Video / Sevgi
Mənə bir az ondan danış (Şeir+Video)
HUSNIYYA | 19-11-2013, 18:00
9 519 55
Mənə bir az ondan danış...
Mənə bir az ondan danış...
Azda olsa yaşat məni.
Çox dolmuşam için-için,
Bir az ağlat, boşalt məni.
Yaman sıxır həyat məni,
Mənə bir az ondan danış...
Duruşundan, yerişindən,
Şirin-şirin gülüşündən,
Gəlişindən, gedişindən,
Bacardıqca hər işindən,
Nə bilirsən axır çalış,
Mənə bir az ondan danış...
Başın necə qatmağından,
İstəyinə çatmağından,
Hər gün bir az öldüyümdə,
Gecə rahat yatmağından.
Məni nece atmağından...
Mənə bir az ondan danış...
Söylə neynir can yoldaşım?
Qısqanclıqdan coşum, daşım.
Qoy lap quru söznənsə də,
Özümü itirim, çaşım,
Ona yenə yaxınlaşım.
Mənə bir az ondan danış...
Danış təbim dilə gəlsin,
Hər bir sözün bağrım dəlsin.
Qoy içkisiz, qoy içmədən,
Ruhum bir az məzələnsin.
Xatirələr təzələnsin.
Mənə bir az ondan danış...
Qaytar mənə xətir məni,
Qaytar mənə gətir məni.
Al onsuz bir gələcəkdən,
Keçmişimdə itir məni,
Danışdıqca bitir məni.
Mənə bir az ondan danış...
Hicran pozub düzənimi,
Sarıb şeir, qəzəlimi,
De ki, təsəllim öpməkdir,
Ondan yazan öz əlimi.
Görərsənsə, gözəlimi,
Ona bir az məndən danış...
-Vüqar Rahi-
Mənə bir az ondan danış...
Azda olsa yaşat məni.
Çox dolmuşam için-için,
Bir az ağlat, boşalt məni.
Yaman sıxır həyat məni,
Mənə bir az ondan danış...
Duruşundan, yerişindən,
Şirin-şirin gülüşündən,
Gəlişindən, gedişindən,
Bacardıqca hər işindən,
Nə bilirsən axır çalış,
Mənə bir az ondan danış...
Başın necə qatmağından,
İstəyinə çatmağından,
Hər gün bir az öldüyümdə,
Gecə rahat yatmağından.
Məni nece atmağından...
Mənə bir az ondan danış...
Söylə neynir can yoldaşım?
Qısqanclıqdan coşum, daşım.
Qoy lap quru söznənsə də,
Özümü itirim, çaşım,
Ona yenə yaxınlaşım.
Mənə bir az ondan danış...
Danış təbim dilə gəlsin,
Hər bir sözün bağrım dəlsin.
Qoy içkisiz, qoy içmədən,
Ruhum bir az məzələnsin.
Xatirələr təzələnsin.
Mənə bir az ondan danış...
Qaytar mənə xətir məni,
Qaytar mənə gətir məni.
Al onsuz bir gələcəkdən,
Keçmişimdə itir məni,
Danışdıqca bitir məni.
Mənə bir az ondan danış...
Hicran pozub düzənimi,
Sarıb şeir, qəzəlimi,
De ki, təsəllim öpməkdir,
Ondan yazan öz əlimi.
Görərsənsə, gözəlimi,
Ona bir az məndən danış...
-Vüqar Rahi-
Redaktə və video mənə məxsusdur: Beren