Layihələr / Məktub var!

Evli kişini sevirəm, amma xoşbəxtəm (Oxucu məktubu)

Aynur_Qurbanqizi | 29-05-2013, 21:00
38 786 159

 


Salam Aynur xanım,sizə öz taleyimi yazıram və sizdən məsləhət istəyirəm.

Mənim 23 yaşım var.Ali təhsilliyəm,xarici dilləri bilirəm və o üzrə işləyirəm,adımı demək istəmirəm.Hal hazırda yaşadığım həyatım haqda yazmaq istərdim,hər kəs bir cürə başa düşəcək məni,məni qinayacaqsız ama yenədə fikirlərinizə ehtiyacım var.
Məktəb vaxtlarından bir sevdiyim oğlan vardı.Bir-birimizi cox sevirdik və çoxda inanırdıq bir-birimizə,ama hər şey o qədər də yaxşı keçmirdi bəzən dalaşırdıq, söz-söhbətimiz olurdu amma yenə də çox sevirdim və yaxşı olacağını düşünürdüm.Eyni şəhərdə olmağımıza baxmayaraq az-az görüşürdük bəzən elə olurdu ki, 1 həftə 2 həftə görmürdük bir-birimizi ancaq telfonla danışırdıq,mənim üçün də az görüşməyimiz yaxşı idi amma bir az da pisimə gəlirdi ki,niyə maraqlanmırsan,məni görmək istəmirsən?

Məni cox sevirdi dəhşət dərərcədə qısqanırdı,məni evdən çölə çıxmağa qoymurdu.

Mən bir azad insan kimi özüm özüm haqda heç bir şeyə nə fikir bildirə bilməzdim,nə də onun fikrini almadan heç nə edə bilməzdim,yenə də dözürdüm amma çox bezirdim.Özümü bir əşya kimi görürdüm,sanki onun kukulası,oyuncağı idim,o istəyəndə məni otuzdura,istəyəndə yatızdıra bilərdi,uşaqlar oyuncaqlarını nə istəsə,necə istəsə eledikləri kimi.Məni çox sıxırdı,məni kimsə görə,bəyənər deyə qorxurdu hətta mən özümə çox fikir verən qızam,mənim yaxşı görünməyimi də istəmirdi.Biz çox dalaşırdıq amma yenə də ağılsızlıq edib onun dedikərini edirdim,amma ondan bezdiyimi deyirdim özünə bəsdi belə elemə baxmayacam ki,neçə ildi sevgiliyik ayrılacam səndən deyirdim,elə bilirdi yalan deyirəm.

Mən çox qürurlu qızam,evin də tək qızıyam ərköyün böyümüşəm həmişə mənim dediyim olub amma indi kiminsə məni oyuncaq eleməsinə dözə bilmirdim.

Sakit yolla anlayışla məni başa düşsün,hisslərimə hörmət etsin istəyirdim,görəsən çoxmu şey istəmişəm ondan?Məncə yox.Nə isə biz beləcə davam edirdik,günlərin bir günü məni yaxşı bir idarədən işə dəvət etdilər,bu iş mənim həyatımı dəyişəcəkdi,çox planlarım vardı.Mən onu bu işə girməyim üçün zorla,dava-dalaşla razı saldırdım.Mən başladım iş üçün lazım olan sənədləri yığmağa,bu iş haqqında maraqlanmağa,arada bir ora çağırırdılar məni,beləcə işə girməyimə hələ neçə aylar vardı.Bu ərəfələrdə mənə elçi göndərdi və mənim hərimi verdilər.Ondan sonra dalaşmalarımız daha da çoxaldı,daha cox sıxmağa başladı məni,və nəticədə məndə dəyişilməyə başladım.Gün-günən ondan soyuyurdum halbuki,həyatımda ilk oğlan və ilk sevdiyim oğlan o olmuşdu.




Mənim xəyallarım vardı,hamısından soyudurdu məni.

