Layihələr / Məktub var!

Onun mənə xeyanət eləməsi fikri məni məhv edirdi..(oxucu məktubu)

anonim | 22-12-2014, 09:21
18 063 29



 AzadQadin.az-ın böyük maraq doğuran, məşhur MƏKTUB VAR layihəsi sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edir: 

 

Salam, gözəl xanımlar!
Çox düşündüm axır ki, qərar verdim ki, məktub yazıb, dərdimi sizinlə bölüşüm.
Bəlkə, bir az ürəyim rahatlaşar sizin yazdığnız rəyləri oxuyub.
Mənim 16 yaşım olanda, bir oğlana nişanladılar. Əvvəllər onu sevmirdim düzü o yaşda heç mənə sevgi nədi çatmırdı.
Evdəkilərin razlığı ilə baş tutdu bu iş. Oğlanda pis deyildi yəni, gözəlliyi, boy-buxunu öz yerində idi.
Mən ancaq heç özümü nişanlı hesab etmirdim. Elə dərslərimi oxuyurdum, oxumaq haqqında düşünürdüm.
Bir gun oğlan evindən gəldilər ki, qızı məktəbdən çıxarın, oxumasın.
Mən çox ağladım əlimdən nə gələrdi ki, atam çıxartdı məktəbdən.
Hətta, mənə dərs deyən müəllimlər çox heyfisləndilər atama çox dedilər ki, eləmə qoy oxusun heç olmasa, 11-ci sinifi bitirsin.
Onuda deyim ki, atamda anamda muəllimdirlər. Çıxartdılar, getmədim məktəbə. Bütün arzularım ürəyimdə yanıb, kül oldu.
Oğlan da gəlib gedirdi həm də ki, atam tərəfdən qohum idi oğlanın ailəsi və bir gün gəldi ki, gedirəm Rusiyaya pul qazanım, gəlim, toy edəcəm. 
Mən də heç nə demədim getdi və o gedən oldu, illər keçdi gəlmirdi  nə məktub yazırdı, nə zəng edirdi mən də ki, evdə, ev dustağına dönmüşdüm.
Evdə atam nə toya qoyardı, nə bir yerə getməyə qoyardı ki, nişanlısan olmaz.
Ancaq, bilmirəm nədənsə ona qarşı sevgi var idi ürəyimdə. Gəlməsə də, yazmasa da elə xəyalımda o idi.
Ancaq, o məni heç axtarmırdı. Rəfiqələrimin çoxu nişanlı idi.
Onlara hər bayramda nişanlısı tərəfindən hədiyyə alınanda, mən isə özüm alardım hədiyyə deyərdim ki, nişanlım göndərib mənim üçün.
Ancaq, düşünürdüm ki, mən onları yox özüm-özümü aldadıram.
Beləcə, 5 il ötdü. Ancaq, hələ də bundan səs-soraq yox idi. Məni də, çox yerdən istəyirdilər.
Bilə-bilə ki, nişanlıyam elçi də gəlirdilər qapımıza.
Ailəsinə deyəndə də ki, oğlunuz hani niyə gəlmir deyərdilər ki, neyləsin yazıq pul qazanır. Həm də ki, qohum idilər deyə, inanırdıq.
Bir gün dayım gəldi bizə və anama dedi ki, bəs qızı niyə saxlıyırsız nişanlı.
Nişanlısı çoxdan Rusiyada evlənib, varlı bir adamın qızını alıb, uşaqları da var.
Dayım dedi ki, mən maraqlanmışam onun yanında olanlar deyib mənə.
Mən yenə də inanmadım oğlanın bacısı mənə deyənə qədər ki, gözləmə qardaşımı qardaşım daha qayıtmayacaq.
Çıx get birinə.
 Heç nə demədim gəldilər, gətirdikləri nişan üzüyünü apardılar və getdilər.
Sanki, mən ölmüşdüm, yox idim. Heçnə yox, onun mənə xeyanət eləməsi, mən onu burda gözlərkən, onun orda kiminləsə kef elədiyini düşünəndə dəli olurdum. Bu, məni məhv edirdi.
O, mənim arzularımı puç etmişdi. Ən çox arzusunda olduğum ali məktəbdə oxumaq istəyimi məhv etmişdi.
Nişanım qayıdanda daha 20 yaşım vardı. Kimlə ailə quracağım, məni maraqlandırmırdı.
Daha sonra, nişanlandım və toy oldu.
Həyatımdan narazı deyiləm şükür bu gün ki, günümə övladımda var. Şükür olsun.
Ancaq, hərdən keçmişmə nəzər salanda çox pis oluram.
Bu yaxınlarda bir xəbər eşitdim belə ki, mənim keçmiş Nişanlım qayıdıb Rusiyadan.
Özünün dediyinə görə, o, orda evli yox, həbsxanada yatıb. Elədiyi pis bir hərəkətə görə, 7 il həbs cəzası alıb.
Bəlkə də, yalandı nə deyim əyər elə idisə, niyə mənə demədilər.
Mənim üçün xəyanət bağışlanmazdı. Bu da, mənim ALLAHdan yazılan qismətim imiş.
Bu qədər...
Oxuyan gözləriniz var olsun. Hər birinizə gözəl qismətlər arzu edirəm...
   
