Həyat tərzi / Uğur sirləri

Qısa bir müddətə uğur və zənginlik əldə etmək istəyirsinizsə bunu oxuyun

Banu. | 29-07-2019, 13:32
1 185 0
Həqiqətən insan zəkası belədir. Düzgün düşünmə tərzi və onu izləyən davranışlar insanın əsas uğur səbəbidir. Bəli, məhz düşünmə və davranış tərzi. Gələcəyimizi böyük ölçüdə müəyyən edən bunlardır.


Uğur bir qədər subyektiv termindir və həqiqətdə onun nə olması, uğurlu olmağın nəyi ifadə etməsinə hər kəsin münasibəti fərqlidir. Lakin bir sıra düşüncə və davranış qaydaları var ki, uğur qazanmaq üçün onları dayandırmaq lazımdır.


Buyurun, həmin qaydaları təqdim edirik:


“YOX” demək istədiyiniz yerdə “HƏ” deməyi dayandırın. Öz limitlərini bilmək hər zaman lazımdır. Başqaları da həmişə bunu test etməyə çalışırlar. İnsan sosial varlıqdır. Biz başqaları ilə münasibət qurmaq, nəyinsə bir parçası olmaq və ya kiminsə üçün doğma olmaq, əksərən də, başqaları üçün xoş olanı etmək istəyirik. Bəzən bu davranışların edilməsi bizimçün o qədər də neqativ nəticələr doğurmur. Lakin elə hallar olur ki, həqiqətən özünüzə vaxt ayırmalı olduğunuz halda iş yoldaşınız sizdən ona iş üçün vaxt ayırmanızı xahiş edir, yaxud öz məqsədləriniz üçün ayırdığınız pulu sizdən başqası borc istəyir. Özünü pis, günahkar hiss etməmək üçün işinizi və məqsədinizi unudub məcburiyyət qarşısında onlara istədiklərini verirsiniz, onların istəyinə uyğun davranırsınız. Bunlar uğur qazanmaq üçün düzgün olmayan davranışlardır.


Belə anlarda “HƏ” əvəzinə “YOX” deməkdən çəkinməyin. Sizin özünüz də məqsədləriniz üçün bəzən erkən qalxıb əsas işinizi görməyə çalışır, öz zəruri xərclərinizdən kəsərək kənara pul qoyub hansısa böyük məqsədinizə nail olmağa çalışırsınız. Bunlar sizin özünüz üçün də asan və rahat başa gəlmir. Bunu digərləri də edə bilər. Necə ki, siz edirsiniz. Buna görə də məqsədlərinizi əsas tutun həmişə. Bu heç də elə anlaşılmamalıdır ki, dosta və ya iş yoldaşına hər hansı kömək etməmək lazımdır. Xeyr, normal münasibətlər içərisində olmaq hər zaman gərəkli və vacibdir. Ancaq bunu daha münasib şəkildə etmək, öz işlərinizi gördükdən sonra başqasına kömək etmək, qarşıdakının məqsədini tam anlamaq, real vəziyyəti qiymətləndirib davranmaq, başqasının eləcə sizin əməyinizi ardıcıl şəkildə “oğurlaması”na şərait yaratmamaq lazımdır. Buna görə də zəruri bildiyiniz anda, “YOX” əvəzinə “HƏ” deməyin, inkardan çəkinməyin. “YOX” demək tutumlu davranışdır. Çox zaman da hörmət gətirəndir. Bu, şüuraltı olaraq da insana stimulverici təsirə malikdir.


Daxili neqativ düşüncələri və danışıqları dayandırın. Çox vaxt özümüzlə bağlı xoşumuza gəlməyən hallar olur, yaxud əvvəllər edilmiş və bizə pis təsir edən hadisələri xatırladığımız vaxtlar olur. Nə olmasından, hansı tip hadisə olmasından, bunun bizim öz davranışımız və ya başqalarının davranışı nəticəsində baş verməsindən asılı olmayaraq, həmin hadisələrlə bağlı neqativ düşüncələrə malik oluruq.


Həmin düşüncələri təkrarlamaq və buna görə özümüzü günahlandırmaqla cəzalandırmaq çox mənasız və heç bir xeyri olmayan, insanı neqativliyə sürükləyən, məqsədlərindən ayıran davranışdır. Həmin hadisələrdən götürməli olduğumuz sadəcə TƏCRÜBƏDİR. Çünki həmin təcrübələr əsasında biz gələcəkdə eyni situasiyada səhvə yol verməmək və necə davranmaqla fayda qazanmaq, necə uğur qazanmaq barədə mövqeyə malik oluruq. Əksinə, onlara görə özümüzü cəzalandırdıqda irəliyə getmək əvəzinə özümüzü daha da dərinə çəkirik. Bu neqativ düşüncələr insanı məqsədlərindən də ayırır. Buna görə də neqativ düşüncələri kənara atın, pozitivə köklənin. Beyninizi daha müsbət düşünməyə sövq edin.


