Layihələr / Məktub var!

Ərim deyir ki, sən başqa kişiylə gəzmək istəsən mən səni qoyaram...(Oxucu məktubu)

anonim | 13-05-2014, 16:30
23 442 72

 


Azadqadın.az saytında  məktubları çox oxumuşam, İstərdim mənə də məsləhət verəsiniz xanımlar .

Çox qəribə bir haldayam.  
Özümü xoşbəxt hiss etmirəm. Ailəliyəm  4 il olacaq. 1 oğlum var 3 yaşında.
Hal hazırda Rusiyada qalırıq. 21 yaşım var, sevməyib ailə qurmuşam.
2 həftədə tanımadığım birisinə verdilər məni .
Mənim öz sevdiyim olub sonra biləndəki, mənlə evlənmək istəmir artıq heç nə etmədim. Anama əvvəl dedim ki, mən bu insanla ailə qurmaq istəmirəm . Anam və bacım hər ikisi   mənim dediklərimi qulaq ardına vurdular ki, gedəcəksən. Gedib Rusiyada bunları unudacaqsan.
Nə isə toy oldu . heç ürəyimdən deyildi. Toydan 1 ay sonra bura gəldik. Elə bilirdim qayınanamgildə qalacağıq. Yoldaşımda dedi ki, onlarnan   yaşamayacağıq. Toyda  mənə qızıl heç nə alıb  taxmadılar .
Sonra baldızım bizi  çağırdı  öz yanına  1 otaqlı evdə  bizdə gedib  qaldıq orda. Mən donub qalmışdım yerimdə.  Baldızım isə boşanmışdı  2 uşağı var  mən onlara baxırdım. 6 Ay orda birgə yaşadıq çox çətin idi. 1 ayın gəlini idim.  Uşaqlara da mən baxırdım.
Hər işi görürdüm hamı gəlirdi  qayınlarım qayınana qayınata  bütün iş mənlik idi.  Deməzdim ki, yoldaşım pis insandı. O vaxtlar   başladı ki, mənimlə  soyuqlaşmağa gedirdi günlərlə gəlmirdi.
Nə  telefonumda yox idi .Gəlirdi mənimlə danışmırdı.
Xasiyyəti elədi ki,  özü günahkar belə olsa, elə qaşqabaqla danışır, mən özümü günahkar kimi hiss edirəm.  Qayınanam da ad günündən ad gününə gəlir bizə . Heç vaxt  nəsə pis sözdə  deməmişəm anamı görəndə deyir ki, qızın belə geyinir  lasina geyinir.   Yalandan deyir uşağa baxmır.
Sonra mən hamilə  qaldım  çox pis idim . Yoldaşım gedirdi  2  gün bir gedirdi  gəlmirdi. Sonra gəlirdi məndə dava düşməsin deyə heç nə demirdim.  Deyirdi dostlarlayam. Bəhanələr deyirdi.  
Sonra baldızım  başladı mənə deməyə ki,  səni bura mən çağırmamışam səni nəyə gətirib bura qoyub. Öz uşaqları idi.  baldızım   heç bir dəfə də çimizdirmirdi. Hətta  yatdığı palazını da yığmırdı.  
Sonra mən küsüb geri gəldim. Evə yemək almırdı neçə gün   yoldaşım yanımda yox idi mənimlə danışmırdı. O günlərdə heç kim gəlmirdi. Hamilə  olan günlərimdə günlərlə tək  və ac qalırdım.  3 gündən sonra yoldaşım gəldi  dedi niyə bu gündəsən yemək yeməmisən.
Gördü ki , heç nə yoxdu dedi hər şeyi qaydasına salacam.