 
Qeyd: SİZ DƏ HİSLƏRİNİZİ, TALEYİNİZİ BİZLƏ PAYLAŞIN! Anonimliyiniz qorunacaq...
Məktublarınızı aşağıdakı ünvanlardan birinə göndərə bilərsiniz: 
 
1) Azadqadin.az facebook səhifəsinin mesaj bölməsinə
4) Saytdan qeydiyyat edib adminə ŞM yazılan yerdən...

  1. Nar çiçeyin | 26 avqust 2016 07:33 | Status: Qonaq | Şərh: 0
    KEçmişi unut geleceye bax yaxsi olar insallah
  2. dılay | 23 noyabr 2015 10:19 | Status: Brilliant user | Şərh: 8 215
    Sitat: Nara88
    kecmis kecmisde qaldi,geleceye baxin,ugurlar size!!
  3. milashka_167 | 22 noyabr 2015 01:21 | Status: VİP user | Şərh: 1 457
    Sitat: ELİSA
    Cox pis oldum oxuyarken.Ama kecmiw kecmiwde qalib bugunku gununuze wukr edin.
  4. Purple_Butterfly | 2 sentyabr 2015 11:35 | Status: Şərhçi | Şərh: 146
    Oz xoshbextliyinize konstrasiya olun, onu unudun. olmushla olmushe chare yoxdur. Bosh verin getsin. Hebsxanadan da zeng vurub bir kelme demek olardi. belke de bunun mitilini atiblar bayira. 7 il az muddet deyil. Bu 7 ilde 5 deqiq vaxt tapmadi sizin uchn?
  5. BULUTUM | 4 aprel 2015 08:50 | Status: Professional user | Şərh: 7 408
    Sitat: BULUTUM
    Cannnnnnnn.