Bir gün məni iş üçün yenə çağırdılar,mənim sənədlərimi hazırlamağı bir oğlana tapşırdılar,ama hələ o oğlanı görməmişdim,birdən qapı döyüldü bir oğlan içəri daxil oldu,çox səliqəli geyimi,görünüşü və danışığı məni cəlb elədi,amma heç cürə ağlımdan ona qarşı heç nə keçmirdi.Və məni o oğlana tapşırdılar,mən onunla birlikdə onun otağına getdim.Mənə qarşı çox diqqətcil,çox mədəni idi,mənə iş haqqında bəzi şeyləri başa saldı və daha çox şeyləri də öyrədəcəyini bildirdi.Beləcə mən onunla iş barəsində görüşməyə,söhbət etməyə başladım.

Bir gün söhbətlərimiz əsnasında mənə ailəsi haqqında danışdı və mən də ona öz sevdiyim haqda danışdım.

Çox xoşbəxt olduğunu hətta bir uşağı da olduğunu dedi,mən də ona sevgilim haqqında danışdım,ondan sıxıldğımı amma məndə xoşbəxt olduğumu dedim.Beləcə günlər keçirdi və biz dost kimi danışmağa,səmimi olmağa başlamışdıq,o məni tez-tez üzgün görüb soruşurdu səbəbini amma mən ona hecnə yoxdu deyirdim.O mənə qarşı həddinən çox diqqətcil idi,mənə dəyər verirdi.Mənə bir gün yoldaşını sevmədiyini hər gün dalaşdıqlarını,bədbəxt olduğunu yoldaşından boşanmaq istədiyini dedi,hər şeydən bezdiyini söylədi,"hər şeyim var evim,maşınım,vəzifəm,bir tək xoşbəxtliyim yoxdur" dedi,mən cox pis oldum və ona "yaxşı olar,düzələr" deyə təsəlli verməyə çalışdım,amma özüm haqqında heçnə demədim.

Beləcə söhbətlərimizdə səmimilik var idi,günlərin bir günü məndə ona xoşbəxt olmadığımı söylədim,yenə də onun haqqında ağlımda heç bir şey yox idi.

Get-gedə onda özümə qarşı nələrsə hiss edirdim və nəhayət o mənə ürəyini açdı,məni sevdiyini söylədi,mənə onun ilk sevdiyi qızın məhz mənim olduğumu dedi təbii ki,evlidi mən onun bu sözlərinə inanası deyildim.Amma mənə o qədər dəyər,o qədər diqqət yetirirdi ki,mənə qadınlığımı,bir xanım kimi dəyərli olduğumu,insan kimi qiymətli,dəyərli olduğumu hiss elətdirdi.Sanki məni sevindirmək üçün,məni xoşbəxt etmək üçün çalışırdı və hiss edirdim ki,mənim üçün elediyi şeylər üçün özü də cox sevinirdi.

Mən artıq sevdiyim insandan ayrılığa doğru gedirdim və artıq onan çox bezmişdim,çünki mənə dəyər verən bir insan vardı həyatımda.

Məndə də ona qarşı sevgi yarandı amma yenə də nə isə inamsizlığım vardı çünki o evli idi.O,mənə dəfələrlə boşanacağını,mənimlə evlənəcəyini desə də yenə də inanmırdım,bir gün mənə kəbin kəsdirməyimizi istədiyini dedi,düzü çox təcübləndim amma həm də sevindim və ona inanmağa başladım,məni itirmək istəmədiyini,mənsiz qala bilməyəcəyini,məndən keçən yeri olmadığını dedi,və mənə sevgisini belə sübut etdi.Biz gedib kebin kesdirdik.Artıq "axund" bizim ər-arvad olduğmuzu dedi çox həyəcanlı idim amma səhf hərəkət etmədiyimi bilirdim,çünki artıq çox dəlicəsinə sevdiyim insan vardı həyatımda və onunla çox xoşbəxt idim.Biz birlikdə çox gözəl günlər keçirirdik,məni xoşbəxt etmək üçün hər şey edirdi və buna da madiyyatı imkan verirdi.

Məni işləməyə də qoymadı "Sən artıq mənim arvadımsan,mən sənin işləməyini istəmirəm" dedi.

Mənə heç bir qadağa qoymurdu,hara istəsəm gedirdim,ətrafımda dörd dolanırdı,məni qoruyurdu,mənə deyirdi ki, "Sən də insansan,sənin də istəklərin var,necə ki,mən istədiyim yerə gedə bilirəmsə,səndə gedə bilərsən məndə səni qoruyacağam,kimsə sənə yaxınlaşamasın deyə".Məncə elə əslində belədə olmalıdı.Hər gün mənim üçün cürbəcür şirniyatlar hədiyyələr alırdı,hər şey edirdi mənim üçün.Halbuki,mənim heç nəyə ehtiyacım yoxdur və istədiyim hər şeyi almağa da gücümüz çatır,və mən hec vaxt ondan heç bir şey istəməmişəm,o özü mənim üçün hər şey edib.


İndi 9 aydir ki,kəbinliyik və hər şey çox gözəldir,çox xoşbəxtik.

Məni ailəsi ilə də tanış edib sadəcə onun boşanmağını gözləyirəm,amma mən onun ailsəinin dağılmasına səbəb olmamışam,o özü bunu özü üçün edir.Bəli,bu bir həqiqətdir ki,mən evli kişi ilə birlikdəyəm və çox əzab çəkirəm buna görə,düzdü onların ailəsi yox kimidi hətta yoladaşı ilə danışmır belə amma yenə də dözə bilmirəm.Sevdiyim insanı kimləsə paylaşa bilmirəm,o yalnız mənə aiddir.Amma bizim andımız var söz vermişik ki,səbirlə gözləyəcəyik hər şey yaxşı olacaq.Məni qınaya bilərsiniz,amma bu mənim həyatımdır,əzabını da,xoşbəxtliyini də mən bilirəm.İlk dəfə bir insanın mənim üçün bütün əzablara,bütün çətinliklərə dözdüyünü görürəm,o mənim üçün,məndə onun üçün mübarizə aparırıq.O mənim əsl sevgimdir,və gecikmiş sevgimdir.

Biz ürəyimizdə olan o sevginin aclığını bir-birimizdə tapdıq.O evli ola bilər amma mən onun həyatında ikinci yox birinci qadınam və ilk sevgisiyəm.Mən ikinci olmağı qəbul edə bilmirəm və ilk mənəm.İnşallah hər şey yaxşı olacaq mən sadəcə xoşbəxt olmaq istəyirəm.Amma qətiyyen düşünməyin ki,mən onun ailəsini dağıdıram,mən olmuyanda da o evliliyindən razı deyildi.

Aynur xanım,zəhmət olmasa siz də öz fikirinizi bildirin,və mənə fikir bildirmək istəyənlərdən də xahiş edirəm etik normaları pozmayın,mən axmaqlıq ya da pis hərəkət etməmişəm sadəcə sevmişəm və sevirəm.Onu da qeyd etmək istəyirəm ki,kəbinli olsaq da aramızda yaxınlıq kimi şeyler,filan olmayıb,hər şeyin öz vaxtı var və hər şey öz vaxtında daha gözəldir.

Öncədən təşəkkürlər sağ olun.

 Redakte etdi:Arzu

 


  1. Gunahlar | 31 oktyabr 2015 23:46 | Status: Qonaq | Şərh: 0
    Ev yixan qadinin aqibeti pis olar.nece olur iwdende cixardir cixirsiz.onda bele cixir gorkemine gore gozel daniwiqina gore beyendiz.wirin dil ilani yuvadan cixardar.Hansisa Imamizin Sehabesi esemi olub onun seferde qadin cixir qarwisina qadinin eri cox pis olur qadin ise cox gozel xanim olur o deyir imanin yarisi sebrdi yarisi wukur.sebr edirem gozelliyimi bu cirkinliyin qarwisinda.wukur edirem bu heyata bu gozelliye.Allah ev yixan qadinlara lenet elesin!

