Həyat tərzi / Video

"Nənə, xəstələnmə, sən olmasan anam öləcək" - Video

Aynur_Qurbanqizi | 25-11-2012, 13:00
11 129 110

 

 

   

 

Xalidə ilə ilk tanışlığım Facebookda yaxın rəfiqəsi Səidənin mənə göndərdiyi bu məktubla başladı...

 

"Əliyeva Xalidə Vaqif qızı 1981-ci il təvəllüdlüdür. 2007-ci ildə qripdən sonra virus onurğanın iliyinin 9-12-ci fəqərəyə kimi dağıdıb. Nəticədə aşağı ətrafların (yəni ayaqlar) hərəkəti pozulub, yerimə qabiliyyətini itirmişdir. Diaqnoz – Kəskin meninqoensefomielit qalxan londri iflicidir.
Artıq 5 ildir ki, o yeriyə bilmir. Ev şəraitində müalicə alır. Zamanla Əlillərin Berpa İnstitutunda reabilitasiya keçib və müalicələrin ona cox faydası olub. Artıq o öz əzələlərini hiss etməyə başlayıb. Amma dəridə hələki hissiyat yoxdur. Lakin onun maddi imkanı artıq ona imkan vermir ki, öz mualicəsini davam etdirsin.  Hal-hazırda xəstədə dərin yataq yaraları var və ev şəraitində həmin yaraların müalicəsi aparılır. Müalicə və reabilitasiyaya ehtiyacı var.

Xalidənin 7 yaşında qızı var. Artiq 5 ildir ki qızı ana qayğısından, nəvazişindən və sevgisindən məhrumdur. Bu il qızı 1-ci sinfə gedir. Gəlin birləşək və anasına qızının əlindən tutub məktəbə aparma arzusunu reallaşdırmağa kömək edək.

Xahiş edirik bu məlumatı öz yoldaşlarınızla da paylaşın.. Allah Rizası üçün sizin də bu xeyirli işdə savab payınız olsun..."
 

 
Bu məktubu olduğu kimi saytda paylaşa bilərdim. Amma ona daha çox kömək etmək istədiyim üçün Xalidə ilə yaxından tanış olmaq istədim. Səidə və Xalidənin iş yoldaşı xanımla görüşüb onlara yollandıq. Kasıb bir məhəlləda qalan Xalidənin evinə çatmaq üçün maşının belə hərəkət edə bilmədiyi daşlı-torpaqlı yollardan birtəhər keçib ünvana çatdıq. Bizi üzündən nur yağan zəhmətkeş, əlləri qabarlı Mehriban ana qarşıladı. Daha sonra Xalidə təkərli əlil arabası ilə otağa daxil oldu. O qədər optimist idi ki, mən onun bu dözümlülüyünə, həyat eşqinə sadəcə heyran qaldım.
 

 
 Amma nə qədər deyib-gülsə də, müsahibə zamanı içindəki o kədəri, acını gizlədə, göz yaşlarına hakim ola bilmədi... 
 

 
İllər öncə bir yerdə qərar tutmayan, iş yerində qoçaqlığı ilə ad çıxaran Xəlidə düz 5 ildir oturaq həyata məhkum olunub. Ailə qurub xoşbəxt olmaq istəmişdi. Hamiləliyini öyrənəndə, körpəsi dünyaya gələndə ondan xoşbəxti yox idi. Ona sevinc gətirdiyi üçün qızının adını da Sevinc qoydu. Amma o, körpəsini sevnclə, sevə-sevə böyüdə bilmədi. Başına bu bədbəxt hadisə gələndə körpə qızının cəmi 2 yaşı vardı. Və düz 4 il o balasından ayrı qaldı taki qızı 1-ci sinifə gedənə kimi... Bu ildir qızı yanındadır, hər gün onu məktəbə apara bilməsə də, qızının dərsləri, tərbiyəsi ilə özü məşğul olur. Bir çox övladını atan analardan fərqli olaraq, o oturaq həyata məhkum olunsa da balasından imtina etmədi... Həyatyoldaşı da ondan imtina etməyib. Düz 5 ildir ki, ayrı-ayrı yaşasalar da, yoldaşına tez-tez baş çəkir, ona mənəvi dayaq durur. Hər ikisi ümid edir ki, bir gün həyat Xalidənin üzünə güləcək, ayağa qalxacaq balasının əlindən tutub öz evinə, ailəsinə dönəcək. Hazırda isə ona anası baxır. Ananın nə qədər müqəddəs olduğunu Xalidənin anasının, mehriban xanımın timsalında bir daha anladım.
 

