Həyat tərzi / Video

Bakıda bir ailədə 8 uşağı tək başına 329 manata necə saxlamaq olar?

Aynur_Qurbanqizi | 6-02-2020, 15:51
198 0
Azadqadin.az-a verilən məlumata görə, 8 uşaqlı tənha ana 329 azn sosial yardım alır. Nəzərə alsaq ki, 2019-cu ildə yaşayış minimumu bir uşaq üçün 160 azn müəyyən olunub, 329 manatla 8 uşaq saxlamağın mümkünsüz olması göz qabağındadır. 
Maddi gəliri aşağı olduğundan çətinliklərlə üzləşən ailə Xətai rayonu 33 saylı seçki dairəsindən millət vəkilliyinə namizəd Fuad Abbasova müraciət edib. 
Seçiciləri ilə tez-tez görüşən Fuad Abbasov bu ailədə də qonaq olub, onların dərdlərinə şərik çıxıb. 
Azadqadin.az ailənin vəziyyəti ilə bağlı videonu sizə təqdim edir: