Həyat tərzi / Video

"Nənə, xəstələnmə, sən olmasan anam öləcək" - Video

Aynur_Qurbanqizi | 25-11-2012, 13:00
11 089 110

 

 

   

 

Xalidə ilə ilk tanışlığım Facebookda yaxın rəfiqəsi Səidənin mənə göndərdiyi bu məktubla başladı...

 

"Əliyeva Xalidə Vaqif qızı 1981-ci il təvəllüdlüdür. 2007-ci ildə qripdən sonra virus onurğanın iliyinin 9-12-ci fəqərəyə kimi dağıdıb. Nəticədə aşağı ətrafların (yəni ayaqlar) hərəkəti pozulub, yerimə qabiliyyətini itirmişdir. Diaqnoz – Kəskin meninqoensefomielit qalxan londri iflicidir.
Artıq 5 ildir ki, o yeriyə bilmir. Ev şəraitində müalicə alır. Zamanla Əlillərin Berpa İnstitutunda reabilitasiya keçib və müalicələrin ona cox faydası olub. Artıq o öz əzələlərini hiss etməyə başlayıb. Amma dəridə hələki hissiyat yoxdur. Lakin onun maddi imkanı artıq ona imkan vermir ki, öz mualicəsini davam etdirsin.  Hal-hazırda xəstədə dərin yataq yaraları var və ev şəraitində həmin yaraların müalicəsi aparılır. Müalicə və reabilitasiyaya ehtiyacı var.

Xalidənin 7 yaşında qızı var. Artiq 5 ildir ki qızı ana qayğısından, nəvazişindən və sevgisindən məhrumdur. Bu il qızı 1-ci sinfə gedir. Gəlin birləşək və anasına qızının əlindən tutub məktəbə aparma arzusunu reallaşdırmağa kömək edək.

Xahiş edirik bu məlumatı öz yoldaşlarınızla da paylaşın.. Allah Rizası üçün sizin də bu xeyirli işdə savab payınız olsun..."
 

 
Bu məktubu olduğu kimi saytda paylaşa bilərdim. Amma ona daha çox kömək etmək istədiyim üçün Xalidə ilə yaxından tanış olmaq istədim. Səidə və Xalidənin iş yoldaşı xanımla görüşüb onlara yollandıq. Kasıb bir məhəlləda qalan Xalidənin evinə çatmaq üçün maşının belə hərəkət edə bilmədiyi daşlı-torpaqlı yollardan birtəhər keçib ünvana çatdıq. Bizi üzündən nur yağan zəhmətkeş, əlləri qabarlı Mehriban ana qarşıladı. Daha sonra Xalidə təkərli əlil arabası ilə otağa daxil oldu. O qədər optimist idi ki, mən onun bu dözümlülüyünə, həyat eşqinə sadəcə heyran qaldım.
 

 
 Amma nə qədər deyib-gülsə də, müsahibə zamanı içindəki o kədəri, acını gizlədə, göz yaşlarına hakim ola bilmədi... 
 

 
İllər öncə bir yerdə qərar tutmayan, iş yerində qoçaqlığı ilə ad çıxaran Xəlidə düz 5 ildir oturaq həyata məhkum olunub. Ailə qurub xoşbəxt olmaq istəmişdi. Hamiləliyini öyrənəndə, körpəsi dünyaya gələndə ondan xoşbəxti yox idi. Ona sevinc gətirdiyi üçün qızının adını da Sevinc qoydu. Amma o, körpəsini sevnclə, sevə-sevə böyüdə bilmədi. Başına bu bədbəxt hadisə gələndə körpə qızının cəmi 2 yaşı vardı. Və düz 4 il o balasından ayrı qaldı taki qızı 1-ci sinifə gedənə kimi... Bu ildir qızı yanındadır, hər gün onu məktəbə apara bilməsə də, qızının dərsləri, tərbiyəsi ilə özü məşğul olur. Bir çox övladını atan analardan fərqli olaraq, o oturaq həyata məhkum olunsa da balasından imtina etmədi... Həyatyoldaşı da ondan imtina etməyib. Düz 5 ildir ki, ayrı-ayrı yaşasalar da, yoldaşına tez-tez baş çəkir, ona mənəvi dayaq durur. Hər ikisi ümid edir ki, bir gün həyat Xalidənin üzünə güləcək, ayağa qalxacaq balasının əlindən tutub öz evinə, ailəsinə dönəcək. Hazırda isə ona anası baxır. Ananın nə qədər müqəddəs olduğunu Xalidənin anasının, mehriban xanımın timsalında bir daha anladım.
 