    Allah komek olsun.
  6. _Yagmur_ | 1 fevral 2015 02:58 | Status: Şərhçi | Şərh: 209
    Salam . Yazivi oxudum dusuneme qabiliyyetin superdi yeni menim kimi yox . Nolsun ki ay baci demeli qismetin o oglan deyilmis . Xeyirlisi bu imis .belkede o oglan seninle evlenerdi gederdi rusiyaya sora esiderdin evlenib orda sora bosanma olardi gorursen xeyirlIsi budu . ALLAH XOSBECT ELESIN
  7. Miraj | 29 yanvar 2015 16:16 | Status: Professional user | Şərh: 2 631
    xeyanet bagislanilmazdi
  8. Asya Qurbanova | 27 dekabr 2014 20:17 | Status: Gümüş user | Şərh: 715
    Can.Allah bilen meslehet ama en boyuk gunah valideynlerdedi.Wukur indi xosbextsen
  9. S.N | 24 dekabr 2014 15:59 | Status: Şərhçi | Şərh: 121
    Xoshbextsinizmi?Aileniz varmi?Ovladiniz varmi?Daha ne isteyirsiniz? Sizi hak etmeyen insandan qurtulmusunuz,buna shukr edin.Oxumaqa gelince,men oxumusham,sonra aile qurmusham,amma yoldashim icaze vermedi deye ishlememishem hec vaxt,amma buna gore ailemimi daqidim,ve ya ozumu dunyanin en bedbext qadinimi hesab edim?Her ishde bir xeyir var,belesi xeyirliymish yeqin sizincun de.Bedbinliye qapilmayin,heyatinizi qaraltmayin,xoshbext olun!
  10. ayka wirinka | 24 dekabr 2014 07:20 | Status: Şərhçi | Şərh: 234
    cann baci seni de basa dusurem istemezdim ki heyatinda bele bir sey olsun yenede otur dur allaha wukur et elinnen basqa ne gelirki
  11. Nergiz love | 23 dekabr 2014 21:08 | Status: Professional user | Şərh: 7 880
    Sitat: Nara88
    kecmis kecmisde qaldi,geleceye baxin,ugurlar size!!
  12. Mavish | 23 dekabr 2014 19:03 | Status: Brilliant user | Şərh: 2 389
    keşmişdə olan şey qoy keşmişdə qalsın,sənə nə..sən artıq evlisən..
  13. boris arxan | 23 dekabr 2014 12:17 | Status: Professional user | Şərh: 4 790
    OTUR DUR ALLAHIVA WUKUR ELE BU GUNUNCUN
  14. SABINA | 23 dekabr 2014 07:47 | Status: Professional user | Şərh: 7 416
    Sitat: HaziranGecesi
    essi bos ver getsineee,sene layiq olsaydi senin yaninda olardi.seni seven senin yaninda olan sexsdir,onun qedrini bil,onu sev.

