Həyat tərzi / Video

Avropanı bəyənməyən azərbaycanlılar baxsın və utansın! - VİDEO

Azadqadin.az | 8-03-2014, 08:07
4 108 26
 Avropanı bəyənməyən azərbaycanlılar bu videoya baxsın və utansın!
 

 


Demək, bir neçə gün öncə Space-də üz-üzə verilişində idim. Mənim qadın haqları müdafiəsi ilə bağlı fikirlərimə orada ekspert kimi iştirak edən hüquqşunas (adını unutmuşam, fotolardakı şəxs) pafoslu şəkildə "Yox, qadın kişinin qabağında həmişə susmalıdır, ondan bir pillə arxada dayanmalıdır. Sizin kimilər qadın-kişi bərabərliyini söyləməklə avropa əxlaqsızlığını yayırsınız" və s. məntiqə uyqun olmayan fikirlər söylədi. Onun kimilərə bu videoya baxmağı məsləhət görürəm. Bu gizli çəkiliş zamanı üşüyən uşağa qarşı insanlıq nümayiş etdirən sizin əxlaqsız dediyiniz Avropa, bir də insanların xoşbəxtliyini əlindən alan bəzi mənasız mental dəyərləri müdafiə edən Azərbaycan! Əvvəlcə, insan olmağı öyrənin! İnsanlığın ölkəyə, irqə, rəngə, dinə, bir sözlə heç nəyə dəxli yoxdur!

 

 

Verilişə baxmayanlar üçün bir də onu qeyd edim ki, bu hüquqşünas bəylə daha bir toqquşmamız onun efirdə tez-tez arvad sözündən istifadə etməsi idi. "Arvad belə gəldi, arvadlar belə getdi"... Axır dözməyib dedim ki, bəlkə arvad sözünü qadın ya xanım ifadəsi ilə əvəz edəsiniz? O isə, bildirdi ki, qanunlarda rəsmi şəkildə rəsmi şəkildə arvad sözü var. İşinə yarayanda qanunlara müraciət edirlər, amma həmin qanunlarda "qadın və kişinin huquqları bərabərdir" bəndini görməməzlikdən gəlirlər. Görəsən, efirə ekspert qismində çıxarılan və fikirləri ilə cəmiyyətə mesaj ötürməli olan bu kişilər niyə qadınların yüksəlməsinin əleyhinədir. Olmazmı, "biz kişilərdən aşağı qalın" demək əvəzinə, "bizimlə bərabər inkişaf edin" söyləsinlər?! Bu o deməkdir ki, onlar ağıllı, güclü qadınlardan qorxurlar! Qadın gücləndikcə haqsızlıqlara qarşı mübarizə aparacağından naharatdırlar. Onlara kölə kimi əzilən, döyüldükcə susan qadın lazımdır!

 

Aynur Qurbanqızı

 

 


Nergiz love | 26 mart 2015 18:41 | Status: Professional user | Şərh: 7 871
Sitat: Aynur_Mezahirli
Bu videonu gormusem, mende olsam komek ederdim. Tewekkurler Aynur xanim...
vanessa | 6 avqust 2014 14:54 | Status: Qonaq | Şərh: 0
Alqislar Aynur xanim, 0137
Kisilerin eqoistliyi bundadir ki,onlar bizden bir addim onde olmaq isteyirler,amma biz eyni pillede durmaq isteyirik
Gulshen. | 30 mart 2014 18:36 | Status: Qonaq | Şərh: 0
Heqiqetende Allah qelbimizi dondurmasin
GUN77 | 10 mart 2014 11:15 | Status: Şərhçi | Şərh: 460
ne deyim bilmirem dogrusu bizim muselman millete bax 
muselman olmayan xristian millete bax
pirenses | 10 mart 2014 00:13 | Status: VİP user | Şərh: 1 397
SOZ TAPA BILMEDIM..VALLAH..ALLAH BIZIM MILLETIN UREYINE REHM VERESIN..
Lumia | 9 mart 2014 20:17 | Status: Professional user | Şərh: 5 378
Avropani onagore beyenmirik ki,biz hemise Avropanin harda pis xususiyyetleri var onu gotururuk.Amma Avropada qanunlarin aliliyini,qorunan insan haqqlarini,sosial rifahi,medeni inkisafi nedense gormuruk ve ya gormek serf elemir.Her eybimizi atiriq Avropanin ustune.Rusvetxorluq,firildaqciliq,deleduzluq,fahiselik muselman olkelerinde daha coxdur.Niye?Onagore ki,acliq ceken,ehtiyac icinde olan muselmandir.Qarni doysa da,gozu doymayan da muselmandir.Dili ile komeye sesleyen insanlarin harayina catan yoxdu bizde,qaldi ki,usuyen usaga yardim etsinler.Neyi qoyub,neyi axtarirsiz. 