Ev tutdu köhnə idi. Orada qaldıq.  Kənddə  uşaq oldu. Amma hiss edirdim ki, yoldaşım kiminləsə gəzir. Deyəndə də boynuna almırdı. Telefona gələn  sms-ləri zəngləri yanımda açmırdı.
Elə günlər olurdu evə də gəlmirdi. Məndə qalırdım tək.  Evdə körpə balamla  heç kimidə tanımırdım. Bu ailənin sonradan  söhbətlərin  eşidəndə   şoka düşdüm. Qayınatam  çoxdan rəhmətə gedib. Sağ vaxtı  o öz baldızıyla gəzirmiş. Uşaqlarıda olub.
Böyük baldızımı  isə evdən  qovublar. Heç  bu günə qədər maraqlanmayıblar. Qayınanam nə də ki,  qardaşları.  Kiçik baldızımdaki  atası yaşında biriylə  yaşayır. Mən bunları eşidəndə şok oldum. 3 qaynım var biri rusla biri də erməni ilə evlidi.  Məndən başqa azəri yoxdu.  Nə isə istədim ki,  bu məsələləri əsas da ərimin gəzdiyini biləndə boşanım.
Yenə dedim ki, uşaq var yaxşı  olar onu sevməsəmdə , özümü elə aparıram ki, məndə onu istəyirəm.  Çalışırdım  yaxın  olaq deyirdim artıq  ailəliyəm yoldaşımı sevim  amma görürdüm nəsə soyuqdur.
Yenə də  3 il belə olduq.  Küsürdük amma mən yenə yaxınlaşırdım barışırdım.
Sonra daha məndə yoruldum özümü belə aparmaqdan. Düzdü mənə əl qaldırmır amma  mənimlə belə daima soyuq olmasını anlamıram.
Qeyd edim ki, mən yoldaşımdan qat-qat  gözələm .
İxtisasca isə  tibb bacısıyam.  Nə isə  yoldaşım başqa bir ev tutdu yenə kirayədə qalırıq indidə. İndi indi başlayıb məni sevməyə. Deyir heç kimlə  danışmıram , gəzmirəm  tək səni sevirəm .
Məndə isə artıq o həvəs  o istək yoxdu. Ürəyim qırılıb.  Yalnız uşağa görə boşanıb boşanmamaqda qərarsızam.  Caamatın sözlərindən çəkinirəm.
Yoldaşımın qəribə xasiyyəti var  . Nəsə bir mübahisədən sonra günlərlə danışmasam danışmaz mənimlə. Təzəliklə  mənə  notebook alıb.  Məni ona belə qısqanır.  
Amma bu vaxta qədər yadına belə düşmürdü ki,  mən hardayam.
Neyniyirəm bütün günü heç zəng də etmirdi.
İşdə olanda aparıb qoyurdu Azərbaycana  3 ay bir qalırdım,  iki ay bir indi isə məni qısqanmağa başlayıb .
Mənə deyir sən  kiminləsə  danışırsan. Deyirəm bax Azəri saytlarıdı yenədə inanmır.
 Amma bu yaxınlarda bir sözu məni tamamilə qırdı.
Heç kimədə deyə bilmirəm . Beledə söz deyər yoldaş  öz xanımına.
 Deyir  sən başqa kişiylə gəzmək istəsən mən səni qoyaram.  Təki mənə  denən .
 Məndən boşanmağını  istəmərəm deyir. Əvvəl elebildim zarafat edir sonra gördüm ciddidir.
Dedim sən nə deyirsən. Heçnə  demedi. Üzünü çevirdi  yatdı . 3 dəfə o sözü mənə dedi. Daha mən danışandan sonra heç nə demir.  Heç bu cür də ailə olar heç xoşbəxt deyiləm.
 Amma çıxış yolumu da boşanmaqda görmürəm.
 
