Layihələr / Məktub var!
Mənə həsrətlə elə baxır ki...(oxucu məktubu)
Banu. | 10-02-2013, 19:50
11 322 106
Bu məktubu mənə bir Facebook istifadəçisi göndərmişdi.Düzü çox təsirləndim sizinlə bölüşmək istədim.
Salam. Sizə bu məktubu yazmaqda məqsədim odur ki mənə məsləhət verib, dualarınızla köməklik edəsiniz. İnsanın hər zaman çətin anları olur, mən də indi o çətin anları yaşayıram. Keçim əsas söbətə, münasibətimiz necə olubsa, necə danışılıbsa elə də yazacağam.
Həyatımda
hərşey qaydasında gedirdi, ta ki.... Mən bankların birində işləyirdim.
Bir müddət orda işləyəndən sonra ofisimizə bir oğlan gəldi. Özünə,
kimliyinə həddindən çox hörmət qoyduğum bu insanla müəyyən müddət
işləyəndən sonra mənə öz sevgisini etiraf etdi. Mən "alınmaz” dedim və
iş yoldaşı kimi işləməyə davam etdik. İşlədiyimiz vaxtlarda oğlan heçnə
demədiyi üçün məsələnin bağlandığını zənn edib, üstünə varmadım daha.
İşləyə-işləyə onu daha yaxından tanıdım və birə beş hörmətim artdı. Bu
hörmət nəyinki mən tərəfindən, bütün kollektiv tərəfindən də
qazanılmışdı. Iş yoldaşlarım, müdirim onu o qədər çox istəyib hörmət
edirdilər ki, ona elə etibar edirdilər ki lap yaxşı mənada paxıllığım
tuturdu ). Ciddi, işgüzar, ailəcanlı olduğu hər halından bəlli idi.
Nəysə..... 2 ay keçəndən sonra yenə bu insan mənə sevgisini etiraf
etdi, dedi ki "özümlə bacara bilmirəm, hər dəqiqə ürəyimdə,
beynimdəsən, gözlərimin qarşısından getmirsən”. Mən, " biz bir-birimizi
hələ tam tanımırıq, zaman keçsin bəlkə uyğunlaşdıq” dedim və ona şans
verdim. Bilmirəm niyə oldu, necə oldu, hardan gəldi bu, zaman keçə-keçə
ona baglandım. Ona çox inanıram, özü hər zaman deyir ki "mənim o yaşım
deyil ki mən durub sənə nəyisə yalan danışım, heç nəyə yox, özümə
yaraşdırmıram yalanı”. Və beləlikcə də o mənə qarşı hiss etdiklərini
zamanla mənə yaşatdı, getdikcə də sevgisinə lap çox inandım. Keçim
problemin kökünə, iş orasındadır ki bu insan ölkədə istədiyi kimi
yaşayıb, işləyə bilmir, istədiklərini əldə etməyinə mane olanlar var.
Onu da qeyd edim ki hebsde olmayıb, heçbir cinayətlə, qəzayla və s.
belə işlərlə əlaqəsi olmayıb, ali təhsilli, esgərlik cəkmi, akademiya
oxumuş bir insandır. Sadəcə əvvəllər elə biryerdə işləyib ki (ad cəkə
bilmərəm), ordakıların əlindən rahat həyat sürə bilmir (bəzi gizli-açıq
sirrlər var, onları bildiyi üçün). Deyir "ya məni öldürəcəklər, ya da
mühacirətə yollayacaqlar” . Dedi ki "istəsəm elə edərdim ki sən mənə
nifrət edərdin və məni bir daha axtarmazdın, amma o qəddarlığı sənə
yaşada bilmərəm, özümə də yaraşdırmaram ki sən mənə yalançı, və s. pis
fikirli gözlərlə baxasan. Sənə bunları ona görə deyirəm, yoxsa mənim
haqqım yoxdur bunları senə deməyə”. O, bu hadisələri mənə bizim
münasibətlərimiz başlayandan bir müddət sonra dedi. Dedi "bilirəm səhv
etmişəm, mən bunları bilə-bilə sənə yaxınlaşıb münasibət qurmuşam, amma
anamın ölmüşünə (anasına o qədər bağlı bir insan bu sözü deyirsə, ona
inanmamağım insafsızlıq olardı) özümlə bacara bilmədim, sən yeganə
insansan ki indiyədək özümə qapanıqlığımı, hamıyla yaxın olmamağımı
çözdün”. Dedi "get evə fikirləş, yavaş-yavaş uzaqlaşaq, düzdür
ürəyimdən gələn sözlər deyil, amma həyatını riskə atmaq istəmirəm”.
