Layihələr / "5+1" layihəsi

"5+1" layihəsində: "Ərini yığışdır, onun başqa qadından uşağı var"

Banu. | 30-11-2012, 03:00
21 228 135
 
Azadqadin.az-da qadınların taleyindən bəhs edən artıq ikinci layihə sizə təqdim olunur. Məktub var! layihəsində bizə ünvanlanan məktublar yer alır. "5+1" layihəsi də o məktublar əsasındadır. Amma bir fərqi var.  Hər dəfə həyat hekayəsini dinlədiyimiz qadının taleyinə saytda 5 müxtəlif sahəyə məxsus insanın, o cümlədən cəmiyyətdə adını tanıdan bir məşhurun münasibəti, özünə məxsus baxışı öyrənilib xəbərə əlavə ediləcək. 
Qərar verdik ki, bu layihə çərçivəsində biz birlikdə ümidsizliyə qapılmış bu cür qadınlara ən azından mənəvi dəstək olaq, məsləhətlərimizlə onlara düzgün qərar verməkdə kömək edək. Eyni zamanda tez-tez təqdim olunacaq bu həyat hekayələri ilə siz Azərbaycan qadınların yaşam tərzləri, hansı problemlərlə daha çox üzləşmələri ilə də tanış olacaqsınız. O cümlədən onların etdiyi səhvlərin ücbatından hansı vəziyyətə düşdüklərinin əyani şahidi olduğunuz üçün nəticə çıxaracaq və ümid edirəm siz bu səhvləri öz həyatınızda təkrarlamayacaqsınız. Bu cəhətdən bu layihəmiz həm də maarifləndirici xarakter daşıyır... Bu haqda daha ətraflı burada oxuya bilərsiniz. İndisə, "5+1" layihəsinin ilk qonağını təqdim edirik... Onun taleyini əvvəlcə öz dilindən eşidin...
 

 

 

 

Hər bir qadının həyatında həm gözəlliklər, həm də çətinliklər olar...Mən həyatımın gözəl keçdiyini düşünürdüm... Üç övladım, yaxşı həyat yoldaşım, bol ruzum var idi... Bir qadına nə lazımdır? O günə kimi ki ,"o" acı gerçəyi öyrəndim.


Bir gün qaynatam mənə dedi ki, ərini yığışdır, biz bacarmadıq, bəlkə sən bacarasan, artıq bir qızı da var... Təssəvvür edin ki, nə hala düşdüm, demə hamı bilirmiş, məndən başqa...
Mən onun xəstə anasına baxanda, uşaqlarının, onun qayğısını çəkəndə o başqa qadının qolları arasına yatırmış, mənə də deyirdi ki, rayona iş dalınca gedir, bu vaxt mən, gücüm çatmasa da onun ölüm ayağında olan anasının altını təmizləyirdim...(Halal xoşu olsun.)
Axşam evə gələndə çox böyük mübahisə oldu. Hətta mənə əl də qaldırdı.
Mübahisələr uzandı, o qadının nömrəsini aldım yoldaşımdan, zəng etdim, görüşmək istəyirdim, məni necə bir qadına dəyişdiyini görmək istəyirdim. Görüşdük,"o"uşağı da gətirmişdi, danışdıq, o durmadan deyirdi, gəl ikimizi də saxlasın, qızım atasız qalmasın. Mən dedim qızının bütün maddi təminatını ödəsin, soyadını belə verməyə razıyam, amma həyat yoldaşımı başqası ilə bölüşməyə əsla razı olmaram.

Evdə yoldaşıma dedim, getmək istəyirsən get onun yanına, seçimini et: ya o, ya mən. Amma yoldaşımın bütün qohumları mənim tərəfimi tutdu. Dedilər get hara istiyirsən, amma getsən biz adda adam tanımırsan, səni bir daha görmək belə istəmirik.
Yoldaşım söz verdi, qıza baxacam, amma getməyəcəm."O"qadın başladı uşaqla təhdid etməyə...Dedim razıyam get uşağı gətir, onu da öz uşaqlarımdan seçmərəm...

