Layihələr / "5+1" layihəsi

Azadqadin.az-da "5+1" baxış bucağı layihəsi tezliklə...

Aynur_Qurbanqizi | 7-10-2012, 01:46
6 098 121
 
 
 
Azadqadin.az-da bu gündən etibarən "5+1" baxış bucağı layihəsi çərçivəsində bizə öz problemlərini, taleyini yazan xanımların həyat hekayəsi təqdim olunacaq. Və biz birlikdə bu problemləri müzakirə edərək çıxış yolunu aramağa çalışacağıq. Bu günə kimi ailədədaxili zorakılığın qurbanı olan çox sayda  qadınlar dərdini kiməsə söyləyə bilmədiyi üçün son çarəni zərif xanımların haqqlarını daim müdafiə edən saytımıza məktub ünvanlamaqla aramağa çalışıblar. 
"Aynur xanım, mən nə edim? Mənə bir çıxış yolu göstərin" sualları-istəkləri qarşısında çox vaxt aciz qalmışam... Çünki təkbaşına mənim də əlimdən heçnə gəlmir.
 
Qərar verdik ki, bu layihə çərçivəsində biz birlikdə ümidsizliyə qapılmış bu cür qadınlara ən azından mənəvi dəstək olaq, məsləhətlərimizlə onlara düzgün qərar verməkdə kömək edək. Eyni zamanda tez-tez təqdim olunacaq bu həyat hekayələri ilə siz Azərbaycan qadınların yaşam tərzləri, hansı problemlərlə daha çox üzləşmələri ilə də tanış olacaqsınız. O cümlədən onların etdiyi səhvlərin ücbatından hansı vəziyyətə düşdüklərinin əyani şahidi olduğunuz üçün nəticə çıxaracaq və ümid edirəm siz bu səhvləri öz həyatınızda təkrarlamayacaqsınız. Bu cəhətdən bu layihəmiz həm də maarifləndirici xarakter daşıyır... 

Bu xəbərlər sizin məktublarınız əsasında təqdim olunacaq. Kimliyinizin bilinməyini istəmədikdə anonimliyiniz qorunacaq. Sadəcə xahiş edirik öz həyatınızı bizə yazarkən fikirlərinizi səliqəli, əhatəli şəkildə bildirin ki, müzakirə edərkən daha dolğun məsləhətlər verə bilək. Azərbaycan şrifti ilə, cümlələri xəbər-mübtədası ilə düzgün yazsanız bizim vaxtımıza hörmət etmiş olarsınız. 

Bəs niyə layihə "5+1" baxış buçağı adlanır?

 

Çünki, hər dəfə həyat hekayəsini dinlədiyimiz qadının taleyinə saytda 5 müxtəlif sahəyə məxsus xanımın münasibəti, özünə məxsus baxışı öyrənilib xəbərə əlavə ediləcək.

 

1 - İşgüzar qadın mövqəyində mən - yəni Aynur Qurbanqızı

 

2 - Evdar qadın bəs bu problemə hansı tərəfdən baxır? Evdar qadin mövqeyində azadqadin.az saytının redaktoru, 16 illik ailə təcrübəsi olan Banu öz fikirlərini bildirəcək. Burada əsas Banu olsa da, hərdən digər həyat təcrübəsi olan evdar xanımlarımız da fikri alınacaq.

 

3 - Dini baxımdan münasibət mövqeyində saytımızın dindar xanımlarından olan Aytən (Allahin gülü) və Şeh öz məsləhətlərini verəcək

 

4 - Azadqadin.az-da istifadəçilərinin çox hissəsinin gənc qızlar olduğunu düşünsək təbii ki, onların fikrini almaq maraqlı olardı. Yetkin qadınlardan fərqli olaraq bəs görəsən gənc qızlar nə məsləhət verə biıər? Bu mövqədə hər dəfə bir gənc xanımın fikri öyrəniləcək.

 

5- Təbii ki, hər bir qadın taleyinə bir kişinin baxışı da vacibdir bizim üçün. Bu mövqədə fikirlərini saytın kişi istifadəçisi Araz Əliyev bildirəcək. Amma hərdən digər kişi istifadiçilərin də fikirləri alına bilər

 

Bəs, +1 nədir deyirsinizsə, bunun da uzahı sadədir. Hər dəfə bir məşhur insan, tanınmış sima da bu taleyə öz fikrini bildirəcək

 

Bununla yanaşı ehtiyac olduğunda hüqüqşünas və psixoloq rəyləri də xəbərə əlavə ediləcək...

 

Müzakirə olunarkən qaydalar: 

 

Azadqadin.az-da bu yaxınlarda "Evli kişini sevirəm" adlı xəbər dərc olunmuşdu. Bu xəbərə yazılan şərhlərdən belə anladıq ki, bir çoxları öz emosiyalarına hakim ola bilər. Bir məsələni diqqətinizə çatdırım ki, hansı həyat tərzini yaşamasından asılı olmayaraq bizə üz tutmuş bütün xanımların hüquqları qorunur və burada kimsənin ixtiyarı yoxdur ki, digərini təhqir etsin! Sadəcə normal şəkildə şərhlərdə öz şəxsi mövqeyinizi bildirin, vəssalam. Çox xahiş edirəm bu qaydalara ciddi riayət edin. Kimsəni qınamaq bizə düşməz. Bizim vəzifəmiz düzgün yol göstərmək, mənəvi dəstək olmaqdır. Kimsə hislərini cilovlaya bilmirsə sadəcə xəbərə daxil olmasın...

