Layihələr / Məktub var!

Bir gecəlik səhv mənim və rəfiqəmin həyatını qaraltdı (oxucu məktubu)

anonim | 21-01-2015, 08:48
20 238 50
 

 
 
AzadQadin.az-ın böyük maraq doğuran, məşhur MƏKTUB VAR layihəsi sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edir:  
  
Salam. Adım Gültəndi, 21 yaşım var.
Artıq 3 ildən çoxdur ki, İstanbulda yaşayıram ve burada təhsil alır, həm də çalışıram.
Son 3 ay bundan əvvələ qədər hər şey öz axarı ilə davam edirdi. Burada azərbaycanlı rəfiqəmlə bərabər kirayə tutduğumuz evdə yaşayırdıq. Azərbaycanlı bir oğlanla tanış olmuşdum.
O da bura təhsil almağa gəlmişdi. Adı Orxan idi. İlk vaxtlar münasibətlərimiz sadəcə dost səviyyəsində idi. Azadqadin.az-a yazılmış mektubda xanım qeyd edir ki, zamanla mən Orxana bağlandım, gecə- gündüz onu düşünürdum.
Onun da mənə qarşı eyni hisslər bəslədiyini bilirdim.
İstanbul sanki bizim şəhərimiz idi, Fateh Sultan Mehmet bu şəhəri sanki bizim üçün fəth etmişdi. Bir-birimizə bağlılığmız günü-gündən artırdı.
Rəfiqəmin Orxandan xoşu gəlmədiyini hiss edirdim və bunun qısqanclıq olduğunu düşünür , əhəmiyyət vermirdim. Ad günümdə Orxan məni və rəfiqəmi şam yeməyinə dəvət etdi.
Rəfiqəm əvvəlcə etiraz etsə də, ad günüm olduğu üçün təklifimi qəbul etmək məcburiyyətində qaldı. Çox lyuks bir restoranda Orxan bizi qarşıladı və bizə ayrılmış masaya yaxınlaşanda gördük ki, Orxanın dostu Fuad da ordadır. Orxan bizi tanış etdikdən sonra, əyləşdik. Gecə yarıya kimi ad günümü yeyib- içərək, deyib gülərək qeyd etdik. Həmin gecə boyunca Fuadın rəfiqəmdən gözünü çəkmədiyin sezmişdim. Çox içdiyimiz üçün gecəni Orxangildə keçirtdik.
Həmin günün səhərisi rəfiqəmin səsinə oyandım və onun ağladığını gördüm. Səbəbini soruşanda ilk öncə inana bilmədm. Rəfiqəm gecəni Fuadla yaxınlıq edərək keçirtmişdi və bunu içkili olduğu üçün qeyri- iradi etdiyini mənə ağlayaraq başa salmağa çalişırdı. Mən ona təsəlli verdim və bunu unutmağını söylədim. Bu olanları Orxana danişdim, o isə bunun adi hal olduğunu söyləyərək öz dostunu müdafiə etdi və onunla aramızda böyük bir mübahisə oldu. Bir neçə gün Orxanla danışmadım.
Gözləmədiyimiz , inanmaq istəmədiyimiz bir şey oldu.... Bəli, rəfiqəm hamilə idi. Mən Orxanı evə çağırdım və baş verənləri danışdım.
Orxanın sözləri isə məni şoka saldı . Rəfiqəmin abort etdirmək lazım olduğunu soyuqqanlılıqla söylədi və bunun böyüdülməməsinin hər kəs üçün yaxşı olcağını bildirdi. Rəfiqəm, artıq neçə gün idiki otağından kənara çıxmır, mənimlə belə danışmırdı. Bir gün sonra Fuadla danışmaq üçün onlara getdim.
Orxan mənə Fuadın artıq burada olmadığını və şəhəri tərk etdiyini söylədi. Mən Orxanın yalan söylədiyini hiss etdim və Orxan məni təhqir etməyə başladı. Mən bir neçə gün Fuadı axtardım ama tapa bilmədim . O gündən etibarən Orxanla bir daha görüşmədim , rəfiqəm isə məndən xəbərsiz Bakıya qayıtmışdı.
 
Sizcə burada kim günahkardır?
 