Nə isə 4 ay keçdi, şübhə içində yaşayırdım... Bir gecə qapı döyüldü, açdıq "o "qadın qucağında uşaqla qapıda durmuşdu...Demə doğrudan da yoldaşım onun yanına getmirmiş,ona görə də evə gəlib, oturdu ki, getməyəcəm, gəlsin məni də saxlasın. Uşaq atasını istəyir, dedim uşağı ver get, getmədi. Qaynatam çəliyi ilə ona vurdu, qovdu, yenə də getmədi.
Yoldaşım gəldi, dava-dalaş başladı. Yaşı məndən böyük idi, hamilə olanda yoldaşıma yalvarıb ki, qoy uşaq qalsın, səndən heç nə tələb etməyəcəm. Bundan sonra mənim ana olmağım mümkünsüzdür. Qadın həm də başqa millətdəndir.
 
Yoldaşım götürüb apardı onları...Bir də görmədim "o"qadını...Yoldaşımla barışdım..

Demək olar ki, hər şeyi unutmuşam. Yoldaşım mənim etdiklərimi, çəkdiyim əzabları qiymətləndirir, amma bu yaxınlarda yenidən "o"qadın peyda oldu, hər şey təzədən yada düşdü...Demə xaricə köçürlər, yoldaşım uşağın getməsi üçün icazə verməli imiş, onun barəsində heç nə demədi, danışmadıq bu barədə. Amma oğluma deyib ki, vəkalətnamə üçün gəlmişdi...
Amma mən həmişə gözləyirəm, bilirəm ki, istəsək də istəməsək də qarşılaşacayıq onlarla...

Amma heç istəmirəm onunla qarşılaşmaq.
İndi sizdən yorum gözləyirəm. Mənim bu hadisəyə münasibətimə necə baxırsınız?
Bir də deyim ki, mən çox ona inanmışdım, həyatımı ona, onun yaxınlarına həsr etmişdim. Nə deyirdisə sakitcə etiraz etmədən edirdim, qapıdan belə çölə buraxmırdı məni...

Buna görəmi mənə xəyanət etdi, səbəbini hələ də dərk edə bilmirəm. Unutsam da qəlbimin dərinliklərində bu suallar məni yorur, bütün günü fikirləşirəm:
 
Mənə nə səbəbə xəyanət etdi?
 
0nu sevdimi?
 
Əgər sevmədisə uşağın dünyaya gəlməsinə nədən icazə verdi?

Siz bir məsləhət verin... Mən nə edim ki, bu fikirlərdən azad olum? Bir də bilmək istərdim, mən düz etmişəm, ya yox?
 
 

 

 
1) Evdar qadın mövqeyində Banunun baxış bucağı
 
Məni çox təsirləndirdi, həyat hekayəniz. Sizin ağlınız, səbriniz, qadınlığınız qarşısında baş əyirəm. Hər şeyi düz etmisiniz, boşanmaq məsələnin həlli deyil, bu ən axırıncı, düzələsi mümkün olmayan vaxt, hər şey sınanandan sonra atılan bir addımdır. Əslində xəyanətdən heç kim sığortalanmayıb, bu hamımızın başına gələ bilər. Amma bunun baş verməməsi üçün əvvəlcədən nələrsə etməliyik. Birincisi deyərdim ki, kişilərə gözüyumulu inanmaq olmaz, onları uşaq kimi hiss etdirmədən həmişə nəzarətdə saxlamaq lazımdır. İkincisi həddən artıq itaətkar olmaq düzgün deyil, təhqirsiz, dava-şavasız sözünü deməyi bacarmaq lazımdır. Hətta hərdən etdiklərin yaxşılıqları belə dilə gətirmək lazım gəlir, çünki etdiyin hörmət müqabilində, qarşılıq tələb etməlisən(səhv başa düşülməsin öz xoşları ilə etməsələr tələb etməliyik). Üçüncüsü ev xanımı olsan belə daim özünü həm daxilən, həm də xaricən inkişaf etdirməlisən, yəni özünə fikir verməlisən,intelektini genişləndirməlisən. Əgər evdən çölə buraxmırsa, özü ilə aparmalıdır. Heç bir insan dustaq kimi yaşaya bilməz.
Siz artıq bu etapları keçmisiniz, mən o sözləri yazdım ki ,sizin vəziyyətdə olan xanımlar, bütün bunlardan dərs götürsünlər...Sizə isə sözüm budur ki, artıq bütün çətinlikləri aşmısınız, olanları unutmağa çalışın...İztirab,əziyyət çəkdiyiniz o günləri unudub, həyatdan zövq alın! Siz qalibsiniz! Siz o qadına, həyatın pisliklərinə qalib gəlmisiniz! Başınızı daim dik tutun! Siz əsl azərbaycanlı xanımısınız!!!
 

