Layihələr / Məktub var!

Nə edim ki, yenidən yoldaşım mənə diqqət və qayğı göstərsin ?(Oxucu məktubu)

anonim | 16-05-2014, 15:08
32 543 60

 

1 il yarımdır ailə qurmuşam.
Ilk vaxtlar yoldaşımınn mənimlə münasibəti çox yaxşı idi , ta ki qayınanamın
əsl üzü ortaya çıxana kimi. 2-3 ay keçdi atmacalar başladı, baldızımın  həmişə  anası  öyrədirdi.
Hələ 14 günün gəlini idim qaynanamla baldızım böyük gəlini mənə  pisləyirdilər.
Böyük gəlin 13 ildir ki o ailədədir və xəstəlikdə tapıb, yoldaşımın qohumları da hətta qayınımda etiraf edib ki, gəlinə olmazın zülmlərin verirlərmiş.
Mən nişanlı vaxtında yoldaşımla bir yerə bir gəzintiyə getməmişdim, ailə qurandan sonra da heç yerə tək ikimiz getməmişdik heç yerə.
Bir gün istirahətə gedirdik qaynanam imkan vermədi ki ,tək gedək hazılanırdı o da bizimlə gedirdi. Məni getməyimə peşman etdi, atmacaları kəsmirdi,adamı incidən sözlər deyirdi, hətta qəsdən yoldaşımın yanında elə şərait yaradırdı elə söz deyirdi ki,yoldaşım məni onun yanında pərt edirdi.
Hətta qayınanamla baldızım deyirdi sən arıqsan, əsəbisən sənə hələ uşaq olmaz və eynilə bu sözləri yoldaşım da deyirdi, beləliklə məni Analıq hissindən məhrum etdilər.
Ata evindən tam sağlam gəldim, inanın canımı xəstə saldılar, axırda qayınanam dedi ki, az, sən xəstəsən də elə atan evindən xəstə gəlmisən, yoldaşıma dözmədim, bunu dedim, dedi ki, sən səhv başa düşmüsən anam başqa mənada deyib ,bir gün yenə qayınanam o sözü mənə dedi.
Iyun ayında baldızıma şikayətlərimi dedim, bir də gördüm mənə zəng edib ki, sən kimsənki anamdam şikayət edirsən mənə, mən də  dedim kimi deyim bəs, nə isə söz davası oldu həmin zəngdən sonra zənglər kəsildi.  Birdəfəlik və bizə gəlmədi, adınıda qoydu ki,gəlin ayağımı kəsdi.
Qayınanam bütün günü qızın tərifləyirdi,nə etsəm bəyənmirdi. Bir gün hirsimdən bezdim bıçaq götürdüm ki ölmək istəyirəm Yoldaşımın yanında gəldi bıçağı əlimdən aldı apardı. 15 gün keçdi bıçağı axtardım döşəyimin altından tapdım.
Aparıb ora qoyub. Mən nə  qədər ağladım ki,yoldaşımın dəyişdiyini görüb pis olurdum,birdən otaqda qayınanamın pul kisəsini   gördüm içindən kağızlar düşüb bəlkə məni qınayacaqsınız amma şübhələnmişdim açdım baxdım gördüyümdən şoka düşmüşdüm, dualar idi və kağızda qızılgül üstü şəkərtozlu . Şəkilin çəkdim Bakıya qayıdanda bir axunda oxutdurdum qayınanam yoldaşımla öz arasında şirinlik duası yazdırıb ki bunun sözü keçsin. Dəhşətə gəldim,sentyabrda güclü dava oldu qayınanam yoldaşımı öyrətdi ki anasın atasın çağır, özü de qayınatama zəng eləyib dedi ki, gəlinin deyirki,
siz pissiniz ,məni gözdən salmaq istəyirdi. Yoldaşım özü məni seçib bəyənib alıb, qaynım da öz seçdiyim bəyəndiyin alıb.
Nə isə bir dəfədə mənsiz qala bilməyən yoldaşım atam anama dedi ki, bunu aparın əsəbləri sakitləşsin gələr, mən isə quş kimi civildəyirdim, getmək istəmirdim, anam da halıma baxıb ağladı. 177 boyumla 49 kq. çəkiyə düşmüşdüm.
Getdikcə  yox vəziyyətində idim, qan yox idi bədəndə. Nə isə  ağlayaraq atamgilnən gəldim bir gecə qaldım orda qaynım gəldi apardı anasıgilnən dalaşdi. Yoldaşım da,qaynım da, qayınatamında işini, vəzifəsin dayım vermişdi.
Balaca dayımlada yoldaşım həm dost idilər, həm iş yoldaşı. Qaynanam dava edəndə dedi ki, çörəyimi yeyirsiniz burnunuzdan gələcək, dərinə getsək dayımın çörəyin yeyirəm mən susdum ağladım.
Bir gün yenə hamı yığışdı  getdik bölgələrdən birinə orda qayınanam yoldaşımın yanında başladı məni yersiz danlamağa, mən də dedim ki, sakit səslə birincisi elə olmayıb, yoldaşım məni qaldığımız otağa çağırdı və həmin günü otaqdan çıxmağa qoymadı, gecə otağın yanında hamı deyib gülür qayınanamın qəhqəhəsi qulaq deşirdi.
Mən isə ağlayırdım, yenə burnumdan gətirdilər.
