Layihələr / Məktub var!

Məsləhətinizə ehtiyacım var :(

Qiriq Qelb | 26-09-2014, 21:00
6 164 56
 


Salam ,xanımlar, mənim yardıma ehtiyacım var :(
Demək belə.. Mənim hal -hazırda 20 yaşım var, məktəbi bitirmişəm. Amma çoxları deyir hələ də uşaq ağlındasan, doğurdan da beləyəm. Sizə öz həyatımı danışmaq istəyirəm.Əslində mən istənilmədən olmuşam. 1 bacım var, ailədə hər kəs onu çox istəyir, məni yox. Yəni, özümü tək tək hiss edirdim, yalnız olduğumu düşünüb,  Allaha sığınırdım.. Daha sonra qarşıma biri çıxdı.. Mən 9-cu sinifdə oxuyanda. Biz sevgili olduq o məktəbi qutardı, Universitetə daxil oldu. Mən hələ də məktəbdə oxuyurdum 9-cu sinifdə.. Onu həqiqətən çox sevirdim, ilk öncə o məni görmüşdü. 2 ay onunla dost kimi danışdıq. Bilirdim qızla oğlanın dostluğu olmur, amma dərdimi danışacaq birisini axtarırdım. Bu oğlan çıxdı qarşıma. Məndən 2-3 yaş böyük idi. Bununla bir müddət dost kimi danışdıq.
Mən ona dost gözü ilə baxır, amma o mən yox. Sevgili olaq istəyirdi, amma mən razılıq vermirdim. Amma vaxt keçdikcə gördüm ki,öyrəşirəm ona, onsuz bir günüm keçmirdi. Hər gün danışırdıq. O vaxtlar mənimlə çox mehriban danışırdı.
Nə isə...belə günlərimiz keçdi. Sevgli olduq və çox gözəl günlərimiz oldu. Mehriban idik. Mən biraz qısqanc idim. Hətda,sinif yoldaşlarıma belə onu qısqanırdım. Düzdü bilirəm onu çox yoruram, ammabu məndən asılı deyildi.
 Daha sonra hərgün dalaşırdı. Öz-özümə deyirdim ki, hər sevgilidə olan normal bir haldır. Amma sonra gördüm ki, yox, bizdə ifrat dərəcədə olur mübahisələr. Gündə nə qədər dalaşmaq olar axı?
Ya qısqanclıqdan, ya da ki, sözümüz düz gəlmirdi. Hər gün məni sevdiyini deyirdi.
Günlərimiz belə keçirdi. Sevgili olmağımızın 1 ili olmasına az qalmışdı.Onun çox sifətləri olurdu. Amma, onun səhvi olanda məndən küsürdü, danışmırdı. Məndə uşaq ağlında idim. Özüm yazıb danışırdım. Hətta günahı məndə görürdü və mən yenə də dözüb barışırdım.Yuxu görürdü, gəlib üstümə düşürdü, mən niyə bu yuxunu görmüşəm?
Deyirdim mən hardan bilim,üstümə qışqırırdı. Onunla çox böyük xəyallarımız var idi. Çox öyrəşmişdim ona, heç ayrılmırdıq. Hərdəfə dalaşaqda, barışırdıq. Hətta dalaşanda, 2 gün danışmayanda, deyirdik ayrıldlq, bunu eşidən dostlarımız buna inanmırdılar. Deyirdilər ki, siz ayrıla bilməzsiniz.Onu siznif yoldaşı qızlarına belə qısqanırdım. Deyirdim danışma onlarla,söz verirdiki danışmayacaq. Amma danışırdı. Hətta mənim xəbərim olmayanda şəkillər belə çəkdirirmiş, mən bunu bilib soruşanda, deyirdiki köhnə şəkillərdir. Dalaşırdıq, məni danlayırdı, günahı da məndə bilirdi. Hətta bir neçə dəfə mənə qarşı pis sözlər işədib,bura yazmağa utanıram.İstəmirəm ayrılaq, amma hər şeyin günahını məndə görür. Hərgün ağladır, qırır qəlbimi. 
Artıq bilmrəm nə edim?Belə sevgili olur sizcə?
Özüm bir çarəsini tapa bilmirəm artıq. Evdədə heçkim bilmir sevgiliyik. Hətta əsəbləşəndə gözü heçnəyi görmür. Allaha qarşı artıq-əskik sözlər deyir. Deyirəm günahdı elə danışma, qışqırır üstümə.Yenə də susuram...İçimdəki acını heçkim bilmir. Kiməsə danışıb,ürəyimi boşaltmaq istətirəm, amma məni dinləyən yoxdur. Hətta bir dəfə sözümüz çəp gəlmişdi,mənə dedi ki, bu yaxınlarda sən mənim yoldaşım olacaqsan, amma biz evlənsək də aramızda əlaqə-falan olmayacaq. Mən başqaları ilə olacam. Bu sözləri eşidəndə özüm də utandım. Dedi sən evdə həyat yoldaşım olacaqsan, amma hər bir oğlanın belə əlaqələrə ehtiyyacı var. Dedim özün bilərsən. O zaman məni unut. Yenə dalaşdıq və bir müddətdən sonra barışdıq. Mənə yalvardı ki, dediklərimə görə məni bağışla ,səni qısqandırmaq üçün demişdim. Yaxşı deyib ,yola saldım.Amma ona qarşı inamım itdi. Elə bilirəm ki, hər an belə bir şey edə bilər, mənə xəyanət edə bilər. Xaiş edirəm mənə məsləhət verin. Mən nə edim? Ondan ayrıla bilmirəm. Acı çəkirəm, onun başqası ilə evlənəcəyini düçünəndə də dəli oluram. Hələ də onu çox sevirəm. Gözümdən çox düşüb. Özü də heç vaxt peşman olmur. Ondan yaşca balaca olduğum üçün,  məni günahkar görür. Kömək edin, xaiş edirəm. Ayrılım, yoxsa sevgili qalım? Qarşımı kəsən tək şey sevgimdir, ayrıla bilməməyimdir.
Köməyinizə ehtiyyacım var...Kömək edin...

