Layihələr / Məktub var!

Allaha hər gün dua edirəm ki, içimdə ki, bu sevgini alsın (Oxucu məktubu)

nermin467 | 4-09-2015, 22:00
18 855 25
 

 

AzadQadin.az-ın böyük maraq doğuran, məşhur MƏKTUB VAR layihəsi sayta ünvanlanmış növbəti məktubu sizə təqdim edir:   

 

Mən ikinci kursa oxuyuram. Bir oğlanı universitetdə çox bəyənmişdim. Əvvəl elə bilirdim ki, sevgilisi var.

Amma, sonra onları heç bir yerdə görmədim və sonra qərara gəldim ki, ona Facebookda yazım.

Bilirəm, səhv hərəkət idi. Bir anlıq həvəs oldu. Buna yazdım, danışdıq, sonra isə kim olduğumu dedim.

Məni universitetdə gördü, mənə qarşı münasibəti dəyişdi, çox mehriban idi və sonra mənə sevgisini söylədi.

Başda inanmırdım, amma, sonra məndə ona sevdiyimi dedim. Beləcə, sevgili olduq. 

Mənim Universitetdə heçkəslə işim olmaz, sadəcə bir dəfə səhv hərəkət elədim. O da bilirdi necə bir qız olduğumu.

Bir müddət keçdi, aramızda dava başladı , çünki, o mənə qarşı çox soyuq, laqeyd davranırdı. Onu anda verdim, məni sevib, sevmədiyini soruşdum.

Əvvəlki sevgilisi kimi kimsəni sevə bilmədiyi və məni çox istədiyini dedi , beləcə dalaşdıq. Onu çox sevirdim, ayrıla bilməzdik, yenə də barışdıq.

Ad günü idi, hədiyyə almışdım, lakin, yanıma yaxınlaşmadı. Birdən bizi görüb, sevgili bilərlər dedi.

Biz sevgili deyilik axı dedi. Bu sözü mənə çox pis təsir eləi. Tələbə yoldaşlarımın yanında çox pis alçaldım. Artıq bir həftə keçib, hər gün ağlayıram.

Onu tam sildim, nömrəsini iqnor elədim. Hədiyyə əlimdə qaldı, o qədər həvəsliydim,halbuki...

Hər gün ağlayıram, məni çox sevdiyini deyən biri indi məni niyə belə atdı... Allaha hər gün dua edirəm ki, içimdəki bu sevgini alsın məndən.

Onu peşman etsin deyə. Hər gün görürəm, elədə baxır ki, özümü gözrməməzliyə vururam, üzümü çevirirəm.

Unidə çox adam bildi bu söhbəti, çox utanıram. Hələ bir deyirdi ki, məndə günah var. Halbu ki, birinə yalandan sevirəm demək, sevən bir ürəyi qırmaq ən böyük bir günahdır. Nə edəcəyimi bilmirəm. O gün hədiyyə əlimdə qalanda, çox pis oldum, qırdım atdım. 

Hələdə özümə gələ bilmirəm, çox üzgünəm. 

 

Qeyd: SİZ DƏ HİSLƏRİNİZİ, TALEYİNİZİ BİZLƏ PAYLAŞIN! Anonimliyiniz qorunacaq...
Məktublarınızı aşağıdakı ünvanlardan birinə göndərə bilərsiniz: 
 
1) Azadqadin.az facebook səhifəsinin mesaj bölməsinə
3) aqurbanqizi@mail.ru
4) Saytdan qeydiyyat edib adminə ŞM yazılan yerdən...