    Hecolmasa qadinlar hakda hedisler oxu!sizi seven o evvelki oqlan en yaxwisidi
  2. Səkinə M | 24 oktyabr 2015 00:11 | Status: Qonaq | Şərh: 0
    Evvelce hamiya salam. Esas onu deyimki bir insana gore baskasindan vaz kecen insan bir gun kimesede gore senden vaz kececek bunu unutma. Cunki o kisi ucun sen daha yaxsisan evvelki xanimondan vaz kecib. Ve yadinda saxlaki senden yaxsisi daha gozeli cixa biler qarsisina. Xanim gerek siz o zaman basa duseydizki insanlar milyonlar tokur bir korpe sahibi olmaq ucun ama o insan bir qadina gore balasin atib gerek onda bileydizki o saglam duwunceli birisi deyil.
  3. AYSEL QURBANOVA | 1 avqust 2015 13:45 | Status: Qonaq | Şərh: 0
    men sizi cox gozel basa dusurem hec kimi qinmayin sevmek hec vaxd gec deyil o seninle xosbextdise sebr ele her sey yaxsi olacey men seni destekliyirem sebr ele
  4. Mehim | 22 iyun 2015 14:24 | Status: Qonaq | Şərh: 0
    Siz özünüzü sadəcə aldadirsiz. Nece de qürursuz qadinsiz. Özünüz qeyd etmisiz ki o cox xoşbəxt olduğunu 1 qizinin oldugunu demişdi. Nece oldu ki sizi taniyannan sora xoşbəxt olmadiğini anladi? Deməkki sizə görə dağılacaq bu ailə. Nə bilime. Oxudum cox da əsəbləşdim. Əsəbləşdim ki sizin kimi insanlarin var oldugu cemiyyetde yaşayiram. Düşünürəm sizə diqqet yetiren daha bir kişini tanisaniz sevginizin o oldugunu sanacaqsiz. Size tovsiyyem aldadilirsiz ayilinş Eger sizi sevseydi bu 9ay muddetinde bosanma erizesin coxdan vermiş olardi. Özunuze yaziginiz gelsin.

    Sitat: russi
    men bu yazini oxudum,sene bir kiwi kimi deyimki o seni aldatir,mende evliyem ama meni seven subay qizda var ozude bilirki men evliyem.inan o menimcun ne etsede,lap dunyani mene versede men hec vaxt ailemden uwagimdan vaz kecmerem,onlari atmaram.sevgi bow weydir unutma.esl sevgi aile uwaq sevgisidir.birinci olan sevgi bow weydir.sen sehv yoldasan qisasi.qaldiki 2 ci mesele.senin o niwanlin bilirmiwki sen nece birisen ona gore seninle ele davranir.ozunde yazmisanki ailede tek uwaq olmuwam erkoyun boyumuwem.erkuyun boyu ama heyatida duzgun sec.seni pis yola salan o erkuyunluyun olub.quw bala.senin axirin yoxdur 