Qayınım arvadı ilə münasibətim çox yaxsşı idi, o da ona olunan zülmlərdən danışırdı mənə . Bir gün saytların birində bir qızla tanış oldum hamiləydi qız və qayınanasından şikayətcil idi smsləşirdik . Dərdləşirdik, toyumuzun bir illiyini keçirtdik yoldaşımla, bunu da qayınanam pozmaq istədi, bu dəfə  alınmadı. Heç zaman telefonuma girməyən yoldaşım bir gecə telefonuma girdi,
mən 3 dəfə intihara əl atmışam.
Inanın bir gün qayınanamgildə gördüım qaynanamın pul kisəsi açıqdır və orda yoldaşımla öz şəklin qoyub.. Şübhələnmişdim ki, ,niyə başqa övladlarının şəkilin qoymayıb. Baxdım gördüm kağızlar, vay təzə  dualar, hətta üzərinə yazılıb ki , şəkər tozu tök  arasına özündə saxla. Bəlkə məni qınayacaqsınız amma şübhə adamı yeyir,hətta ifadə etmək belə çətindir.
Çox haqqsızlılar gördüm,təzə  gəlinliyimdim güzəşt nədi bilmirdilər, nə etdim böyüdüb fil edirdilər, qlobal problemə çevirirdilər. Intim münasibətlərim normal idi, payızda gördüm ki, bir az da olsa yoldaşım düzəlib. Bir gün saytda tanış olduğum qıza qayınanamı təhqir etdim sms-lər yazdım bir ildə ürəyimdə saxladıqlarımı yazdım və gecə yoldaşım mən yatılı  olanda girib telefonuma bu sms-ləri oxuyub.
2 gün gizlətdi zarafatın da etdi, qucaqlayıb yatdı.  Amma 3-cü günü məni namaza göndərib telefonumu gizlin  götürdü getdi .
Yazdığım sms-i hamıya bayraq edib göstərdi, biabır etdi məni. Bəli mən səhv etmişdim yazmışdım ,
Amma ürəyim partdayırdı. Beləliklə, evə gəlmədi güclü stress keçirtdim, səhərisi gün qayınatam zəng elədi ki, atan anan gəlsin veşini yığ get. Sən bizə lazım deyilsən, dünya başıma fırlandı.
Dayım dedi biz qızı gətirib qoymamışıq , gəlib almısınız indidə gəlin özünüz də  burda olun aparaq. Hamı yığışdı ,qayınatam sonda qalmağımı  istədi. Amma  atam dedi, dursun gedək mən bunu eşitdim  yenidən dəhşət stress yaşadım.
Nəhayət, geyindim evdən çıxanda son dəfə  çıxdığımı  düşündüm  . Liftə mindim birinci mərtəbəyə çatanda ürəyim getdi. Həmin gündən ürək getmə xəstəliyi tapdım, yoldaşım mənə xəstəlik verdi. Bədbəxt etdi məni. Ayıldım öz  evimdəyəm özümə gəldim həkimləri gördüm hamı dağıldı getdi .
Yoldaşım gecə gəlmədi .
Evdə yanımda anam qaldı Səhərisi  gün yenə güclü ürək getməsi yaşadım, Ayıldım reanimasiyadayam , yoldaşım yanıma gəldi.  Yanağımdan öpüb getdi və bir daha görmədim onu. Xəstəxanada qalmadım. Ərizə yazdım çıxdım,dalımca anamla dayım gəlmişdi .
Gözlərim yolda idi. Gəldim dayımgilə 4 ay yarım orda qaldım güclü müalicə aldım. Amma tam sağalmadım xəstəliyin fəsadları qaldı.
Ad günümü, bayramları gözüyaşlı keçirdim, Aprel 2014 də qayınatamın evinə gəlsin sözüylə gəldim evimə. Ilk öncə yoldaşım soyuq davransa da indi biraz yaxşıdır. Amma qayğıdan kənardayam, gözümün qabağında anasın qucaqlayır, hamıya canım deyir ,anasın öpəcək-öpəcək.
Mən isə heç  zaman heç nə sübut edə bilmədim.
Tək Allah gördü.
Yoldaşım telefonda duaların şəkillərin görsə də qayınanam dedi ki,  oğlum səninlə yoldaşına şirinlik duası yazdırmışam. Buda onun çıxıs yolu oldu. Guya bizə yazdırıb, özü  də namaz qılandır. Falçı  mollapərəstdir.
Indi mən tək qalmışam qayınım arvadı baldızım qaynanam çox mehribandılar.
Heç elə bil qayınım arvadı bunların arxasınca danışan adam deyil.
Mənimlə salam necəsən və  sağol edirlər.
Belə də  tək qalmışam. Nə edim yoldaşım qayğı diqqət göstərsin mənə ? Bəzən mənə boşan da deyənlər oldu. Amma mən ailəmə geri dönəcəyim günü gözlədim.
Indi hamı bir-biri ilə çox mehribandılar. Mənimlə zəngləşən belə yoxdu. Yoldaşım düzdü biraz öskürüm deyəcək nə olub həkimə gedək filan. Eləki düzəlim məni çox qayğısız, diqqətsiz qoyur.
Anasının  qohumların görəndə elə bil, mən heç yoxam.
Baxmayaraq ona  görə  xəstə düşdüm. Mən onun yoldaşıydım o məni biyabır etməməliydi.
Heç vaxt onu çəkdiklərimə inandıra bilmədim.