 

Qeyd: SİZ DƏ HİSLƏRİNİZİ, TALEYİNİZİ BİZLƏ PAYLAŞIN! Anonimliyiniz qorunacaq...
Məktublarınızı aşağıdakı ünvanlardan birinə göndərə bilərsiniz: 
 
1) Azadqadin.az facebook səhifəsinin mesaj bölməsinə
4) Saytdan qeydiyyat edib adminə ŞM yazılan yerdən...

  1. Purple_Butterfly | 2 sentyabr 2015 10:56 | Status: Şərhçi | Şərh: 146
    Chetin meseledir. eslinde her kesde gunah payi var. Allah komek olsun.
  2. Səmka Səmashka | 26 mart 2015 22:38 | Status: Qonaq | Şərh: 0
    Gunah sizdedi qizlar.duzdu mende icki icmeyi qebul etmirem xanim nedi icki nedi.bu meselede lap ele ickinide qoyuram qiraga.ay balacam geceni oglanin evind gecelemek ne demekdi.bunu bawa salinda mene.ozde ickili oldugu ucun orda geceleyibler.ay tupoylar ickilisen cehennem ol get gir evine yatda.Dogurdanda agliniz ucubmuw sizin.iki oglan gorub ozunuzu itirmisiz.yaziq valideyn.yaziqda deyende dunyanin o bawina iki qiz uwagi tek bawina oxuyanda bele olacaqda.
  3. Leyla Ezizli | 6 mart 2015 21:09 | Status: Şərhçi | Şərh: 372
    Ele gunah sizin ikinizdedi axı biz muselmanıq bizim dinimiz var adet enenemiz var. Hele sizinkimilere o da azdı.MUSELMAN QADININI, QIZININ QANINDA ABIR, HEYA, QEYRET,İSMET AXMALIDI, SPİRTLİ İÇKİ YOX.
  4. tuurac | 8 fevral 2015 22:34 | Status: Qonaq | Şərh: 0
    Cox pis oldum.Sadece bir wey deye bilerem.gezmek yemeek icmek bunlar menm duwuncemle normal haldir hele cavansansa gencsense vapwem. sadece baxr kimle harda nece ve ne derecede.her wey qederinde gozel.amma bir weyde var insan gerek yanindakini yaxwi tanisin ve sonra guvensin.her kese guvenmek olmaz.sizde guvenmisiz bundan istifade eden oxlanlarda ise qetiyyen vicdan deyilen bir hiss inkiwaf etmeyip.mence o xanm uwaxni telef etmesin qetiyyen dunyaya getirsin.Evladi Veren ALLAH her weydede komek olacaxdr o anaya ve evlada.gun gelecek hemen oxlanda ALLAH qarwisinda ele bu dunyada cavabini verecek.hec bir pisliyin evezi o dunyaya qalmaz hamsinin evezi bu dunyada cixilacaqdr.men eminem.

    Birde reyleri oxudum ve esep kecirirdim.niye gunahi tek qadinlarda gorduz niye iciniz bele sanki kinle dolup bir az o iki oxlandada gunah gorun he qizlar pozxundur tutaqki bes oxlanda ulqum deyilen bir wey yoxdr meger he.bu qeder mesuliyyetsiz oxul evladi boyuden analardadir gunahki vaxtinda duzgun terbiyelendirmeyipler evlatlarni.mende bir oxul boyudurem gelecekde oxlm bele sef ederse cani cixa cixa o qiza sahip cixar ve arxasinda durar yediyi.poxun.bu qeder.qisa ve kankret
  5. niwa | 1 fevral 2015 21:11 | Status: Şərhçi | Şərh: 29
    Sitat: S.N
    Spirtli içki qəbul edən,naməhrəm kiıinin evində gecələməyi qəbul edən insanlardan yaxşı heç nə gözləmirəm...Həm,bu məktub da mənə inandırıcı gəlmədi heç...