 

2) Gənc qızlar mövqeyində Damlanın bu taleyə baxışı

Ailə qapalı sandıqdır, içində olanlar hər zaman böyuk bir sirrdir. Nə olanları ancaq 4 divar bir də ailə üzvləri bilər. Bəzən hər şeyini verirsən ailə üçün, sevdiyin üçün, amma bir gün acı gərçək qəfil şillə kimi dəyir üzünə. İnsan yaralanır, sarsılır, ömürlük ürəyinə yara düşür. O, yara hər dəfəsində göynədir insanı. 
Mən tam əminliklə deyirəm ki, mən də bu xanım kimi edərdim. Bəli, 100-də 100 belə edərdim. Əgər kişi getmək istəyirsə getsin, boşanmaq istəyirsə boşansın. Kimin səhvi var, qoy o da  getsin. Xanım düz edib, getməyib ata evinə. Axı niyə də getməlidir ki?.. 
Əmək verib, zəhmət verib, əziyyətlə 3 övlad dünyaya gətirib yoldaşından, o, isə öz halalına xəyanət edib. Ancaq kişi də zamanında ayılıb və öz səhvini başa düşüb. 
Mən xanımımıza belə məsləhət verərdim ki, xanım, bilirəm çox çətindir. Bircə xəyanət sözü məni dəli edir hər zaman. Düşünmək belə istəmirəm. Bəlkə mən də bir gün qarşılaşacam kim bilir?
Xanım, tam rahat olun ,siz ən düz addımı atmısınız. İnsan psixologiyası o qədər çətindir ki, inanın mənə. Siz səbəb axtarmayın. Siz hər şeyi 100-də 100 düzgün etsəniz də, yoldaşınız şeytana uyub. Siz isə alnı açıq gəzin hər zaman. Bizim cəmiyyətimizdə qadın olmaq o qədər çətindir ki...Məncə siz bu imtahanı uğurla vermisiniz, özü də ən böyük uğurla. Özünüzü yormayın bu suallarla. Ancaq onu deyim ki, hər zaman ürəyinizin bir küncündə bunu düşünəcəksiniz. Bu hadisəni tam unuda bilməyəcəksiniz ,təəssüf ki... 
Bu sizin yaşadığınızdır.Kitab deyil ki, hansısa oxuduğunuz səhifəsini unudasınız,kino deyil ki, hansısa səhnəsini yaddan cixardasınız...
Sonda isə onu demək istəyirəm ki, güclü və səbirli olun. Səbir bütün qapıların açarıdır. Sadəcə özünüzə yaxşı baxın...Həyatınızda yoldaşınızla birgə 2-ci baharınızı yaşayın. Heç zaman görmədiyi tərəfinizi göstərin ona. Qoy təəcüblənsin, bir daha sevdirin onu özünüzə dəlicəsinə. Qoy, necə qadına sahib olduğunu bilsin. O yaranın isə közərmək və məlhəm vurmaq vaxtıdır məncə. Elə məlhəm vurun ki, o yara həmişəlik kökündən yerli dibli yoxa çıxsın.  Allah Amanında!
 

 

3) Dini baxımdan münasibət mövqeyində Aytən xanım (Allahin gülü)
 
 Əvvəlcə bu qadını alqışlayıram belə gözəl həyat yoldaşı oldugu üçün..  s.a.s.Muhammad buyurmuşdur: Uşaq yataqda olan kişiyə aiddir zina edəni isə  daşla qovulma və mərhumiyyət vardır. O uşaq dinimizdə vələdi zina (yəni zina uşagı )sayılır. Hədisdə də gördüyümüz kimi ata evladına sahib çıxmalıdır. Və məsləhətim bu olardı kı, şeytana uyub ailəsini dağıtmasın. Savab işlər gördüyü üçün peşmanlıq cəkməsin, Allah hər şeyin qarşılıgını verir.  Yoldaşınızın sözündən çıxmadığınlza görə özünüzü günahkar bilməyin. Qadın hər zaman ərinə itaət etməlidir. Allahu Təala qarşılığını verəcək.
Mənə nə səbəbə xəyanət etdi?
0nu sevdimi?
Əgər sevmədisə uşağın dünyaya gəlməsinə nədən icazə verdi ?
O,sizə xəyanət etməyib, səbəbi özünüzdə axtarmayın, o zina edib.
Onu sevsəydi sizi tərcih etməzdi.
Bəlkə də QORXUB icazə verməsə üzüszlük edib qapınıza gələcək, necə ki, gəlib. Yoldaşınızı bağışlayın, çünki Allah bizə bağışlamağı buyurub. İnanın, sizin yerinizdə olsam mən də belə edərdim.
 

