Layihələr / Məktub var!

Toy gecəsinin səhərisi qaynanam otağıma girib məni şok etdi

casiye 45 | 3-03-2013, 20:00
41 282 130

 

 

Mən 10 ildir ki, ailəliyəm. 8 ildir də kirayədə yaşayırdım. Gəlin köçdüyüm gecəsinin səhəri saat 7-də qaynanam otağımın qapısını döyüb bütün qızıllarımı, hətta bəxt üzüyümü belə əlimdən almışdı. Bilmirəm niyə amma məndə sakitcə vermişdim. O gündən sonra gəlin köcdüyüm evin - 2 illik nişanlı qaldığım halda tanıya bilmədiyim insanları yavaş-yavaş tanımağa başladım. 26 nəfər insanla eyni evdə yaşayırdım. Həyatım cəhənnəm olmuşdu, evdə səbəbini bilmədiyim halda kimsə məni danışdırmırdı. Yoldaşıma deyirdim niyə belə edirlər? Deyirdi sən də onları danışdırma olsun bitsin. Bu da bəs deyilmiş kimi ərimin gündə biri ilə kef elədiyini çatdırırdılar mənə. Bütün gün dostları ilə restoranlarda olurdu. Atama hec nə deyə bilmirdim, axı öz seçimim idi o menim, özüm istəyib gəlmişdim.

Bir müddət sonra borc sahibləri qapımızı qırmağa başladı. 50 min dollardan çox borc etmişdi, üstəlik anamın əli ilə. Mən artıq ailə qurduğum insanı tanıya bilmirdim, nələr etmişdi aman Allahım....

O qədər sələmi qaytarmaq mümkün deyildi, xalalarımdan, əmilərimdən, xalam oğlanlarından alınan pulları qaytarmaq lazım idi. Borcun özü qalsın bir kənara qohumlarım pulun sələmindən belə kecmirdilər. Artıq insanların iç üzlərini görürdüm. Qohumluğu yerə vurmuşdular. Bütün bu qarışıqlıq içində hamilə olduğumu öyrəndim. Neyləməliydim??? Övladımı dünyaya gıtirməli idim, yoxsa öldürməli??? Çox düşündüm amma bətnimdəki körpədən keçə bilmədim.


Oğlum bətnimdə 4 aylıq olanda kirayə çıxdıq. Heç olmasa övladımı dünyaya sağlam gətirmək üçün əsəbdən uzaq olmalı idim.

Bizim kirayə çıxmağımız qaynanamın xoşuna gəlmədi. Beləcə kirayələrdən köçə-köçə yaşayırdım. Bu da azmış kimi həkim bətnimdəki körpənin şikəst olduğunu dedi. Artıq ümidlərim tükənmişdi, kim üçün, nə üçün yaşayım bilmirdim. Mən övladım saglam olsun deyə əsəbləşməmək üçün kirayədə qalmağa razı olmuşdum. İndiki sağlam deyil evdən uzaqlaşmağın nə mənası vardı. Qaynanamın yanına geri döndük. Aylarca içimdəki balamın dərdini cəkərək yaşadım, nə olur olsun o mənim balam idi və mən ona baxacaqdım.

 

 

Oğlum dünyaya gələndə hər kəs ana bətnində məxmərək xəstəliyi tutan uçagın sap-sağlam dünyaya gəlməsindən danışırdı, çünki bu xəstəlik müddətində uşaq inkişafdan dayanmışdı. Həkimlər 5 aylığımda tutduğum üçün uşağın formalaşan vaxtı olduğundan mütləq şikəst olacağını demişdilər. Bununla bağlı mənə çoxlu xəstə sənədləri göstərmişdilər... Amma Allah özü qorudu balamı və sağlam şəkildə dünyaya gətirdim.

Çətin günlər yaşayırdıq və sonunda sələmləri ödəyə bilmədiyimiz ücün evimiz satıldı. Heç yadımdan cıxmaz oğlumun 1 yaşında əlinə verilən pulları qapıda gözləyən borc sahibinə verdiyimiz gün. Artıq çarələr tükənirdi. Məcbur qaldım oğlumu anamın yanına qoyub işə girdim. Səhər gedib axşam gəlirdim, balamın ilk addımlarını, ilk sözünü, ilk diş cıxarmağını göre bilməmişəm mən. Evə gələndə hər kəs gülərək oğlun filan şey öyrənib deyərdi, mənsə oğlumun xəbərlərini başqalarından eşidirdim. İşlədiyim yerlərdə müdürlərin dəfələrlə sataşmaqları üstündə tez-tez iş dəyişməli olurdum, kimsəyədə demirdim, axı məcburam işləməyə.