Sitat: ALLEGRETTO
AXMAQ AXMAQ  VİDEOLARDAN BAŞQA  ƏLLƏRİNDƏN BİR İŞ GƏLMİR ..ELƏ  AVROPA  SEVƏNSİNİZSƏ  ..ANDREY BREYVİKDƏNDƏ  YAZINDAA..3- 4 İL ƏVVƏL  AZ  QALA 70 -Ə YAXIN GÜNAHSIZ  İNSANI  SNAYPER TÜFƏNGIYLƏ  QƏTLƏ  YETİRMİŞDİR

 
Bele hadiseler her olkede bas vere biler.Her yerde psixopat,manyak,sizofren tebietli insanlar var.Dovlet insanlarin beynine nezaret eleyesi deyil ki.Andres Breyviki qoyaq kenara,bizde de Ferda Qedirov ADNA-ya girib 12-13 nefer gunahsiz adami,milletin ziyalisini,geleceyin mutexessisini gulleledi.Facieden 10 gun sonra da arsiz-arsiz gul bayrami kecirildi,etiraz elemek isteyenleri de tutub basdilar iceri.Her il xeberler 2-3 deqiqelik sujetle camaatin yadina salmasa,hec kimin yadina da dusmez o qetliam.Oz gozumuzde tiri gormuruk,Norvecde tuk axtaririq.
ALLEGRETTO | 9 mart 2014 15:13 | Status: Gümüş user | Şərh: 2 218
AXMAQ AXMAQ  VİDEOLARDAN BAŞQA  ƏLLƏRİNDƏN BİR İŞ GƏLMİR ..ELƏ  AVROPA  SEVƏNSİNİZSƏ  ..ANDREY BREYVİKDƏNDƏ  YAZINDAA..3- 4 İL ƏVVƏL  AZ  QALA 70 -Ə YAXIN GÜNAHSIZ  İNSANI  SNAYPER TÜFƏNGIYLƏ  QƏTLƏ  YETİRMİŞDİR  ..ÖZ  DƏ  BELƏ  TƏRİF ETDİYİNİZ  NORVEÇDƏ .. BU  QATİLƏ  ÖMÜRLÜK CƏZA  VERDİLƏR  AMMA KOMFORT ŞƏRAHİTDƏ  TÜRMƏ  HƏYATI  KEÇİRİR ..RAMİL  SƏFƏROV MACARISTANDA BİR  ALÇAQ  ERMƏNİ BAŞI  ƏZDİYİNƏ GÖRƏ  ÖMÜRLÜK  HƏBSƏ MƏHKUM OLUNMUŞDU  TƏK ADAMLIQ  KAMERADA  8 İL  HƏYATINI  ÇÜRÜTDÜLƏR ..KİMİ  KİMƏ  ÖRNƏK  TUTURSUZEE  ÜZR  İSTƏYİRƏM YERİ  GƏLƏNDƏ HƏR CÜR  ƏXLAQSIZLIQ  AVROPA  ŞƏRAİTİNDƏ  İNKİŞAF EDİR VƏ  BÜTÜN DÜNYAYA  YAYIRLAR ƏN ÇOXDA  MÜSƏLMANLAR  ARASINDA  YAYMAĞA  ÇALIŞIRLAR .. AVROPADA  AİLƏ  DƏYƏRLƏRİ  MƏHV OLUR  GEDİR  ADINI DA DEMOKRATIYA  QOYUBLAR  ƏSLİNDƏ  ƏXLAQSIZLIQ!. 
sarakamil | 9 mart 2014 14:59 | Status: Şərhçi | Şərh: 114
utandim lap 
bayaz gulum | 9 mart 2014 01:53 | Status: VİP user | Şərh: 1 050
Sitat: leyla meherremova
İnsanlar çox laqeydləşib,uşağa baxan da olmadı, ancaq bir çılpaq qadın ayağı görsəydilər, yaxudda kimsənin qüsurunu, 2 göz də satın alardılar...
 