    0140
  5. Səmka Səmashka | 26 mart 2015 22:11 | Status: Qonaq | Şərh: 0
    Men sizin kimi insanlara sadece soz tapa bilmirem.O insan sizi firlada biler hec hissleri olmadigi halda.cunki ailesi var ve onu sevir.amma yenede o insanin fikirlerini dagiymisiz buna gorede size bir kelmeyle heyigler olsun.Bawqasinin bedbextliyi uzerinde xowbextlik qurmaq olmaz.hec bu mumkun de olmayacaq sizde.siz heyatina reng qatmaq isteyen bir inasanin bir anliq hevesisiniz.
  6. Neise oxumadim axira kimi.cunku eseblesirem.SIZ XANIM ERMENISIZ YOXSA NAMUSLU AZERBAYCAN QADINI?! BU NE HEREKTDI AILESINI DAGIDIRSIZ YSDELIKDE BIR OVLADIDA VAR.OZUNUZE ER EDIRSIZ.AYIBDIE SIZINCUN.HACANA KIMI BELE EDIRSIZ.BELE CIXIRKI BUYNUZ TAXIRSIZDA ERINIZIN BASINA BASKASIYLA YASAYIRSIZ.HECHMI VICDAN EZABI CEKMIRSIZKI BIR OVLADI VAR ARADA.ONUN GUNAHI NE .ALLAHDAN QORXMURSUZKI BIRR GUN SIZINDE EYNIYLE BU EHVALAT BASINIZA GELER.?!O KI QALDI HISSLERIM NEM SEVIREM.BOSSEYDI SEVGI.SEVGI YOXDUR.DEYIRSIZ SAVADLI QIZSIZ.ANCAQ MEN SAVADLI QIZIN HEREKETINE OXSATMIRAM .ALLAH SIZEDE O AZMIS KISIYEDE AGIL VERSIN.

    Sitat: HESENIM
    sen xosbext yox bedbext olmalisan ay heyasiz hec utanmirsan bu nece dunyadi biz yasayiriq evlidi o basqasinin halalidi besdide daha yiqisinda tokulmusuz duzlere camaatini evini yixirsiz sene kim deyibki o ailesini sevmir kisi ekle deyecekde ne desin senin abri hardadi bir mesel var deyir abri ite tokubler itde yemiyib abrin heyan olsun sen hecv vaxt xosbext olmuyassan camaatin ailesi usaqi var besdide utanmirsan hele bir yazirsanda allah iuslah etsin seninkimileri vicdansiz arsiz
    EHSEN DEDIYIN SOZLWRE BACI.DOGRUDUR
  7. nermin 1 | 11 avqust 2014 23:13 | Status: Qonaq | Şərh: 0
    xanım ,onun ailəsi dagılmasa yaxşıdı,ən cox zərbə alan uşaq olar,böyüyəndə atasına nifrət edəcək. Başqasının bədbəxtliyi üzərində,xoşbəxtlik qurmaq olmur
  8. Zulya | 31 iyul 2014 14:00 | Status: Gümüş user | Şərh: 1 640
    Evli kisini sevmeseniz yaxsidi
  9. Zulya | 12 iyul 2014 17:54 | Status: Gümüş user | Şərh: 1 640
    Bir fikrim yoxdu
  10. ozge | 21 iyun 2014 02:30 | Status: Şərhçi | Şərh: 30
    Susuram.amma yaziq o atasiz qalan uwaq.gunah günahı olanın boynuna bu qeder!!!
  11. angel of remember | 20 iyun 2014 16:08 | Status: Qonaq | Şərh: 0
    bes o sozlusu??????????
  12. Leyla S. | 4 iyun 2014 21:08 | Status: Qonaq | Şərh: 0
    sen ne qeder istesen de o ailesinden qopa bilmeyecek cunki arada ovlad var.uwaq hemwe onlari bir yere getirecek ve belke de yeniden aralarinda nese yaranacaq,inanki bu bele olacaq,cox sehv etmisen,konkret yuva yixmisan!
  13. Nergiz love | 13 may 2014 19:46 | Status: Professional user | Şərh: 7 880
    Sitat: TERANE1978
    Yuva dagidanin yuvasi olmur xanim qiz.o sene gore ailesini dagidib.Onun sene gore ailesine soz sohbet duwub.Aradaki o korpenin ahindan qorx.O eger sene qeder tam bowanmiw olsaydi seni qinamaq olmazdi.Ozun bilersen cox,tesuf ki,senin kimi qadinlardi her eve soz sohbet soyuqluq salirlar.

