqli dul qadinla evlendi toy etdiler, qizin ailesi, qohumlari, oglanin ailesi qohumlari, hamisi o toyda istirak etdiler, indi xosbext heyat sururler
  27. Vetenperver | 26 yanvar 2015 09:39 | Status: Professional user | Şərh: 6 701
    Sitat: Narin-Ulker
    mende sizin fikrinizle tam raziyam, mende evelki serhimde yazdiqim kimi hecvaxt razi olmaram ki oqlum bosanmis qadinla evlensin istiyir lap sah Abbasin qizida olsa


    Sitat: perishka2
    Mən qadının deyil,Vətənpərvər bəyin sualına cvb verirəm: Şəxsən mən istəməzdim oğlum boşanmış qadın alsın.


    Baxın siz yalan palan sözlər yazmadız,olduğunu dediz,sualıma cavab verdiyiniz üçün təşəkkür edirəm.Xəbərdəki aşağıda rəy bildirən bəzi qadınlar kimi "bu normaldır,burda heçnə yoxdur" kimi sözlər yazmadız.Çünki siz reallığı dediz,nəyə lazım axı indi belə deyib sabah oğlunu evləndirəndə buna razı olmayasan,ondansa düzünü demək lazımdır.Birdə üzümü qadınlara tutub deyirəm ki özünüzə rəva bilmədiyinizi başqasınada bilməyin.Yəni hamıya demək "çox normaldır,məsləhət görürəm" ya "niyə oğlanlar boşanmış qadınla evlənmirlər"? kimi sözlər deyib öz oğlu evlənəndə isə gedib qapa qapı gəzib oğluna ən namuslu,ən bakirə qız axtarırlar!
  28. Fraulein | 26 yanvar 2015 09:30 | Status: Şərhçi | Şərh: 503
    xanim hec narahat olmayin isteyirse evleneccek istemirse min behane uyduracaq, bosanmis almaga gelende menim bir refiqem eri ile 4-5 il yasadi eri bunu doyurdu soyurdu neselenirdi pis qadinlarin yanina gedirdi ve s . axirda qizin ahi tutdu onu ele bil qezaya ugrayib oldu, sonra qizi ozunden cemi bir ays boyuk 26 yasli oglan aldi hem de qizin 5 yasli oglu ve qarnindaki usaqla bir yerde ama sonra stresden qizin qarnindaki usaq telef olmusdu, hec erinin ili cixmamisdi ele olen erinin qohumu elci geldi buna ili kecen kimi aldi bunu indi elave iki voladlari da var yeni her sey Allahin qismetidi
  29. Vetenperver | 26 yanvar 2015 09:27 | Status: Professional user | Şərh: 6 701
    Sitat: Mavish
    Xeyr Xədicə r.a dünyasını dəyişəndən sonra onun s.a.v çox arvadı olub,Xədicə anamıza dünyasını dəyişənə kimi Peyğəmbərimizin başqa arvadı olmayıb,bu ayrı mövzudur axı

    Hə Xədicə r.a. vaxtında belə idi.Dediyim kimi o vaxtı Peyğəmbərimiz (s) ancaq Xədicə uyğun gəlirdi.İndiki zamanda isə seçim olduqca çoxdur.Əgər bir şeyi Peyğəmbərimizdən nümunə götürürsənsə niyə çoxarvadlılığı Peyğəmbərimizdən nümunə götürmürsən?
  30. Dəniz qızı | 26 yanvar 2015 08:01 | Status: Brilliant user | Şərh: 8 026
    Sitat: Vetenperver
    Mən bir təcrübəli kişi kimi deyim ki,boşanmaq eyib deyil(qadın əxlaqlıdırsa) amma hər bir subay oğlanın arzusudur ki bakirə qız ilə evlənsin,əl dəyilməmiş,öpülməmiş qız ilə.Düzdür beləsini tapmaq çox müşküldür.Mən reallıqdan danışacam.Hər bir valideyndə istər ki oğlu bakirə qızla evlənsin.Bu boşanmış qadınlara pis gözlə baxmaq deyil sadəcə hər bir valideynin arzusudur.İndiki zamanda görürsən subay gənc oğlan boşanmış qadınla evlənir,hələ uşağınıda qəbul edir.Çoxdur belə hadisələr.Belədə əksər valideynlər görürsən üz döndərirlər oğullarından.Hər cür hadisələr olur həyatda.Belə oğlana o qadın gərək heykəl qoysun çünki bu çox fədakar hərəkətdir oğlan tərəfindən.Sizin sevdiyiniz oğlan əlbətdə qınalınacaq ailəsi tərəfindən,dostları tanışları tərəfindən.Öz işidir.Ola bilər hər şeydən hamıdan üz döndərib sizinlə evləndi.Yəni belə hadislər artıq olur. Şəxsən mən dünyasında boşanmış qadınla evlənməzdim!Boşanmış qadınlara pis baxmıramaaa sadəcə mən bunu etməzdim,yəni mən beləyəm və düşünürəm ki əksər oğlanlarda belədir.Siz gərək burdakı qadınlara belə bir sualla müraciət edərdiz:"Siz öz gənc subay oğlunuza boşanmış qadın alardızmı"??Qoy bu suallı mən verim.İndi görək neçə qız qadın bu suala müsbət cavab verəcək amma əgər tam səmimi qəlbnən cavab versələr.

    Hörmətli bəyimiz sizin suala cavab:qabusnamədə belə bir məsləhət var:ey oğul qız var ikən ərdə olmuşa meyl salma,qoy onun qəlbində yalnız sənə məhəbbət olsun.Elə təsəvvür edəcək ki,bütün kişilər eyni cür olur,başqasına meyl salmayacaq.Əlbəttə əxlaqlı qadından söhbət gedir burda.Mən qadının deyil,Vətənpərvər bəyinsualına cvb verdim.Şəxsən mən istəməzdim oğlum boşanmış qadın alsın.