 
Həmişə deyirlər Azərbaycanlılar qəlbi yumşaqdı, qonaqsevərdi, ancaq nədənsə heç vaxt belə sınaqlardan üzüağ çıxmırlar...

duzdu
LARA SOFI | 8 mart 2014 23:55 | Status: VİP user | Şərh: 735
heqiqetende cox utac vericidir
Nara88 | 8 mart 2014 22:34 | Status: Professional user | Şərh: 4 253
Sitat: Nailya
Nailya             №:16 | Bu gün, 20:14 | Status: VİP user | Şərh sayı: 1933 uzağa niye gedirsiz?gör neçe gündür Ayan A-va adlı userin rehmete getdiyini  werhlerden oxudum.hanı onun özüne yaxin bildiyi refiqeleri???bir dene ona göre xeber hazırlaya

 aaa dogru???((ozunu tanimirdim ama serhlerinden taniyirdim(((ne olub neden rehmete gedib?((cox uzuldum((
yunisella | 8 mart 2014 22:21 | Status: Şərhçi | Şərh: 298
Men hec bir soz tapmiramki yazam duz soze ne deyesenki.....
SEVDA | 8 mart 2014 20:14 | Status: Nəzarətçi | Şərh: 17 439
uzağa niye gedirsiz?gör neçe gündür Ayan A-va adlı userin rehmete getdiyini  werhlerden oxudum.hanı onun özüne yaxin bildiyi refiqeleri???bir dene ona göre xeber hazırlaya bilmediler???
nergiz_zz | 8 mart 2014 19:00 | Status: Professional user | Şərh: 3 814
ƏLLƏRİNİZ AĞRIMASIN..AVROPANIN MƏNFİ CƏHƏTİ BƏYƏM YOXDU?HEÇ BİZDƏDƏ BELƏ İNSANLAR AZ DEYİL.SADƏCƏ BALACA UŞAĞIN OBRAZINA GİRƏN MİNLLƏRLƏ SAXTA İNSANLAR VAR.AVROPADA DÜZLÜK VAR......BUNU QƏBUL EDİRƏM.AVROPANIN BƏYƏNDİYİM VƏ BƏYƏNMƏDİYİM CƏHƏTLƏRİ VAR.
Nefesim | 8 mart 2014 18:50 | Status: Gümüş user | Şərh: 938
nc nc nc ayib olsun.......................
Röyamsan. | 8 mart 2014 16:33 | Status: Brilliant user | Şərh: 6 102
Nc nc nc nc soz tapmiram demeye.
Nigar | 8 mart 2014 16:32 | Status: Gümüş user | Şərh: 6 063
Aynur o ne yupkadi geyinib???
nurane55 | 8 mart 2014 16:03 | Status: Professional user | Şərh: 1 849
[quote=yalniz arzu]HƏYAT,BU SƏRT HƏYAT ŞƏRAİTİ  BU CÜR DAŞ EDİB,İNSAFSIZ EDİB,YALNIZ ÖZÜNDÜŞÜNƏN EDİB,QƏDDAR EDİB.ÇÜN HƏMİŞƏ QƏDDARLIQ GÖRÜR,HƏMİŞƏ DAŞLIQ GÖRÜR,HƏMİŞƏ İNSAFSIZLIQ GÖRÜB.ƏLLBƏTƏ BU DA BU CÜR OLACAQ.BAŞQA BİR ŞEY GÖZLƏMƏK XƏYAL OLAR..
Sizinle raziyam.inanin cox uzuldum,biz bu qeder qeddarlasmisiq,daslasmisiq.Amma bir terefden de insanlari qinamiram,herenin ozunun o qeder derdi,problemi olur ki,etrafdakilari bele unudursan.Kasib problemlerinden,varli ise yeyib-icmekden etrafdakilari gormez olub
birdane | 8 mart 2014 15:49 | Status: Professional user | Şərh: 3 726
hecne deye bilmerem tesekkurler
SULTANIM | 8 mart 2014 15:21 | Status: Ekspert | Şərh: 4 742
Aynur xanim, bu xeberi oxudum,inanin ki, bu gun sizden saytin rehberi,admini olaraq, basqa xeber gozleyirdim. 8 mart qadinlar bayrami munasibetile saytimizin qizlarini tebrik xeberini. Efsuslar ki, gormedim. Sizinde bayraminiz mubarek.