Xanımlar sizcə bu evliliyin uşağa görə  davam etməsi  doğru addımdırmı ?
 
Məsləhətinizə ehtiyacım var qızlar çox xahiş edirəm. Mənə bir çıxış yolu göstərin. 

 
P.S  məsləhət və şərhlərinizdə diqqətli olun !

Xanım bizim saytın istifadəçilərindəndi. 
 
Yazılan məktubda çox şeyləri  xanım öz başa düşdüyü kimi yazdığına görə sözlərə çox da əl vurub dəyişmədim.. İsdədim ki,  öz yadığı kimi qalsın.
Amma lazım olan yerlərdə bütün dəyişiklikləri etdim. 
 
Redaktə etdi: Alice. 

  1. B.Fereh | 29 mart 2016 21:58 | Status: Nəzarətçi | Şərh: 7 009
    Burda ilk evvel gunah valideynlerdedir.Cunki sizi cox genc yawinda,kor korane,tanimadiqlari adama ere veribler.Bizim bezi ata analarina "rasiya oglani"sozu "SIM SIM ACIL"sozuynen eynidir.O sozu ewiden kimi aramamiw,sormamiw ele qizlarin atirlar cole,ne var desinler ki,filankes qizin rasiyaya ere verdi.Qaldiki yoldawinizin dediyi kelimeye,hec bir normal kiwi bunu hec aglina getirmez,neinki diline.Sinamaq zad bow weydi,bu sozu hec zarafata salib da,demek normal hal deyil.Bedbext ana,xowbext ovlad yetiwdire bilmez hec vaxt.Bezi qadinlar uwaqlarina gore bowanmirlar,amma uwagi sevgisiz dava dalawli ailede hansi psixalogiyaynan boyuduyunu fikirlewmirler.
    QADIN ILK ONCE,OZ QURURUN QORUMALIDIR.HEC KIME...ERINIZE,QARDAWINIZA,HETTA ATA ANAYA BELE,SIZI ALCATMAGA ICAZE VERMEYIN XANIMLAR,OZUNUZE HORMET ELEYIN,YERI GELSE BU HORMETI TELEB EDIN!AMMA ICAZE VERMEYIN SIZI ALCALDIB,WEXSIYYET KIMI SINDIRIB ROBOTA CEVIRSINLER.
  2. ESMERRi | 24 mart 2016 23:26 | Status: Brilliant user | Şərh: 5 393
    Sitat: Gulu2015
    Allah sebr versin
  3. Gulu2015 | 3 dekabr 2015 14:11 | Status: Qonaq | Şərh: 0
    Allah sebr versin
  4. milashka_167 | 1 dekabr 2015 22:36 | Status: VİP user | Şərh: 1 457
    Sitat: Purple_Butterfly
    Chetin meseledir Vallah. Ne deyim, Allah islah etsin.
  5. dılay | 30 noyabr 2015 08:35 | Status: Brilliant user | Şərh: 8 215
    Sitat: OZ_DUNYAMIZ
    sadece dehsettdirrr aman Allahh...
  6. Melek3 | 12 sentyabr 2015 12:11 | Status: Qonaq | Şərh: 0
    Allah komeyin olsun.gozel gozel qizlari alib bedbext edirler.o sozude er arvadina deyermi hec?onum dediyi fikrin altimda nese bir niyyet yatir.en alcag kisi bele o sozu arvadina demez ozunu bacarmasa bele kisi kimi gosterer.ele ve ya bele ferq etmez o sozu demeyi alcagligdi.bosan demeyde olmur.meslehet vermey asanddi.ama ortada usag olanda bir az cixilmaz hal alir is.en yaxsisini ozun bilersen gozel bacim
  7. Purple_Butterfly | 3 sentyabr 2015 15:19 | Status: Şərhçi | Şərh: 146
    Chetin meseledir Vallah. Ne deyim, Allah islah etsin.
  8. aylin9159 | 10 avqust 2015 23:13 | Status: Qonaq | Şərh: 0
    Qeribe insanlar var .bele seyleri oxuyanda oz heyatima sukur edirem.bir er kimi seni qane etmirse her terefli bosan gedsin.omrunu çurudme bele adamla
  9. Elcin sangu........ | 10 avqust 2015 19:19 | Status: VİP user | Şərh: 631
    Xeber
    Sitat: Lumia
    Senin erin de,ailesi de normal adamlar deyiller.O sozu dile getiren kisiye men cox soz yazardim amma bura yeri deyil.Sen hele dusunursen ne edim,ne etmeyim.Ne edeceksen o "er" le?Bu gun sene o sozu deyen adam,sabah oz eli ile seni basqasina satar da.Ovladi behane eleme,ele atayla ovlad boyutmek ovladin da heyatini mehv etmekdir.Bosan get,oz heyatini yasa,ovladini da oz istediyin kimi terbiye ele.
  10. beser 1977 | 21 yanvar 2015 02:16 | Status: Qonaq | Şərh: 0
    azerbaycana gelmek en yaxsi variantdir.bosanmadan.
  11. Malik bey | 19 yanvar 2015 20:03 | Status: Qonaq | Şərh: 0
    Qadına məsləhətim budur ki,çalışsın ki boşanmasın.Ancaq mənə elə gəlir ki,qadından şübhələndiyi üçün söz almaq istəyir.yalannan deyir ki de görüm kimi istəyirsən.
    Qaldıkı əgər kişi qadını qane etmirsə ya edə bilmirsə bu nə qədər olar axı ?
    Demək 1-varyant qalır ki,müəyyən vaxtlarda qadın başqası ilə yata bilər.və kişidə bunu anlayışla qarşılamalıdır,çünki varyantıda yoxdur.
    Amma gərək qadın etibarlı biri ilə əlaqədə ola ki,fırıldaqçılara ilişməyə.hətta seçimdə kişidə öz xanımına kömək etməlidir ki sonra peşmançılıq olmasın.

