Səndən sənin üçün vaz keçirəm...
Bir maraq ilə başladı hər şey...
Sadə bir söhbət,boş vaxtın keçməsi üçün soruşulan bir sual və maraqlı bir təklif....
Hər şey elə bu təklifi həyata keçirməklə başladı...
Almira,Hande,Sun və mən söhbət otağında idik...
Mən bir an Mənə kimin gözəl bir film adı deyəcəyini söylədim.
Bu an Almiram Umut filimi təklif etdi və səhəri gün bu filmi izləmək üçün axtarışa keçdim...
Sadəcə ilk başdan bir iki söz oxudum Səndən Sənin üçün vaz keçirəm.
Fikirləşdim ki,yəqin bu sevgi məhəbbətlə bağlı bir filmdir...Amma...
Film haqqında çox məlumat verə bilərəm sadəcə sizin üçün marağı qalsın deyə qısa bir məlumatla kifayətlənəcəyəm və inanın ki,bu filmə baxıb ağlamayan insanın insanlığına şübhəm olacaq.
Çünki insanın qəlbinə toxunan xüsusi bir sevgidən bəhs olunan bir filmdir.

Film haqqında ümumi qısa məlumat
Uzun illər xaricdə həbsdə olan Yılmaz kəndə döndükdə ailəsinin parçalanmış halda tapır və oğlu ilə arasında olan iplər qopmuş,bir-birindən tamam uzaqlaşmış 2 yad insan kimi olmuşlar.Amma sanki tale onlara ən böyük oyunu oynamaq üçün birləşməklərini gözləyirmiş.Elə bir hal gəlir ki,Yılmaz oğlu Ümidi tamamilə itirmək vəziyyətinə gəlir.Yılmaz Ümid üçün hər yolu axtararkən özünü bir can satışında tapır və beləcə o seçim qarşısında qalır ya öz canı ya oğlu....