    MENCEDE
  15. Damla | 23 dekabr 2014 06:46 | Status: Brilliant user | Şərh: 7 180
    Qeribe eyni zamanda agilsiz adamsiz..Sizi 5 ilde bir defe yasa salmayan,sizi axtarmayan,oz kefini rus qizlarla ceken,nelerse edib hebsde yatan birine gore oturub fikir edirsiz..Gunah iwledirsiz.Siz basqasinin halalisiz.ovladiniz var..Axi size niye maraqli olmalidir onun qayitmagi?Siz erli qadinsiz,anasiz,ailenizi duwunun..Qururlu deyilsiz...Men meni axtarmayan birinin ozude Rusiyada iwleyen birinin uzuyunu barmagimda dawimaram.Sukur valideynlerimde cox dunyagormuw insandilar hec vaxt bela weya razi olmazdilar.Sizin valideynleriniz duz hereket etmayibler.Sizde deyirsizki ali mekteb arzularim puc oldu.davam edardiz mektebe gedib oxuyardiz,oturub turk seriallarina baxib bow xeyallar qurmazdiz.Bir gun gelecek Rusiyadan sizi mindirecek ag range rovera aparacaq sanki..Real olun biraz.Ailenizin qedrini bilin.Zinadan uzaq olun.Evli qadinin bawqa kiwi haqqinda duwunmesi bela gunahdir...
  16. HaziranGecesi | 22 dekabr 2014 23:40 | Status: Şərhçi | Şərh: 273
    essi bos ver getsineee,sene layiq olsaydi senin yaninda olardi.seni seven senin yaninda olan sexsdir,onun qedrini bil,onu sev.
  17. Nergiz33 | 22 dekabr 2014 20:01 | Status: VİP user | Şərh: 1 080
    Allahin sevdiyi bendesi olmusanki sene dogru yolu ozu qsmet edib ne gozel ailen var cox sukur Allah xosbext etsin sizi daim uzunuz hemise xosbextliyinizle gulmusesin amin
  18. A.Amid | 22 dekabr 2014 15:41 | Status: Şərhçi | Şərh: 112
    Keçmiş keçmişde qaldı.İndi siz evlisiz ve övladınızda var.Keçmişinizden danışmağın,xatırlamanın ne menası var axı...Ola biler ki,olanlar size çox tesir edib.Amma mence siz sadece olaraq tehsil baxımından itirmisiniz.
  19. Tereza | 22 dekabr 2014 15:37 | Status: Şərhçi | Şərh: 147
    bos verin getsin onu,gorende uzunu cevir ele bil ki, hec tanimirsan,5 il az deyil ki,o senin omrunden 5 ogurlayib,hele xeyallarini da ogurlayib.
  20. SEVDA | 22 dekabr 2014 15:34 | Status: Nəzarətçi | Şərh: 17 476
    Bele bir adamdan vaxtında uzaqlaşdığına göre Allaha gece-gündüz wükr et....
  21. drop | 22 dekabr 2014 15:12 | Status: Gümüş user | Şərh: 2 448
    ola bilsin kecmiw niwanliniz hebsde oldugunu ozu demeyib.cunki hebs olunmaq yaxwi iw deyilku bunu aciq awkar desin.ona gore ele deyibler mence.belke de hebs sozunu ewitseydin daha pis olardin.her weyib xeyirlisi.wukur bugunki gunuve.
  22. BULUTUM | 22 dekabr 2014 15:08 | Status: Professional user | Şərh: 7 408
    Cannnnnnnn.
  23. ELİSA | 22 dekabr 2014 13:41 | Status: Gümüş user | Şərh: 1 049
    Cox pis oldum oxuyarken.Ama kecmiw kecmiwde qalib bugunku gununuze wukr edin.
  24. SEVA | 22 dekabr 2014 13:15 | Status: Professional user | Şərh: 5 156
    Sizin geleceyiniz kecmisinizden onemlidir ireli baxin kecmisi unudun ailenizle xosbext yasayin
  25. SULTANIM | 22 dekabr 2014 12:27 | Status: Ekspert | Şərh: 4 744
    Mence bu sizin taleyiniz ve heyat hekayenizdir.Bununla barismaq lazimdir. ne etmek olar? Yalniz ireli baxin ve ailenizle xosbext olun.
  26. sarakamil | 22 dekabr 2014 10:42 | Status: Şərhçi | Şərh: 114
    Allah indiki ailənlə xoşbəxt etsin səni
  27. Fraulein | 22 dekabr 2014 10:20 | Status: Şərhçi | Şərh: 503
    indi bizden ne isteyirsen? isteyirsen senin icinde xelvet dasidigin hisslerin reallasdirmaqcun basqalarinin da tesdiq etmeyin gozleyirsen??? menim seni tehqir etmek fikrim yoxdu, ama sen cox agilsiz insansan, nisani qayidan ne birinci ne de axrinci qiz sen deyilsen, bu indiki zamanda her kesin basina gelir, sen onunla adi unsiyyetden bele qacmalisan, cunki kisilerin ekseriyyeti "her limanda bir sevgili" prinsipile ile herekt edirler, lap turmede yatib cehenneme yatsin zehlem gedir is behanesiyle rusiyaya bey kimi gedib rus qizlariynan keflerin surub olan qalanini onlara xercleyib sonra azerbyacana cindir kokunde qayidan kisilerden, agli olaydi turmeye dusmezdi, sen yaxsi qadinsansa namusunla otur dur hereket ele ailenden basqa ey seni dusundurmemelidi, o ki qaldi uzunu 1-2 defe usaqken gorduyun sadece bir dene uzuk hesabina nisanli oldugun o adam, sizi o muddet erzinde uzukden basqa hec ne baglamayib, ona gore de bekara seylere gore beynivi yorma
  28. KARAGULUM | 22 dekabr 2014 10:14 | Status: Gümüş user | Şərh: 1 433
    Sitat: Nara88
    kecmis kecmisde qaldi,geleceye baxin,ugurlar size!!

    Duzdu..qatiliram baci.artiq oz gozel ailenizcun heyat yoldawinizcun balanizcun yawiyin..onsuz da yeterince sizin ureyinizi qirib 5 il az muddet deyil..xeyirlisi buymuw dogurdan da...kimbilir getseydiniz neler gelerdi bawiniza...xowbext ol canim
  29. Nara88 | 22 dekabr 2014 09:42 | Status: Professional user | Şərh: 4 257
    kecmis kecmisde qaldi,geleceye baxin,ugurlar size!!