    O demək deyil ki,başqası ona ərlik edəcək.yox sadəcə qadın cinsi təlabatını ödəyir.
  12. Nergiz love | 26 iyun 2014 18:21 | Status: Professional user | Şərh: 7 880
    Sitat: NAZMIYYE
    hec beyenmedimmmmmmmm

    NEYI BEYENMEDIZKI?
  13. anaxanim | 22 iyun 2014 16:08 | Status: Qonaq | Şərh: 0
    can ay baci.menim taleyim seninkine benziyir.duzdu menim yldasim gezmir.ama gezse onnan yxsidi.1 sey olmamish basima qalxir.bezen ele seyler olurki qaliram cixilmaz vezyetde.nebilimey talehdide
  14. NAZMIYYE | 21 iyun 2014 17:11 | Status: Qonaq | Şərh: 0
    hec beyenmedimmmmmmmm
  15. Bad_Girl | 14 iyun 2014 16:54 | Status: Şərhçi | Şərh: 58
    sen onu deyisdire bilmesssen...her seyin bir heddi var..Qadinin da 1 qururu...artiq ona deyirse,sen basqa kisiyle gezmek istesen men sene bir soz demerem artiq hu dehsetdi..ad olsun ki,evlidirler..bele sey olar....usag hele balacadi...boyuyende,ozunu tanayanda neyleyesssen?...ALLAH komeyinde olsun..amma sexsen mene ele yoldas lazim deyil....ozunuz bilersiz..ele kisiye kisi demek istemirem ...!!!!Ve onu da deyim ki,kisi qeyretsiz olar,amma vicdansiz ola bilmez ...!!!!

    Sitat: heyatim_ve_men
    men bu xanimlari basa duse bilmirem .niye her bproblemin cixis yolu kimi bosanmagi gorurler.bosaninca heyatinda her sey duzelecek.aileni qurmaq sert deyil onu qorumaqda lazimdi.men hele sevdiyim oglandan cekmisem.doyulmusemde soyulmusemde eve gecde gelib dalasmisiqda helede qirismalarimiz davam edir amma hec vaxt bosanmagi aglimada getirmirem.ozum isleyirem mektebde zavucam butun mektebi idare etdiyim halda bir kisini idare ede bilmirem amma yenede hevesden dusmurem calisiram ona dahada yaxin olum problemlerini dinleyib yol gosterim ozude sehvlerin basa dusur mence sen yenede fikirles ovladini atasiz qoyma menim kimi dozumlu ol inan ki her sey yaxsi olacaq onun da zamani kececek ve senin olacaq