Mənə məsləhət verin tək qalmışam.
 
Xanım saytımızın istifadəçilərindəndi  məsləhət verərkən diqqətli olun !
 
Şərhlərinizdə qəlb qıracaq ifadələr işlətməyin. 
 
Redaktə etdi: Alice

  1. lale91 | 18 iyul 2016 17:06 | Status: Qonaq | Şərh: 0
    men sizin yerinizde olsaydim mende falci yanina gederdim dua yazdirardimki onun eletdirdiyi hec bir emel tutmasin.. Allah komeyiniz olsun
  2. milashka_167 | 24 noyabr 2015 09:17 | Status: VİP user | Şərh: 1 464
    Sitat: sarakamil
    Allah kömək olsun
  3. gece-gunduz | 21 sentyabr 2015 22:36 | Status: Gümüş user | Şərh: 1 727
    Sitat: sarakamil
    Allah kömək olsun
  4. Əsmər1 | 16 sentyabr 2015 08:49 | Status: VİP user | Şərh: 1 602
    Dəşət mökəm olun
  5. Purple_Butterfly | 3 sentyabr 2015 15:14 | Status: Şərhçi | Şərh: 146
    Onun butun cadularini mundarlayin, evinizde de seher axsham Ayetel kursu, Nas, Feleq surelerini oxuyun. Umumiyyetle lap internetden Quran surelerini qoyun oxusun evden. InshAllah butun emeller zay olar, xoshbext olarsiz.
  6. Elcin sangu........ | 11 avqust 2015 14:11 | Status: VİP user | Şərh: 634
    Tewekkurrrr
  7. Nagizade.Leyla | 13 iyun 2015 11:10 | Status: VİP user | Şərh: 1 323
    Təşəkkür. ...
  8. Aynar | 1 dekabr 2014 22:04 | Status: Qonaq | Şərh: 0
    Cox pis oldum ele mende eyniyle sizin kimiyem amma menim bir oglum var 10 ayliq sanki oz heyatimi oxudum recourse kas hec olmazsa yoldasimdan bextim getirerdi onda belke doze bilerdim.
  9. Rəvanur | 28 avqust 2014 13:53 | Status: Şərhçi | Şərh: 302
    Sitat: Nara88
    beledeki xanim niye tek olursan?onlari bos ver esas yoldasindi,seni yoldasin tutsa onlarda ayagina gelecek,menim yoldasimin bir bacisi var,oda Bakida yasayir,ozumuz Moskvada,qaynanamgilde rayondadi,yeni dediyim odurki yoldasimin ailesinden kimse yoxdu yanimizda,ve men hecde tek deyilem,size qaynana,baldiz,qayin arvadi cox lazimdi?bow verin onlari,erine yaxin ol vessalam

