Həyat tərzi / Video

Xocalı faciəsi - içimizdəki 20 illik ağrı

Terane | 26-02-2012, 12:30
3 827 65

XOCALI FACİƏSİ

 

 

 

 

 

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 83-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı soyqırımı", "Xocalı faciəsi" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (en. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.Xocalı strateji hədəf kimi

7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada arxitektur abidələr – dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş bəzi azərbaycanlı ailələri şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi.

 

 

Şəkillər çox saytlarda yayımlandığından şəkillər yox videolar təqdim edəcəm 

 

Xocalı şahidlərin dilindən 

 

 

Bütün bunları lentə alan isə MİLLİ QƏHRƏMANIMIZ ÇİNGİZ MUSTAFAYEV  var idi.Yaxşı ki, var idin yoxsa bugunku gündə dəhşəti ,faciəni  hec neyi sübut edə bilməzdik.

 

 

 

ABŞ küçələrində

 

 

 

 

 

 

 

Washington metrosunda

 

 

 

 

Böyük Britaniya London

 

 

 

Strasburq

 

 

 

 


Bakımızda

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bugün isə Xocalıya ədalət üçün Türkiyədə İstanbulun mərkəzi Taksimdə "Xocalıya ədalət üçün Taksimə gəl"adı altında Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı mittinq keçiriləcək 

 

 

Taksimdən görüntü


 

 

 

 

Bura azxəbər.com un baş redaktoru Hacıbəy Heydərlinin gecə Taksimdə ən son hazırladığı eləcə də türk qardaşlarımızın bizə dəstəyini göstərdiyi sujeti də əlavə etmək istədim.Qeyd edim ki,bu mittinq Türkiyədə son 10 ildə ən güclü aksiya olacağı deyilir.

 

14 dildə Xocalı dünyaya tanıdılır 

 

 

Bu gün Xocalıda kimlər yaşayır və nə ilə məşğul olur? 

Dağlıq Qarabağ şəhəri Xocalıda sakinlərin kütləvi şəkildə öldürülməsinin 20 illiyi bu həftə qeyd olunur. BBC-nin Dağlıq Qarabağa ezam etdiyi müxbiri Xocalıda olub, əhali ilə söhbət edib. O deyir ki, indi bu şəhər İvanyan kimi tanınır.
Videoda onun Xocalıdan çəkdiyi görüntüləri izləyə bilərsiniz.


Onun daha ətraflı video reportajını isə yaxın günlərdə BBC Azərbaycanca-nın saytında izləyə bilərsiniz.

 

 

Bunu  mütləq dinləyin

[media=http://www.youtube.com/watch?v=xITS_4CPseA]

 

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN ! 

#601;f#305;, gild#601;nt

Zulya | 2 may 2014 17:57 | Status: Gümüş user | Şərh: 1 640
Sitat: Melek_1
allah rehmet etsin butun sehitlere smile
Hande 18 | 5 iyul 2013 00:43 | Status: Professional user | Şərh: 3 302
allah rehmet etsin butun sehitlere nn3
Melek_1 | 16 iyul 2012 18:49 | Status: VİP user | Şərh: 1 002
allah rehmet etsin butun sehitlere smile