 

4) Bir kişinin baxışı mövqeyində Araz Əliyevin məsləhəti
 
Siz etməyə məcbur olmadığınız şeyləri də etmisiniz. (uşağını qəbul etməyə, atalıq etməyə razılıq vermənizi nəzərdə tuturam). Bu da sizin ürəyinizin genişliyindən xəbər verir. Onun basşqa millətdən olmasi sizin xeyrinizədir. Çünki onlarda ailə məhfumu bir qədər fərqlidir. Yoldaşinızın da sözündə durması yaxşı haldır. Siz öz ailənizin gələcəyi uğrunda mübarizə aparmısınız, bu da ən düzgün yoldur. O ki, qaldı xəyanətə, insanın səhvini bağışlamaq lazımdır. Əgər bu doğurdan da sadəcə səhvdirsə çalışın bundan sonra sizinlə, yəni ailəsiylə daha çox vaxt keçirsin. Kişilər kənarda ailədə tapa bilmədiklərini axtarırlar. Bu diqqət də ola bilər, daha maraqlı intim həyat da. Çalışın onun sizə qarşı marağını oyadasınız. Amma qətiyyən tez-tez keçmişi yadına salmayın və nə badə daim hər hərəkətindən şübhələndiyinizi hiss etdirəsiniz. Bu onu daha da uzaqlaşdıracaq sizdən. İmkan olarsa hətta uşaqlarsız, yalnız ikinizin harasa getməniz, ikilikdə vaxt keçirməniz sizi daha da yaxınlaşdırar. Bu acı xatirələrlə beyninizi nə qədər çox yorsanız, bunların təkrarlanması bir o qədər inandırıcı olacaq. Çünki adətən bizim fikirlərimizin materiallaşmaq təhlükəsi olur. İnanıram ki, öz ailə səadətinizi qoruyub saxlaya biləcəksiniz,siz buna tam layiqsiniz!
 

 

 
Bu qadının taleyinə 2 məşhur xanım fikir bildirib.
 
Məşhur işgüzar qadın mövqeyində ANS-də yayımlanan "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzovanın xanıma məsləhəti
 

 
Əvvəla bu Azərbaycanli xanimi təbrik edirəm və onunla qürur duyuram. Yenədə qadin öz daxili gücünü və zənginliyini nümayiş etdirdi. Əslində böyüklərindən gördüyü fədakarliq işə yaradi. Bir kərə qəbul etdiz əzizim. Bu artiq baş verib. Yoldaşinizi qəbul edib davam etdinizsə bu mövzuya artiq söhbət kimi yanaşin. Görürəm güclü bir xanimsiz. Oda yaninizdadirsa daha sixilmayin. Beyninizdə olan və məktubunda sonunda yazdiginiz suallara cavab axtarmayin cünki müxtəlif cavablar tapacaqsiz və ya tapacayiq ama heç biri sizi sakitləşdirməyəcək. Təəssüflə deyirəm ki bu suallar artiq sizin yolyoldaşınizdir. Səbrli olun zamana buraxin. Həyati və ailənizi sevməyə davam edin çünki siz iki nəfər deyilsiz övladiniz və ya övladlariniz var. Ailə dagitmaq asanddir ama onu qoruyub saxlamaq çətindir. Birdə sevirsinizsə bağışlayin məncə. Sevgi təkcə xoş günlərdə sevdiyiniz yaninda olmaq demək deyil sevgi həmdə onun səhvi olanda onu bağışlamaq deməkdir. Yenədə deyirəm siz artiq bagişlamisiz və belədə davam edin.
 

