Layihələr / Məktub var!

Qardaşım deyir ya ərə getməlisən, ya fahişə olmalısan - Oxucu məktubu

Aynur_Qurbanqizi | 20-12-2012, 21:00
18 201 90

 

Məktub olduğu kimi təqdim edildiyindən hərf səhvlərinə görə üzürlü hesab edin!
 

Salam Aynur xanim. Komeksiz, huququ tapdalanan qadinlara nece komek etdiyinizi sehifenizden oxuyuram. Allah sizi onlara cox gormesin. Men muellimeyem, ancaq cox teessuf ki, menim huquqlarim da ailem terefinden tapdalanir. Atam meni sevmeden, gozu yasli birine ad etdi. Sonra seversen deye susdurdular, amma seve bilmirem o insani, hetta nevroz derecesine demek olar dusurem. Ailem ise geri qaytarsan evden cix, yasama bizimle deyir. Mene nece yol gostererdiniz? Adimin anonim qalmasini isteyirem. Onceden tesekkurler

 

Aynur Qurbanqızının məktuba cavabı
 

Sən sadəcə nişanlısansa, demək ki, shansin evlilərdən chox yuksəkdir! Qətiyyən ərə getmə! Həyatını puç etmə! Valideynlərin nə deyir desin, lazım gəlsə onlara qarşı çıx, amma qəbul etmə... Mənim valideynlərim indi çox peşmandır, amma istəyirlər lap gündə 100 dəfə "səhv etmişəm" desinlər. Nə fərq edər. Ziyan bizə dəyir. Şansımızı itiririk. Əgər o adamla xoşbəxt olmayacağına əminsənsə, qətiyyən ailə qurma! Bunu öz təcrübəmdən deyirəm! Güclü ol!

Xanımın məktubu


    Aynur xanim, nisanliyam, amma nisan hele olmayib. Ozleri de bilirler sehv edibler, sadece meni susdururlar, sesimi cixarmayim, kend yeridir biabir olariq, sonra seni kim alar, kime gedeceksen, nisan qaytarmis qiz kimi baxacaqlar, ailenin nifuzu batacaq. Hetta kicik qardasim meni doydu, deyirler nisani qatarsan bizimle yasama, evden cix. Ozum qulaqimla esitdim, qardasim deyir ki, evde qalmasin, lap gedib pis yola dushsun. Men bu sozleri hec vaxt baqislaya bilmirem. Aynur xanim, nisanlim mene uyqun da deyil, yalanci, icki icen, sozubutov deyil, bir de ki, onu sevmirem. Evden cixsam, qalmaqa yerim yoxdur, gerek kendde qalmayim, isim burdadir, mektebde isleyirem. Xahis edirem mene duzgun yol gosterin

Facebookda insanların fikirleri oxudum, here dusunduyunu yazir, men de evveller bele dusunurdum meni zorla hec kese ere vere bilmezler, basima geldi, anladim. Bilirsiz is orasindadir ki, duzdur muellimeyem, huquqlarimi bilirem, amma bu kend yeridir, ailem meni evden cixarsa, onlara da, mene de gulerler, kend dusuncesidir, bilirsiniz. Isim burdadir, isimden de ayrilsam ayaq uste dura bilmerem. Basqa yerde is tapmaq da cetindir.

 

Aynur Qurbanqızının məsləhəti:

 

Azadqadin.az-ın "Məktub var!" lahihəsində hər gün bir xanımın problemi və ona məsləhət dərc olunur. Saysız-hesabsız məktublar gəlib və hamısının da problemi yetərincə diqqətçəkicidir. Bu məktub da məni yetərincə təəssüfləndirdi. Xanımın çarəsizliyi hər cümləsindən hiss olunur.

Əzizim, mənim həyat şüarım bilirsən nədir? "Səni səndən başqa kimsə xilas etməyəcək!"

Bəli, biz qadınları yeganə xilas edəcək insan özümüzük! Mən də nişanlı olanda artıq ona az qala nifrət edirdim. Amma nişanı qaytarmağa qoymadılar. Qız toyunda evdən qaçmışdım. Tez duyuq düşdükləri üçün maşınla gəlib avtobusun qabağını kəsdilər və məni düşürtdülər. Mən mübariz idim. Gücümü görüb artıq qışqırmaq yox yalvarmağa keçmişdilər. "Nişanı qaytarsan el-obada biabır olacağıq, bizi bədbəxt etmə"... Mən valideynlərim xoşbəxt olsun deyə evliliyi qəbul etdim. Amma nəticə nə oldu? Uğursuz bir ailə! Dava-dalaş, nifrət. El-oba dərdi çəkən valideynlərim sonda o qədər bezdilər ki, özləri "boşan" dedilər. Onlar səhvini anlamışdı. Boşanmaq nişanı qayıtmaqdan da pisdir. Zaten sonunda öz dilləri ilə desək "biabır oldular"... Hər şey yoluna düşdü. Amma ortada bədbəxt olan biz qadınlarıq. Gənc yaşımızda dul qalan, boşanmağa məcbur olan qadınlar... Bakirə deyilik deyə bizlə evlənməyəcəklər, nigahsız bir kişi ilə sevgi yaşaya bilmərik, adımıza Fahişə damğası vurarlar. Bəs nə edək? Heçnə! Ömürlük tənhalığa məhkum yaşa! 