 
Təsəvvür edin, bu qadın səhər tezdən qalxır, nəvəsini məktəbə yola salır, Xalidənin yeməyini, çörəyini verir, sonra işə gedir, işdən qayıtdığında yenə başlayır Xalidə ilə məşqul olmağa. Onun arabada oturmaqdan əmələ gələn yaralarını təmizləyir, kompress qoyur, daha sonra 2 saatlıq idman məşğələləri başlayır. Düz 1 saat o başa-bu başa onun əlindən tutub yeridir. (Qollarının gücü sayəsində durub ayaqlarını hərəkət etdirə bilir, amma dizlərini bərkidə bilmir, yani ayaq ustə diyana bilmir) Bu bu cür xəstələr üçün çox vacibdir, əks halda ümumuyyətlə arabada da otura bilməzlər.
 
 

 
 Sonra həyat yoldaşı gəlir, onunla birlikdə Xalidəni qucaqlarına alıb qapıdakı turnik dayaqdan asırlar. Yəni Xalidə sağalmaq üçün həm də bir az asılı vəziyyətdə qalmalıdır. Ondan sonra masaj başlayır. Ana qızının ayaqlarını qızarana qıdır masaj edir. Bax, bir ana düz 5 ildir hər gün bu işləri yorulmadan təkrarlayır. ((Təki qızı yaşasın, sağalsın istəyir fadakar ana... Müsahibə zamanı (videoda izləyəcəksiz həmin anı) Xalidə dedi ki, bir dəfə anası xəstələnibmiş.
 
 

 
Bunu görən balaca qızı qaçıb nənəsinin yanına və ağlaya-ağlaya onu silkələyib ki, sən xəstələnmə, sən ölsən anam da ölər... Bəli, anası olmasa Xalidə də olmaz. Çünki, onun təbii ehtiyacları, çimizdirilməsi, geyinməsi hamısı anasının köməyi ilə olur. 
 

 

 

Xalidənin çimdiyi hamam... Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün hamamı təmir etdirə bilmirlər


 Uzun-uzadı yazmaq istəmirəm. Xalidə ilə sohbətimizi video-dan izləyəcəksiniz. Xalidənin sağalması müalicə ilə mümkündür. Xarici ölkələrdə (Türkiyə, Rusiya, Almaniya) bu xəstəliyin daha tez və effektli müalicəsi var.  Amma bunun üçün ona 30 min manat lazımdır. 3 min nəfər cəmi 10 manat ödəsə, Xalidə bu əzablardan qurtular, o balaca qızcığazı, o fədakar ananı nə qədər xoşbəxt etmiş olarıq. Gəlin, hər birimiz gücümüz çatan qədər ona yardım edək. Bəlkə çoxlarınız az pul odəməkdən utanır. Xeyr, qeyd etdiyim ki, cəmi 10 manat da onu xilas edə bilər. Bunun üçün aşağıdakı hesab nömrələrini bir vərəqə yazıb yolunuzun üstündəki istənilən banka daxil olur və kimin nəyə gücü çatırsa o pulu ödəyirsiz. Siz ödəyin və öz insanlıq borcunuzdan çıxın, qəlbiniz və vicdanınız rahatlasın. Sonra nə olar, o artıq Allahın işidir...
 
Banka gedə bilməyənlər aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.
 

 

Azadqadin.az saytını izləyərkən.

Söhbət zamanı məlum oldu ki, Xalidə də saytımızn gündəlik izləyicisidir. Onun saytda ən xoşladığı bölmə psixoloq məsləhətidir. Psixoloji xəbərləri daha çox oxuyur.

 

 

 

 
 
 Hesab nomrəsi:
 
001-018-24-1-0000381.13

Access Bank Hesab: Əliyeva Xalidə Vaqif qızı

018 0000 18715 Xalidə Əliyeva

002 0001 63499 Mehriban Əliyeva

 
Əlaqə telefonları:

Ev tel. (012) 477 66 28

Mob. (055) 679 34 95 (atası Vaqif)

Mob: (055) 923 93 77 Saida Axmedova

Rəfiqəsi Səidənin bizə yığılan pullarla bağlı verdiyi HESABAT

İndiyədək yığılan və xərclənən pullar barədə qisa məlumat vermək istərdim. Yəqin çoxlarına maraqlı olardı görəsən bu aylarda nə qədər yığılıb, nəyə xərclənib.. deməli:
 
cəmi yığılıb 1840 m
 
845 manat - menim hal-hazirki iş yerimdən, eyni zamanda Xalidənin köhnə iş yeri sayılır;
 
945 manat - fb sayəsində burda paylaşmaqla dost-tanışdan və tanımadığımız insanlardan yığılıb.
 
Ümumi məbləğin 518 manatı may ayindan indiyədək müayinələrə, müalicələrə, həkimlərə, bəzi sənədlərin tərcüməsinə xərclənib.
Cəmi 1322 manat qalıb hal-hazırda.
 
May ayında kömək üçün bu facebook səhifəni boyük ümidlərlə acmışdım. Çünki Xalidəyə xaricdə ilkin reabilitasiya keçmək üçün 20 000 manat lazım idi. Düşünürdüm ki, 2000 adama 10 manatdan yığsaq, 20000 manat tez bir zamanda yigilardi. Baxmayaraq ki 4000-dən artiq fb istifadecisine bu barede melumat gedib, amma umumilikdə cəmi 62 yerdən yardım gəlib... DAVAMI GƏLSİN İNŞALLAH.
İndiyədək maddi və mənəvi dəstək olan hər bir kəsdən ALLAH razı olsun. Allah əvəzin versin İNŞALLAH.
 
Facebookda Xalidənin adına açılmış qrup
 

 

 

 

 

O sizin köməyinizi gözləyir!

 

Aynur Qurbanqızı

 

Saytımızın dəyərli üzvləri, bəziləriniz necə kömək etməklə bağlı mənə ismarıc yazırsız.

Vaxtla bağlı ola bilər sizə cavab yazmaqda gecikim, bu məsələ ilgili Xalidənin rəfiqəsinin saytdakı bu profilinə ismarıc yaza bilərsiz. O sizlə özü də görüşə bilər.

 


H.Fidan. | 8 yanvar 2013 11:20 | Status: Şərhçi | Şərh: 205
ALLAHsebr versin,komeyi ollsun.
A.Saida | 31 dekabr 2012 17:09 | Status: Şərhçi | Şərh: 57
her kese salam, evvela her birinizi Dunya Azerbaycanlilarinin Hemreylik gunu munasibetile tebrik edirem.
Bir elani nezerinize catdirmaq isteyirem:
Xalide gelen ay berpaya getmelidi Inwallah. Reabilitasiyadan once muayinelerden kecmelidi. Mualicesine ve berpada qaldigi muddetde mewqlere,masajlara ve s. xerci cixacaq. bir az da PUL toplamaq lazimdi. Bizim desteyimize ehtiyaci var.
PrEnSeS_ | 29 dekabr 2012 07:47 | Status: VİP user | Şərh: 554
amin
A.Saida | 28 dekabr 2012 16:06 | Status: Şərhçi | Şərh: 57
Amin. maddi yardima ehtiyac var xanimlar. imkaniniz catan qeder here bir az yardim etseydi muayinelerden kecmeye komek ederdik.
Aliyeva | 28 dekabr 2012 15:04 | Status: Yazar | Şərh: 4 036
Allah komeyi olsun
A.Saida | 26 dekabr 2012 14:29 | Status: Şərhçi | Şərh: 57
salam sayt istifadecileri. coxlaarimiz bayrama ne planlar quraq deye arzuladigimiz vaxtda Xalide ayaga qalxmaq barede arzulayir. hec olmasa bayram qabagi sevindirek Xalideni. kimin imkani neye catir gelin birlewek bacardigimiz qeder birlikde toplayaq meblegi. xahiw edirem bigane yanawmayin. :n11:
vera | 22 dekabr 2012 20:06 | Status: Qonaq | Şərh: 0
cox demirem her bura giren sexs 5 manat xanimin hesabina kocurse cox komeyimiz olar.

men yardim etmek isdeyirem sesime ses verin meherlemlik ayinda hec olmasa 1 allahin quluna komek edek qizi yaziqdi
romantika7070 | 19 dekabr 2012 11:48 | Status: Şərhçi | Şərh: 175
Allah köməyi olsun. bütün xəstələrə şəfa versin o, da içində AMİN
Listen to you heart | 16 dekabr 2012 13:29 | Status: VİP user | Şərh: 805
Allah sefa versin
A.Saida | 15 dekabr 2012 23:32 | Status: Şərhçi | Şərh: 57
AMIN xanimlar. yardim etmek istesez burda mene yaza bilersiz.
B_R | 15 dekabr 2012 20:20 | Status: VİP user | Şərh: 971
ALLAH WEFA VERSIN
elnare terlan | 15 dekabr 2012 09:15 | Status: VİP user | Şərh: 1 407
allah yar ve yardimcilari olsun amin
A.Saida | 12 dekabr 2012 23:13 | Status: Şərhçi | Şərh: 57
Könüllü sədəqə
Könüllü sədəqəni, çox vermək müstəhəbdir. Uca Allah buyurur: "Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir, (buna layiq olanları) biləndir".
A.Saida | 3 dekabr 2012 17:09 | Status: Şərhçi | Şərh: 57
AMIN! amma adeten imkanlilar yox imkansizlardi yardim eden. imkanlilarin bawlari cox qariwiq olur ...
Gulnare3 | 30 noyabr 2012 19:02 | Status: Şərhçi | Şərh: 160
Allah komeyi olsun
A.Saida | 29 noyabr 2012 12:26 | Status: Şərhçi | Şərh: 57
rufetВ ehmed,
AMIN, cumlemize. olenlere rehmet, qalanlara can sagligi...
rufet ehmed | 29 noyabr 2012 11:22 | Status: Gümüş user | Şərh: 1 391
allah komey olsun cox uzuldum
A.Saida | 28 noyabr 2012 11:46 | Status: Şərhçi | Şərh: 57
Xalidenin 6 ile yaxin ezab-eziyyetinin sona catdirilmasinda komek etmek isteyenlerin nezerine :