    Sitat: S.N
    Spirtli içki qəbul edən,naməhrəm kiıinin evində gecələməyi qəbul edən insanlardan yaxşı heç nə gözləmirəm...Həm,bu məktub da mənə inandırıcı gəlmədi heç...
  6. _Yagmur_ | 1 fevral 2015 02:45 | Status: Şərhçi | Şərh: 209
    Salam elbetde sensen gunahkar . ...sensen gunahkar . Sen qizsan geceni niye bayirda gezirsen ?? O fuadcun adi bir hal olub . Miniyle gezib oda minbiri. Niye ezoyyet edib axdarirsan qizi zorlamayib ki oz isdeyleriyle olublar. Gunah sendedi ki niye qiz aparisan gorsuse nye gece vaxti bayira cixirsan . Seni oxumaga gonderibler esq mehebbet oyrenmeye gondermeyjbler.

    Hemde sizi evden yad olkeye tajimadiglari yere niye buraxiblar ki men balacaligda anam meni gozunden qoymazdi tukana bele gede bilmezdim ele indide eleyem .mekteb usagi kimiyem hara getdim anamla gedirme .bele sehvler etmeyin . Qizi bedbext eledin . O qiz neyniyecek indi ? Allah gorsedmesin Allah uzag elesin .
  7. S.N | 1 fevral 2015 00:12 | Status: Şərhçi | Şərh: 120
    Spirtli içki qəbul edən,naməhrəm kiıinin evində gecələməyi qəbul edən insanlardan yaxşı heç nə gözləmirəm...Həm,bu məktub da mənə inandırıcı gəlmədi heç...
  8. Nergiz33 | 29 yanvar 2015 18:41 | Status: VİP user | Şərh: 1 079
    noldu tapdinmi gunahkari tapsan xeber et gorey neynidin o gunahkari ne deyisdirdi o gunahkar heyatinda
  9. aydanulya | 24 yanvar 2015 09:51 | Status: Qonaq | Şərh: 0
    Siz ikinizde exlaqsiz qiz deye bilmeyecem size qadinlarsiz sizi. Kimlerle oqlanlar bir gecelik kef cekib sonrada gedirler bax bele
  10. Gulya2676 | 23 yanvar 2015 16:51 | Status: Gümüş user | Şərh: 2 588
    Sitat: SEVDA
    Günah valideynlerdedir,qız uşaqlarının tek başına ne iwi var bawqa ölkede?
  11. isabala | 23 yanvar 2015 11:12 | Status: Şərhçi | Şərh: 457
    gunah qizlarda ora oxumaqa gedibler yoxsa oqlanla gece kecirmeye.utanmirda beleleri.

    gunah qizlarda ora oxumaqa gedibler yoxsa oqlanla gece kecirmeye.utanmirda beleleri.
  12. ayka wirinka | 23 yanvar 2015 10:40 | Status: Şərhçi | Şərh: 233
    basa dusmedim ne agilsiz qizdardi hec utanmadi mektubu bura yazanda men olarin yerine utandim terbiyeli qiz deillerde olsa bele elemezdiler bideki oglan duz elyib olarin ne isi var orda siptli icki icendede bilmirdiler bele olacaq gerey oglandada abir heya olmalidida namusuzlar hec yarasmir size azerbaycanli demeek. menim bulara sozum yoxdu terbiyesizler. yazix refiqesinde bu yola cekib.
  13. Röyamsan. | 23 yanvar 2015 01:25 | Status: Brilliant user | Şərh: 6 103
    Mənim fikirimcə ilk növbədə qızların başqa ölkədə tək yaşaması heç düzgün deyil. Həmdə ki, qız və yaxutda qadına yaraşan bir şey deyil sipirtli içkilərdən istifadə etmək. Hər şey insaın özündən aslıdır. Sizin başqa oğlanın evində gecələməsi məncə əxlaqa zidd bir hərəkətdir. Qadın qız gərək namusunu kiminsə üçün yox özü üçün qoruya. Nəisə Allah ağıl versin ağılsız qızlara.
  14. Black_sTaR | 23 yanvar 2015 00:29 | Status: Professional user | Şərh: 846
    Elə hər ikiniz. Günahkarsız. Başqa kişinin evində gecəni keçirdən qızlardan nə gözləyəsən. Sipirtli içki isə qıza xanıma yaraşan bir şey deyil. Hər şey insanın özündən aslıdır. Sizin valdeyinlərinizdə ki, çox rahat insanlardır yəqin qız uşağı nə gəzir öz başına başqa ölkədə. fellow
  15. AkperovA96 | 22 yanvar 2015 13:36 | Status: Qonaq | Şərh: 0
    Günah içki qəbul edərək gününün xoş keçdiyini fikirləşən Azerbaycan qadınındadı... spirtli içkiləri qadına yaraşdırmaq olmaz!
  16. Malik bey | 22 yanvar 2015 11:38 | Status: Qonaq | Şərh: 0
    Sitat: Gule_R_124
    Malades qiza...bakiya valideinlerine neve aparir
    bunu evvelden fikirlewerdi....

    ax.ax.ax.ax.xa

    Sitat: drop
    turkiyeye geder getmez icki masalarindasiz artiq.gunah ele sendedi ay mektubu yazan.
    umumiyyetle men qizlarin xaricde oxumasina yaxwi baxmiram.burdan bura bakiya gonderirsen oxumaga ,etmedikleri wey qalmir, o ki qaldi xaric.

    Hər şey insanın özünnən aslıdı.Ümumiyətlə qızlarçun avropada oxumaq daha təhlükəsizdi nəinki Azərbaycanda.Əgər qız həqiqətəndə oxumaqçun gedibsə hə,yoxsa ki bəzi qızlar avaralıqa gedir bu başqa.Əlbətdə elə qızı heç marketə göndərməzlər.Ama çox maraqlıdı ki niyə qızın özünə yox rəfiqəsinə toxunublar?Gərək qızın özü hamilə qayıdaydı,yazıq rəfiqəsi.
  17. drop | 22 yanvar 2015 11:24 | Status: Gümüş user | Şərh: 2 448
    turkiyeye geder getmez icki masalarindasiz artiq.gunah ele sendedi ay mektubu yazan.
    umumiyyetle men qizlarin xaricde oxumasina yaxwi baxmiram.burdan bura bakiya gonderirsen oxumaga ,etmedikleri wey qalmir, o ki qaldi xaric.
  18. Gule_R_124 | 22 yanvar 2015 10:52 | Status: Şərhçi | Şərh: 609
    Malades qiza...bakiya valideinlerine neve aparir
    bunu evvelden fikirlewerdi....
  19. Vetenperver | 22 yanvar 2015 09:16 | Status: Professional user | Şərh: 6 701
    Sitat: Narin-Ulker
    yazziq valdeyn boqazindan kesib ezab eziyyetle sizi ora oxuyub adam olmaqa gondermisdi yoxsa restaranlarda aqlinizi itirecek qeder icib namusunuzu itirmeye yox, birinci defe gorduyu oqlandan hamile qalan qiz daha neler eder onu bir ALLAH bilir

    duzdu valdeynlerinde gunahi var ki qiz usaqini tek basina basqa olkeye oxumaqa gonderib
  20. Ay_Sun | 22 yanvar 2015 03:38 | Status: Brilliant user | Şərh: 13 412
    Sitat: boris arxan
    guna

    Duzdur.
  21. Narin-Ulker | 22 yanvar 2015 02:56 | Status: Gümüş user | Şərh: 2 749
    her ikiniz gunahkarsiz, yazziq valdeyn boqazindan kesib ezab eziyyetle sizi ora oxuyub adam olmaqa gondermisdi yoxsa restaranlarda aqlinizi itirecek qeder icib namusunuzu itirmeye yox, birinci defe gorduyu oqlandan hamile qalan qiz daha neler eder onu bir ALLAH bilir

    duzdu valdeynlerinde gunahi var ki qiz usaqini tek basina basqa olkeye oxumaqa gonderib menimki hele oqlandi ,yenede ureyim dozmedi yoldasimda isin deyisdi ailelikce geldik ukranyaya

    Sitat: fea omer
    gunah ele qizlardadi senin onun yaninda ne azarin var?valla bele getse oglumuz ucun almaga"qiz"tapmiyaciq.sukur ki qizim yoxdu