    Düzdü.Əsas yoldaşınızdı.O əgər sizə yaxındırsa çalışın sizdə ona daha çox qayğı göstərin.Onu öz yaxşılığnla utandlr və yanına çək.O desə brlə di denən hə sən haqlısan ...Bir az özünü ikini planda saxla.Onların acığına yaxşı ol yoldaşınla
  10. sarakamil | 7 iyun 2014 08:39 | Status: Şərhçi | Şərh: 114
    Allah kömək olsun
  11. o.aysel | 5 iyun 2014 13:53 | Status: Qonaq | Şərh: 0
    evvela salam saytda ilk defedi qeydiyyatdan kecdim...duzdu men evli deyilem ama oxuduqca neyin ne oldugunu anlamaq cetin deyil.. her evde bu curune "qaynana-gelin" qisqancliqlari olur deyerdim daha sizde emellice muharibe halindadilarki..ama bu heyatda en boyuk komek sebrdi, sebr edin ve Inwallah birgun sebrinizin mukafatini alarsiz.
  12. heyatim_ve_men | 4 iyun 2014 15:41 | Status: Qonaq | Şərh: 0
    bacim Allah sene sebr versin duzdu kenardan meslehet vermek cox asandi cunki butun bu olanlari sen yasamisan sene meslehetim yalniz bu ola bilerki calis yoldasini qazan o sene qaygi gostermir deye uzaqlasma sen ona bir addim at o sene bes addim yaxin gelecek mende aileliyem evveller meni de qebul etmirdiler amma indi en yaxsi gelinleri menem cunki butun elediklerine dozdum

    Allah sebr versin canim
  13. Nigar_ | 4 iyun 2014 12:16 | Status: Professional user | Şərh: 2 151
    Məktubunuzu oxudum bacım!İndi sizə bir söz deyim:Mən hələ balaca qız olandan eynilə bu cür problemlər bizim ailədə vardı.Amma sizinki ona baxanda bəzəyib toya aparmalıdır.Dua nə bilim nə.Anam dəfələrlə atası evinə qovladılar.Gedib gətirdilər.Amma heç qaynı arvadları da(əmim arvadları)onun tərəfində deyildilər.Hələ sizin yoldaşınız yaxşıdır.Mənim atam anama qışqırırdı.Nə isə xanım...Hər dəfə belə olanda gəlirdim başını qucaqlayırdım ana deyirdim hər şey yaxşı olacaq inan.İnanın çox çətin idi.İndi də xatırlayanda gözlərim yaşarır.Anam saatlarla ağlayırdı belə də ailə oalr deyirdi.Sonra ALLAHA Şükür bir az yaxşılaşdı hər şey.Bir az....Səbirli olun bacım.Mən din adamı deyiləm amma inann bunlar sadəcə ailədaxili problemlərdir.Anlayıram çətindir.Amma artıq hər şey düzəlib,deyilmi?İndi siz də hər kəslə mehriban olun.Nə bilim vaxtınızı gözəl şeylərə sərf edin.Kitab oxuyun.Bacarıqlarınızı inkişaf etdirin.Yazdıqlarınızdan anlaşılır ki gözəl xanımsız.Özünüzə diqqət edin.O duadır cadudur boş-boş şeylərdir.Qoyun qaynananız öz işində olsun,cadu eləsin 21-ci əsrdə yaşayırıq cadu nədir?Güclü ailəyə nə dua çatar nə də cadu.O ki qaldı yoldaşınızın məsələsinə kişini öz tərəfinə çəkməyin min cür yüz cür yolu var:)Sadəcə özünüzü ona sevdirin.Qaynarvadınız da ona görə yəqin qaynananızın ardıyca danışırmış ki sizə tək olmadığınızı göstərsin.Heç nəyə fikir verməyin.Yaşayın.İnşALLAH bir övladınız da olar tamam başınız qarışar.Bu həyat bizə bir dəfə verilir,bacım,onu bu cür mənasız dalaşmalara,davalara sərf etmək bədxərclikdir.Sizə ürəkdən xoşbəxt ailə,gözəl ömür,cansağlığı arzu edirəm.HƏR ŞEY YAXŞI OLACAQ!
  14. Devetsiz Misafir | 31 may 2014 15:55 | Status: Qonaq | Şərh: 0
    can Allaah sebr versin,eqer qaynanaan dua yazdirirsa ,o zamaan sennde. ged yazdir gede. bilmirsense anana de,.Bilisen indi ele zamaanedi ancaq cadu dovru gedir

    xanimlar bowannmaq care deyil,bowanib Alllaah etmesin gedecey ata evine hemin qaynanaa duz qow edeceyki pis yolda idi oqlum dozmedi bowadi,quclu oll...Sen tek deyilsen!!!!!!!!!!!!!!!Duzdu qaynanaam yoxdu,amam yaxwi qadin olub Allah rehmet etsin,sebr ele
  15. fidawkaa | 28 may 2014 18:40 | Status: Qonaq | Şərh: 0
    xanim cox uzuldum