 
Təsəvvür edin, bu qadın səhər tezdən qalxır, nəvəsini məktəbə yola salır, Xalidənin yeməyini, çörəyini verir, sonra işə gedir, işdən qayıtdığında yenə başlayır Xalidə ilə məşqul olmağa. Onun arabada oturmaqdan əmələ gələn yaralarını təmizləyir, kompress qoyur, daha sonra 2 saatlıq idman məşğələləri başlayır. Düz 1 saat o başa-bu başa onun əlindən tutub yeridir. (Qollarının gücü sayəsində durub ayaqlarını hərəkət etdirə bilir, amma dizlərini bərkidə bilmir, yani ayaq ustə diyana bilmir) Bu bu cür xəstələr üçün çox vacibdir, əks halda ümumuyyətlə arabada da otura bilməzlər.
 
 

 
 Sonra həyat yoldaşı gəlir, onunla birlikdə Xalidəni qucaqlarına alıb qapıdakı turnik dayaqdan asırlar. Yəni Xalidə sağalmaq üçün həm də bir az asılı vəziyyətdə qalmalıdır. Ondan sonra masaj başlayır. Ana qızının ayaqlarını qızarana qıdır masaj edir. Bax, bir ana düz 5 ildir hər gün bu işləri yorulmadan təkrarlayır. ((Təki qızı yaşasın, sağalsın istəyir fadakar ana... Müsahibə zamanı (videoda izləyəcəksiz həmin anı) Xalidə dedi ki, bir dəfə anası xəstələnibmiş.
 
 

 
Bunu görən balaca qızı qaçıb nənəsinin yanına və ağlaya-ağlaya onu silkələyib ki, sən xəstələnmə, sən ölsən anam da ölər... Bəli, anası olmasa Xalidə də olmaz. Çünki, onun təbii ehtiyacları, çimizdirilməsi, geyinməsi hamısı anasının köməyi ilə olur. 
 

 

 

Xalidənin çimdiyi hamam... Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün hamamı təmir etdirə bilmirlər


 Uzun-uzadı yazmaq istəmirəm. Xalidə ilə sohbətimizi video-dan izləyəcəksiniz. Xalidənin sağalması müalicə ilə mümkündür. Xarici ölkələrdə (Türkiyə, Rusiya, Almaniya) bu xəstəliyin daha tez və effektli müalicəsi var.  Amma bunun üçün ona 30 min manat lazımdır. 3 min nəfər cəmi 10 manat ödəsə, Xalidə bu əzablardan qurtular, o balaca qızcığazı, o fədakar ananı nə qədər xoşbəxt etmiş olarıq. Gəlin, hər birimiz gücümüz çatan qədər ona yardım edək. Bəlkə çoxlarınız az pul odəməkdən utanır. Xeyr, qeyd etdiyim ki, cəmi 10 manat da onu xilas edə bilər. Bunun üçün aşağıdakı hesab nömrələrini bir vərəqə yazıb yolunuzun üstündəki istənilən banka daxil olur və kimin nəyə gücü çatırsa o pulu ödəyirsiz. Siz ödəyin və öz insanlıq borcunuzdan çıxın, qəlbiniz və vicdanınız rahatlasın. Sonra nə olar, o artıq Allahın işidir...
 
Banka gedə bilməyənlər aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.
 

 

Azadqadin.az saytını izləyərkən.

Söhbət zamanı məlum oldu ki, Xalidə də saytımızn gündəlik izləyicisidir. Onun saytda ən xoşladığı bölmə psixoloq məsləhətidir. Psixoloji xəbərləri daha çox oxuyur.

 

 

 

 
 
 Hesab nomrəsi:
 
001-018-24-1-0000381.13

Access Bank Hesab: Əliyeva Xalidə Vaqif qızı

018 0000 18715 Xalidə Əliyeva

002 0001 63499 Mehriban Əliyeva

 
Əlaqə telefonları:

Ev tel. (012) 477 66 28

Mob. (055) 679 34 95 (atası Vaqif)

Mob: (055) 923 93 77 Saida Axmedova

Rəfiqəsi Səidənin bizə yığılan pullarla bağlı verdiyi HESABAT

İndiyədək yığılan və xərclənən pullar barədə qisa məlumat vermək istərdim. Yəqin çoxlarına maraqlı olardı görəsən bu aylarda nə qədər yığılıb, nəyə xərclənib.. deməli:
 
cəmi yığılıb 1840 m
 
845 manat - menim hal-hazirki iş yerimdən, eyni zamanda Xalidənin köhnə iş yeri sayılır;
 
945 manat - fb sayəsində burda paylaşmaqla dost-tanışdan və tanımadığımız insanlardan yığılıb.
 