    duzdu baci sizinle eyni fikirdeyem
  22. ŞehZam | 22 yanvar 2015 01:47 | Status: Professional user | Şərh: 2 577
    Kimin günahkar kiminsə günahsız olmağı nəyisə dəyişəcək görəsən? Günah elə hər ikinizdədi.. Qız uşağı hansı ölkədə olursa olsun içki qəbul etməməlidir.. Özünüzü bu qədər onlara təslim etməsəydiniz hər şey başqa olacaqdı bəlkədə.. Yad kişinin evində nə gəzirdiz siz? Hər şeyə qismətdi deyib keçməkdə düz deyil axı, bəzi şeylərə biz insanlar bilə-bilə addım atır sonrada qismətdi deyirik.. Ağıllı olmaq lazımdı.. Hisslərə qapılıb səhv hərəkət etməyə nə varki?? Allah rəfiqənizə də bir xeyirli qapı, yol açsın.. Nə deyim.. Təbii ki heç kim istəməz başına belə bir bədbəxt hadisə gəlsin.. Ehh nə bilime(( Hər gün eşidirik belə hadisələrdən.. Qızları bilə-bilə bədbəxt edənləri Allaha tapşırıram..
  23. boris arxan | 22 yanvar 2015 00:31 | Status: Professional user | Şərh: 4 784
    iwi tutub sonra gunahkar axtarmayin
  24. Devetsiz Misafir | 21 yanvar 2015 23:17 | Status: Qonaq | Şərh: 0
    gozune girsin burda sensende gunahkar tehsil alirsan alda bes oglani neynirdin?niye insan kimi ayle qurub ovlad dunyaya getirmeyi fikirlewmirsiz?Sen weytana coxdan uymuwsan qadinsan icki icirsen hele bir musalman qadin Allah ozu bilen meslehetlidir refiqaniza sebr dileyirem ne deyim???
  25. Nara88 | 21 yanvar 2015 22:27 | Status: Professional user | Şərh: 4 255
    bu mektubu yazan qiz hec xeyirli qiza oxsamir((
  26. ziko zs | 21 yanvar 2015 21:28 | Status: Şərhçi | Şərh: 483
    men hec kimde gunah gormurem...
  27. BULUTUM | 21 yanvar 2015 20:35 | Status: Professional user | Şərh: 7 398
    Yuz fikir bir borcu odemir.Gunah senin gunahindi.Artiq olan olub torba dolub.
  28. SEVA | 21 yanvar 2015 17:48 | Status: Professional user | Şərh: 5 152
    Her biriniz gunahkarsiz sizin oglanin evinde ne isiniz var idi icmisdiz here oz evine nece deyerler evli evine koylu koyune dehsetdiyeee is isden kecib hele gunahkarda axtarilir?
  29. jale elizade | 21 yanvar 2015 17:30 | Status: Şərhçi | Şərh: 323
    CANLARIM MENIM BUTUN WERHLERI OXUDUM.TEBII HER KES OZ FIKRINI YAZIB VE HORMETLE YANAWIRAM.AMMA YIXILANA BALTA VURAN COX OLAR.MEN DE QINAYIRAM BELE INSANLARI.GELIN BU HADISELERE BIR MENALI YANAWMAYAQ.QIZA YAZIGIM GELDI NE DEYIRSIZ DEYIN ACIDIM ONA TEK QALDI HAMILE VEZIYYETINDE.GUNAH O ECLAFDADI KI MESULIYYETDEN QACIR KIWI OLSAYDI KIWILIYINI BU GUR DEYIL BAWQA CUR GOSTERERDI
  30. Nur | 21 yanvar 2015 16:05 | Status: Professional user | Şərh: 3 989
    Sizcə burada kim günahkardır?

    ilk once nece urekle valideynler qizlarini tek basina basqa olkeye gonderirler,lap tehsil almaq olsa bele.
    ikincisi bu qizlardadi gunah,siz niye icki icirsizki,qiz hara icki hara???
    ucuncusu sizin oglangilin evinde ne isiniz varrr??
    bir gecelik sehv qizlarin heyatini mehv edirde(((

    Sitat: gulcin70
    "İş işdən keçəndən sonra tumanbağını bərkitməyin nə mənası var"?!
    Hər şey olub bitəndən sonra, sizin günahkar axtarmağınız da buna bənzəyir. Yad kişilərlə araq içib, "açarınızı" itirəndə, bilmirdiniz ki, hər şeyinizi itirəcəksiniz?!..

    fikirlerinizle tamamile raziyam

    Sitat: gulcin70
    Allah, heç bir valideyinə sizin kimi axmaq övladlar verməsin..

    aminnnnn