Beləcə 5 il keçdi getdi. Mən həm həyatdan dərs almışdım, həm də böyümüşdüm. Qarşımdakı insanın mənə olan niyyəti həmin an məlum olurdu mənə. Bu müddət ərzində elə yerlərdə kirayədə qalırdıq ki, hansı ki, o yerə heyvan bağlasan durmazdı. Ərimin tutulması və əzab-əziyyətlə keçən o illər ərzində bir dəfə də olsun ailəmi dağıtmag fikrinə düşməmişdim. Bəzi insanlar deyəndə ki, ayrıl canın qurtarsın, onları acılayardım. Ailəm mənim hər şeyim idi, övladımı atasız qoymazdım hec vaxt.

O bizim evin 6 illik ailə dostu idi. Atamla da hamıdan çox yaxın idilər, elə biz də atam vasitəsi ilə tanımışdıq onu. Sonralar evimizin ən hörmətli qonağına çevrilmişdi. Ən xırda problemdən tutmuş böyük problemə qədər yardımımıza qaça-qaça gələrdi. Evdə kimin bir şeyə ehtiyacı olsa ona zəng vurardı.

Oğlum idmançı idi, tez-tez Bakıya yarışlara getmek mecburiyyətində qalırdım. Bakını yaxşı tanımırdıq deyə o da bizimlə gedərdi. Dəfələrlə əmim oğlanları, mən, oğlum və o eyni evdə qalardıq. Bizə qarşı o qədər yaxşı idi, nəinki ailədə, hətda qohumlardan kimə kömək lazım olsa ona deyərdi. Bir ara istəmişdik ki, qohumlardan bir qız alaq ona qohum olaq. Amma o qədər utancaq idi ki, o söhbəti açmağa belə qoymurdu bizləri. Özü namaz əhli olduğundan bir dəfə də karvan şəklində məşhədə yol almışam onunla. Evimizə gələndə və bizlərlə danışanda üzümüzə belə baxmadan danışardı. Yoldaşımla araları xoş deyildi, cünki yoldaşım yalançı insan idi.


Belə yarışların birində, əmimoğlu mən və o yarışdan sonra qaldığımız evdə söhbət edirdik. A... mənə belə bir şey təklif etdi və dedi....... Ay bacı bilirsən sizi nə qədər çox istəyirəm və nə qədər hörmət edirəm. Bildiyin kimi mənim öz işim öz dükanım var, gəl mən sizi ora şərik edim, sonra da sizə aybaay ödəmək şərti ilə ev alaq. Məsələn ayda 400 manat ödəyək 4-5 ildən sonra adınıza keçsin. Şükür Allaha ərinində işi var, həm mənimlə olan şərikliyin, həm də ərinin qazancı ilə teziklə ev sizin olar. Bu fikir həm mənə həm də əmimoğluna yaxşı göründü, sözləşdik ki, evə qayıdanda bu məsələ haqda ailəmlə məsləhətləşim.

 

 