    MENCEDE
  14. SABINA | 12 may 2014 09:00 | Status: Professional user | Şərh: 7 416
    SIZ NECEDE DUSUNCESIZSINIZ/BU GUN AILESINI OVLADINI BIR QELEMDE SILEN SABAH SIZIN HARDA OLMAGINIZI BELE DUSUNMEYECEK/ILK SEVGISI SIZSINIZ??GULDURMEYIN MENI/MEN DE SEVDIYIM INSANI TERK ETMISEM AMMA KIMESE GORE YOX ONUN XOSBEXTLIYI SAKITLIYI UCUN/ANASI BACISI ILE PROBLEMI OLMASIN DEYE/TEK TESELLIMSE BU SAYTDA VAXT KECIRTMEKDIR/HEYATIMA KIMSE DAXIL OLANDA DA SANKI SEVDIYIME XEYANET ETMISEM KIMI HISS YARANIR MENDE UZAQLASIRAM O ADAMLARDAN/OTURUB USAQ KIMI AGLAYIRAM/VIJFDANIM YOL VERMIR ONUN SEVGISINI LEKELEMEYE/TERK ETSEMDE ONU SADIQLIYIMI TERK ETMIREM/TEKLIKDEN ZOVQ ALIRAM ONU DUSUNUREM CUNKI TEK OLANDA/SIZSE ONUN AILEESINI DAGITMISINIZ/IKINCI OLMAGI QEBUL ETMIRSINIZ DUZ EDIRSINIZ IKINCI YOX E BELKEDE 22CISINIZ/YENI SIZ BU QEDER SAVADSIZ DUNYAGORUSSUZSUNUZ???MEN QIZ OLSAM DA XANIMLARIN MEN MEN DEMSINI QEBUL EDE BILMIREMALLAH SIZE INSAF VERSIN BASQA NE DEYIM
  15. nigar hesenli | 15 aprel 2014 13:48 | Status: Qonaq | Şərh: 0
    Xanim deyirsiz ki ilk defeler o deirdiki usagim var ve xosbextem. Bu demeydiki ailesin siz dagitdiz. O kisidi dirnaq arasi ona gorede heyatina yeni biri daxil olan kimi her seyden kecib. Xeyanet edib yoldasina. Sizin cezanizi Allah verer unutmayin o biri dunyada qir qazanda yanarsiz artiq boyuk sef etmisiniz ne deyim vallah boyuk sefdi. Size qarsi bele edilseydi siz erinizin is yoldasini mesuqesini gunagkar bilmezdiiiiz? Bilerdiz demekki sizde gunahkarsiz. Besdirinde camatin evin dagitdiz az evli kisilere tamah salinda ay arsizlar.
  16. BULUTUM | 29 mart 2014 09:19 | Status: Professional user | Şərh: 7 408
    Yuva dagidanin yuvasi olmur xanim qiz.o sene gore ailesini dagidib.Onun sene gore ailesine soz sohbet duwub.Aradaki o korpenin ahindan qorx.O eger sene qeder tam bowanmiw olsaydi seni qinamaq olmazdi.Ozun bilersen cox,tesuf ki,senin kimi qadinlardi her eve soz sohbet soyuqluq salirlar.
  17. HESENIM | 25 mart 2014 13:33 | Status: Gümüş user | Şərh: 1 262
    sen xosbext yox bedbext olmalisan ay heyasiz hec utanmirsan bu nece dunyadi biz yasayiriq evlidi o basqasinin halalidi besdide daha yiqisinda tokulmusuz duzlere camaatini evini yixirsiz sene kim deyibki o ailesini sevmir kisi ekle deyecekde ne desin senin abri hardadi bir mesel var deyir abri ite tokubler itde yemiyib abrin heyan olsun sen hecv vaxt xosbext olmuyassan camaatin ailesi usaqi var besdide utanmirsan hele bir yazirsanda allah iuslah etsin seninkimileri vicdansiz arsiz
  18. TOMA.I | 28 fevral 2014 01:20 | Status: Qonaq | Şərh: 0
    [quote=anonim86]irdeki o hec vaxt arvadini uwagini unutmuyacaq.siz sadece evli kiwini yoldan cixatmiw bir qizsiz ve onun gozunde indi biraz maraqli ola bilersiz ancaq vaxt kecdikden sonra yenede arvadi ve uwagi onuncun eziz olacaq. angry