Userimizin köməyə ehtiyyacı var.Xahiş edir ki, xoşagəlməz sözlər yazıb onun qəlbini qırmayaq.Yalnızca düzgün məsləhətə ehtiyyacı var...
 
P.S.Çox xahiş edirəm,bundan sonra kim sayta  məktub göndərsə Azərbaycan şrifti ilə yazsın. Bu məktubu silib, yenidən özüm yazmışam.

 Redaktə etdi:Nuruş 

  1. Purple_Butterfly | 2 sentyabr 2015 12:57 | Status: Şərhçi | Şərh: 146
    Hele burda yazib bizden kome isteyirsizse, deyecek birsozum yoxdur. Biraz ayiq olsun, mudrik olun. Ayrilin getsin. Elesiyle bir omur kecher sizce? Hele aileli deyilsiz, bo verin getsin.
  2. Sunay Elizade | 2 iyun 2015 10:42 | Status: Gümüş user | Şərh: 2 160
    Sitat: Sema1993
    Allah kömek olsun
  3. qehremanova ulviyye | 4 yanvar 2015 21:19 | Status: Qonaq | Şərh: 0
    ziyanin yarisindan qayitmaqda xeyirdi.

    ziyanin yarisindan qayitmaqda xeyirdi.

    ziyanin yarisindan qayitmaqda xeyirdi.