Ailəmədə uyğun gəldi bu məsələ. Yalnız bir şey vardı mənim A... lə şərikliyimi yoldaşım bilsəydi arxayın olub evə pul ödəməyəcək, qazandığı pulları yenə yeyib-içib dağıdacaqdı. Mən A... dən bir şey istədim ki, şərikliyimizi ona bildirməsin.
Evi tapdıq, şərtlər bu idi biz evin 4 illik kirayəsini evvəlcədən ödəyəcəkdik, ev 4 il bizim ixtiyarımızda olacaqdı. Daha sonra isə ayda 400 manat banka pul qoyacaqdıq və 4 ildən sonra evin vaxtı bitəndə bankdakı pulu cəkib ya qaldığımız evi, ya da başqasını alacaydıq. Yalnız bir şey daha vardı ki, ərim pulun biz tərəfdən banka yığıldığını bilməyəcəkdi, elə biləcəkdi ki, pulu ev sahibine veririk ayda 400... Çünki o elə insan idi ki, əlimizdə pul olduğunu bilsə yeyib dağıdacaqdı və mən əsla qarşısını ala bilməyəcəkdim. Mən A... dən xahiş etdim ki, anamgilə də bildirməsin pulun mən tərəfdən yığıldıgını, qoy hər kəs ev sahibinə verdiyimi bilsin.
Her şey cəx gözəl yolunda gedirdi.... Sonra ərim eve pul verməməyə, ailəsinə baxmamağa başladı. Və bir müddət sonra evi tərk etdi. 4 ay ayrı yaşadıq. Atam-anam nə edəcəklərini bilmirdilər. Artıq A...lə olan şərikliyimdən həm evin pulunu yığırdım, həm də gündəlik təlabatı yola verirdim. Uca Rəbbim məni darda qoymurdu, qazancımız çox gözəl idi, belə getsə lap tez alacaqdıq evimizi.

23.11.2012


Qapı döyüldü, gələn yoldaşım idi. Qapını aç paltarlarımı yığım çıxım, paltarlarını verdim getdi. Son söhbətimiz sakitçiliklə boşanaq oldu.

25.11.2012


İmam Hüseyn əzadarlığından cıxıb anamgilə getdim. Evdə kimsə məni danışdırmadı, nə olduğunu anlaya bilmədim, sakitcə qalxıb paltomu geyinib yola düşdüm. O gecə xeyli düşündüm nə ola bilər deyə, amma anlaya bilmirdim.

26.11.2012

Atam, anam və ərim yanıma gəldilər, söhbət edək deyə, nə haqqında soruşdum? Sən və A... haqqında. Ərim atam və anama deyib ki, qızınızı A... o evdə kirəyə tutub saxlayır, mənimlə də buna görə ayrılır. Dünyam başıma uçmuşdu sanki, mənə bacı deyən insana necə böhtan atırdılar, atam və anam da ona inanmışdı. Anamgil mənə inanmırdılar, and içirdim, aman eləyirdim amma boşuna. İkisi də həmin gün üzümə tüpürərək çıxıb getdilər. Nə mən nədə A... gerçəkləri inandıra bilmədik. Üstəlik ev sahibinin mənə ayda 400 pul vermirlər sözü də işi daha çox qarışdırdı. İndi kimsə üzümə baxmır, hər kəs "ölsün, utansın yerə girsin, başındakı hicabını açsın ona yaraşmır" deyirlər.

Neynəməliyəm dostlarım? Allah şahidimdir, amma insanlar çox acımasızdırlar. Atam, anam, bacım, qohumum, qonşum hər kəs günahlandırır məni... And olsun Allaha mən yalnış bir iş görməmişəm.


Neynəməliyəm???
 
Sema Dagistanli
İlk öncə bunu demək isteyirəm ki,siz sehvə ən başda yol vermisiniz.Valideynlerinizin münasib bilmədiyi insanla ailə qurmusunuz.Amma olsun, keçənə güzəşt deyəllər.ikinci səhvinizi isə gizli iş çevirməklə etmisiniz.Kəşkə,ən azından ananınzla bu sirrinizi bölüşüb,onu məlumatlandırsaydınız,əriniz sizə böhtan atanda ananız dəstəkçiniz olardı.Düşünürəm mən olsaydım nə edərdim?Heç bir şey etməzdim.Məni yox sayanı ,məndə yox sayaram.Şükür övladınız var,tək deyilsiniz.Talehimlə barışar, övladımla,namusumla,şərəfimlə,düz yolumda davam edərdim.