Ümumi məbləğin 518 manatı may ayindan indiyədək müayinələrə, müalicələrə, həkimlərə, bəzi sənədlərin tərcüməsinə xərclənib.
Cəmi 1322 manat qalıb hal-hazırda.
 
May ayında kömək üçün bu facebook səhifəni boyük ümidlərlə acmışdım. Çünki Xalidəyə xaricdə ilkin reabilitasiya keçmək üçün 20 000 manat lazım idi. Düşünürdüm ki, 2000 adama 10 manatdan yığsaq, 20000 manat tez bir zamanda yigilardi. Baxmayaraq ki 4000-dən artiq fb istifadecisine bu barede melumat gedib, amma umumilikdə cəmi 62 yerdən yardım gəlib... DAVAMI GƏLSİN İNŞALLAH.
İndiyədək maddi və mənəvi dəstək olan hər bir kəsdən ALLAH razı olsun. Allah əvəzin versin İNŞALLAH.
 
Facebookda Xalidənin adına açılmış qrup
 

 

 

 

 

O sizin köməyinizi gözləyir!

 

Aynur Qurbanqızı

 

Saytımızın dəyərli üzvləri, bəziləriniz necə kömək etməklə bağlı mənə ismarıc yazırsız.

Vaxtla bağlı ola bilər sizə cavab yazmaqda gecikim, bu məsələ ilgili Xalidənin rəfiqəsinin saytdakı bu profilinə ismarıc yaza bilərsiz. O sizlə özü də görüşə bilər.

 


Wiyinn | 3 oktyabr 2016 18:40 | Status: VİP user | Şərh: 889
Allah ozu komek elesin amin
dılay | 6 fevral 2016 00:23 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: sirin bala
allah komeyin olsun
ESMER | 23 oktyabr 2015 19:31 | Status: VİP user | Şərh: 817
Sitat: Leyla Ezizli
Allah kömək olsun. Allah səbr versin
Nergiz love | 29 mart 2015 18:04 | Status: Professional user | Şərh: 7 871
Sitat: deniz yildizi
Allah ozu komek.olsun

Amin.
Leyla Ezizli | 25 mart 2015 13:34 | Status: Şərhçi | Şərh: 372
Allah kömək olsun. Allah səbr versin
sirin bala | 12 mart 2015 12:32 | Status: Gümüş user | Şərh: 1 669
allah komeyin olsun
nurlana nurlana | 15 fevral 2015 11:28 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: ayruska
Allah komek olsunnn

AMİN
Hande 18 | 28 iyun 2013 14:58 | Status: Professional user | Şərh: 3 302
ALLAH KOMEYI OLSUN ALLAH SEBR VERSIN amin
ayruska | 29 may 2013 15:44 | Status: Professional user | Şərh: 3 978
Allah komek olsunnn
A.Saida | 6 aprel 2013 01:22 | Status: Şərhçi | Şərh: 57

Xalide haqqinda son goruntuleri ve nailiyyetini buradan izleye bilersiz
cox wukurler olsun bu gunune
http://www.facebook.com/photo.php?v=487131678001460&set=o.116245665177501&am
p;type=2&theater