Bir-iki gün keçəndən sonra parkda oturub söhbət edirdik. Dedi "nə
düsünürsən?” sonra davam etdi "səni çox sevirəm, sən mənim həyatıma
işıq qatan, həyatımı mənalandıran insansan, mən istəmirəm sənin
həyatını özümün məhv ola biləcək həyatım ilə bərabər aparım, sən
mənimçün dərlisən, ona görə narahatam sənin canın üçün”. Dedim "mən
səninlə addımlaya bilərəm, əgər sən bunu istəyirsənsə, mən bacararam
bunu”. Deyir "səni istəmədiyim an var ki, sadəcə sənin həyatını
korlamaq istəmirəm”. Dedim "ayrılmaq istəyirsən?”, dedi "yox, amma göz
görə-görə sənin həyatını necə qırıb atım, necə qurban verim?”. Sadəcə
"yaxşı” dedim. Əyağa qalxıb, çıxıb getmək istədim, qolumdan tutub
"sənsiz mən yoxam, getmə” dedi. İnanın ki həmin dəqiqə Allah bilir nə
anlar yaşadım, onun gözlərini kim görsəydi bəlkə də hönkürüb ağlamamaq
üçün özünü zorla saxlayardı, ama mən saxlaya bilmədim. Sonra söz verdi
ki bu haqda birdə danışmayacaq, amma hiss edirəm ki mənə görə
narahatdır, hər danışanda mənimlə son danışığıymış kimi danışıb mənə
həsrətlə elə baxır ki, qorxur ki bu dəqiqə hərşey bitəcək və mənimlə
bağlı ümidləri heç olacaq. Mən də ona görə pis oluram, inanın ki bütün
günü Rəbbimə dua edirəm ki həyatında olan problemi yox etsin. İlk dəfə
18 yaşımda birinə bağlandım, sonumuz alınmadı və yollarımızı ayırdıq.
Həyatımda 5 ildir ki heçkimə yer vermirəm, söz vermişdim ki,
inanmayacam, güvənməyəcəm və çalışacam ki sevməyim. Bu qədər zamandan
sonra, indi belə hissləri yaşadığıma inana bilmirəm. Amma bu hissləri
ürəyimcə, doyunca yaşaya da bilmirəm.... Rəbbimə yalvarıram ki kömək
etsin bizə, lap mənlə həyatı davam etməsin, yetər ki o insanlardan, o
problemlərdən canı qurtarsın, yetər ki anası gözü yaşlı qalmasın. Mən
cətin də olsa razı olaram, mən ayıraram yollarımı, zor da olsa edərəm,
onun ölkədə azad olması üçün, sağ-salamat yaşaması üçün keçərəm
hərşeydən, əsas odur , bilərəm ki o sağdır. Hər danışanda onun
gözlərində, qəmi görmək, o duyğuları görmək, mənlə həyatının puç ola
bilməsi qorxusunu görmək çox əzabvericidir. Gecə-gündüz Allaha
yalvarıram ki kömək etsin bizə, çünki Rəbbim güclülərin ən güclüsüdür.
Sizdən isə mənə məsləhət verməyinizi və Onun ücün dua etməyinizi istəyirəm.
Sizdən isə mənə məsləhət verməyinizi və Onun ücün dua etməyinizi istəyirəm.