Həyat tərzi / Uğur sirləri

17 yaşı var, 56 min dollar təqaüd alacaq - Hamı Yasindən danışır

Banu. | 19-04-2019, 13:49
271 0

17 yaşlı azərbaycanlı şagirdin Sabancı Universitetindən 56 min dollar təqaüd qazanması sosial şəbəkələrdə maraqla qarşılanıb.
Bu günə kimi informasiya texnologiyaları sahəsində uğurları ilə mətbuatda adından söz açdıran Yasin Quliyev dünyanın bir çox nüfuzlu universitetlərində (University of Massachusetts Boston, University of South Florida, Illinois State University, Bahçeşehir Unveristesi) tam burs qazanıb.
Ancaq onun seçimi Sabancı Universiteti olub. Belə ki, Yasin bundan sonra təhsilini "Kompüter Mühəndisliyi" bölümündə davam etdirəcək.
Xatırladaq ki, Yasin "II Robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə birinci olmuşdu. Meksikada keçirilən "First Global" beynəlxalq robot-texnika yarışında iştirak etmək haqqı qazansa da, maddi dəstək olmadığından buna nail ola bilməyib.
Qeyd edək ki, Y. Quliyev "Ankara məktəbi" məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur
“Qafqazinfo”

Bu xəbərləri də oxuyun:

SON DƏQİQƏ: Kommunal xidmət limitləri ilə bağlı QƏRAR verildi

SON DƏQİQƏ: Prezidentdən çörəklə bağlı VACİB QƏRAR

"Ağalar anamı qəbiristanlıqda zorlayıb" - Nazpərinin qardaşı qızı DANIŞDI 

Prezident əhaliyə ŞAD XƏBƏR verdi - Maaş və pensiyalar artacaq

Elinanın rəfiqəsi onu ölümlə hədələyən qadının görüntülərini yaydı - VİDEO (+18)