 

 
Məşhur qadın mövqeyində əməkdar artist, xanəndə-müğənni Gülüstan Əliyevanın "5+1" layihəsinin qəhramanı qadına məsləhəti
 

 
  Siz çox böyük ürəyə maliksiniz.Çünki siz də anasınız. Hər bir insanın hƏyatda səhvi olur.Səhvsiz Allahdır.Qadınlar sevgisi və övladları üçün canını da qurban verər.Qoy o qadın səninlə rastlaşmaqdan qorxsun,o sənin həyatını zəhərləyib sən yox.Həyat yoldaşın bu haqda heç vaxt danişmasa da vicdanı hər zaman sızlayır.Səni övladlarını incitdiyi üçün özünü bağışlaya bilmir,bəlkə də fikir vermisən o vaxtdan bəri o, sənin gözlərinin içinə baxa bilmir.Vaxt gələcək o səndən bağışlanmasını da istəyəcək,Sözün əsl mənasında.Həyat davam edir, övladlarınız var.Mən həmişə deyirəm ki, kaş yoldaşım məni boşayaydı,ya başqasın da alaydı.Amma sağ olaydi... Qadınlar güclüdürlər. Sən onu sevginlə, diqqətinlə utandıracaqsan. Əgər ölməmisənsə deməli yaşamaq lazımdır. Özü də necə lazımdırsa elə. ÖpürƏm sizi.
 
P.S. Bu xəbərin əsas yükünü çəkən azadqadin.az saytının redaktoru Banuya təşəkkür edirəm!
 


loading...

dılay | 18 fevral 2016 20:52 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: Sunay Elizade
xebere gore tsk
Yagis_Negmesi | 26 noyabr 2015 00:28 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: gece-gunduz
Sitat: esmər
Sitat: Leyla Ezizli
Halal olsun sizin kimi sebirli ve dozumlu xanımın qarsısında bas eyirem.İnanın ki, siz dunyanın butun gozel xosbextliklerine layiq hem bir ana, hem de bir qadınsı.
gece-gunduz | 28 sentyabr 2015 13:13 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: esmər
Sitat: Leyla Ezizli
Halal olsun sizin kimi sebirli ve dozumlu xanımın qarsısında bas eyirem.İnanın ki, siz dunyanın butun gozel xosbextliklerine layiq hem bir ana, hem de bir qadınsı.
ESMER | 20 sentyabr 2015 11:25 | Status: VİP user | Şərh: 817
Sitat: Leyla Ezizli
Halal olsun sizin kimi sebirli ve dozumlu xanımın qarsısında bas eyirem.İnanın ki, siz dunyanın butun gozel xosbextliklerine layiq hem bir ana, hem de bir qadınsı.
Sunay Elizade | 1 iyun 2015 16:14 | Status: Gümüş user | Şərh: 2 156
xebere gore tsk
Tunar_89 | 20 may 2015 23:23 | Status: Qonaq | Şərh: 0
siz esl qadin kimi reftar etmisiniz cetinde olsa,amma hec bir kisinin qarsisinda aciz dayanmaq olmaz.hormet hormete baqlidir

adlari ustunde kisidirlerda
FarizEhmedli | 17 aprel 2015 19:19 | Status: Şərhçi | Şərh: 198
maraqlidir cox

super heckim yoxdu burda
gulu_95 | 9 aprel 2015 17:08 | Status: Şərhçi | Şərh: 568
təşəkkürlər
Leyla Ezizli | 5 mart 2015 22:10 | Status: Şərhçi | Şərh: 372
Halal olsun sizin kimi sebirli ve dozumlu xanımın qarsısında bas eyirem.İnanın ki, siz dunyanın butun gozel xosbextliklerine layiq hem bir ana, hem de bir qadınsı.
N....N92 | 19 noyabr 2014 19:01 | Status: Professional user | Şərh: 4 351
tewekkurler
Miraj | 5 noyabr 2014 12:28 | Status: Professional user | Şərh: 2 625
kisim yoxdu haaa
Sitat: sebiw21
Kiwilerin hamisi bir bezin giragidir....Men sizi alqiwlayiram halal olsun size ,sizin cox boyuk ureyiniz var ALLAH ner weyi ureyinize gore versin