Gələn dəfə “Bunu keçən il etdim, hələ də özümü buna görə bağışlaya bilmirəm”, “Gərək ona belə cavab verməyəydim, yadıma düşəndə özümü hələ də çox pis hiss edirəm”, yaxud “Mən kifayət qədər yaxşı deyiləm”, “Biliyim kifayət edən səviyyədə deyil” deyə daxilən danışmağa başlayanda tez bu dialoqu dayandırın. Özünüzə xoş olan bir şey deyin. Yaxşı insan olduğunuzu və addımlarınızı daha da yaxşı və uğur qazanmaq üçün atdığınızı düşünün. Heç də hər kəsin mükəmməl olmadığını, hamının səhv edə biləcəyini düşünün. Əsas olanın səhvlərdən nəticə çıxarıb düzgün davranışı seçmək olduğunu fikirləşin.


Hər şeydə yalnız mükəmməli gözləməyi dayandırın. Həyatda çox olur ki, bəzi işlərin gözlədiyimiz kimi tam ürəyimizcə getməməyindən narahat olur, xırda şeylərə görə stres keçirir, nəsə alınmayanda özümüzü günahlandırır və uzun müddət bunun təsiri altında əsəbi hərəkətlər edirik.  İnsanların səhv etməsi, nəyinsə tam 100 faizlik həddə olmaması təbii haldır. Səhvlər və çatışmazlıqlar bu həyatın qaydasıdır. Heç də hər bir şey həmişə mükəmməl olacaq deyə bir qayda yoxdur.


Hər hansı bir şey barədə bir dəqiqə belə stres keçirmək nə tibbi cəhətdən sağlam, nə də iş baxımından səmərəli deyildir. “Ən yaxşısını edəcəyinizi”, “ən mükəmməlinə nail olacağınızı” deməyi dayandırın. Kiminləsə yarış içərisində deyilsiniz, özünüzü və məqsədlərinizi düşünün. Hər şeyin yaxşısına nail olmaq kimi, nail olmamaq variantı da hər bir zaman mövcuddur. Buna görə lazımi bildiyiniz addımları lazımi həddə atın, uğur gec-tez sizə gələcək. Ancaq hər bir şeydə yalnız mükəmməli düşünüb, mükəmməli qovalamayın. Təbii ki, mükəmmələ nail olmaq əsas arzumuzdur. Lakin “hər zaman nəticəmiz mükəmməl olacaq deyə bir şey yoxdur” qaydasını bilin.

Yalnız bugünə fokuslanmağı dayandırın. Uğurlu insanlar həmişə yaxşı plana malik olurlar. Onların məqsədlərinə, hər günlərinə, gələcəklərinə və büdcələrinə dair planları var. Bu, o demək deyil ki, onlar əylənmir və ya dincəlmirlər. Əksinə, hər bir şeyin planlı olması onlara daha yaxşı və daha çox qeyd edilən şəxsi məqsədlərinə vaxt ayırmaq imkanı verir. Onların nə vaxt işləmək, necə işləmək və nə vaxt dincəlmək barədə mövqeləri var.


Planlı olmaq həyatın cansıxıcı keçməsi demək deyildir. Sadəcə uğur qazanmaq üçün addımların necə atılmasını bilmək, hər bir şeyə dair planlı mövqeyə malik olmaq daha faydalıdır. Plansız qaydada yalnız bugünü düşünüb davranmaq, sabahı və sonrasını unutmaq, qısa müddətdə hər bir şeyin əldən çıxması və sosial mənada mənfi düşüncələrə də gətirib çıxara bilir. Buna görə də yalnız bugünə fokuslanmamaq, hər bir davranışda sabahı da düşünmək gərəklidir.


Məqsədlərinizi arxa plana atmağı dayandırmaq. Yaxşı insan olduğunuza görə hər şeyin həmişə sizin istədiyiniz kimi olacağını unudun. Yaxşı şeylər yalnız bunun üçün səy göstərən, çalışan şəxslər üçün baş verir. Uğur qazanmaq, hər şeyin yaxşısına nail olmaq asan deyil və sadəcə oturub gözlənilməsini tələb etmir. Bunun üçün qısa və ya uzun müddətli məqsədlər müəyyən etmək və həmin məqsədlərə uyğun davranmaq lazımdır. Məqsədlər müəyyən edəndə daha dəqiq formada onun hər bir nüansını düşünün və hansı ardıcıl addımlarla ona nail olacağınızı planlaşdırın. Bunun üçün məqsədlərinizi yazın və davranış addımlarını sıralayın. Hər hansı şəraitdə məqsədləriniz üçün və ya sair formada davranmaq zərurəti yarananda isə məqsədlərinizi arxa plana atmayın. Onları əsas götürün. Çünki məhz məqsədləriniz sizə fayda gətirəcək. Məhz onlar sizi istəyiniz insan edəcək. Məhz onlar sizə uğurluluq meyvəsini verəcəklər.