    ziyanin yarisindan qayitmaqda xeyirdi
  4. elyane ariz | 5 noyabr 2014 01:02 | Status: Qonaq | Şərh: 0
    eh sen ozune zulum verirsen.ayrilmagini meslehet bilirem.geleceyin qabaqdadi,ondanda yaxsi terbiyeli medeni oglan qarsina cixacaq
  5. Sema1993 | 19 oktyabr 2014 15:13 | Status: Şərhçi | Şərh: 198
    Allah kömek olsun
  6. MiFi | 18 oktyabr 2014 10:02 | Status: Şərhçi | Şərh: 154
    Gözəlim sən hələ ayrılmamısan?!onunla keçən hər saniyə sənin ömrünü zəhərləyir.gələcəyini düşün.yetərincə ona vaxt ayırmısan.daha bəsdir.Ağıllı ol,özünə qiymət ver.onun kimilər doludur.daşə atırsan oğlana dəyir.uje poçti 1 ay keçib.başqa yolun yoxdur.onunla 100% rahat hüzurlu həyatın olmayacaq!!!
    son qərar sənindir
  7. arzu0025 | 15 oktyabr 2014 16:50 | Status: Qonaq | Şərh: 0
    mence siz cox balacasiz hem ele deyenden helede estefullah allaha qarsi xeyri yoxdur bos verin
  8. Sevda_88 | 13 oktyabr 2014 06:32 | Status: Şərhçi | Şərh: 371
    Her seyi basa dusdum, bir yuxu gorende sizin ustuvuze niye dusurki, onu anlamadim.. sene meslehetim oglan hec ozu bilmir neyniyir, cavan qizsan, basini bir seyle qat, kitab oxu, universitete qebul ol, burda yazdiqlarindan melum olur ki, oda hele usaqdi, evlensezde, xeyri yoxdu, ozunu boyuk-boyuk aparmaqla deyil, agli usaq aglidi, Allah qorusun bedbext sen olassan
  9. ada.. | 12 oktyabr 2014 19:58 | Status: Qonaq | Şərh: 0
    Bilmirem ne deyim
  10. nuray22 | 11 oktyabr 2014 14:22 | Status: Qonaq | Şərh: 0
    Men sene bir meslehet verim bir baci kimi sevgi yoxdu baci agili ol cavan qizsan cavanligini yasa senin ne yasin var indiden eseb stress ozude bir gice gore mene ele geldiki oglan da catmir o nele qisqanc sen bele qisqanc sizde hec vaxt alimaz indiden ayril cunki evlenib ozunu bedbext eleme yaziqsan siz bir yerde oxuyursuz hele 20 yasin var canim birde sene qalan ana ata baci qardasdi sen ozunu onlardan kenarlasdirma sevgili tapmaq olur hetda dostda amma ana baci qardas ata tapmaq olmur ooglandan ayril ozuncun teze sehfe ac isle gor hersey yolunu nece tapacaq agilli olun
  11. arzumarzu | 11 oktyabr 2014 14:05 | Status: Qonaq | Şərh: 0
    salam, men bu gun oxudum mektubu.men ayrilmisam ozde sevgili deyildik nisanli idik artig 5 il kecib.oz bibim oglu ile indi ise onlarla danismirig ve atam 1il sonra dunyasini deyisdi eyni ayda nisanlandig eyni ayda ayrildig ve eyni aydada atam getdi 3 ilin eziyyeti.mende deyirdim onsuz olmaz amma indi basqasini sevirem ve esl sevgi indidi deyirem.size meslehetim seni seveni sene deyer vereni sev ve hec vaxt fikirlesmeyinki istenilmeyen olubsuz.her bir ovlad ana atanin en deyerli ovladidi sadece ola bilsinki size bildirmir.
  12. Nurus. | 8 oktyabr 2014 22:24 | Status: Brilliant user | Şərh: 6 990
    Sitat: Qiriq Qelb
    ( bu arada nurus xanim sizde cox eziyyet cekdiniz haqqinizi halal edin

    halal-halal xosun olsun canim
  13. Qiriq Qelb | 8 oktyabr 2014 22:03 | Status: Qonaq | Şərh: 0
    Cox sagolun xanimlar meslehetinize gore nece vaxtdir gelib sayta oxuyiram werhlernizi cox sagolun komeye gore inaninki caresizem heckime acb derdimi deye bilmirem bu aralar lap cox deyiwib 5 dkka yaxwi daniwir 5 dkka pis her deqiqe deyiwir deyirem daniwmaq istemirsense daniwmayaq ustume qiwqirirki sene deyiremki sevirem sonra mene demisdiye senle aile qursamda basqasiyla olacam deyir onlarida qisqandirmaq ucun demisem mene ezab verdiyi gunler olub amma hec unuda bilmirem o hisleri bir men bilirem((( cox sevirdim onu oda her dalasanda bundan istifade edirdi hansisa qiznan danisirdi mene aciq verirdi ozune bildirmesemde her gece aglamaqdan nefesim kesilirdi hami yatanda gece men agliyirdim(( hetda bunlarida aglaya aglaya yaziram(( paramparca edib hem nifret edirem hemde icimde ona qarsi birazda olsa sevgi var ama mene etdikleri yadima dusende nifret edirem ona biraz kecir duzelirem cox caresizem cox(( bu arada nurus xanim sizde cox eziyyet cekdiniz haqqinizi halal edin
  14. BULUTUM | 5 oktyabr 2014 21:51 | Status: Professional user | Şərh: 7 429
    Ayrilin inanin ki,ömrunuzun bu,gununu her gununu şirin xatire kimi xatirlayacaqsiz.