Amin
BULUTUM | 27 iyul 2014 01:35 | Status: Professional user | Şərh: 7 387
Nenem hemişe deyerdi bala nece balan var mesel 3 uşaqi vardisa kiminse ve yaxud iki deyirdi elebil 4 uşaqin var.dönder balalarin başlna yola ver.qadin böyuk quvvedi.kecir öz adindan balalarindan el qehrinden qinaqindan neylesin ç
INCI 55 | 13 iyul 2014 23:58 | Status: Qonaq | Şərh: 0
ne evliyem nede aldatlram subayam winked
Aytacim | 1 aprel 2014 13:19 | Status: Şərhçi | Şərh: 218
Halah olsun.Mene de numune olduz.
Nigar_ | 17 mart 2014 10:09 | Status: Professional user | Şərh: 2 125
Baxın əsl azərbaycanlı xanımın böyüklüyünün kim bilir neçənci dəfə şahidi olduq.O qədər sevinirəm ki sizin kimi qadınlar var deyə.Sözlə ifadə etmək mümkün deyil bu sevincimi təəsüartlarımı.Hər kəs sizə keçmişi unutmağı məsləhət görür çünki siz ailənizi qorumaq üçün bacardığınızı da etmisiz hətta bacarmadığınızı da halal olsun!Unudun qalan şeyləri.
nergiz_gulu | 11 mart 2014 20:27 | Status: Şərhçi | Şərh: 70
tewekkurler oxumaga sebrim catmadi
sarakamil | 3 dekabr 2013 15:27 | Status: Şərhçi | Şərh: 114
[b]çox güslü qadınsınız və ən əsası əsl Azərbaycan xanımızınız[/b]
Mehsetixatun | 9 sentyabr 2013 11:50 | Status: Qonaq | Şərh: 0
Getseydi baqiwlamazdim, qaldiqi ucun baqiwlayardim....
sebiw21 | 22 avqust 2013 21:11 | Status: VİP user | Şərh: 526
Kiwilerin hamisi bir bezin giragidir....Men sizi alqiwlayiram halal olsun size ,sizin cox boyuk ureyiniz var ALLAH ner weyi ureyinize gore versin
Asli Azeri | 22 iyul 2013 22:48 | Status: Şərhçi | Şərh: 187
Bele aileler coxdur, amma size halal olsun, siz guclu yox, qudretli qadinsiz. Hayat yoldashinizda vicdanini tam itirmeyibmish bashi kimi. Menim bibimi yoldashi 3 ushaqla qoyub bashqa birisini hamile buraxdiqi ucun onun yanina köcdu. Butun nesilleri ona qarshi cixdi, amma qayitmadi, hele 2-ci ushaqlari da oldu. Ölüm ayaqinda havalanmishdi, o birini tamam unutmushdu, gelib bibimin yaninda öldü. Aqlı başında olmadıqına göre qova da bilmirdıler onu, bibim hec cûre baqışlaya bılmirdi onu.
RuH NURUM | 21 iyul 2013 13:45 | Status: Qonaq | Şərh: 0
Ilk once onu bildirmek isteyirem ki, sefsiz insan yoxdu,nedeki biz bu dunyaya gunahdan sgortalanaraq gelmemiwik.Bezen biz unuduruq:UNUTMAYAQ-Gunah insanin FITRETINDE var.
ALLAH TELA - buyurub insan gunahkardi.Cunki insanin NEFSI var. Hemde buyurub: TOVBE qapisi qoymuwam.Ne zaman istesen gel men seni ewidenem qebul ederem. Teki PEWMANLIGINLA gel.
Xanim dogru siz hemd olsun REBBIME guclu olub kecmisiz bu etapi.Yoldawinizda he sizi sevir bir az zaman kecsin her weyi unudub yeniden qaldiginiz yerden heyatiniza davam edeceksiz.O, qadinda bir az aglayar-sizlayar unudar.
Bes orda qalan atasiz bir QIZ uwagi bu baw verenlerde onun ne GUNAHI? ne olsun ki, o,zina uwagi.Zina uwagi HALA UWAQ etmek bu qedermi cetin?Yaxwi bunuda qoyduq bir kenara.Yaxwi MADDIYATI qoyduq bir kenara.O,Korpeni ATA qaygisini sevgisini nevaziwini kim verecek? Bunu bir kenara qoymaq olarmi sizce?EY MUSELMAN BACI-QARDAWLARIM.
Yazdiqlarimdan zenn edersiz ki, men demek isteyirem o, qadina qayitsin.Yox esla.
Bu yazdiqlarim menim fikrim deyil ESTEFURLA. Bu ALLAHIN BUYRUGUDU- Ata oz ovladina maddi ve menevi baxmaga borcludu.Yoxsa aparib bawqa bir olkeye qoyub ozunde bawqa bir olkede hecne olmamiw kimi yawamasi yaxud da ara-sira 1 zeng 50-60 manat pul bu ataliq DEYI DEYIL.Bu sozler bu ataya deyil bu timsalda olan butun ATALARA.
Onsuzda bir gunah edib bu yola girmisiz.Hele birde uzaqlada gozu yollarda qalan bir ovlad.Bu daha agiri.
Sizin vezifeniz ovladinizi goruwmek ona qaygi nevaziw gostermekdi ATA kimi ALLAH YANINDA borcunuz vezifenizdi budu .Cunki o, uwaq dunyaya gelmek ucun size mesaj gondememiwdi.
Yox eger xanimin mane olursa bu bawqa mesele.O,zaman bunun cavabini AXIRETDE o, verecek.
MENIM SOZLERIMDEN INCIMIYIN men caliwdi REBBIMIN buyurdugunu anladim
Bir yalniw etdikde hisslerimizle deyil QURANI-KERIMLE baxaraq hereket edek.(bu ise menim fikrim idi.) ALLAH KOMEYINIZ OLSUN A M I N
XeyaleR | 17 iyul 2013 10:09 | Status: VİP user | Şərh: 573
Dehwetdiye...
ONEGIRL | 15 iyul 2013 23:07 | Status: VİP user | Şərh: 399
Sitat: leyla meherremova
GUNAH O QADINDA YOX,KISIDEDIR,GIZLI IS TUTANDA BILMIRDI BIR GUN ORTAYA CIXACAQ,SIZ BAGISLASAZ DA ALLAH ONU BAGISLAYACAQMI,BIR USAQ ORDA ATASIZ,IKI UREYI YARALI GOZU YASLI QADIN.