    [quote=snejok 83]men deyiremki sevgi hec vaxt gec deyil lakin o ailesi ile xowbext deyilse duz elemisen sene xowbextlik arzu edirem[/quote]
    eger bele biri cixib sizin erinizi elinizden alsaydi xowunuz gelerdi.yox.[/quote,.s...eeele sizde onu agildasiz


    Her kesden bu kobud sozlerme gore uzur isdeyirem ama men bilen mewuqeler gezdikleri kiwileri oz arvadlarina qisqanmirlar seni qinamiram hele bu yolda tezesen 9aydir birazdan orgeneceksen sen kimin erini kime qisqanirsan,Mene 1ildiki evliyem 1qizim var yoldawimlada bir birmizi cox sevirik bele bir prablemlede rastlawmamiwam bilirsen niye cunki mende her seni kimi mewuqelere yoldawimi buraxasi goz yoxdu o kiwinin qadini deyesen cox safdi ama narahat olmaqa deymez cunki seni kimleri kiwilerin heyatinda geldi gederdi,mence o qadinini cox sevirki ondan helede aralanmayib prosdu bir quwdu de tapib hediyeler alib gununu kecirir
  19. Gulshen. | 17 fevral 2014 15:04 | Status: Qonaq | Şərh: 0
    Hec bir fikrim yox
  20. Mrs. Deschanel | 6 fevral 2014 23:30 | Status: Qonaq | Şərh: 0
    23 yasin var menle yasidsan amma aglin yoxdu o seni aldadir o sene gore arvadini atan deyil guya sen onun ilk sevgisizen seni isledib axirda atacag uje hamida sene qus kimi baxacag. O kisidi kisinin isi asanddi sabah bedbext olan sen olacagsan sabahda basqasina gore seni atacag
  21. russi | 4 fevral 2014 00:13 | Status: Qonaq | Şərh: 0
    men bu yazini oxudum,sene bir kiwi kimi deyimki o seni aldatir,mende evliyem ama meni seven subay qizda var ozude bilirki men evliyem.inan o menimcun ne etsede,lap dunyani mene versede men hec vaxt ailemden uwagimdan vaz kecmerem,onlari atmaram.sevgi bow weydir unutma.esl sevgi aile uwaq sevgisidir.birinci olan sevgi bow weydir.sen sehv yoldasan qisasi.qaldiki 2 ci mesele.senin o niwanlin bilirmiwki sen nece birisen ona gore seninle ele davranir.ozunde yazmisanki ailede tek uwaq olmuwam erkoyun boyumuwem.erkuyun boyu ama heyatida duzgun sec.seni pis yola salan o erkuyunluyun olub.quw bala.senin axirin yoxdur 
  22. sonsuz sevgim | 3 fevral 2014 22:55 | Status: Qonaq | Şərh: 0
    sen cox sehv yoldasan ...sen hardan bilirsenki ilk sevdiyi qadin sensen???? coxunun yeni indiki oglanlarin taniwliq metodu odur... qaldi azadciliga seven sevdiyini gozunden kenara qoymaz  eger qoyursa demeli sen onun heyatinda gedici bir qonaqsan... inwallah yaxwi olar nemmm her iki terefden duwunende bir qadin yene zedelenecek xeyallari puc olacaq kimi gorsenir...!!!!!!!!!!!1