 

Məktubu hara yazım?


Azadqadin.az saytında qeydiyyatdan keçin və birbaşa mənə  yaxud redaktorumuz Banuya şəxsi ismarıc şəklində yazın. Qeyd edim ki, hər xırda məsələ, o cümlədən dolğun, ətraflı yazılmayan məktublar müzakirəyə çıxarılmayacaq.


Aynur Qurbanqızı



loading...

guldeniz | 27 may 2016 15:48 | Status: Professional user | Şərh: 1 641
Sitat: Gozel Melek
tebrikler ve ugurlar
ESMERRi | 8 mart 2016 00:28 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Sunay Elizade
xebere gore tsk
dılay | 18 fevral 2016 20:53 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: efsu
Maraqlidi.cox sagolun
buxqalter | 18 noyabr 2015 12:16 | Status: VİP user | Şərh: 1 212
Sitat: Elcin sangu
Xebere gore twk
Elcin sangu | 1 avqust 2015 18:17 | Status: Şərhçi | Şərh: 238
Xebere gore twk
Sunay Elizade | 1 iyun 2015 16:15 | Status: Gümüş user | Şərh: 2 156
xebere gore tsk
efsu | 22 aprel 2015 13:35 | Status: Qonaq | Şərh: 0
Maraqlidi.cox sagolun
ayka wirinka | 18 mart 2015 14:30 | Status: Şərhçi | Şərh: 233
tskler maraqli idi
Wiyinn | 5 mart 2015 17:43 | Status: VİP user | Şərh: 889
twkkk wink maraqli idi
sirin bala | 27 noyabr 2014 14:56 | Status: Gümüş user | Şərh: 1 669
tesekurlerrrrrrr
QOBUSTAN | 11 mart 2014 19:59 | Status: Şərhçi | Şərh: 55
xeber ucun tsk
Nergiz love | 28 fevral 2014 19:27 | Status: Professional user | Şərh: 7 871
COX SAQ OLUN XEBER UCUN
Nigar | 22 fevral 2014 00:23 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Nigar
tewekkurler xebere gore sag olun

Sitat: nuray2007
xebere gore cox sag olun

Psixoloq_Nuray | 9 fevral 2014 17:58 | Status: Şərhçi | Şərh: 66
aaa.. cox sagolun xebere gore..
nuray2007 | 31 yanvar 2014 21:49 | Status: Şərhçi | Şərh: 420
xebere gore cox sag olun
Nigar | 24 yanvar 2014 16:42 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler xebere gore sag olun
allahim.ss. | 23 yanvar 2014 13:24 | Status: Şərhçi | Şərh: 115
UGURLAR OLSUN...........................................
M.Aliyeva | 18 yanvar 2014 20:51 | Status: Gümüş user | Şərh: 1 970
UGURLARRRRRR
OLUM MELEYI | 16 dekabr 2013 21:33 | Status: VİP user | Şərh: 499
>>>>>>>>>>>>>>>>>>>>
>>>>>>>>>>>>>>>>>>
Nigar | 15 dekabr 2013 14:45 | Status: Gümüş user | Şərh: 6 063
Xebere gore sag olun
beehive | 2 dekabr 2013 18:54 | Status: Şərhçi | Şərh: 331
Xəbər üçün təşəkkür edirəm..
SEVDA | 2 dekabr 2013 08:09 | Status: Nəzarətçi | Şərh: 17 439
UGURLAR!!!!!!
LaXaRy | 27 noyabr 2013 11:26 | Status: Şərhçi | Şərh: 328
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
kamavefa | 26 noyabr 2013 04:17 | Status: Qonaq | Şərh: 0
Maraglidir.Lakin menim hisslerimi ozum bele anlamiramsa siz néca anlayacaqsiniz??
Elvina Babazadeh | 23 noyabr 2013 20:38 | Status: Qonaq | Şərh: 0
ugurlar ;))))))))))))))
ŞokaLaTovA PeÇeNyA. | 30 oktyabr 2013 17:55 | Status: Gümüş user | Şərh: 2 059
Ugurlar arzu edirem
AYAN A-VA | 28 oktyabr 2013 17:09 | Status: Gümüş user | Şərh: 1 722
TEBRIKLER VE UGURLAR love
ww.ss | 23 oktyabr 2013 03:02 | Status: VİP user | Şərh: 695
Ugurlarrrrrr
ay gunes | 8 oktyabr 2013 21:39 | Status: VİP user | Şərh: 916
tebrikler bol sans
alfiya | 24 sentyabr 2013 17:35 | Status: Qonaq | Şərh: 0
tebrikler ugurlar