Bütün bunları bilirsən sənə niyə yazıram? Çünki boşanan qadınlardan daha şanslısan! Sənin geri dönüşün var! Sadəcə o axmaq qardaşına, zəif atana-anana təslim olma, mentalitetə qurban getmə! Yalandır, kimsə öldürməyəcək. Zatən öldürsələr daha yaxşıdır nəinki nifrət etdiyin bir kişiyə ərə getmək... Ona görə də yeganə bir yolun var. Təslim olma! O adamla 100 faiz xoşbəxt olmamağını bilirsənsə elə günü sabah üzüyü apar çırp başına. Qardaşın döyürsə, dedə ki, bu dəqiqə səni polisə şikayət edəcəm. Nə olsun qardaşdır?! O qardaş səni yox özünü düşünürsə, sən niyə özünü düşünməyəsən?

Bu sözlərdən sonra baskı altında qalıb ərə gedəcəksənsə, bu artıq sənin günahındır. Elə isə, öz günahının cəzasını çək, həyatından əsla şikayətlənmə!

 

 

Müzakirələr Aynur Qurbanqızıazadqadin.az facebook səhifələrində də gedir



ESMERRi | 9 aprel 2016 20:53 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Zulya
Qorxudan sehv addim ata bilersiz .ama qetiyyen atmiyin sora cox pesman olarsiz
leyla_nazim | 22 mart 2015 15:43 | Status: Qonaq | Şərh: 0
Bacisina desdek olacagi yerde hele gr ne edir aranqutan meymum
Zulya | 31 iyul 2014 16:17 | Status: Gümüş user | Şərh: 1 640
Qorxudan sehv addim ata bilersiz .ama qetiyyen atmiyin sora cox pesman olarsiz
Nigar | 24 fevral 2014 23:34 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: uliwka
edbext olmamiw ozunu xilas ele.hec kes seni cole ata bilmez,bow sohbetdi

___angelocka___ | 8 fevral 2014 19:06 | Status: Qonaq | Şərh: 0
qaytar nisani evden qovsalarda muellimesen ne ac qalacaqsan nede colde ozun tek basini saxliya bileceksen
RaySum | 15 noyabr 2013 13:22 | Status: Professional user | Şərh: 2 594
Sitat: uliwka
bedbext olmamiw ozunu xilas ele.hec kes seni cole ata bilmez,bow sohbetdi
uliwka | 19 avqust 2013 11:20 | Status: Qonaq | Şərh: 0
bedbext olmamiw ozunu xilas ele.hec kes seni cole ata bilmez,bow sohbetdi
sarakamil | 19 avqust 2013 07:51 | Status: Şərhçi | Şərh: 114
əgər xoşbəxt deyolsənsə ərə getməyə dəyməz.ondan sonra hər şey dahada pis olacaq
ONEGIRL | 26 iyul 2013 22:56 | Status: VİP user | Şərh: 399
AMIN!!!
Sitat: ✰ Cholkali Delishka ✰
soz tapa bilmirem ALLAH KOMEY OLSUN
✰ Cholkali Delishka ✰ | 12 iyul 2013 18:53 | Status: Şərhçi | Şərh: 102
soz tapa bilmirem ALLAH KOMEY OLSUN
Melek_1 | 27 iyun 2013 16:54 | Status: VİP user | Şərh: 1 002
ALLAH BELELERINDEN QORUSUNE
Bitanesinin balasi | 19 iyun 2013 15:47 | Status: Qonaq | Şərh: 0
Qardasa baxeeee. Senin yerine bir qara das olsa onnan yaxsidi. Mence ele davran ki nisanlin ozu sennen ayrilmaq istesin. Nisani qaytar. Xosbext olmayacagini bile-bile niye onla yasamalisan? Bu heyat sene 1 defe verilib. Calis xosbext olacagin heyati qur
Ellada84 | 12 iyun 2013 22:30 | Status: Şərhçi | Şərh: 89
Gec deyil..Qaytarin nişanı.Hec kimə qulaq asmayın.Bu həyat sizindi.O qeder qız var ki,nişanı qaytarıb.İndi ailəlidi..Güclü olun.
Akademik | 1 iyun 2013 21:54 | Status: Professional user | Şərh: 4 580
ALLAH BELƏ QARDAŞLARDN QORUSUN BİZİ
MELEK_ | 8 may 2013 17:17 | Status: Professional user | Şərh: 3 949
hmmmmmm, AllAH KOMEYINIZ OLSUN
NURLU | 30 aprel 2013 07:29 | Status: Professional user | Şərh: 5 552
sen ozun ozunu xilas et qalani boos seydi
Saida Kerimova | 24 aprel 2013 10:29 | Status: Professional user | Şərh: 1 672
Əzizim, mənim həyat şüarım bilirsən nədir? "Səni səndən başqa kimsə xilas etməyəcək!"
ayruska | 13 aprel 2013 19:59 | Status: Professional user | Şərh: 3 978

bu aile deyil canilikdi...