    99% qaynanalar beledi bezen qiz oldugum ucun pewman oluram ki goresen men iye oqlan olmadim bele qaynanalari gorunce mende senin kimi cox eziyet cekmiwem amma daha dunyalar gozeli qizim var indi hecne vecime deyil evvel yoldawimla dalawanda deyirdi ki cixib gedirem cunki menim evimde qalirdi cox eseblewib stress kecirdirdimmmmm ama indi hecne vecime deyil gedeni saxlamzlar daha bundan sora men balam ucun yawayiramm neyse recourse 0109
  16. KasIb qIz | 25 may 2014 03:42 | Status: Şərhçi | Şərh: 255
    Ere getmek aile qurmaq senin sonun deile,Bu ne dusuncedir.Bu qeder haqsizligi zulme ne oturub dozmusen?O veziyyetde senin basina oyun acan insani gozleyirsenki niye gelmedi?Gunah sendedir,ozune hormet et,sonra kenardakilardan telebet etki sene hormet etsinler.Cixartmisan hamini basina indi deirsen men ne edim? Sen o qadini ne qederde pis olsa yoldasinin anasidi tehqir etmemeliydin.Duani tapan kimi yedizdirerdin arvada!.Getdiyin ilk gunen sozuvu deyerdin her kes yerini bilerdi. Neyse
  17. gunew.gunewli | 24 may 2014 11:35 | Status: Qonaq | Şərh: 0
    menimde qaynanam bele idi eynilə mənimdə qaynım arvadı 13 ilin gəlni idi sonradan mən ora getdim, mənim qaynım arvadımın başınada qaynanam oyunlar açmışdı, onu evindən qovmuşdu qaynım arvadı qonşunun evində 3 il yaşadı, amma kiraye kimi, amam kira pulu vermirdi amma həm onun evini qoruyurdu həmdə orda yaşayırdı, 3 ildən sonra özünə bir balaca 5 daş üstə 1 otaq tikdi getdi köçdü əri özü 2 uşaqı orda yaşadı, mən gəlin getdim qaynanamın evinə, qaynanamın oyunları yenidən start götürdü, daha oyunlar qalmadı mənim başıma açdı, mənim ərimdə öz anasını tututdu, heç cürə vəcə gəlmədi,atam evinə köçdüm ərimidə gətirdim ki, ərsiz qalmayım uşaq atasız qalmasın,2 il birtəhər bicur atam evində ərimlə yaşadım dava dalaş qaynanam ərimlə yol tapmışdı ərimi öyrədirdi, ərim mənim atam evindədə dava salırdı,mənim anamda onu qovurdu. ərim mənlədə bəhanəsiz dalaşırdı, sonda özü etiraf elədiki anamı istiyirəm mən anasız yaşıya bilmərəm, çıxdı getdi atasının evinə, axırı 1 uşaqımla boşandım, indidə qaynanm məndən sonra ərimə bir qız aldı, o qızda qoşuldu başqasına getdi, ondan sonra ərim yenədə evləndi, indi təzəlikcə fevralda evlənib, qaynana onlada dava edib, o qadında ərmilə qoşulub çıxıb gediblər evdən, uşaqıda yoxdur hələ, buda mənim taleyim qaynanam məni ərsiz uşaqımıda atasız saxladı, ərimin yaxşı qeyrəti olsaydı çıxıb gedib oturardım onla kiradə, o mama uşaqı kimi anasını istədi
  18. Nara88 | 20 may 2014 13:37 | Status: Professional user | Şərh: 4 263
    gorunur siz cox safsiniz,hemin o sendeki qaynanadan beteri mendede var)ama bu nece ilde hec yoldasima sikayet etmemisem onu,o mene qarsi nese pis reftar eden kimi yoldasim cavabini verirdi yerinde,qaynanamda ele bilirdi oyredirem yoldasimi))neyse bu vaxta qeder bir onu oyrendimki hormet kecmir,hormet etdiyin ele bilir ondan qorxursan,beledeki xanim niye tek olursan?onlari bos ver esas yoldasindi,seni yoldasin tutsa onlarda ayagina gelecek,menim yoldasimin bir bacisi var,oda Bakida yasayir,ozumuz Moskvada,qaynanamgilde rayondadi,yeni dediyim odurki yoldasimin ailesinden kimse yoxdu yanimizda,ve men hecde tek deyilem,size qaynana,baldiz,qayin arvadi cox lazimdi?bow verin onlari,erine yaxin ol vessalam
  19. MELEK_ | 19 may 2014 14:29 | Status: Professional user | Şərh: 3 955
    cooooooooooox, cooooooooooox, uzuldum, Allah komeyin olsun, sebirli haqq bu dunyada olmasa da o biri dunyada mutleq yerini tapacaq...
  20. seva 1515 | 19 may 2014 08:17 | Status: Qonaq | Şərh: 0
    xanminin yasadiqlarini mende yasamisam qaynana ele eclaf faktordu ki,yoldasim meni orta mekteb vaxtindan sevib.meni nece isteyir allah bilir,qaynanam ele olmazin sozler deyirdi ki men sok olurdum, meni deli kimi seven yoldasim mene yaxin bele gelmirdi,mende senin kimi eseb xesteliyi tapdim,2 ay icinde indi ovladim olmur,amma ALLAH uzume baxdi 2 aydan sonra ayri yasadiq,INDIKI QIZLARA MESLEHETIM KIREDE QALIN AMMA AYRI YASAYIN,BIR YERDE QALMAQDANSA EVDE QALMAQ MIN DEFE YAXSIDI,
    KAS ERINIZ INSAN OLARDI SIZ AYRI EVDE QALARDIZ,HEM ESEBLERINIZ SAKITLESER,HEM BIR BIRINIZI DAHA COX GORERSIZ SIZ OZUNUZ YENIDEN SEVDIRERDIZ,NE BILIM,ALLAH KOMEYIN OLSUN
    PIS INSANLARI PIS QAYNANALARI ALLAH TEZ APARSIN KI,DUNEN KI USAGI. GELIN ADLANDIRDIQLARI QIZLARIMIZI DIRI DIRI OLDURMESINLER,
  21. Gunel | 18 may 2014 15:56 | Status: Professional user | Şərh: 4 089
    Sitat: AnonimA
    Gunel xanim,yoldashim ele de gezmeyi sevmir,ishden gelir gedir baga yaxinlariyla domino oynamaga ve gece gelur yatir.Ara sira baga aparir ozuyle.O da ki,ara sira.O ki,qaldi ish gormeye he bunu edirem ,amma aralarinda ne ise danishirlar gulurler men ozumu ora soxa bilmerem sadece kenarda qaliram cix kovreyem deye dolsam da uzumde yalanci tebessum yaradiram.