İnsanları təcrid etməyi dayandırmaq. Uğur qazanmış insanlar yaxşı bilirlər ki, uğur qazanmaq üçün heç də yalnız çalışmaq lazım deyil. Ailə və dostlar, normal ətraf mühit və sair nüanslar da vacibdir. Düşünülə bilər ki, “qarşıma qoyduğum məqsəd üçün daima çalışmağım lazımdı və qalan heç bir şeyə vaxtım yoxdur. Heç bir başqa şeyə vaxt ayıra bilmərəm. İşimi əsas götürürəmsə, ailəyə vaxtım qalmır”.


İlk öncə qəbul edilməlidir ki, məqsəd onun üçün çalışılmasını vacib hesab edirsə də, planlı olan məqsədlər eyni zamanda yuxarıda qeyd etdiyimiz digər amilləri də nəzərdə tutmalıdır. Tam olaraq özünü təcrid edib çalışmaq məqsədə nail olunmasında insan kömək olacaqsa da, sonradan bunun neqativ təzahürləri özünü göstərəcək. “Mən uğurlu olduqdan sonra hər kəs onsuz yanımda olacaq” deyə düşünülə bilər. Lakin bilin ki, həmin “hər kəslər” sizə görə, sizi həqiqətən önəmsədiklərinə görə yox, yalnız uğurunuz onlara da fayda verdiyinə görə yanınızdadırlar.


Buna görə də uğur qazanmaq üçün təcrid olunmanı, insanlardan uzaq durmağı dayandırın. Bu çox pis sonluqlara, psixoloji problemlərə də gətirib çıxara bilər. Buna görə də məqsədlərinizi və davranışlarınızı müəyyən edəndə də, hərtərəfli düşünün. Balansı qoruyun. Sevdiklərinizi və dəyər verdiklərinizi unutmayın. Onların dəstəyi sizə məqsədlərinizə nail olunmasında xüsusi fayda verəcək.


Özünüzü başqaları ilə müqayisə etməyi dayandırın. Uğur qazanmış insanlar çox gözəl bilir ki, onların özlərini müqayisə edəcəkləri yeganə insan dünənki özləridir. Onlar yalnız öz məqsədlərinə fokuslanıb addımlarını buna görə atmaqla başqaları barədə heç düşünmürlər də. Onlar heç bir səmərəsi olmadığına görə özlərini heç başqaları ilə müqayisəyə ehtiyac da duymurlar. Onlar güclü və zəif tərəflərinin analizini aparmaqla özləri, işləri və məqsədləri barədə real düşüncəyə malik olurlar. Nəyin onlara nə zaman fayda gətirməsinə dair real planları mövcuddur. Uğursuzluq olsa da belə, yenə nəyin qaydasında getməməsini müəyyən etməklə yeni davranış variantını seçərək qısa müddətdə daha böyük fayda götürürlər, nəinki başqaları ilə özünü müqayisə edib səmərəsiz şeylərə vaxt ayırmaq. Buna görə də siz də özünüzü kiminləsə müqayisə etməyi dayandırın, məqsədlərinizi düşünün, hərəkətə keçin. Başqalarının uğuru və ya uğursuzluğu sizə uğur gətirməyəcəkdir.


Keçmişdə yaşamağı dayandırın. Uğurlu insanlar öz səhvlərindən və nələrinsə alınmamasından daima öyrənirlər. Lakin həmin səhvlərdə və uğursuzluqlarda ilişib qalmırlar. Keçmişdə yaşamırlar. Onlar həmin səhvlərindən öyrənərək indiki davranışlarını müəyyən edib daha dolğun və təcrübəli davranışı seçirlər. Buna görə siz də öz şəxsi keçmişinizdə yaşamağı dayandırın. Əvvəllər necə olmağınızla özünüzü müəyyən etməyin. Hazırda necə olmağınızla və gələcəkdə necə olmaq üçün çalışmağınızla özünüzü müəyyən edin. Özünüzü belə görün.


Qeyri-səmimi insanlara səbr etməyi dayandırın. Uğurlu insanlar başqalarını unikal xüsusiyyətlərinə görə qiymətləndirir  və mükafatlandırırlar. Siz də, qeyri-səmimi insanlardan uzaq durmağa çalışın. Onlar sizin uğurlarınıza sevinmiş kimi görünə bilərlər, lakin əsl həqiqətdə belə deyil. Onlara başqalarının uğurunu görmək xoş deyil. Onlara dözmək və səbr etmək məcburiyyətində deyilsiniz. Əksinə, onların səmimiyyətsizliyi sizi aqressivliyə sürükləməklə yoracaq, faydalı vaxtınızı itirmənizə səbəb olacaqdır. Buna görə də uğurlu insanlar yanlarında qeyri-səmimi insanların olmasını xoşlamır, onlardan kənar durmağa çalışırlar. Uğur qazanmaq üçün seçilən davranışlar da həmçinin səmimi ətraf-mühitə malik olmağı şərtləndirir.

Digər mühüm xəbərlər:

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi - RƏSMİ

Qadın və kişi arasında bilmədiyiniz ENERJİ QANUNU: cinsi münasibətdən xeyli əvvəl...

Bu uşaqlı ailələrə ŞAD xəbər- 200 manat

Yoldaşımı bacımla bir yataqda tutdum… - Gülayın faciəsi

Bakıda həkimdən biabırçı reklam - Video