...........................
Nigar | 4 iyun 2013 14:52 | Status: Gümüş user | Şərh: 6 063
Allah nece meslehet bilse elede olmalidir
A.Sebine | 28 may 2013 18:24 | Status: Şərhçi | Şərh: 235
bunlari oxuyanda eyni elebildimki oz heyatimi oxuyuram,men evli deyilem amma bizim ailedede bele birsey olub indi basqa qadindan olan usaq yeni qardasimda bizde qalir,usaga cox oyresmisik anasi baxmir deyir mene lazim deyil,ama biliremki boyuyende alacaq,hami deyir usagin ne gunahi var,atamda pesmandi hecbir qadin isti yuvanin yerini vermir,mence duz elemisiz yaxsiki bosanmamisiz her ailede ola biler heckim xosbextlikle qarantiya olunmayib
hebibe | 22 may 2013 21:54 | Status: Qonaq | Şərh: 0
salam,men cox qeherlendim,menimde buna benzer talehim var ama daniwmaq yaralarimi tezeden qanatmaq istemirem,onsuzda daima aqriyir,sadece vallah cox sebirli olmusuz bununcunda halaldi,men olsaydim ureim partlayardi,menimde yoldawim var ondan bele wey ewitsem vallah dozmerem,olerem,cox yaxwi qadin,ana,ve esasende gozel aile bawcilarindan birisen,bundan sonraki talehinde uqurlar.uqurlar yenede uqurlar.
ARZUUUU | 19 aprel 2013 09:18 | Status: Qonaq | Şərh: 0
Salam. Size halaldi vallah. Hec bir qadin bele hadiseye dozmez, duzdu men de buna benzer hadiselerle (yazishmalarla) rastlashmisham, ayrulmaq da istemishem amma qizima gore susmusham, heyat bir sinaqdi siz qalibsiniz,buna gore tebrik edirem sizi. Ugurlar.
Hande 18 | 6 aprel 2013 12:26 | Status: Professional user | Şərh: 3 302

allah komek olsun

Nazlı_Kız | 4 aprel 2013 20:29 | Status: Brilliant user | Şərh: 6 473

movzu ucun  twk