A.Saida | 4 mart 2013 21:32 | Status: Şərhçi | Şərh: 57
Nehayet gozlediyimiz gunlerden biri geldi. Bu gun Xalide berpaya getdi. Orda qalacaq bir muddet. INWALLAH bir irelileyiw gorerik sehhetinde. Indiyedek menevi ve maddi destek olan her kese tewekkurler. Allah razi olsun.
Ziyaretine getmek isteyenler ucun yerini qeyd etmek isterdim:
Elmi-Tedqiqat Berpa Institutu ($erq bazarina yaxin)
A.Saida | 20 fevral 2013 22:52 | Status: Şərhçi | Şərh: 57
xerclenen pullar barede melumat vermek isterdim. qeyd etdiyim kimi negd 500 m, bankda ise 900 m pulumuz vardi.
Xercler:
Muayine gunu - 300 m (bura muayineler + analizler + taksi pulu daxildir)
dermanlara - 173 m
Sistofiks - 48 m
cemi 521 m xerclendi.
Negd elde Sevinc xanimin topladigi 51 m var.
bankda olan 900 m berpaya getdiyi zaman xerclenecek (catacaq ya catmayacaq deqiq bilmirem)
heleki evde berpaya hazirliq prosesi gedir. nevroloji mualicesin alir.
Inshallah berpadan sonra daha bir kurs nevroloji mualicesini davam etmelidi Allahin izni ile.
Sizden xahiwim odur ki, novbeti mualicesi ucun yardim yigaq hazir olsun ki berpadan derhal sonra davam ede bilsin.
Inshallah isteyirem daha 500 manat yigaq. kimler komek etmek isteyer? gelin birlikde bu iwi sona catdiraq Allahin izni ile. desteyinizi gozleyirik...
A.Saida | 14 fevral 2013 22:07 | Status: Şərhçi | Şərh: 57
Axwaminiz xeyir. Xalide ile bagli yenilikleri qeyd etmek isterdim.
Xalidə muayinələrə gedib artiq. analizlərin cavabi goturuldu, həkim mualicə yazib.
Nəğd əldə - 500 m pulumuz var idi verdim Xalidenin anasi Mehriban xanima. muayine ve dermanlara xerclenmesi ucun.
Analizlerin cavabını və reseptləri yerləşdirmiwem artiq sehifesinde. bir az mualicə alıb özünə gələn kimi bərpaya başlayacaq İNSHALLAH. xərclər olduqca qeyd edecəm sehifesinde. deqiq ne qeder xerc gedeceyini bilmirəm. Əlimizdə olani xərcləyerik hələ ki. yigilan pullardan hal hazırda Bankda - 900 m var. ehtiyac olsa yene davam ederik toplamağa.. dualarınızı əsirgəməyin Xalidədən...Maddi və mənəvi dəstək olan hər kəsdən Allah razı olsun. İnşallah elədiyiniz yaxşı əməlin qarşılıgın görərsiz.

http://www.facebook.com/events/116245665177501/?fref=ts
A.Saida | 10 fevral 2013 19:57 | Status: Şərhçi | Şərh: 57
Alyona,
cox sagolun, Allah razi olsun. Beli xanim, hele de yigiriq.
Alyona | 8 fevral 2013 18:09 | Status: Şərhçi | Şərh: 412
oxuduqca gozum yawardi Allah komeyiniz olsun.inwiallah tezlikle ayaga qalxarsiz.yuxarda allah var.inwiallah dualarinizi ewider.dualarinizi ondan esirqemeyin.bir weyi bilmek isterdim bu pul helede yigilirmi.
Girl | 3 fevral 2013 17:37 | Status: Professional user | Şərh: 8 206
ALLAH KOMEYI OLSUN ALLAH SEBR VERSIN
Derin 03 | 1 fevral 2013 12:16 | Status: Şərhçi | Şərh: 421
allah komeyi olsun
Vefayxan | 1 fevral 2013 00:35 | Status: Qonaq | Şərh: 0
Tanri yardimcin olsun tezlikle bu xestelikden xilas olarsan insallah.
elena.m | 29 yanvar 2013 21:29 | Status: Qonaq | Şərh: 0
allah yardimcin olsun amin
MELEK_ | 29 yanvar 2013 10:22 | Status: Professional user | Şərh: 3 949
Allah yardimcin olsun,cox tesirlendim......
A.Saida | 29 yanvar 2013 09:11 | Status: Şərhçi | Şərh: 57
Inshallah xanimlar. cox sag olun. Allah razi olsun
deniz093 | 28 yanvar 2013 21:50 | Status: Qonaq | Şərh: 0
ALLAH köməyin olsyun Xalidə səninçün dua eleyecem.Inşallah tezlikle yığılar o pul sen de gecikmədən müalicə alarsan.
deniz yildizi | 28 yanvar 2013 15:07 | Status: VİP user | Şərh: 696
Allah ozu komek.olsun
Mavish | 27 yanvar 2013 19:34 | Status: Brilliant user | Şərh: 2 389
Allah köməyi olsun,Amin
Ruqeyye | 27 yanvar 2013 14:38 | Status: VİP user | Şərh: 579
Allah komeyiniz olsun cox kovreldim .
Sensiz_ | 27 yanvar 2013 12:14 | Status: Qonaq | Şərh: 0
Allah komeyinde olsun inwallah Allah daima yardimcisi olsun
Fatima Q. | 18 yanvar 2013 17:02 | Status: Gümüş user | Şərh: 984
ALLAH komeyiniz olsun..Amin
A.Saida | 10 yanvar 2013 22:58 | Status: Şərhçi | Şərh: 57
Allah rizasi ucun yardim etmek isteyen olsa mene muraciet ede biler. :n49:
desteyinize ehtiyacimiz var :n11:
meryem30 | 10 yanvar 2013 15:39 | Status: Şərhçi | Şərh: 156
HuSeYNoVA_FiDaN_11,
amin
A.Saida | 9 yanvar 2013 09:48 | Status: Şərhçi | Şərh: 57
AMIN