Layihələr / Məktub var!
Nə edim ki, yenidən yoldaşım mənə diqqət və qayğı göstərsin ?(Oxucu məktubu)
anonim | 16-05-2014, 15:08
75 821 60
1 il yarımdır ailə qurmuşam.
Ilk vaxtlar yoldaşımınn mənimlə münasibəti çox yaxşı idi , ta ki qayınanamın
əsl üzü ortaya çıxana kimi. 2-3 ay keçdi atmacalar başladı, baldızımın həmişə anası öyrədirdi.
Hələ 14 günün gəlini idim qaynanamla baldızım böyük gəlini mənə pisləyirdilər.
Böyük gəlin 13 ildir ki o ailədədir və xəstəlikdə tapıb, yoldaşımın qohumları da hətta qayınımda etiraf edib ki, gəlinə olmazın zülmlərin verirlərmiş.
Mən nişanlı vaxtında yoldaşımla bir yerə bir gəzintiyə getməmişdim, ailə qurandan sonra da heç yerə tək ikimiz getməmişdik heç yerə.
Bir gün istirahətə gedirdik qaynanam imkan vermədi ki ,tək gedək hazılanırdı o da bizimlə gedirdi. Məni getməyimə peşman etdi, atmacaları kəsmirdi,adamı incidən sözlər deyirdi, hətta qəsdən yoldaşımın yanında elə şərait yaradırdı elə söz deyirdi ki,yoldaşım məni onun yanında pərt edirdi.
Hətta qayınanamla baldızım deyirdi sən arıqsan, əsəbisən sənə hələ uşaq olmaz və eynilə bu sözləri yoldaşım da deyirdi, beləliklə məni Analıq hissindən məhrum etdilər.
Ata evindən tam sağlam gəldim, inanın canımı xəstə saldılar, axırda qayınanam dedi ki, az, sən xəstəsən də elə atan evindən xəstə gəlmisən, yoldaşıma dözmədim, bunu dedim, dedi ki, sən səhv başa düşmüsən anam başqa mənada deyib ,bir gün yenə qayınanam o sözü mənə dedi.
Iyun ayında baldızıma şikayətlərimi dedim, bir də gördüm mənə zəng edib ki, sən kimsənki anamdam şikayət edirsən mənə, mən də dedim kimi deyim bəs, nə isə söz davası oldu həmin zəngdən sonra zənglər kəsildi. Birdəfəlik və bizə gəlmədi, adınıda qoydu ki,gəlin ayağımı kəsdi.
Qayınanam bütün günü qızın tərifləyirdi,nə etsəm bəyənmirdi. Bir gün hirsimdən bezdim bıçaq götürdüm ki ölmək istəyirəm Yoldaşımın yanında gəldi bıçağı əlimdən aldı apardı. 15 gün keçdi bıçağı axtardım döşəyimin altından tapdım.
Aparıb ora qoyub. Mən nə qədər ağladım ki,yoldaşımın dəyişdiyini görüb pis olurdum,birdən otaqda qayınanamın pul kisəsini gördüm içindən kağızlar düşüb bəlkə məni qınayacaqsınız amma şübhələnmişdim açdım baxdım gördüyümdən şoka düşmüşdüm, dualar idi və kağızda qızılgül üstü şəkərtozlu . Şəkilin çəkdim Bakıya qayıdanda bir axunda oxutdurdum qayınanam yoldaşımla öz arasında şirinlik duası yazdırıb ki bunun sözü keçsin. Dəhşətə gəldim,sentyabrda güclü dava oldu qayınanam yoldaşımı öyrətdi ki anasın atasın çağır, özü de qayınatama zəng eləyib dedi ki, gəlinin deyirki,
siz pissiniz ,məni gözdən salmaq istəyirdi. Yoldaşım özü məni seçib bəyənib alıb, qaynım da öz seçdiyim bəyəndiyin alıb.
Nə isə bir dəfədə mənsiz qala bilməyən yoldaşım atam anama dedi ki, bunu aparın əsəbləri sakitləşsin gələr, mən isə quş kimi civildəyirdim, getmək istəmirdim, anam da halıma baxıb ağladı. 177 boyumla 49 kq. çəkiyə düşmüşdüm.
Getdikcə yox vəziyyətində idim, qan yox idi bədəndə. Nə isə ağlayaraq atamgilnən gəldim bir gecə qaldım orda qaynım gəldi apardı anasıgilnən dalaşdi. Yoldaşım da,qaynım da, qayınatamında işini, vəzifəsin dayım vermişdi.
Balaca dayımlada yoldaşım həm dost idilər, həm iş yoldaşı. Qaynanam dava edəndə dedi ki, çörəyimi yeyirsiniz burnunuzdan gələcək, dərinə getsək dayımın çörəyin yeyirəm mən susdum ağladım.
Bir gün yenə hamı yığışdı getdik bölgələrdən birinə orda qayınanam yoldaşımın yanında başladı məni yersiz danlamağa, mən də dedim ki, sakit səslə birincisi elə olmayıb, yoldaşım məni qaldığımız otağa çağırdı və həmin günü otaqdan çıxmağa qoymadı, gecə otağın yanında hamı deyib gülür qayınanamın qəhqəhəsi qulaq deşirdi.
Mən isə ağlayırdım, yenə burnumdan gətirdilər.