    BAGISLAYIN SIZE HAQQ VERMIREM..SEVEN ADAM ELE ETMEZ..!!!aZCA QURURU OLSUN QADININ...DUZ DEYIRSIZ,SIZI DOYUB,AMMA BU QADINA ARTIQ DEYIRKI KISIYLE GEZMEK ISTESEN QOYARAM....QADIN QURURU VAR....
  16. heyatim_ve_men | 4 iyun 2014 16:13 | Status: Qonaq | Şərh: 0
    men bu xanimlari basa duse bilmirem .niye her bproblemin cixis yolu kimi bosanmagi gorurler.bosaninca heyatinda her sey duzelecek.aileni qurmaq sert deyil onu qorumaqda lazimdi.men hele sevdiyim oglandan cekmisem.doyulmusemde soyulmusemde eve gecde gelib dalasmisiqda helede qirismalarimiz davam edir amma hec vaxt bosanmagi aglimada getirmirem.ozum isleyirem mektebde zavucam butun mektebi idare etdiyim halda bir kisini idare ede bilmirem amma yenede hevesden dusmurem calisiram ona dahada yaxin olum problemlerini dinleyib yol gosterim ozude sehvlerin basa dusur mence sen yenede fikirles ovladini atasiz qoyma menim kimi dozumlu ol inan ki her sey yaxsi olacaq onun da zamani kececek ve senin olacaq
  17. Mehri-Ban | 3 iyun 2014 20:19 | Status: Professional user | Şərh: 1 329
    Duzdu qiraqdan meslehet vermek cox asandir.amma qismetdir.Insanin taleyi nece basliyirsa ele de davam edir,hec ne deyismir,men de tezelikce ayrilmisam,ama mence canimi qurtarmisam
  18. ismailzahid0810 | 3 iyun 2014 01:42 | Status: Qonaq | Şərh: 0
    menim sene aqillifikrim elekisiynene yasamaqa deymez usaqdan otru hec mehv etme usaqdi yekelecek nece lin heder olur ocure o sozu deyen kisi dirnaq arasi kisi her cur sere ve o yola seni vadar eder ona gorede usaqindan otru el oba ne deyecek sozunden uzaq ol gel azerbaycana hec bosanmada sen hle e lazimdir ??adinustunde olsun ama bosanmis kimi gel aqilnan basnana usaqini saxla bosanmaq da isteyirse de getsin erizesini versin ayrilsin sen onu etme sen sadece gel azerbaycanda yasa isle o baxmaq istese baxacaq usaqlarina baxsin ama bir aile kimi yasama.qurbetden insana veten olmaz rasiya eledir allah viran qoysun terbye orda pozulub aileeller daqilib sebrli olun qorxmayin ozunuz eguvenin o usaq sene hem arxa hemde erdi besindir er ehtiyac deyil ta sne
  19. nuray2007 | 2 iyun 2014 12:51 | Status: Şərhçi | Şərh: 420
    o erin psixasinda problem var 100% ELE OLMASA HANSI ER XANIMINA O SOZU DEYER
  20. heyatimsan sen | 27 may 2014 23:05 | Status: Qonaq | Şərh: 0
    Aaa xestediki o bu nece ailedi kiwi oz qasinina bele soz diyer axmaq.
  21. ilahe94 | 25 may 2014 14:00 | Status: Qonaq | Şərh: 0
    oxudum cox acinacaqli heyat surub..men xanimin yerinde olsaydim ovladima gorede olsa qedrimi bilmeyen birinin yaninda ozumu heyatimi mehv etmezdim. 0138
  22. Leman_55 | 17 may 2014 00:23 | Status: VİP user | Şərh: 584
    ALLAH sebr versin...amma mene ele gelir ki.yoldawin seni sinamaqcun diyib...bu kimi bir wey taniwimin bawina gelib o yuzden deyirem...cun bunu normal kiwi dimez...
  23. HaziranGecesi | 16 may 2014 23:53 | Status: Şərhçi | Şərh: 273
    Sitat: Narin_Cicek
    canim menim dehehatim seninkine oxsayir mende sevmeyib ailequrmusam atm verib birayin icinde toy edib apardilar yoldasimin ayri evi var idi men gedendensora iki ayin icinde evi qiillarimi satdilar guyaerimin borcu var tutacaqlar onu cehizlerimidetokduler qaynimgile o vaxtdan indiye kimi iyirmi ildir kirayelerde qaliram cehizlerimide qaynimarvadi isledib cox vaxt bezib ayrilmaq istemisem atama gore dozmusem cunki atam mene gore cox eziyyet cekirdi deyirdi men ozumu baqiwlamayacam qizimi bedbaxt eledim atam menim derdimden xesteliye dusub rehmete getdi indide baxiram basimda birdene qara tuk qalmayib 19 yasinda oqlum var mene yarasmaz bosanmaq0mma size onuda deym ki atlarin bir sozu var demiri isti istidoyerler her seyivaxtinda hell elemeklazimdi indi deyiremki kas teze evlenende bosanaydim adam ele fikirlesirki getdiyce yaxsi olar eksine dayda pis olur bele eziyyetden sora aqir xesteliyede dusmusem indide gelib rusiyaya cixmisam eble cehiz aparmaqima baxmayaraq iyirmi ildi yumusaq dosey nedi bilmirem oqlanlarimdanda utaniram ki onlarin negunahivar idi axi olarda menimle bir eziyyet cekir amma men onlari ata varliqindan mehrum etmemekcun butun bunlara dozdum indi butun yaxinlarimi atib gelmisem erime gore bura butun gunu evde hec kesleeleqe yox artiqdoze bilmirdim cox saqolun ki bele bir sait acmisiz sizinle oz derdimizi boluse bilirik eslinde men bacarmirdim bura qeydiyyata dusmeyi oqlum saq olsun hell eledi eger menimde yazimi oxusaniz size tesekkur ederem