  1. Sunay Elizade | 3 iyun 2015 18:43 | Status: Gümüş user | Şərh: 2 159
    allah komeyi olsun
  2. Real Madrid CF | 3 aprel 2015 23:13 | Status: Qonaq | Şərh: 0
    Ayyy bir insan de bu qeder bextsiz olarmi icim parcalandi....Amma siz cox guclu qadinsiz sizin yerinize basqasi olsaydi indi ayaqda qalmagi bacarmazdi.
  3. ayka wirinka | 10 mart 2015 12:23 | Status: Şərhçi | Şərh: 234
    allah ozu komek olsun
  4. sirin bala | 1 dekabr 2014 21:17 | Status: Gümüş user | Şərh: 1 670
    bu nece bir heyatt idiiiiiiiiiiiiii bu heyat idi vapsee
  5. QERIB INSAN | 15 noyabr 2014 00:05 | Status: VİP user | Şərh: 568
    Sitat: Nigar_
    Neyləyə bilərsiniz ki bacım.Siz günahsızsınız safsınız.Bu yetər.ALLAH bunları bilir.Həyatınıza davam edin.Valideyinlərinizə də kin bəsləməyin.İnşALAh onlar da hər şeyi anlayıb sizi dəstəkləyərlər.Sizə uğurlar!
  6. Nigar_ | 7 iyun 2014 20:41 | Status: Professional user | Şərh: 2 128
    Neyləyə bilərsiniz ki bacım.Siz günahsızsınız safsınız.Bu yetər.ALLAH bunları bilir.Həyatınıza davam edin.Valideyinlərinizə də kin bəsləməyin.İnşALAh onlar da hər şeyi anlayıb sizi dəstəkləyərlər.Sizə uğurlar!
  7. by_admin | 18 dekabr 2013 14:40 | Status: Qonaq | Şərh: 0
    тşк бир иşə ярамадı анцая ыенəдə тşк fellow
  8. beautiful1 | 1 dekabr 2013 03:10 | Status: Qonaq | Şərh: 0
    Musulman kimi, valideyinlerinizle bariwmagi hec vaxt konlunuzden silmeyin amma istemirlerse onda siz ne ede bilersiniz. Bele boyuk addimi atmaga gerar verende gerek onu valideyinlerinizden gizletmeyeydiniz. Ortulu bazar, dostlugu pozar.
  9. kiia | 1 dekabr 2013 00:47 | Status: Qonaq | Şərh: 0
    Salam Aleykum,

    eziz bacim, Allah sevdiklerini imtahana ceker. Insallah sen de onun sevdiklerindensen.

    görürsen gec tez Allah heqiqeti üze cixarir. bir az sebr lazimdi yalniz. seni basqalarinin düsünceleri maraqlandirmasin. seni Allahin senin haqqinda ne düsündüyü maraqlandirsin. Bu heyat onsuz da bize imtahandi.

    cox sükür islerin yoluna düsüb, temiz adin özüne qayidib. sene bir baci kimi meslehetim:

    -harda olursan ol Allahini unutma, sen onu unutmasan o da seni unutmayacaq

    -calis sene ziyan veren insanlardan uzaq ol. hansilar ki sene inanmayib zerer veribler uzaq ol onlardan

    -Eyer o dindar qardas sene evlenme teklifi elese hemen redd eleme, istixare namazi qil,yaxsi düsün. Belke o Allahdan sene gelen hediyyedi? Buna yox deyecen? bir de ki bacim, bu dövrda sen tek basina nece ogulunu böyütmek isteyirsen? Oglana bir müddetden sonra ata lazim olacaq. Tebii Allah kömek edir, belke Allah sene bu qardasin eliyle kömek edecek? bir deki evlilik teklifini esas sebebi olmadan redd elemek dinimize uygun deyil,

    Allah sene ve ailene kömek olsun, her vaxt her yerde sizi qorusun, cennet ehlinden etsin. Amin
  10. Aytekin76 | 30 noyabr 2013 23:58 | Status: Qonaq | Şərh: 0
    Yazmısızki ailənizdə razılaşıb o adamla olan kirayə ev söhbətinə,hətta Bakıya,Məşhədə onunla gedəndə heç bir pis reaksiya verməyiblər,sonra ne olubki sizi və ailənizi həmişə pis vəziyyətdə qoyan ərinizin dediklərinə inanıb,sizi tək qoyublar??.məncə siz valideyinlərinizlə birdə danışmalısız,sizə inanmamaqlarının tam səbəblərini aydınlaşdırın,aldığınız cavabdan sonra ümidinizi üzmədən həyatınıza davam edin..nə qədər çətinlikləri olsada yaşamaq gözəldir!
  11. sarakamil | 21 avqust 2013 17:09 | Status: Şərhçi | Şərh: 114
    allah köməyin olsun
  12. KUKLA_BARBI | 10 avqust 2013 11:24 | Status: Qonaq | Şərh: 0
    bacim uzulme sen duz yolunla get Allah her weyin wahididir. uzulme
  13. ✰ Cholkali Delishka ✰ | 12 iyul 2013 22:30 | Status: Şərhçi | Şərh: 102
    Allah komey olsun