  1. Nar çiçeyin | 21 avqust 2016 17:09 | Status: Qonaq | Şərh: 0
    Salam.sizi basa dusurem çunku bu her kesin basina gele biler unut onu öz yoluna bax seni sevene sende sev duzdu demek asantdi ama çaliş çunku ele ureysiz birini neynirsen ..
  2. ayannn20 | 13 noyabr 2015 18:55 | Status: Qonaq | Şərh: 0
    Salam. her kesin tenqidinide meslehetinide qwbul edirem. arada 7 ay kecib ve o vaxtdan beei bu sayta girmirdim bu gun tesadufen girdim ve ilk bu xeberi gordum. kimindi deye oxumaq istedim.birde goremki menim mektubum hem.utandim hem kovreldim. coxsagolun. o gunden beri deyiwen hecne yoxdu cox weyi bawa duwdum men. dunenmecide getmiwdim coxlu dua etdim her weyin xeyirlisi ucun ve axwam qeribe bir yuxu gordum bu gunde bu yaddan cixan mektubumu ve sizin reylerinizi. wukur Allaha agillandim men.
  3. pervin memmedova | 7 noyabr 2015 23:47 | Status: Qonaq | Şərh: 0
    deyirsizki bele sey formalasibki qadinlar sevgisini etiraf ede bilmez.mence qadina yarasmir.qoy kisiler size etiraf etsin sevgisin.sevdiyine yox,seni sevene qiymet ver.ozu dusense aglamaz.amma yenede bos seydi bunun ucun uzulmeye deymez.qarsina ele sevgiler cixacaqki.telebe olanda her sey gozel olur.sen gencliyini bos seylerle heder eleme.sevgi seni tapacaq sen zamana burax
  4. _Yagmur_ | 27 oktyabr 2015 23:31 | Status: Şərhçi | Şərh: 211
    hmm aydin oldu . insandida heyatda sehv etmek olar. yeqin cox guman ki o sevdiyin adami sevglisi ele uni den olub olar ayriblar sen bu vaxti oglanla tanis olmusan.ola biler barisiblar o sevglisiyle seni uje istemeyib. cox guman beledi oort basdir edib ki sevgili deyilik. hec sende utanma...!!!birden sende sehv edib dostlariyla acigina danisarsan bele seyler etme....sevgi gelib tapacag seni. yadindan cixart onu
  5. Nuray S-ova | 23 oktyabr 2015 17:15 | Status: Qonaq | Şərh: 0
    Sitat: aaaaaaaaaa
    bos ver ama bu sene boyuk bir ders olsun. indi bezi oglan ve qizlarimiz sevgini ucuzlasdirib

    Düz
  6. aaaaaaaaaa | 19 oktyabr 2015 10:45 | Status: Qonaq | Şərh: 0
    bos ver ama bu sene boyuk bir ders olsun. indi bezi oglan ve qizlarimiz sevgini ucuzlasdirib
  7. yunisella | 16 oktyabr 2015 17:06 | Status: Şərhçi | Şərh: 298
    Bow ver elesi sevilmeye laiq deyil onu gormezden gel sanki gormursen tanimirsan yoxmuw kimi davran
  8. Əsmər1 | 16 sentyabr 2015 08:29 | Status: VİP user | Şərh: 1 602
    O çox adamda olue boş ver sənin gələcəyin parlakdı bilməy olmaz bərkə birgün sənin yanına qayıdar peşman olar ama səndə onu geri çevir de mən səni tanlmram boş ver
  9. Purple_Butterfly | 10 sentyabr 2015 14:31 | Status: Şərhçi | Şərh: 146
    Bosh ver. Oglana gore pis olmaga deymez. Qoy o oz kohne sevgilisinin yasini yashasin sense geleceyine bax.
  10. Fraulein | 8 sentyabr 2015 13:57 | Status: Şərhçi | Şərh: 505
    seni emin edirem ki yadindan cixacaq hetta bir muddet sonra yadina dusende meettel qalacaqsan ki onun neyin sevmisem. esl sevgini tapana kimi hele bele kicik sevgiler cox goreceksen.men de unide oxuyanda bir oglana gore hec kime maraq duya bilmirdim. duz 4 il ele bilmisdim onu sevirem. taa ki daha guclu sevene kimi.indi ise sukur edirem ki yaxsi ki o vaxt onunla mende hecne alinmadi. ona gore de zamana burax. basqalari ile tanis olmaga calis ama sehv hereketlerden de uzaq ol ki uduzmayasan
  11. Nilay | 6 sentyabr 2015 21:58 | Status: Qonaq | Şərh: 0
    Baci uzu;me Allah senin esil sevenini bir gun rastina cixaracaq elbet ..Uunut onu cetin olsada
  12. Nara88 | 6 sentyabr 2015 19:52 | Status: Professional user | Şərh: 4 263
    Sitat: Gülçin-70
    Xanım qız,özü yıxılan ağlamaz... O oğlan sizi sevmiyib. Sevdiyindən ayrılan kimi siz fürsətcillik edib ona "girişmisiniz". (sözümə görə bağışlayın) O da bir müddət vaxtını keçirib sizi özündən uzaqlaşdırıb...


    Fikirimi yazmisiz Gulcin xanim,mencede oglanin eline bir fursetiymis,oda istifade edib,belede sevgi olar?calisin oglanlarin oyuncagina cevrilmeyin(vuranda ozun yixilanda ozunsen!
  13. Resube | 6 sentyabr 2015 16:00 | Status: VİP user | Şərh: 400
    Qürurlu ol, əyilmə heç kimə.Sen öz yoluna davam et.Lazım olsa o özü gəlib ssənə çatacaq.
  14. SEVDA | 5 sentyabr 2015 23:09 | Status: Nəzarətçi | Şərh: 17 537
    Universitet oxuyan telebenin yazısını bawa düwmek olmur....
  15. hold on | 5 sentyabr 2015 19:50 | Status: Qonaq | Şərh: 0
    camaatin min cur derdi var.bunun derdine bax.bosh bosh sheylere gore Allahi da narahat eleme
  16. aylin9159 | 5 sentyabr 2015 17:26 | Status: Qonaq | Şərh: 0
    Ne bilim mence gunah qizdadi.
  17. Cicim İncim | 5 sentyabr 2015 17:00 | Status: Gümüş user | Şərh: 2 485
    Danışığından belə çıxır ki,o heç səni sevən birinə bənzəmirdi.Bəlkə də yaxşı olub ayrılmağınız.İnşallah sənə layiq olan biri qarşına çıxar, həqiqətən də səni sevər
  18. vanessa0 | 5 sentyabr 2015 03:49 | Status: Gümüş user | Şərh: 449
    Mence o diger sevgilisini qisqandirmaq ucun bunu edib(bunu da eden ister qadin olsun,ister kisi hec sevmediyim hereketdir) qisacasi sizden istifade edib.
    Bilirem,mesehet vermek,ele etme,bele et demek asandi,amma yene de ele de boyuk derd deyil,sen de tehsiline,ailene,Allaha baglan,bosver getsin
  19. milashka_167 | 5 sentyabr 2015 00:00 | Status: VİP user | Şərh: 1 464
    Vallah meslehet vermek su icmek qeder asandi...men sizi yaxwi bawa duwurem.cunki buna benzer hal menimde bawima gelib.Allah belelerini daim pewman etsin her ezab cekdiyinde qirdigi o qelbin ahi ondan el cekmesin olacagda ele inanin.sevibse geri donecek,eyer geri donmurse demeli hec sevmeyib.
  20. Sadəcə A | 4 sentyabr 2015 23:52 | Status: Qonaq | Şərh: 0
    Nədənsə hamımızda bir fikir formalaşıb ki sevgini qadın etiraf edə biçməz... məncə ortada bir sevgi yoxdur , yəni heç xanım da o oğlanı sevmir , biraz dərindən düşünsə fərqinə varacaq , amma , nədənsə əzab çəkməyi və ağlamağı seçir , boş ver getsin deyirəm ...
  21. nigi | 4 sentyabr 2015 23:40 | Status: Qonaq | Şərh: 0
    qizim deyirem cunku menimde qizim telebedi .qizlar ozlerin niye ucuz tuturlar hec bir oglana snaqdan kecmemis sevgine layiq bir is gormemis sevginizi etiraf etmeyin.ziyanin yarsindan qayitmaqda yaxsidi Allah seni cox sevirmos ki tez gorunub ic uzu Allaha sigin fikrini oxumaga sal unut derdin veren dermanina da verer calis birde bele sehf eleme ozunu qiymetli tut butun qzlara meslehet gorurem
  22. Gülçin | 4 sentyabr 2015 22:55 | Status: Redaktor | Şərh: 6 802
    Xanım qız,özü yıxılan ağlamaz...
    O oğlan sizi sevmiyib. Sevdiyindən ayrılan kimi siz fürsətcillik edib ona "girişmisiniz". (sözümə görə bağışlayın) O da bir müddət vaxtını keçirib sizi özündən uzaqlaşdırıb...


    Bu, mənim subyektiv fikrimdir.
  23. gece-gunduz | 4 sentyabr 2015 22:37 | Status: Gümüş user | Şərh: 1 727
    indiki oğlanlar öz dərindən çox razıdırlar
  24. nurane nurane | 4 sentyabr 2015 22:17 | Status: VİP user | Şərh: 1 027
    LAP MEKTEB ILLERINE QAYITDIM.HISS OLUNUR TEMIZ SEVGIDI SIZINKI.DUZDU SEHF ETMISIZ ONA ETIRAF ETMEKLE.AMMA SEVEN BASDA AGIL OLMUR.CALISIN UNUDUN ONU.EYER SIZI SEVSE SIZE DEYER VERSE, BELE HEREKET ETMEZDI.SIZI ALCALTMAZDI.UNUDUN MENCE OLANLARI.
  25. Nergiz love | 4 sentyabr 2015 22:15 | Status: Professional user | Şərh: 7 893
    Úzüldü.Alkah bele oqlanlara ele qiz gismet ersinki basi daima asaqi olsun
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.