    oxudum taleyinzi xanim,analar ovladlarina gore her seye dozub,oz heyatlarini ovladlarina qurban verirler,ama ovladlar hec vaxt bu qeder heyatlarini valideyinlerine qurban vermezler.
  24. ehtibar | 16 may 2014 16:01 | Status: Gümüş user | Şərh: 2 547
    Sitat: Lumia
    Senin erin de,ailesi de normal adamlar deyiller.O sozu dile getiren kisiye men cox soz yazardim amma bura yeri deyil.Sen hele dusunursen ne edim,ne etmeyim.Ne edeceksen o "er" le?Bu gun sene o sozu deyen adam,sabah oz eli ile seni basqasina satar da.Ovladi behane eleme,ele atayla ovlad boyutmek ovladin da heyatini mehv etmekdir.Bosan get,oz heyatini yasa,ovladini da oz istediyin kimi terbiye ele.

    bele
  25. Lumia | 16 may 2014 14:38 | Status: Professional user | Şərh: 5 385
    Senin erin de,ailesi de normal adamlar deyiller.O sozu dile getiren kisiye men cox soz yazardim amma bura yeri deyil.Sen hele dusunursen ne edim,ne etmeyim.Ne edeceksen o "er" le?Bu gun sene o sozu deyen adam,sabah oz eli ile seni basqasina satar da.Ovladi behane eleme,ele atayla ovlad boyutmek ovladin da heyatini mehv etmekdir.Bosan get,oz heyatini yasa,ovladini da oz istediyin kimi terbiye ele.
  26. OZ_DUNYAMIZ | 15 may 2014 20:58 | Status: Gümüş user | Şərh: 1 205
    sadece dehsettdirrr aman Allahh...
  27. esmar | 15 may 2014 20:45 | Status: Şərhçi | Şərh: 111
    salam.sene ne deyim hec bilmirem.bildiyim tek bir şey var.bu kişilərdən baş acmaq mümkün düyil.men 15 ayın gelniyəm.3 ay bundan evvele qeder yoldaşim mennen 1 gece belə ayrı qalmirdi.indi 3 aydi üzün belə görmürem.bir zeng bele etmir.sevgi deyirsen.inan yoldaşimnan düz 5 il sevgili olmuşuq.indi bir uşaqnan atamın evindeyem.sonumda ne olacaq bilmirem.ona gore ne qerar verirsen ver,ama uşagini unutma.Allah kömeyin olsun.