-Yardimizini ya bank hesabina kocurmekle
Hesab nomrəsi:
001-018-24-1-0000381.13
Access Bank Hesab: Əliyeva Xalidə Vaqif qızı
018 0000 18715 Xalidə Əliyeva
002 0001 63499 Mehriban Əliyeva

- ya da negd vermek istesez Xalidenin ailesi elaqe saxlaya bilersiz.
Əlaqə telefonları:
ev tel. (012) 477 66 28
Mob. (055) 679 34 95 (atası Vaqif)

- ve ya burda mene muraciet edib uygun vaxtda-uygun yerde goruwub bizlerden birine catdira bilersiz.
(055) 923 93 77 Saida

Allah hamimiza komek olsun.
M.M... | 28 noyabr 2012 01:04 | Status: Professional user | Şərh: 1 740
Allah komeyi olsun tezlikle sagalsin InsAllah anasinada cansagligi versin. Amin.
memmodova tahire | 27 noyabr 2012 20:49 | Status: Şərhçi | Şərh: 123
Allah komek elesin.Gozlerim doldueeeeeeeeeeeeeeeeeeeeeee
ruzgargulum | 27 noyabr 2012 20:36 | Status: Brilliant user | Şərh: 2 493
Allah komeyi olsun
Nika b-va | 27 noyabr 2012 20:03 | Status: Qonaq | Şərh: 0
Allah shefa versin
tsk
Gulsen Raufqizi | 27 noyabr 2012 18:20 | Status: Şərhçi | Şərh: 414
Allah sebr versin,Insallah
A.Saida | 27 noyabr 2012 16:55 | Status: Şərhçi | Şərh: 57
AMIN
Feriha. | 27 noyabr 2012 16:54 | Status: Professional user | Şərh: 4 746
Sitat: Decel
ALLAH komeyi olsun insALLAH pulda yiqilar ayaqada qalxar

amin
A.Saida | 27 noyabr 2012 16:45 | Status: Şərhçi | Şərh: 57
Inshallah xanimlar, amma tek Inshallah demekle de pul yigilmir. gucunuz catan qeder 5-10 manatdan yigiwsaq dama-dama gol yarada bilerik Allahin izni ile. desteyinize ehtiyacimiz var.
ne sulainiz olsa mene yaza bilersiz.
Princess_93 | 27 noyabr 2012 16:25 | Status: Brilliant user | Şərh: 5 877
Allah wefa versin
ayka22 | 27 noyabr 2012 15:59 | Status: VİP user | Şərh: 75
allah sefa versin
A.Saida | 23 noyabr 2012 15:45 | Status: Şərhçi | Şərh: 57
İNFAQ - SƏDƏQƏ[/b]
[b]Bolluqda da verin, darlıqda da. Hətta, işini bilənlər, daha çox möhtac olduqları zaman infaq edərlər. Vermək üçün zəngin olmağı gözləyənlər deməli heç vaxt verə bilməyəcəklər. Darlıq əsnasında verə bilməyənlər zənginlikdə heç vaxt infaq edə bilməzlər. Həm də, zəkat verməyin malı çoxaltdığına iman edənlər özlərinin ən möhtac olduqları zamanda infaq edərlər. Bilər və inanarlar ki, verdikləri onlara qat-qat geri qaytarılacaqdır.


bes siz neyi gozleyirsiz ? omrumuz ele de uzun deyil. gelin bu bize verilen omru daha semereli, daha faydali yawayaq. Allah her weyi goren ve bilendir. qarwiliqsiz qoymaz INSHALLAH[b]
A.Saida | 22 noyabr 2012 21:03 | Status: Şərhçi | Şərh: 57
İmam Sadiq (ə): В«Heç vaxt yaxşı əməli kiçik sayma. Çünki sabah (Qiyamət günü) sən onu görəcəksən və o? səni şad edəcək.В»

Siz de duwunmeyin ki - vereceyim cuzi yardim neye yariyacaq?? mutleq her iki terefe xeyri olacaq. teki temiz qelble olsun bu yardim etmek isteyi. gelin birlikde o aileni sevindirek Allahin komeyi ile. Sevince saglam ana ile gezmesine yardim edek.