    Sitat: casiye 45
    Her birinizin werhlerini tek tek oxudum. Haqqimda pis duwunende olub,yaxwi duwunende. Inananda olub inanmayanda. ARMIN adli isdifadeci kimi tehqir edende olub.ELGUNEZIMOV kimi wuphelenende,neyse sozum onda deyil. Evvela inanmayanlar buyurub qonagim ola bilerler,Genceden olan isdifadeciler varsa seve seve goruwub dertlewe bilerem. Ikincisideki men bu meqaleni yazanda ele haldaydimki inanin sutkalarla yuxu uzu gormemiwdim,,tekrara yazasi olsam her weyi bowluqsuz yazardim. Men anamdan ev aldigimi gizletmemiwdim,onlar bilirliler,onlar sadece evin pulunun mende yigildigini bilmirdiler,cunki mende olunsaydi erim olasi o insan icib qumarda uduzub elimden alanda deyecekdilerki, ailenden erinden onemlidirmi o pul sene. Ona gorede men pulun mende yox ev sahibinde yigildigini dimiwdim..
    Bawqa terefden ALAHima milyonlarca hemd olsun,mene atilan bohtan erimin oz dili ile sehf oldugu uze cixdi,bowandigimiz gun mehkemede MEN ONU ITIRMEMEK UCUN BELE DIDIM demiwdi. Indi aldiggim evde oglumla yawayiram,,anamda menimle qalir. Rebbim mene o qeder sebr verdiki, indi yalniz ve yalniz oglumun geleceyi haqqda duwunur,ALLAHima uz tuturam. Qohumlarimizin bezisi yene daniwmirlar ama,bu mene artiq onemli deyil. Men yixila yixila boyumeyi oyrendim. Her birinize meslehetiniz ve desdeyiniz ucun twk edirem. Bezi userler hemin o insanla aile qurmagimi yazmiwdilar....ASSSLA!!! menim ailemde erimde geleceyimde oglumdur. Men kimsenin pewman olmagini isdemirem,,sadece mene inanmayanlar bir bir utansin uzume baxmaga isdiyirem..Rebbimin yardimi ile elede olur...

    pis oldum baci ALLAH komey olsun :(
  14. Belali sevgi | 23 iyun 2013 18:40 | Status: Qonaq | Şərh: 0
    allah ozu komek olsum
  15. ayruska | 14 may 2013 15:00 | Status: Professional user | Şərh: 3 979
    qiraqdan baxancun daniwmaq asandi ay men bele ederdim ay bele gerek o bacimizi anlamq ucun bir anliq ozumuzu onun yerine qoyaq sebr edin bacim bendenin inanmagi vacib deyil esas ALLAH qarsisinda temiz olun
  16. casiye 45 | 10 may 2013 19:21 | Status: Gümüş user | Şərh: 1 449
    Her birinizin werhlerini tek tek oxudum. Haqqimda pis duwunende olub,yaxwi duwunende. Inananda olub inanmayanda. ARMIN adli isdifadeci kimi tehqir edende olub.ELGUNEZIMOV kimi wuphelenende,neyse sozum onda deyil. Evvela inanmayanlar buyurub qonagim ola bilerler,Genceden olan isdifadeciler varsa seve seve goruwub dertlewe bilerem. Ikincisideki men bu meqaleni yazanda ele haldaydimki inanin sutkalarla yuxu uzu gormemiwdim,,tekrara yazasi olsam her weyi bowluqsuz yazardim. Men anamdan ev aldigimi gizletmemiwdim,onlar bilirliler,onlar sadece evin pulunun mende yigildigini bilmirdiler,cunki mende olunsaydi erim olasi o insan icib qumarda uduzub elimden alanda deyecekdilerki, ailenden erinden onemlidirmi o pul sene. Ona gorede men pulun mende yox ev sahibinde yigildigini dimiwdim..
    Bawqa terefden ALAHima milyonlarca hemd olsun,mene atilan bohtan erimin oz dili ile sehf oldugu uze cixdi,bowandigimiz gun mehkemede MEN ONU ITIRMEMEK UCUN BELE DIDIM demiwdi. Indi aldiggim evde oglumla yawayiram,,anamda menimle qalir. Rebbim mene o qeder sebr verdiki, indi yalniz ve yalniz oglumun geleceyi haqqda duwunur,ALLAHima uz tuturam. Qohumlarimizin bezisi yene daniwmirlar ama,bu mene artiq onemli deyil. Men yixila yixila boyumeyi oyrendim. Her birinize meslehetiniz ve desdeyiniz ucun twk edirem. Bezi userler hemin o insanla aile qurmagimi yazmiwdilar....ASSSLA!!! menim ailemde erimde geleceyimde oglumdur. Men kimsenin pewman olmagini isdemirem,,sadece mene inanmayanlar bir bir utansin uzume baxmaga isdiyirem..Rebbimin yardimi ile elede olur...
  17. AAADMI | 4 aprel 2013 00:46 | Status: Qonaq | Şərh: 0