    Baci mektub qutunu boshalt zehmet olmazsa sene shexside yaza bilim
  22. AnonimA | 18 may 2014 12:51 | Status: Şərhçi | Şərh: 65
    Gunel xanim,yoldashim ele de gezmeyi sevmir,ishden gelir gedir baga yaxinlariyla domino oynamaga ve gece gelur yatir.Ara sira baga aparir ozuyle.O da ki,ara sira.O ki,qaldi ish gormeye he bunu edirem ,amma aralarinda ne ise danishirlar gulurler men ozumu ora soxa bilmerem sadece kenarda qaliram cix kovreyem deye dolsam da uzumde yalanci tebessum yaradiram.
  23. Gunel | 18 may 2014 12:23 | Status: Professional user | Şərh: 4 089
    Sitat: AnonimA
    Gunel xanim evvel ara sira sozumu deyirdim bunlar onda daha da qizisgir daha da ezmek isteyirler.Hele ikiuzluleri gorub lap tek qaldigimi dushunurem.qaynim arvadi her gun onlarin dalinca danishirdi,indi bir yerde olanda qaynanamin bsldizimin agzina girir ele mehribandilar ki,dehshete gelirem.Dunen ad gunundeyik qaynim arvadi menim yanimda bashlayib baldizimi cagirir ki gel gedek sufre ruzek ne bilim bir birine telefonda ne ise gosterib gulurler.Birde yoldashimin emisi gelini o da evvel menimle yaxin idi indi baldizimla qaynim arvadi ve o podruqa olublar bir birinin evine gedirler bir biriyle zengleshirler shehere gedirler meni qatmirlar aralarina.Ikiuzluluk tesir edir