  23. Miss Edel | 25 yanvar 2014 19:40 | Status: Qonaq | Şərh: 0
    Necede sadelovhsen.evli kisi seni neylesin herili qizsan.sadece inanmisan sene azadliq verib hediyeler alib diye.guya seni sevir.sevmeyir deye vec etmir ona senin azad olmagin.heyif kecmis sevgiline o seni sevirmis ona gore qisqanirmisda.aile dagitmaq gunahdi sonunda pesman olacaqsan indiden ayril.brde o heyat yoldasin sevir seni gordukden sonra daha cox sevib baglanib ona.ailesin atmaz hecvaxt.atsada xeyrin gormeyezsen sen.
  24. Miss_Xerceng | 19 yanvar 2014 02:00 | Status: Şərhçi | Şərh: 314
    Tezesini tapmisan kohnen moddan duwdu uje? Ne sevgi ay qiz? Ne daniwirsan seen? Evli kiwidide gununu kecirir seninle.. Molla kebini ile kiwi 9 arvad da ala biler..! Bu o demek deyilki o seni sevir. O yoldawinida sevir, prosta seni tora salmaq ucun deyirki xowbext deyilem. O ailesinde vaz gecmez bunu bilesen! Hem de utanmirsan heec? He-li qizsan, kiminse kiwisine goz dikmisen? 
  25. M.Aliyeva | 18 yanvar 2014 22:34 | Status: Gümüş user | Şərh: 1 970
    MENE HEMIWE SUAL VERENDE KI , SEN YOLDAWINI NIYE QISQANIRSAN , ONA INANMIRSAN ? MEN CAVAB VERIREM KI , MEN YOLDASIMA INANIRAM , HEMCINSLERIME INANMIRAM . DUZ DE FIKIRLEWIREM . AILELERI DAGIDAN BELE QADINLARDI .
    XANIM YADINDA SAXLA -YUVA DAGIDANIN YUVASI OLMAZ . 
  26. anonim86 | 14 yanvar 2014 14:13 | Status: Qonaq | Şərh: 0
    birdeki o hec vaxt arvadini uwagini unutmuyacaq.siz sadece evli kiwini yoldan cixatmiw bir qizsiz ve onun gozunde indi biraz maraqli ola bilersiz ancaq vaxt kecdikden sonra yenede arvadi ve uwagi onuncun eziz olacaq. angry

    Sitat: snejok 83
    men deyiremki sevgi hec vaxt gec deyil lakin o ailesi ile xowbext deyilse duz elemisen sene xowbextlik arzu edirem

    eger bele biri cixib sizin erinizi elinizden alsaydi xowunuz gelerdi.yox.
  27. anonim86 | 13 yanvar 2014 15:14 | Status: Qonaq | Şərh: 0
    siz hec vaxt birinci qadin olmuyacaqsizzzzzz.!!!!deyiesiz cox xowbextidi sonra ne oldu bes.men deyimdi senin kimi ......cixdi ve onu yoldan cixartdi,ailesinide dagitdi
  28. ŞokaLaTovA PeÇeNyA. | 6 yanvar 2014 08:15 | Status: Gümüş user | Şərh: 2 060
    Duz elememisiniz o onsuz ne vaxtsa usaqlarinin ilk arvadinin yanina gedecek



    Bu ərəfələrdə mənə elçi göndərdi və mənim hərimi verdilər
    Bu cumleni anlamadim Biri ile sevgisiz biri ile herilisiz biri ile evlisiz bele sey olar ?
  29. Nigar | 20 dekabr 2013 20:26 | Status: Gümüş user | Şərh: 6 065
    Hec Kim hec kimi tehqir etmesin.. Yoxsa ozu tenqid atewine tutular .Fikirime geldikde ise eger bilirdinizse gerek hec yaxin buraxmazdiz axirini nezere alib bu addimi atmisizda..
  30. sevdim | 13 dekabr 2013 10:33 | Status: Qonaq | Şərh: 0
    Sizi qinaya bilmirem. Cunki men ozum aileli ola ola subay oglan sevirem. Ancaq size bir wey irad tutum ki,axi o sizinle yeni taniw olanda cox xowbext oldugunu soyleyirdi.Bele cixir onu siz yoldan cixarmisiniz.