    Allah ozu komek olsun......indiki zamanede cox cetindir Allahda umid kesilmez n27

  18. aramile | 2 aprel 2013 20:52 | Status: Qonaq | Şərh: 0

    allah sebr versin 

     

  19. Nazrin Naz | 29 mart 2013 09:30 | Status: Qonaq | Şərh: 0
    Off dəhşətt :(
  20. Gulyar Memmedova | 28 mart 2013 21:56 | Status: Şərhçi | Şərh: 595
    siz sakit durun ve iwinizle mewgul olun, sebir edin uca olan Allah her weyi oz yoluna qoyacaq. Sizi daniwdirmirlar sizde onlari daniwdirmayin.vatx gelecek onlar pewiman olacaq.gunahsizi Allah qoruyur.siz hec ne demeyin sakitce sebir edin.
  21. cuqqus | 28 mart 2013 21:12 | Status: Qonaq | Şərh: 0
    xanim siz duz yoldasiniz belede davam edin Allah ozu size komek olacaq
  22. kamal qaniev | 28 mart 2013 19:31 | Status: Qonaq | Şərh: 0
    bu ne pis sayt imiw ala valla depresyona girdim ha. n20
  23. Pessimist_ka | 26 mart 2013 16:45 | Status: Qonaq | Şərh: 0
    Allah yardimchin olsun
  24. Gulnare4 | 26 mart 2013 15:15 | Status: Gümüş user | Şərh: 1 256
    dehsetdie
  25. Nigar | 26 mart 2013 13:10 | Status: Gümüş user | Şərh: 6 065
    cox pis oldum cox pis
  26. demir yolu | 25 mart 2013 22:21 | Status: Qonaq | Şərh: 0
    smile
  27. nurka_23 | 24 mart 2013 22:14 | Status: Qonaq | Şərh: 0
    Allah sebir versin bextin getirmirki getirmir
  28. Nigar | 24 mart 2013 16:56 | Status: Gümüş user | Şərh: 6 065
    n21
  29. 1000meere | 24 mart 2013 12:59 | Status: Qonaq | Şərh: 0
    Incime bacim.men ozumde hicabliyam amaki senin anan ana kimi deyil.cun ana oz qizina inanmali ve arxasinda durmalidir.onlar senin erivin yalanci oldugunu bile bile onun sozlerine inanir.o ki qaldi sene komek eden qardasa amaki burda bir sey var evvela ailen onunla senin bir yerde olmagini isteyerdiler eyer ona yaxsi insan kimi baxirlarsa.amaki burda birseyde varki,o oglandi ya kisidir belkede seni sevir cunki indi zamane insanlar ele hala gelibki,temennasiz heckime komek etmirler.sunni zenn etmirem ama ola bilerki,hemin oglan mament gozleyirki,sen yoldasindan ayrilasan seni alsin
  30. Seide Gulsoy | 23 mart 2013 23:13 | Status: Şərhçi | Şərh: 216
    nece sevib aile qurmusunuz?o insani bu qedermi kor olmusunuz tanimamaqda?ama inanmamaqlarina geldikde ise esas olan Allahdir.o her seyi gorur.zamani geldikde onlarda sehvlerini anlayacaqlar