    Seni cox yaxshi basha dushurem baci nece cetin veziyyetde oldugunu dediklerindrn anlayiram.qaynin arvadi mehribanliq edir sende cehd et gordun ish gorurler dur sende qatil komek et shehere gedirler sende yoldashina de sizde cixin gezin.cavansizda bir il yarimin gelnisen gezib goren qayniyib qarishan vaxtindi indi senin.sen yoldashinla mehriban ol her cur onlarda baxib sene paxilliq etsinler.gor havalar nece gozel kecir axsham get de erine cixin gezin gor ne deyir.
  24. AnonimA | 18 may 2014 12:12 | Status: Şərhçi | Şərh: 65
    Gunel xanim evvel ara sira sozumu deyirdim bunlar onda daha da qizisgir daha da ezmek isteyirler.Hele ikiuzluleri gorub lap tek qaldigimi dushunurem.qaynim arvadi her gun onlarin dalinca danishirdi,indi bir yerde olanda qaynanamin bsldizimin agzina girir ele mehribandilar ki,dehshete gelirem.Dunen ad gunundeyik qaynim arvadi menim yanimda bashlayib baldizimi cagirir ki gel gedek sufre ruzek ne bilim bir birine telefonda ne ise gosterib gulurler.Birde yoldashimin emisi gelini o da evvel menimle yaxin idi indi baldizimla qaynim arvadi ve o podruqa olublar bir birinin evine gedirler bir biriyle zengleshirler shehere gedirler meni qatmirlar aralarina.Ikiuzluluk tesir edir
  25. BULUTUM | 18 may 2014 11:47 | Status: Professional user | Şərh: 7 429
    Can baci can Allah seninle olsun.Inwallah evladin olar bawin qariwar.Inanin urek agrisiyla tam oxuya bilmedim.Allah sene rehm edib tezlikle evlad payi versin.
  26. fatiko96 | 18 may 2014 11:06 | Status: Qonaq | Şərh: 0
    Axira kimi oxuya bilmedim Allah bucur qaynanalara lenet elesin

    Sebr ele Allah sebr edenleri sevendir
  27. birdane | 17 may 2014 21:54 | Status: Professional user | Şərh: 3 733
    Sitat: gulcin777
    Allah komeyiniz olsun, meslehet vermek çetindir.

    mencede
  28. Gunel | 17 may 2014 17:34 | Status: Professional user | Şərh: 4 089
    Bacim Lumia sene cox gozel bir shekilde izah edib her sheyi.Dozersen o qaynanaya baldizaki en azinnan erin sene qarahi yaxshi ola er girib otaqda asene urek direk vere en azinnan sevdiyine xatir dozmek olur onda.men basha dushmurem bilirsiz neyi?siz boshayacaqlarindan niye bu qeder qorxursuz axi?eger bu qorxuyla omrunuz boyu yashayacaqsizsa incime baci gec tez onda bu heqiqeten bashina gelecek baxki ondada cox gec olmasin ortada bir iki ushaqda hele bedbext ola biler.Duzdu aile ishi biraz cetin meseledi.Bu yerde esas qerar sizindi amma bacim hec bir halda siz icaze vermemelisizki sizi ezsinler.Sizinde shexsiyyetiniz var haqli oldugun yerde insan kimi haqqini teleb etmeyi bacar etmeyeceksense bax omrun boyu bu belede davam edecek.Men demirem sene get qaynananla dil dil ot yox sadece bezi yerlerde biraz oz sozunude demeyi bacar.O defeki reyimdede yazdim hec sinamadin gedib qaynanala oturib semimi sohbet etmeyi?basha sal o qadina denen ay qaynana size ne etmishemki mne qarshi belesiz?belke derdi var hec siz bilmirsiz?bunuda yoxlamaga calishin en azinnan bunnan size hec bir ziyan gomez mencede.

    Sitat: HESENIM
    gunel xanim bu qizin evi daqilirmise ele qaynanayla dusmen yox dost olmaq lazimdi bu qizin bir sehvini tutsalar bosyacaqlar qiz erin sevir ona gore urek xesteliyi tapib onu itirse pis olar itirmey istemirse dozmelidi yolu yoxdu.elbedt onun da sozunu deye bileceyi vaqxt gelecek ama hele yox haminin eri qaynanasi baldizi ailesi eynio olmur heckim ozuyle muqayise etmesin.ureyinde soysede uzune gulmelidir qisa ve konkret erini isteyirse hec olmasa 1muddet dona girmelidir