Leyla.s | 9 aprel 2013 19:03 | Status: Qonaq | Şərh: 0

Sen geceni.gunduzu aglayanda atan anan qardasin gulecekk,insan istese her seye qadirdi

xosbext qadin | 5 aprel 2013 20:41 | Status: Şərhçi | Şərh: 434

REBBIM ozu komey olsun...

Milaska. | 22 mart 2013 18:44 | Status: Gümüş user | Şərh: 1 486
qardas deyileeeeee yixilan evin sebebidi qardas demeee werefsiz dee
ilaska-03 | 20 fevral 2013 23:51 | Status: Qonaq | Şərh: 0
Cox pis oldun bu xebere uzuldum ama qiz isleyir, agillidi, herseyi atsin cixsin hayatinin sonun kimi pesman olcaq belliki ber basdan herkesi qarsisina alsin. Sabahi gun aile quesada bosananda yenede onsuzda ailede valideyinler qardas onun taptalayacaq odurki yol yaxsinken geri donsun atsn nisani gelsin sehere is tapsin islain zu oz ayaqlarinin uzerinde diyansin. Insallah qarsisina seve bileceyi birisi cixar
SEVA00 | 19 fevral 2013 12:51 | Status: VİP user | Şərh: 1 013
belesine qardas yox ogras demek lazimdir
Billurə | 16 fevral 2013 14:34 | Status: Professional user | Şərh: 4 892
Allah komeyin olsun ...
Gozel Melek | 13 fevral 2013 12:02 | Status: Gümüş user | Şərh: 1 531
dewedi eyyy
arminda | 26 yanvar 2013 18:37 | Status: Qonaq | Şərh: 0
mence gunu sabah,ele indi o adami gor ve uzuyu bashina cirp ve deki eger menden el cekmesen ,oz xoshunla tekid etsen evliliye ve ya evdekilere gedib seni shikayet edecem polise lap dinen lazim gelse diyerem meni zorlamaq isdemisen!ele adamlar,yazdiqin kimi icki dushkunu,sozu butov olmayanlar adeten qorxaq olu cox.uzde ozunu yeke apara biler ki,guya qorxmur,hec ki hecne ede bilmez flan amma sene hede qorxu gelki ona qoy sonra evdekilerinde bashini yiyib haqq-hesab sormasin.uzuyude ona qaytarmamishdan evvel ish yerinde,ya qonshuda 1-2 nefer adam yaninda uzuyu qaytarmaq isdediyni bildir ki,seheri gun qaytaranda qoy bilsinler ki sen ozun qaytardin yeni evvelden shayeni kendde ozun yay,uzuk hele barmaqinda ola-ola sonrada apar cirp tepesine.sebebleride di shayeni yayanda ayiq vaxti olmadiqni,her sheyi artiqlamasiyla de. bosh sohbetdi kenddi flandi haminin arxasinda bir qebahetder var,haminin danishilasi sozude var.seni taniyan taniyir bilende bilir.de ishim gucum men deynen icki dushgunu ile bir yashayanam ureyim goturmur.evdekileride ele lazim gelse lap bir yalan uydur ki,ickili gelib sene neyese mecbur etmek isdiyib ya bir shey uydur de bundan sonra hec men onunla evlene bilmerem.cirpilmaqdi indiden cirpil,qolanmaqdi indiden qolan ozderi sonra utanib geri caqiracaq.lazim gelse evdekilerede hede gel sen yaxshi bilirsen olar neden cekiir hemen cekinen yernende hedele de shaye buraxaram ki,meni flan sheye gore ona vermek isdiyirsiz ya bashqa bir sheynen qardashinada hede gel.care yoxdu ne etmek olar.hem aqilnan hemde ornan axir ne elinden gelirse ele amma aqlinida ishdetmeyi unutma.cunki biz qadinlar yalniz aqlimizdaan isdifade edib guc gele bilirik,fiziki guce gucumuz catmir. c
maki | 18 yanvar 2013 23:24 | Status: Qonaq | Şərh: 0
mence oqlani bezdirsin ki oqlan ozu nisani getirib qaytarsin ve sene kimse bir soz dese denen sizin verdiyiviz oqlandida neyniyim istemedi meni
Nubar-Senan | 10 yanvar 2013 12:31 | Status: Şərhçi | Şərh: 381
=(((( nIWANI QAytarmis qii kim alr??bele cahil duwunceye gooreee nece qizlarimiz bedbext oluuurdaa((( bes sabahi gun bedbext olsaa ..uwaqnan qayidib ata evine gelse onda necee??onda ne deyeceeklerrr???? Qiz izu sozunun keseri olsaaa inadlii olsaaa olaaar mecbureen razilawacaglar!!! BU MENIM HEYATIMDI MEN YAWIYAACAMM BU HEYATI!!
meryem30 | 8 yanvar 2013 16:26 | Status: Şərhçi | Şərh: 156
neca dar duwunceli insanlar var e
Seninle sevgi | 5 yanvar 2013 12:40 | Status: Şərhçi | Şərh: 155
dehwetdiye vallah demeye soz tapmiram(((