    Be neoldu yazilmadi şerhim
  15. Xayala7 | 3 oktyabr 2014 10:13 | Status: Qonaq | Şərh: 0
    Eger indiden bele bahsqayibsa ayrilsaniz yaxshidi. Chunki evlilik kishileri bir az da deyishdirir. Sonra dozmeyib ayrilmaqdansa indiden ayril. Hele cavansan 20 yash nedi ki. Belke Allah senin qabagina ele birisini chixaracaq xoshbext olacaqsan.
  16. Leyla. | 3 oktyabr 2014 10:02 | Status: Professional user | Şərh: 2 600
    Ayrilmanizi meslehet gorerdim.
  17. Nurus. | 3 oktyabr 2014 01:47 | Status: Brilliant user | Şərh: 6 990
    Sitat: FiDaN
    Allah komeyin olsun ,her halda ozun 100 olc, bir bic. Nurus canim ellerine sagliq ,Kimbilir ne qeder yorulmusan

    cox sag ol canim menim.He inan Allaha 3-4 gun xeberin ustunde emelli başli işlemişem.Nece deyerler,kohne matoru nece sokub tezeden yigirlar ha,bax mende bu metni bir-bir silib,yeniden ozum yazmişam,hele artiq o qeder yazilar vardiki,coxsunu silmişem...
  18. Tereza | 2 oktyabr 2014 17:31 | Status: Şərhçi | Şərh: 147
    20 yas o qeder boyuk yas deyil menim 24 yasim var men o yasda ne sehvler elemisem,en esasi da o olub ki,hamiya inanmisam.amma bunu da sehv saymaq olmaz cunki men hamini ozum kimi hesab edirdim,ele sen de meni kimisen,inan ki eger o sevgilin seni basa dusmurse seni bele incidirse ele de olacaq.onun fikri deyismeyecek.bir oglan sevdiyi qiza nece deyer ki,seni alsamda basqasi ile elaqem olacaq.bunu kisiler demir yoldasina.eger o sevirse seni incitmez,aglatmaz,her defe gunahi sende qoyursa bu ele bele de olacaq,eger bir insan oz sehvini basa dusub uzr istemirse o ozunden basqasini seve bilmez.eger onunla evlensen gelecekde pesman olacaqsan ki,menim aglim harada idi bu hereketlerini gorende niye ayrilmirdim.sen hele heyati yaxsi derk elemirsen,amma sonra pesman olacaqsan.tek oglan o deyol ki,basqasini-seni dogurdan seven birini seversen.ayril...ayril...ayril..goz yaslarina deymir o insan
  19. (((RM))) | 2 oktyabr 2014 14:39 | Status: Şərhçi | Şərh: 66
    Söz də tapa bilmirəm doğurdan çox pis oldum. Ama məncə sevən insan sevdiyini bu qədər alçaltmaz onun sevgisinədə artıq inanmıram indidən belə edirsə evlənəndən sonra gör nələr edə bilər. Özün hər şeyi dedin artıq ki, onu çox sevirəm nə etsədə ayrıla bilmirəm ALLAH köməyində olsun canım gün ərzində nə qədər bacarırsansa ƏSTƏĞFİRULLAH denən ALLAHA səni dardan qurtarıb düzgün yol açacaq İNŞALLAH
  20. N....N92 | 1 oktyabr 2014 12:25 | Status: Professional user | Şərh: 4 364
    Sitat: SEVDA
    Özüne hörmet qoyan xanım belelerinin qarwısında özünü alçaltmaz....
  21. Gulum.zeynalova | 30 sentyabr 2014 17:58 | Status: Qonaq | Şərh: 0
    ziyanin harasindan qayitsan sene xeyidi. gedib bosanmaqdansa indiden ayrilmaq yaxsidi
  22. Nagizade.Leyla | 29 sentyabr 2014 23:42 | Status: VİP user | Şərh: 1 323
    ayrilsan yaxsidir
  23. 2 kalp | 29 sentyabr 2014 16:24 | Status: VİP user | Şərh: 1 282
    senin hele ne yasin var ki heyat hele qabaqdadi ozun otur dusun bele birisile yolun sonuna gedecek guce sahibsen deyermi mence deymez deyiser deye gozleyecek cetin
  24. Gulya2676 | 29 sentyabr 2014 15:39 | Status: Gümüş user | Şərh: 2 590