    Her defede o ailede boshanmaq qorxusuyla yashayan gelin inaninki hrec boshanmaga imkan vermemish qizi bir teher edecekler aciq shekilde yazmiram dahaki birazda pis olmasin xamim.Her ailede problem olur sozsuz amma her ne olursa olsun haqlidirsa ister qaynana olsun ister baldiz sozunu demelidir!demeyecek bax belede olacaq hemishe birde ayilacaqki evdekilerin hamsi cixib oturublar boynunda ayaqlarinida sallayiblar ashagi.Bele yaxshidir sizce?o xanim o eve gelin olaraq gelibe oda bir evin qizidir oda bir ananin atanin balasidir niye axi qaynanasinin yaninda bashi ashagi olmalidir ne sebebe?indi bir defe sehvdir edib tamomadigi biriyle danishib qaynanasinin unvanina pis sozder deib insandi olumcul sehv etmeyibki.Gerek omrunun sonuna qeder bashina vursunlar bunu?qiz indiden xestelik tapibe onlarin elinden sabah bu qiz ushaga qalsa nece dunyaya getirecek o korpeni dushunmeye bele qorxuram.Oz heyatidir ozu biler amma hec vaxt hec bir qiza meslehet gormezdimki Getdiyi ailede ozunu ezdirsin!
  29. SEVDA | 17 may 2014 16:11 | Status: Nəzarətçi | Şərh: 17 537
    Allah komeyiniz olsun...
  30. AnonimA | 17 may 2014 15:17 | Status: Şərhçi | Şərh: 65
    [quote=Lumia][quote=ehtibar]men sizin yazdiginizla tam razi deyilem sizde duz yazmadiniz aile boyuk olanda ne olarki biz bele duwunuruk deye her wey is gune qalir[/quote]
    Aile boyuk olanda bele problemler olur.Atalar meseledi,el ele sigar,ev eve sigmaz.Indi hansi zemanedi ki,qaynana,qaynata,baldiz,qayinla bir evde yasayasan?Her cehetden ayri ev mutleqdir.22-23 yasinda evlenmesinler,biraz gec evlensinler ozlerine ev-esik duzeltsinler.Telem-telesik evlenirler,sonra da baslayirlar ay ele,ay bele.Uzaq olanda hormetli de olursan.Ne qeder yaxsi qaynana,yaxsi gelin ola,yene soz-sohbet yaranir.Kicik problemlerden de boyuk problemler dogur.Bundan da elave qiz da aile quracagi oglanin xasiyyetine herterefli beled olmalidir.Men ozum yoldasima hele aile qurmamisdan qabaq dedim ki,men aile quracagim kisinin sozu mene qanundu,amma ondan basqa menim isime hec kim qarisa bilmez,vessalam.Yoldasim da bildi isini.Bele de olmalidir.Kimin ne heddine erden basqa qadinin isine qarisa?

    Xanim indi men sesimi cixartsam deyecekler sms de anami tehqir edirsen anam ne edib ki sene melek anam,hele bir dilinde var danishmaga?Yuz faiz bele deyecekler.Ve deyorler ki cuzi sehv etsen boshayacagiq.Butun yaxinlari ile ele can gozumle danishir ki mene gelende dilinde kaktus bitir

    [quote=nurane55]Məktubunuzu axıra qədər oxudum,o qədər üzüldüm ki yaşadıqlarınız,çəkdiklərinizə.Bacım mən bilmiəm sənə necə məsləhət verim,sən getmişdin niyə qayıdırdın bu qədər yaşadıqlarından sonra.kim üçün?Uşağın yox idi,həyat yoldaşın da sənə dəyər vermirdisə.Hələ üstəlik il yarımda xəstəlik də tapdınız.Lazım idi bunlar sənə.Əslində mən boşanmağın tərəfdarı olmamışam.Hamının problemi olur,amma heç olmasa sənə dəyər verən insana görə hər şeyə dözmək olar.Amma bu halda yox.Deyirsən yoldaşım bir az düzəlib,amma mənə diqqət,qayğı göstərmir.Onda belə çıxır ki,üzr istəyirəm,özünə lazım olanda sənin yanına gəlir də.[quote=Lumia]
    Bu mektub menom taleyimdir,men ayri evde yasayiram ,amma 3 gunden bir qaynanam bizde qalir.Hetta 2-3 aydan sonra genish ev tikdirirler qaynimgil qaynatamgil ve biz bir yashayacagiq

    Sozleriniz tesir etdi ele bele cixir ki ozune lazim olanda yanima gelir(((Qaynatam deyir hami bir yasayacaq yoldasim da razidir men ozumu oldursem de yoldasim ayri qalmaga razi olmayacaq.Meni hemishe ayaga verib.Boshanmadim ki atam ne umidlerle gelin kocurdub anam hevesle cehiz verib 1 ilin gelini adiyla geri qayitmayim.
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.