Layihələr / Fikirlərin dueli

Yeni təklif: Ər arvadını döyə bilər

Banu. | 29-05-2016, 15:09
1 226 4
 
 
 
 

 
Yeni təklif: Ər arvadını döyə bilər

İslam İdeologiyası Şurası qadınların müdafiəsi üçün yeni layihə hazırlayıb.

Pakistanın İslam İdeologiyası Şurası qadınların müdafiəsi ilə bağlı öz qanun layihəsini təqdim edib.

Layihədə qadının ərinə açıq itaətsizlik göstərdiyi təqdirdə onu yüngül döymək tövsiyyə olunur.

Yeni təklifə görə, fiziki güc tətbiqi üçün əsas kimi həyat yoldaşının göstərişlərini yerinə yetirməmək, onun arzuladığı kimi geyinməmək və dini izahı olmadan cinsi əlaqəyə girməkdən imtina etmək göstərilir.

İlahiyyətçilərin fikrincə, qadını həmçinin hicab geyinməyəndə, naməlum şəxslərlə danışanda, yüksək səslə danışanda və ərinin razılığı olmadan digər şəxslərə pul verəndə döymək olar.

Sənəddə həmçinin, qadınlar üçün bir sıra sosial məhdudiyyətlət təklif olunur - ibtidai təhsildən sonra kişilərlə birgə təhsil almağa qadağa, hərbi münaqişələrdə iştirak etmək qadağası, xarici nümayəndə heyətlərini qəbul etmək qadağası. Qadın həkimlərə kişi xəstələri müayinə etməyə icazə verilmir. Həmçinin qadın cinsinin nümayəndələrinə reklam çarxlarında çəkilmək qadağan olunur.

Müəlliflər hesab edirlər ki, 120 gündən sonra abort qətl kimi qiymətləndirilməlidir.oxu.az


Array

  1. Dəniz qızı | 30 may 2016 08:07 | Status: Brilliant user | Şərh: 8 029
    Vaaay burda qadın qalmaz məncə.
  2. SEVDA | 30 may 2016 06:32 | Status: Nəzarətçi | Şərh: 17 457
    Gerideqalmış savadsızlar....
    Bu teklifi ireli sűrenin őzűnű tutub yaxwıca çırpmaq lazımdır...
  3. ruzgargulum | 29 may 2016 17:26 | Status: Brilliant user | Şərh: 2 495
    Offfff bu nediyee
  4. Əsmər1 | 29 may 2016 15:19 | Status: VİP user | Şərh: 1 584
    Çoxxx qəribədir...

    Çoxxx qəribədir...