    inanın sevgi her şey demək deyil.5 il sevdim,sevildim.her kese,hamiya regmen evlendik.15 aydan sonra her şey alt üst oldu.Rebbim sonumuzu xeyir etsin
  28. Dj_ELVIN | 15 may 2014 18:32 | Status: Qonaq | Şərh: 0
    Ozum kişi olaraq bu qadinlarin heyatina cox yaziqliqim gelir. Allah heç elemesin qadinlarimiz yaziq olsunlar ancaq neyleyekki beledi. Qizlarin atalari çox boyuk sef edirler. Gerek bu sehvi etmeyesen heç vaxt ovladivin heyatin mef etmeyesen.
  29. Narin_Cicek | 15 may 2014 14:10 | Status: Qonaq | Şərh: 0
    canim menim dehehatim seninkine oxsayir mende sevmeyib ailequrmusam atm verib birayin icinde toy edib apardilar yoldasimin ayri evi var idi men gedendensora iki ayin icinde evi qiillarimi satdilar guyaerimin borcu var tutacaqlar onu cehizlerimidetokduler qaynimgile o vaxtdan indiye kimi iyirmi ildir kirayelerde qaliram cehizlerimide qaynimarvadi isledib cox vaxt bezib ayrilmaq istemisem atama gore dozmusem cunki atam mene gore cox eziyyet cekirdi deyirdi men ozumu baqiwlamayacam qizimi bedbaxt eledim atam menim derdimden xesteliye dusub rehmete getdi indide baxiram basimda birdene qara tuk qalmayib 19 yasinda oqlum var mene yarasmaz bosanmaq0mma size onuda deym ki atlarin bir sozu var demiri isti istidoyerler her seyivaxtinda hell elemeklazimdi indi deyiremki kas teze evlenende bosanaydim adam ele fikirlesirki getdiyce yaxsi olar eksine dayda pis olur bele eziyyetden sora aqir xesteliyede dusmusem indide gelib rusiyaya cixmisam eble cehiz aparmaqima baxmayaraq iyirmi ildi yumusaq dosey nedi bilmirem oqlanlarimdanda utaniram ki onlarin negunahivar idi axi olarda menimle bir eziyyet cekir amma men onlari ata varliqindan mehrum etmemekcun butun bunlara dozdum indi butun yaxinlarimi atib gelmisem erime gore bura butun gunu evde hec kesleeleqe yox artiqdoze bilmirdim cox saqolun ki bele bir sait acmisiz sizinle oz derdimizi boluse bilirik eslinde men bacarmirdim bura qeydiyyata dusmeyi oqlum saq olsun hell eledi eger menimde yazimi oxusaniz size tesekkur ederem
  30. DENIZ QIZI3 | 15 may 2014 13:42 | Status: Gümüş user | Şərh: 3 859
    mektubu diqqetle oxudum serhleride oxudumm ,sene yaxsi meslehet verenler coxdur burda amma mene gelince ele erle men bir gunde yasamaramm ,onun qisqancligina baxma seni oz elinle basqa bir kisiye vere biler, yada ki birini eve getire biler sene gore .oz heyatini ozun dusunduyun kimi yasa xanim .dusunuremm belke erin seni sinamaq ucun deyib bele sozu sene yenede sevirsen oz yoldasini aileni qoru ovladina gore.Allah cetin anda komeyin olsun.