aynur.xuda | 8 mart 2014 14:24 | Status: Gümüş user | Şərh: 1 289
 hami kimese yaxshiliq elemekden bele qorxar hala gelib biz bu deyildik .................etrafimiza diqqetli baxmiriq ve ya baxiriq amma gormuruk biraz diqqetli olmaq biraz icimizdeki merhemet hissini oyatmaq lazimdi
Alice | 8 mart 2014 14:13 | Status: Professional user | Şərh: 5 020
Məhz baxın bizin o böyük-böyük danışan bir çox insanlarımıza... Niyə hər zaman pis bir şeyləri təbliğ edirlər bizimkilərin çoxu....  Bir dəfə də insanlığı təbliğ etsinlər... Budur bizimkilərin bir çoxunun   " insanlığı "...
yalniz arzu | 8 mart 2014 13:13 | Status: Gümüş user | Şərh: 1 759
ÇOX TƏSİRLƏNDİM.AVROPADA UŞAGA OLAN MÜNASİBƏTLƏRİ GÖRDÜKCƏ GÖZLƏRİMDƏN YAŞLAR   BELƏ YUVARLANIRDI.İNSANLIG,SÖZÜN HƏQİQİ MƏNASINDA İNSANLIG.BUNUN BİR ÇOX ƏSASLI KÖKLƏRİ VARDIR.ARAŞDIRSAQ ÇOX ŞEYLƏR ORTAYA ÇIXAR.
BİZDƏKİ HƏYAT,HƏYAT SƏVİYYƏSİ İNSANLARI ELƏ SƏRTLƏŞDİRİB Kİ.......İNSANLAR ANCAG ÖZLƏRİNİ DÜŞÜNÜR OLUB.HƏLƏ BU TİPLİ ARAŞDIRMALAR OLSA ÇOX BELƏ UTANCVERİCİ DƏLİLLƏR ORTAYA ÇIXA BİLƏR.MƏSƏLƏN TİBBİ GÖTÜRƏK.BİZDƏ ƏGƏR SƏNİN PULUN YOXSA VƏ HƏR HANSI BİR XƏSTƏLİYƏ DÜÇARSANSA KÖNÜLLÜ SURƏTDƏ ÖLÜMÜ QƏBUL ELƏMƏLİSƏN.BAŞQA ÇARƏN YOXDU.ÇÜNKÜ HƏR ŞEYİ PUL HƏLL EDİR.PULUN OLMASA BİZİM XƏSTƏXANALARDA ÜZÜNƏ BELƏ BAXMAZLAR.KİMSƏ BUNU İNKAR BELƏ ELƏSƏ BU REALLIQDIR.SONRA ƏMƏK HAQQI 150 MAN OLAN,VƏ BUNUNLA YAŞAMAGA,AİLƏ SAXLAMAGA MƏCBUR OLAN,MƏHKUM OLAN BİR SÜRÜ İNSANLAR VAR.VƏ YAXUD EVSİZLİK UCBATINDAN,EV ALMAG ARTIQ BİR XƏYAL OLDUGU ÜÇÜN BİR EVDƏ 80 AİLƏ YAŞAMAGA MƏHKUM OLANLAR VAR,VƏ YAXUD DOLANA BİLMİYƏN,QAYNANA-GƏLİN MÜNASİBƏTLƏRİNƏ GÖRƏ NƏ QƏDƏR AİLƏLƏR DAGILIR,UŞAGLAR PƏRƏN -PƏRƏN OLUR,DEPRESSİV BİR VƏZİYYƏTƏ YAŞAMLARINA MƏCBUR ŞƏKİLDƏ DAVAM EDƏNLƏR OLUR.CƏMİYYƏTİ BU SƏRT HƏYAT,BU SƏRT HƏYAT ŞƏRAİTİ  BU CÜR DAŞ EDİB,İNSAFSIZ EDİB,YALNIZ ÖZÜNDÜŞÜNƏN EDİB,QƏDDAR EDİB.ÇÜN HƏMİŞƏ QƏDDARLIQ GÖRÜR,HƏMİŞƏ DAŞLIQ GÖRÜR,HƏMİŞƏ İNSAFSIZLIQ GÖRÜB.ƏLLBƏTƏ BU DA BU CÜR OLACAQ.BAŞQA BİR ŞEY GÖZLƏMƏK XƏYAL OLAR.................
Nərmin.bayram | 8 mart 2014 12:36 | Status: Gümüş user | Şərh: 2 313
bu  da  bzim  insanlığdan  danışan  avropaya  yalnız  əxlaqsız  ALLAHSIZ  kimi  baxan  Azərbaycan??????  nə  deyəsən  ki,,,,,,,,,,,
Aynur_Mezahirli | 8 mart 2014 09:32 | Status: Qonaq | Şərh: 0
Bu videonu gormusem, mende olsam komek ederdim. Tewekkurler Aynur xanim...
2 kalp | 8 mart 2014 09:27 | Status: VİP user | Şərh: 1 280
yazdmaq istediklerimi axirda oglan hamisini dedi yaxsi insanlar var sadece o gun o yerden uzaq idi