    Sitat: anaxanim
    ay baci allahina shukur etki onun sifetleri indi ortaya cixdi.sonra cox gec ola bilerdi.vaxtinda canini qurtar ondan.ele unudacaqsanki ozun mehettel qalacaqasan.keshke mende her sheyi toydan qabaq bilmish olardim.neyse
  25. anaxanim | 29 sentyabr 2014 15:13 | Status: Qonaq | Şərh: 0
    ay baci allahina shukur etki onun sifetleri indi ortaya cixdi.sonra cox gec ola bilerdi.vaxtinda canini qurtar ondan.ele unudacaqsanki ozun mehettel qalacaqasan.keshke mende her sheyi toydan qabaq bilmish olardim.neyse
  26. MELEK_ | 29 sentyabr 2014 10:34 | Status: Professional user | Şərh: 3 955
    Sadece usaqliq sevgisi, danisdiqlarindan aydin oldu ki, sen 80/100% insanlarin yasadigi sevgi hisslerini yasayirsan, Allahini tanimayan birini nece seve bilersen, bu mene aydin deyil...
    Daha sonra indiden sene deyir ki, sene heyatimda sadece evde yoldas olaraq qalacaqsan, daha sonrasini gozlemeyin ne menasi var...?
    Fikrimce, her sey aciq askardir, onun senin safligindan istifade etmeyine imkan verme, deyermi sence seni alcaldan, asagilayan, sonra da "seni sevirem" deyen biri ile munasibet surdurmeye ve omurluk onunla aile qurmaga, mence deymez, gozel bacim, Allahi tanimayan insandan yoldas olmaz!
  27. MiFi | 29 sentyabr 2014 10:13 | Status: Şərhçi | Şərh: 154
    salam gözəlim,ilk sevgi əzablı olur.çünki,bu haqda məlumatın olmur.elə bilirsən ondan ayrılsan öləcəksən.amma heçdə belə deyil.bu cür sevgi həmişə səni gözüyaşlı edəcək.günahı da səbəbləri də özündə görəcəksən.indi söyürsə,sabah evlənəndə döyəcək.Ailən də arxanda dayanmayacaq.Ayrılmağın doğrudur və məsləhətdir!Allahdan kömək istə.sənə doğru yol göstərəcək.qarşına ondan yaxşısı çıxacaq.dünyada yeganə oğlan deyil ki...sənə hörmət edən,dəyər verən insanı sev və qiymətləndir.əvvəl özünü sev ki,o da səni sevsin.uğurlar !!!
    Sənə psixoloq və ən əsası bir bacı kimi məsləhət gördüm. 0115
  28. Gulshen. | 29 sentyabr 2014 10:00 | Status: Qonaq | Şərh: 0
    Allah komeyin olsun ,her halda ozun 100 olc, bir bic. Nurus canim ellerine sagliq ,Kimbilir ne qeder yorulmusan
  29. Gule_R_124 | 29 sentyabr 2014 09:14 | Status: Şərhçi | Şərh: 610
    Ayriliq en doqru qerardi..ziyanin yarisinnan
    Donmekde xeirdi.duzdu ayril demey asan.o sozu
    Dile getirende gozlerin dolar.onu yawayacaqini duwunmekse seni honkur honkur aqladar.ama unutmalisa...evvelce kicik weylerden bawla unutmaqa.ozune soz ver.onsuzda yawaya bileceyini inandir ozune.hezin musiqilereyse qulaq asma.ona aid olan her weyi sil heyatindan.inan zamani gelende ne yaxwiki unutmuwam yoluma onunla davam elememiwem,onsuzda meni yari yolda qoyacaqdi deyeceksen.oki qaldi bacini qisqanmaqa bu senin o vaxtki yawinla elaqeli bir weydi.sadece yanliw zamanda yanliw atilan addimlar olub.mennen bu qede)))inwallah heyatinda her wey ureince olar.
  30. nermin 1 | 28 sentyabr 2014 20:30 | Status: Qonaq | Şərh: 0
    ömrünü gelecekde beləsi ilə cürütməkdense ayrılmaq yaxşıdı məncə!necə deyellər o başdan cürüməkdənsə,bu başdan cürüsə yaxşıdı!
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.