Qayınım arvadı ilə münasibətim çox yaxsşı idi, o da ona olunan zülmlərdən danışırdı mənə . Bir gün saytların birində bir qızla tanış oldum hamiləydi qız və qayınanasından şikayətcil idi smsləşirdik . Dərdləşirdik, toyumuzun bir illiyini keçirtdik yoldaşımla, bunu da qayınanam pozmaq istədi, bu dəfə alınmadı. Heç zaman telefonuma girməyən yoldaşım bir gecə telefonuma girdi,
mən 3 dəfə intihara əl atmışam.
Inanın bir gün qayınanamgildə gördüım qaynanamın pul kisəsi açıqdır və orda yoldaşımla öz şəklin qoyub.. Şübhələnmişdim ki, ,niyə başqa övladlarının şəkilin qoymayıb. Baxdım gördüm kağızlar, vay təzə dualar, hətta üzərinə yazılıb ki , şəkər tozu tök arasına özündə saxla. Bəlkə məni qınayacaqsınız amma şübhə adamı yeyir,hətta ifadə etmək belə çətindir.
Çox haqqsızlılar gördüm,təzə gəlinliyimdim güzəşt nədi bilmirdilər, nə etdim böyüdüb fil edirdilər, qlobal problemə çevirirdilər. Intim münasibətlərim normal idi, payızda gördüm ki, bir az da olsa yoldaşım düzəlib. Bir gün saytda tanış olduğum qıza qayınanamı təhqir etdim sms-lər yazdım bir ildə ürəyimdə saxladıqlarımı yazdım və gecə yoldaşım mən yatılı olanda girib telefonuma bu sms-ləri oxuyub.
2 gün gizlətdi zarafatın da etdi, qucaqlayıb yatdı. Amma 3-cü günü məni namaza göndərib telefonumu gizlin götürdü getdi .
Yazdığım sms-i hamıya bayraq edib göstərdi, biabır etdi məni. Bəli mən səhv etmişdim yazmışdım ,
Amma ürəyim partdayırdı. Beləliklə, evə gəlmədi güclü stress keçirtdim, səhərisi gün qayınatam zəng elədi ki, atan anan gəlsin veşini yığ get. Sən bizə lazım deyilsən, dünya başıma fırlandı.
Dayım dedi biz qızı gətirib qoymamışıq , gəlib almısınız indidə gəlin özünüz də burda olun aparaq. Hamı yığışdı ,qayınatam sonda qalmağımı istədi. Amma atam dedi, dursun gedək mən bunu eşitdim yenidən dəhşət stress yaşadım.
Nəhayət, geyindim evdən çıxanda son dəfə çıxdığımı düşündüm . Liftə mindim birinci mərtəbəyə çatanda ürəyim getdi. Həmin gündən ürək getmə xəstəliyi tapdım, yoldaşım mənə xəstəlik verdi. Bədbəxt etdi məni. Ayıldım öz evimdəyəm özümə gəldim həkimləri gördüm hamı dağıldı getdi .
Yoldaşım gecə gəlmədi .
Evdə yanımda anam qaldı Səhərisi gün yenə güclü ürək getməsi yaşadım, Ayıldım reanimasiyadayam , yoldaşım yanıma gəldi. Yanağımdan öpüb getdi və bir daha görmədim onu. Xəstəxanada qalmadım. Ərizə yazdım çıxdım,dalımca anamla dayım gəlmişdi .
Gözlərim yolda idi. Gəldim dayımgilə 4 ay yarım orda qaldım güclü müalicə aldım. Amma tam sağalmadım xəstəliyin fəsadları qaldı.
Ad günümü, bayramları gözüyaşlı keçirdim, Aprel 2014 də qayınatamın evinə gəlsin sözüylə gəldim evimə. Ilk öncə yoldaşım soyuq davransa da indi biraz yaxşıdır. Amma qayğıdan kənardayam, gözümün qabağında anasın qucaqlayır, hamıya canım deyir ,anasın öpəcək-öpəcək.
Mən isə heç zaman heç nə sübut edə bilmədim.
Tək Allah gördü.
Yoldaşım telefonda duaların şəkillərin görsə də qayınanam dedi ki, oğlum səninlə yoldaşına şirinlik duası yazdırmışam. Buda onun çıxıs yolu oldu. Guya bizə yazdırıb, özü də namaz qılandır. Falçı mollapərəstdir.
Indi mən tək qalmışam qayınım arvadı baldızım qaynanam çox mehribandılar.
Heç elə bil qayınım arvadı bunların arxasınca danışan adam deyil.
Mənimlə salam necəsən və sağol edirlər.
Belə də tək qalmışam. Nə edim yoldaşım qayğı diqqət göstərsin mənə ? Bəzən mənə boşan da deyənlər oldu. Amma mən ailəmə geri dönəcəyim günü gözlədim.
Indi hamı bir-biri ilə çox mehribandılar. Mənimlə zəngləşən belə yoxdu. Yoldaşım düzdü biraz öskürüm deyəcək nə olub həkimə gedək filan. Eləki düzəlim məni çox qayğısız, diqqətsiz qoyur.
Anasının qohumların görəndə elə bil, mən heç yoxam.
Baxmayaraq ona görə xəstə düşdüm. Mən onun yoldaşıydım o məni biyabır etməməliydi.
Heç vaxt onu çəkdiklərimə inandıra bilmədim.
Mənə məsləhət verin tək qalmışam.
Xanım saytımızın istifadəçilərindəndi məsləhət verərkən diqqətli olun !
Şərhlərinizdə qəlb qıracaq ifadələr işlətməyin.
Redaktə etdi: Alice