Məktub var! / Qadın taleyi / Manşet

Nənəsinin keçmişinə görə gənc qızı öldürdülər – Bakıda

Aynur_Qurbanqizi | 24-03-2018, 13:36
39 261 0


Azadqadin.az saytı redaksiyaya ünvanlanmış qadın taleyi ilə bağlı daha bir məktubu oxucuya təqdim edir:

"Azadqadin.az saytına yazılan həyat hekayələrini maraqla oxuyuram və qərara gəldim ki, yaxın qohumumun başına gələnləri sizə yazım. Cəmiyyətdəki gənclərə qarşı olan bu vəhşiliyi hər kəs görsün. Mənim dünya gözəli bir xalam qızı vardı. Çox heyf ki, alçaq insanlar ücbatından indi gənc yaşında torpaq altındadır. Bir oğlanı sevirdi. Çox mübarizədən sonra nişanlandılar, amma oğlanın anası evliliyə razı olmadı. Səbəb isə qızın ata nənəsinin keçmişi guya ‘təmiz’ deyilmiş. Nənəsinin keçmişdə yaşadıqları xalam qızının başında partladı. Yazıq qızın ölümünə səbəb oldu. Demək, ailələr arasında söz-söhbət o həddə çatdı ki, nişanı geri qaytardılar, amma qız və oğlan bir-birilərini sevdikləri üçün görüşürdü. Oğlan qızı çox sevirdi, dedi, gəl birlikdə qaçaq, kirayədə tutub evlənək. Qız razı oldu. Birlikdə qaçacaqdılar, amma qız çox çəkingən, qorxaq idi. Ən çox da qardaşından qorxurdu. Başladılar onu qorxutmağa, qınamağa. O, qədər sıxdılar, o qədər qınadılar ki, qız bir gecə özünü asıb öldürdü.

Qızı qınaq edənlər, “qardaşına-anana deyəcəyik” deyib hədələyənlər gəlib qızın ölüsündən üzr istədilər. Amma, bu üzr onu geri qaytardımı? Ona görə də xahiş edirəm keçmişdə yaşananlara görə kimsəni qınamayın, sevənləri ayırmayın. Çünki, bəziləri xalam qızı kimi zəiflik göstərib yaşamlarına son verə bilərlər. Sonrakı peşmançılığın isə heç bir faydası yoxdur". ///Azadqadin.az 

Məktubu təqdim etdi: Aynur Qurbanqızı

Siz də öz həyatınızı bizimlə bölüşə bilərsiniz.

Əlaqə vasitəsi: Aynur Qurbanqızı facebook inbox **** Aqurbanqızı@mail.ru *** Xoşbəxt qadınlar klubu (status yazaraq)

Digər qadın taleləri burada...

Digər maraqlı xəbərlər:

Yodlu cavanlaşdırıcı krem+ hamar və ağardıcı effekt

Almaniyada vətəndaşlıq almağın – QAYDALARI

Vanqadan varlanmaqla bağlı TÖVSİYƏLƏR




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.